Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   51   52   53   54   55   56   57   58   ...   94

 165
tutumlu sənaye sahələrimizi inkişaf etdirmək üçün onlardan 
öyrənməliyik. Bunun üçün isə Qərb ölkələrinin dilini (xüsusən 
ingilis dilini) öyrənməyə  məcburuq. Amma hansı miqyasda? 
Burada nəzəri cəhətdən iki variant mümkündür: 
1. Bütün təhsilli insanlar qarşısında xarici dil 
öyrənmək tələbi qoyulur və bu tələbin yerinə yetirilməsi 
nəticəsində xarici dil problemi həll edilir. Yuxarıda qeyd 
etdiyimiz ənənəvi fikir əslində elə bu variantı ifadə edir. 
2. Dövlətin dəstəyi ilə müxtəlif sahələrdə  tərcüməçi 
kadrlar hazırlanır və onlar inkişafımız üçün zəruri olan 
ədəbiyyatları, elmi mənbələri, kompüter proqramlarını  və 
s. tərcümə edirlər və  fəaliyyəti birbaşa xarici dillə bağlı 
olan insanlar (xarici dil müəllimləri, tərcüməçilər, xaricdə 
təhsil alanlar, diplomatlar və s.) istisna olmaqla digər 
təbəqənin xarici dil bilməsinə ehtiyacı qalmır. Bir sözlə, 
xalqın xarici dil öyrənməyə olan ehtiyacı minimuma 
endirilir. 
İndi isə ayrı-ayrılıqda bu variantların tətbiqinin hansı 
nəticələrə  gətirib çıxara biləcəyini nəzərdən keçirək. Birinci 
variantın tətbiqi aşağıdakı nəticələrə gətirib çıxara bilər: 
1. Kütləvi surətdə xarici dil öyrənməyə meyl xalqın 
assimilyasiya olunmasına, milli şüurun zəifləməsinə  şərait 
yaradır. 
2. Xarici dil bilmək zərurəti ölkədə çoxsaylı yüksək 
ixtisaslı kadrların yetişməsi imkanını məhdudlaşdırır. 
3. Elmi ədəbiyyatların, dərsliklərin və s. xarici dildə 
olması dövlət dilinin mövqeyini zəiflədir, onun inkişafının 
qarşısını alır və xarici dil ölkədə “qeyri-rəsmi dövlət dili” 
statusunu alır.  
4. Maddi marağın təsirindən xarici dil bilən yüksək 
ixtisaslı kadrların xaricə axını (xaricə “beyin axını”) 
qarşısıalınmaz olur və ölkədə elmi-texniki tərəqqinin getməsi 
çətinləşir. 


 166
5. Xarici firmaların ölkədə fəaliyyəti asanlaşır, ucuz yerli 
ixtisaslı kadrlardan istifadə imkanları artır və ölkə 
iqtisadiyyatının xarici kapitaldan asılılığı güclənir. 
6. Bütün bu proseslər nəticəsində ölkə güclü Qərb 
dövlətlərinin mədəni və iqtisadi təsiri altına düşür. 
İkinci variantın tətbiqi isə aşağıdakılarla nəticələnə bilər: 
1. Elmi ədəbiyyatların, dərsliklərin, kompüter proqram-
larının və s.-nin ana dilimizdə olması dövlət dilinin mövqeyini 
xeyli gücləndirir və milli şüurumuzun inkişafına  şərait 
yaradır. 
2. Xarici dil bilmək zərurətinin olmaması ölkədə müxtəlif 
sahələrdə yüksək ixtisaslı kadrların yetişməsi imkanını 
artırır. 
3. Yüksək ixtisaslı kadrların ölkədə qalmasına və onların 
ölkənin elmi-texniki və iqtisadi inkişafına xidmət etməsinə 
şərait yaranır.  
4. Xarici firmaların ölkədə  fəaliyyəti və xarici kapitalın 
ölkəyə axını məhdudlaşır. 
5. Bütün bu proseslər nəticəsində sağlam milli iqti-
sadiyyata malik müstəqil, güclü dövlətin formalaşmasına 
şərait yaranır. 
Qeyd olunan variantlardan ikincinin daha səmərəli olduğu 
göz önündədir. Rusiya, Türkiyə  və b. dövlətlərdə  məhz bu 
yolla dövlət dili xeyli inkişaf etdirilmişdir. Bu gün Azərbaycan 
türkcəsi ilə müqayisədə rus dilinin elm və təhsil dili kimi xeyli 
öndə olduğu hər kəsə  məlumdur. Təsadüfi deyil ki, müxtəlif 
sahələrdə elmi mənbə kimi məhz rus dilində olan ədəbiyyatlara 
müraciət olunur. Halbuki, bu mənbələr özləri də  Qərb 
mənbələrindən tərcümə vasitəsiylə formalaşdırılır. Biz də bu 
yolla öz ana dilimizi elm və  təhsil dili kimi həmin səviyyəyə 
yüksəldə bilmərikmi? 
Elm və  təhsil dili kimi Türkiyə türkcəsi də xeyli inkişaf 
etmişdir, yəni bu dildə kifayət qədər müasir elmi ədəbiyyat 
vardır və bu Azərbaycan xalqı üçün böyük bir şansdır. Lakin 
nədənsə bu şansdan demək olar ki, istifadə olunmur. Öncə 


 167
qeyd etdiyimiz kimi, qardaş ölkədən elmi, bədii və s. ədə-
biyyatların gətirilməsi demək olar ki, “sıfır” səviyyəsindədir. 
Halbuki, bu ədəbiyyatları oxumaq üçün xarici dil bilməyə 
ehtiyac yoxdur. 
Dünya təcrübəsi göstərir ki, heç bir xalq ana dilinin 
mövqeyini gücləndirmədən müstəqil və güclü dövlət qura 
bilməz. Təsadüfi deyil ki, xarici dilin hakim mövqeyə malik 
olduğu dövlətlər, başqa sözlə, xarici dilin rəsmi dil olduğu və 
əhalisinin  əksəriyyətinin həmin xarici dili bildiyi dövlətlər 
(məsələn, bir çox Asiya və Afrika ölkələri) güclü dövlətlərdən 
asılı  vəziyyətdə olan və inkişafdan qalmış dövlətlərdir. Və 
əksinə, bir inkişaf etmiş güclü dövlət göstərmək olmaz ki, 
həmin ölkədə xarici dil hakim mövqeyə malik olsun. Bu gün 
Almaniya, Fransa, İtaliya,  İspaniya, Yaponiya və s. kimi 
inkişaf etmiş güclü dövlətlərdə xalqın elmi biliklərə 
yiyələnməsi üçün xarici dil bilməyə ehtiyac yoxdur. Əgər biz 
də müstəqil, inkişaf etmiş güclü dövlətə sahib olmaq 
istəyiriksə, mütləq ana dilimizin hakim mövqedə olmasını 
təmin etməliyik. 
Folklor sahəsində milli siyasətə folklor nümunələrinin 
toplanması, tədqiqi və təbliği işlərinə xüsusi dövlət dəstəyinin 
verilməsi aiddir.   
Tarix sahəsində milli siyasətə millətin həqiqi tarixinin 
üzə  çıxarılması, bu sahədə  tədqiqatların aparılması, düşmən 
qüvvələr tərəfindən tarixin saxtalaşdırılmasının qarşısının 
alınması, tarixin geniş miqyasda tədrisi və  təbliği işlərinə 
xüsusi dövlət dəstəyinin verilməsi aiddir. 
Kitabın III bölməsində dilimiz, tariximiz və çoxşaxəli 
folklorumuzun mövcud durumu, onların tədqiqi, tədrisi və 
təbliği məsələləri haqqında daha geniş danışacağıq.    
Milli  şüurun formalaşması da dil, folklor və tarix 
sahəsindəki milli siyasətlə  sıx bağlıdır. Belə ki, millətin dili, 
folkloru və tarixi dövlətin xüsusi dəstəyi ilə yüksək səviyyədə 
tədqiq, tədris və  təbliğ olunduqda istər-istəməz cəmiyyətdə 
milli şüur formalaşmağa başlayacaq. Lakin, milli şüurun daha 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə