Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   50   51   52   53   54   55   56   57   ...   94

 162
göstəricisi onun rəsmi dilidir. Lakin, rəsmi dövlət statusu olan 
dilin də ictimai mövqeyi, işlənmə  səviyyəsi kifayət qədər 
yüksək olmalı, ölkə daxilində birinciliyi qorunmalıdır. Bu gün 
sovet imperiyası  tərkibindən çıxmış türk dövlətlərində dövlət 
dilinin mövqeyi (xüsusən rus dili qarşısında) heç də qənaətbəxş 
deyil. Bunun əsas səbəblərindən biri rus imperiyasının türk 
xalqlarına qarşı zaman-zaman həyata keçirdiyi mədəni təcavüz-
assimilyasiya siyasətinin müəyyən səviyyədə  və formada bu 
gün də davam etməsidir. Rusiya dövləti hazırda Qazaxıstan, 
Qırğızıstan, Latviya, Litva və Belorusda rus dilinin rəsmən 
ikinci dövlət dili olmasına nail olub və digər kecmiş sovet 
respublikalarında da bunu həyata keçirməyə çalışır. Bu gün 
müstəqil Azərbaycan Respublikasında rus dilinin rəsmi statusu 
olmasa da bu dil ictimai həyatdakı mövqeyi və  işlənmə 
səviyyəsinə görə sanki, ikinci rəsmi dil statusundadır. Hətta, 
bəzi hallarda dövlət dilini də üstələyir. Millətimizə qarşı bu 
mədəni təcavüzə ilk növbədə dövlətin bu sahədə xüsusi milli 
siyasətinin olmaması  şərait yaradır. Rus dilinin bu imtiyazlı 
mövqeyi ictimai həyatın müxtəlif sahələrində özünü göstərir. 
Bu gün rus dili orta və ali məktəblərdə xarici dillərdən ayrı 
tədris olunur. Belə ki, məktəblərdə digər xarici dillərdən 
(ingilis, fransız, alman, ərəb və s.) biri tədris olunduğu halda 
rus dili həmişə ona paralel tədris olunur. Hətta son illərə qədər 
rus dili qəbul imtahanlarında xarici dil blokuna daxil edilmirdi. 
Sanki, xarici dil deyildi. Bu gün bütün digər xarici dillərin 
tədrisi üçün yalnız bir ali məktəbin (Dillər Universiteti) olduğu 
halda, slavyan dillərinin, o cümlədən rus dilinin tədrisi üçün 
əlavə bir universitet (Slavyan Universiteti) yaradılmışdır. 
Bizim üçün daha vacib elm olan Türkologiya isə ən yaxşı halda 
bir kafedra səviyyəsində öyrənilir. Azərbaycanda Slavyan 
universitetindənsə, bir “Türkologiya Universiteti”nin açılması 
daha məqsədəuyğun olmazdımı? Onu da qeyd edək ki, 
Azərbaycanda yazılan “Rus dili” dərslikləri digər xarici dil 
dərsliklərindən fərqli olaraq ana dilimizdə yox, rus dilinin 
özündə yazılır. Sanki rus dili hələ də vahid dövlət dilidir. 


 163
Ali məktəblərdə ana dilimizdə  dərslik problemi hələ  də 
tam həll olunmayıb və  dərslik kimi tələbələrə  hələ  də rusca 
ədəbiyyat (xüsusən texniki, təbiət və tibb elmləri sahəsində) 
tövsiyyə olunur. Halbuki, hazırda yeniyetmə  və  gənclərin 
əksəriyyəti rus dilini bilmir və bilməyə borclu da deyil. 
Bakı  şəhərindəki kitab mağazalarında kitabların böyük 
əksəriyyəti (təxminən 80-90 faizi) rus dilində olan (Rusiyadan 
gətirilən) kitablardır. Onların xeyli hissəsi uşaqlar üçün olan 
vəsaitlərdir. Doğrudanmı  həmin kitablara bu qədər tələb var? 
M.F.Axundzadə adına Milli Kitabxanada da kitabların 80-90 
faizi rus dilindədir və bu kitablar daimi olaraq Rusiyadan gə-
tirilir. Həmin kitabxanada Türkiyə türkcəsində olan ədəbiy-
yatın kataloqunda isə çox cüzi miqdarda kitab adı var. Və 
ümumiyyətlə ən yaxın münasibətdə olduğumuz qardaş Türkiyə 
Cümhuriyyətindən ölkəmizə kitabların gətirilməsi demək olar 
ki “sıfır” səviyyəsindədir. Halbuki, bu kitabların (xüsusən 
texnika, tibb, dilçilik və Türkologiya sahəsində) kütləvi surətdə 
Azərbaycana gətirilməsi (həm Milli Kitabxanaya, həm də satış 
üçün) respublikamızda elmin və milli şüurun inkişafına xeyli 
təkan vermiş olardı. Bu bir tərəfdən də ona görə əlverişlidir ki, 
bu kitabları oxumaq üçün xarici dil bilməyə ehtiyac yoxdur. 
Kitab oxuyan hər bir şəxs elə  də  çətinlik çəkmədən Türkiyə 
türkcəsində olan ədəbiyyatı oxuya bilər. 
Bir neçə il öncəyə  qədər telekanallarda rus dilində 
verilişlərin, o cümlədən bədii və cizgi filmlərinin yayımlanması 
adi bir hal idi. Yalnız müstəqilliyimizdən 16 il  keçdikdən 
sonra (2008-ci ilin yanvarından) xarici dildə olan verilişlərin 
yayımlanması  rəsmən yasaqlanmışdır. Lakin bu gecikmiş 
qərardan sonra belə Azərbaycan telekanallarında rəsmi 
görüşlərdə, mərasimlərdə olan rusca çıxışlar və  bəzi rusca 
müsahibələr tərcüməsiz verilir. Hətta ilk vaxtlar digər xarici 
filmlər dublyaj olunduğu halda rus filmlərinin tərcüməsini 
titrlərlə vermək kimi yersiz və yararsız üsuldan istifadə 
edirdilər. Sanki, rus filmlərini dublyaj etmək günah idi. 


 164
Halbuki, hələ sovetlər dövründə xeyli rus filmi Azərbaycan 
türkcəsində dublyaj edilmişdi.  
Rus dilinin hakim mövqeyə malik olduğu sahələrdən biri 
də elektron vasitələrin (mobil telefon, kompüter və s.) menyü 
dilidir. Texniki cəhətdən mümkün olduğu halda bu sahədə ana 
dilimizə yer verilməməsi acınacaqlıdır. Yalnız bəzi cib 
telefonlarının son modellərində menyü  dillərinə Azərbaycan 
türkcəsi də daxil edilib. Bu günə  qədər bəzi kompüter 
proqramlarının Azərbaycan türkcəsində interfeys dil paketi 
hazırlanmış olsa da, nədənsə kütləvi istifadəyə buraxılmır. 
Sanki, bu sahədə rus dilini əvəz etmək günahdır. 
Bu gün reklamlarda, küçə və divar elanlarında, idarələrdə, 
hətta dövlət müəssisələrinin (xüsusən xəstəxanaların) rəsmi 
sənədlərində, həmçinin rusdilli şəxslər tərəfindən şifahi nitqdə 
rus dilindən geninə-boluna istifadə edilir. 
Respublikamızda rus dilinin bu cür imtiyazlı mövqeyi ilk 
növbədə milli şüurumuza mənfi təsir göstərərək, xalqımızda 
dilimizə  və  gələcəyimizə inamsızlıq yaradır və  vətəndaşla-
rımızda belə bir yanlış təsəvvür yaranır ki, elm və mədəniyyət 
dili məhz rus dilidir. Bu yanlış düşüncəylə onlar uşaqlarını 
məktəblərin rus bölmələrinə qoyurlar və beləliklə  də millət 
assimilyasiyaya məruz qalır, milli hislərdən və milli mübari-
zədən uzaqlaşır. Bu isə milli varlığımıza qarşı mübarizə aparan 
düşmənlərimizin öz məqsədlərinə çatmasına xidmət edir. 
Ümumiyyətlə dil problemimiz yalnız rus dilinin hakim 
mövqeyi ilə  məhdudlaşmır,  əksər inkişaf etməkdə olan 
dövlətlərdə olduğu kimi bizdə  də elm və  təhsilin inkişaf 
etdirilməsində xarici dil baryeri mövcuddur. Bəs bu problemi 
necə  həll etməli? Həmin problemdən söhbət düşəndə artıq bir 
ənənə halına gəlmiş bu fikri tez-tez eşidirik: “Gənclərimiz  
mütləq xarici dilləri öyrənməlidirlər”. Amma nədənsə bunun 
zərərli cəhətlərinə  və problemin daha səmərəli həlli yollarının 
tapılmasına diqqət yetirilmir. 
Aydındır ki, elmi-texniki tərəqqiyə görə  Qərb ölkələri 
bizdən xeyli irəlidədir və biz təhsilimizi, elmimizi və elm 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə