Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   48   49   50   51   52   53   54   55   ...   94

 156
nümunələrini yaşlı  nəsildən götürə bilmir. Lakin, istənilən 
halda dil yaşayırsa o, özündə müəyyən folklor nümunələrini 
daşıyır.  
Bu proses həm də ona görə baş verir ki, folklorumuzdakı 
bəzi mərasimlər və  sənət nümunələri müasir icbari təhsilin, 
kitabların, televizor və maqnitafonun, yüksək texnologiyanın 
olmadığı dövrlərdə müəyyən qədər onların funksiyasını başqa 
formada yerinə yetirmiş, insanların biliklərini artırmışdır. 
Məsələn, dastan-nağıl gecələri insanlara bədii  ədəbiyyat 
nümunələri mənimsətmiş, onların fəlsəfi-əxlaqi biliklərini 
artırmışdır. Toy mərasimləri insanların musiqi zövqünü 
formalaşdırmış,  şənləndirmiş  və bir çox ənənələrin yaşadıl-
masını  və  nəsildən nəslə keçməsini təmin etmişdir. Bir çox 
xalq yaradıcılığı nümunələri (xalq təbabəti, xalq tətbiqi sənəti 
və s.) şifahi  ənənə formasında elmi bilikləri özündə ya-
şatmışdir. ETT və ictimai inkişaf isə folklorun bu kimi 
funksiyalarının əhəmiyyətini azaltmış və folklor nümunələrinin 
tədricən unudulmasına və  əhalinin yalnız az bir qismi 
tərəfindən yaşadılmasına səbəb olmuşdur. Lakin ETT nə qədər 
irəli getsə  də, folklorun həmişə  cəmiyyətin yaşaması  və 
inkişafında rolu var və onun qorunub saxlanılması və yaşadıl-
ması vacibdir. 
ETT folkloru sıxışdırsa da, əvəzində unudula biləcək 
folklor nümunələrinin qorunub saxlanılması, yaşadılması  və 
təbliği imkanlarını artırır. Məsələn, xalq musiqisi nümunələri 
nota köçürüldükdə, diskə/lentə yazıldıqda, tədqiq olunduqda, 
orta və ali təhsil ocaqlarında tədris olunduqda, xalq ədəbiyyatı 
və b. folklor nümunələri toplandıqda, yazıya köçürüldükdə, 
tədqiq və  təbliğ olunduqda həmin dəyərlər həmişəlik qorunub 
saxanılmış  və  mədəni səviyyəyə yüksəlmiş olur. MMD-in 
mədəni (sivil) səviyyəyə yüksəldilməsi ilə milli varlıq 
möhkəmlənir, assimilyasiyaya qarşı müqavimət artır, milli şüur 
inkişaf edir və millət də yüksəlır.  
Folklorumuzun  ən mühüm elementlərindən olan xalq 
musiqimizin mədəni səviyyəyə yüksəldilməsində dahi şəx-


 157
siyyətimiz Üzeyir Hacıbəylinin (1885-1948) böyük xidməti 
olmuşdur. 
Bəzən folklorun və ümumiyyətlə MMD-in yaşadılmasının 
və yüksəldilməsinin ETT-yə mane olduğunu və ona görə  də 
həmin dəyərlərdən imtina etməyin inkişaf üçün daha 
məqsədəuyğun olduğunu deyirlər. Bu fikrin heç bir elmi əsası 
yoxdur və bu fikir yalnız imperialist qüvvələrin siyasətinə 
xidmət edə bilər. Heç bir inkişaf etmiş xalq öz MMD-indən 
imtina etməklə inkişafa nail olmayıb, əksinə, MMD-ini mədəni 
səviyyəyə yüksəltməklə inkişaf edib. Dil başda olmaqla MMD-
lərin yaşadılması və yüksəldilməsi ETT-yə nəinki mane olmur, 
hətta ETT-nin məhz müstəqil milli iqtisadiyyatın inkişafına 
yönəlməsinə  şərait yaradır. İlk növbədə ona görə ki, MMD-in 
yüksəldilməsi milli şüuru inkişaf etdirir, eyni zamanda dilin 
mövqeyinin güclü olması  məhz yerli elmi kadrların 
yetişməsinə geniş imkan yaradır. “Milli şüur və milli dövlət” 
və “Milli siyasət” bölümlərində bu məsələlərə daha geniş 
toxunacağıq. Həmçinin, kitabın III bölməsində MMD-imizin, o 
cümlədən adət-ənənələrimizin cəmiyyətdəki rolu haqqında 
geniş danışacağıq. 
 
 
Milli şüur və milli dövlət 
 
 Milli şüur – milli ideyalara əsaslanan ictimai şüur forma-
sıdır. Yəni, milli ideyalar cəmiyyətdə yayıldıqda, insanlar 
kütləvi surətdə milli ideyalarla yaşadıqda həmin cəmiyyətdə 
milli  şüur formalaşmış olur.  Bəs milli ideyalarla yaşamaq nə 
deməkdir? Milli kimliyini dərk etmək (milli özünüdərk), öz 
millətini və vətənini sevmək və təəssübünü çəkmək, uğurlarına 
sevinmək, uğursuzluqlarına kədərlənmək, MMD-i sevmək və 
qorumaq, öz millətinin tarixi ilə  fəxr etmək, milli hədəflərə 
çatmağı arzulamaq və s. birlikdə milli ideyalarla yaşamaq 
deməkdir. Göründüyü kimi, milli ideyalarla yaşamaq milli 
ideologiya daşıyıcısı – millətçi olmağa yaxın anlayışdır. Lakin 


 158
millətçi olmaq daha yüksək səviyyədir. Belə ki, o şəxslərə 
millətçi deyilə bilər ki, onlar milli ideyaları kortəbii yox, 
müəyyən qədər sistem şəklində qəbul etmiş olsunlar. Ona görə 
də milli ideologiyanın daşıyıcısı olan insanların – millətçilərin 
ictimai şüuru  milli şüurun ən yüksək səviyyəsidir.  
Milli  şüur MMD-in və milli dövlətin qorunmasında və 
cəmiyyətin hər cəhətdən (iqtisadi, hüquqi, siyasi və s.) in-
kişafında mühüm rol oynayır.  Çünki, milli şüur olan yerdə 
dövlət qanunlarına hörmət və onlara riayət etmə səviyyəsi, peşə 
vicdanı, ictimai münasibətlərdə  əxlaq normalarının gözlənil-
məsi və s. yüksək səviyyədə olur, bütün sahələrdə (təhsil, elm, 
iqtisadiyyat, siyasət, mədəniyyət və s.) əhalinin fəallığı artıtr, 
antimilli meyllərə güclü ictimai müqavimət olur ki, bu da 
hərtərəfli inkişafa böyük stimul verir.  
Milli şüur milli ideyaların təbliğindən çox asılıdır. Bu təb-
liğat  şəxslər, təşkilatlar və dövlət səviyyəsində aparıla bilər. 
Dövlət səviyyəsində aparılan təbliğat daha təsirli və  həl-
ledicidir.  
İmperialist dövlətlər öz əsarətlərinə keçirdikləri xalqlarda 
ilk növbədə milli şüuru öldürməyə çalışırlar. Çünki, milli şüur 
milli azadlıq hərəkatının yaranmasının ilkin qaynağı ola bilər. 
Milli  şüuru öldürülmüş xalqlarda isə milli azadlıq hərəkatının 
formalaşması və inkişafı çox çətindir. Türk dövlətləri, o cümlə-
dən Azərbaycanın şimal hissəsi Rusiya tərəfindən işğal edildik-
dən sonra rus imperiyası türk xalqlarında milli şüuru öldürmək 
üçün hər vasitəyə əl atmış və buna xeyli dərəcədə nail olmuş-
dur. Belə ki, rus imperiyası ilk növbədə türk xalqlarına “türk” 
adını unutdurmaq məqsədi ilə  əvvəllər “Türküstan” adlanan 
bölgədən bu adı götürmüş, 1937-ci ilə qədər “türk dili” adlanan 
dilimizin “Azərbaycan dili” adlandırılmasını  qəbul etdirmiş, 
tariximizi bizi alçaldacaq dərəcədə təhrif etmişdir. 1930-cu il-
lərdə 200 min soydaşımız repressiya qurbanı olmuşdur. Onların 
içərisində alimlər, ziyalılar, yazıçı  və  şairlər, siyasi xadimlər, 
bir sözlə millətin elitasını təşkil edən insanlar olmuşdur. Sovet 
dövründə  həmçinin cəmiyyətdə sosialist ideyaları ön plana 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə