Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   52   53   54   55   56   57   58   59   ...   94

 168
yüksək səviyyədə formalaşması üçün vətənə, millətə  və milli 
dəyərlərə sevginin xüsusi təbliği də  zəruridir. Burada isə bu 
mövzuda olan bədii  əsərlərin xüsusi yeri var. Bu gün 
Azərbaycan türklərinin milli şüurunun formalaşmasında  
mühüm amillərdən biri məhz Bütöv Azərbaycan amalının 
təbliğidir. 
Hazırda milli siyasətimizin mühüm tərkib hissələrindən 
biri də Güney Azərbaycan Milli Hərəkatına və Azərbaycanın 
bütövlüyü uğrunda mübarizə aparan digər təşkilatlara dövlət 
səviyyəsində maddi və mənəvi dəstəyin verilməsidir. 
Milli siyasət türk dövlətlərinin inteqrasiyası sahəsində  də 
özünü göstərməlidir. Bu artıq ikincı  və üçüncü səviyyədə 
türkçülükdür. Bu siyasətin bütün türk dövlətləri tərəfindən 
aparılması  zəruridir. Buraya türk dövlətlərini özündə birləşdi-
rən regional beynəlxalq təşkilatın yaradılması, mədəni, iqtisadi, 
siyasi və hərbi əlaqələrdə qarşılıqlı güzəştlərin tətbiqi, sərhəd-
lərin  şəffaflaşdırılması, telekanalların bütün türk dövlətlərində 
birbaşa yayımlanması, türkologiya üzrə xüsusi universitetlərin 
açılması, türk xalqlarında ortaq ünsiyyət dilinin yaranmasına 
şərait yaradılması və s. daxildir. Bütün bunlar isə türk dövlət-
lərinin ayrı-ayrılıqda güclənməsi ilə yanaşı, onların dünyada bir 
güc mərkəzinə çevrilməsinə də zəmin yaratmalıdır.      
 
 
Milli hədəflər 
 
Öncə qeyd etdik ki, türk millətçiliyinin birinci səviyyədə 
hədəfi ayrı-ayrı türk xalqlarının bütöv və güclü milli dövlətə 
sahib olmasıdır. Hazırda dünyada 20-yə yaxın türk dövlət 
qurumu mövcuddur. Onlardan 7-si (Azərbaycan, Türkiyə, 
Şimali Kipr, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğı-
zıstan) müstəqildir.  Şimali Kipr Türk Respublikası istisna 
olmaqla, qalan 6 türk dövlətinin müstəqilliyi BMT tərəfindən 
rəsmən tanınmışdır. Digər türk dövlət qurumlarına Rusiya 
Federasiyası  tərkibində 9 respublika (Tatarıstan, Çuvaşıstan, 


 169
Tuva, Qaraçay-Çərkəz, Kabarda-Balkarıstan, Altay, Xakasiya, 
Başqırdıstan, Saxa), Çinin tərkibində bir muxtar rayon (Sincan-
Uyğur muxtar rayonu), Ukrayna tərkibində bir muxtar 
respublika (Krım Muxtar Respublikası), Moldova tərkibində 
bir muxtar vilayət (Qaqauz Muxtar Vilayəti) aiddir.                                       
Müstəqil türk dövlətləri içərisində yalnız Türkiyə tam 
mənada milli dövlət kimi formalaşmışdır. Belə ki, bu dövlətdə 
ərazi bütövlüyü problemi yoxdur, türk dili rəsmi dil kimi 
kifayət qədər güclü mövqeyə malikdir, MMD əsasən mədəni 
səviyyəyə yüksəldilmişdir, milli şüur Türkiyəçilik səviyyəsində 
kifayət qədər inkişaf etmişdir. Orta Asiyanın müstəqil türk 
respublikaları haqqında isə bunu demək olmaz. Belə ki, bu 
dövlətlərin  ərazi bütövlüyü problemi olmasa da və onlar 
rəsmən müstəqil olsalar da, siyasi, iqtisadi və  hərbi cəhətdən 
Rusiyanın təsirindən tam çıxa bilməyiblər. Bu dövlətlərdə türk 
dilinin mövqeyi (xüsusən rus dili qarşısında), MMD-in mədəni 
səviyyəyə yüksəldilməsi və milli şüurun inkişaf səviyyəsi 
qənaətbəxş deyil. Hətta, Qazaxıstan və  Qırğızıstanda rus dili 
ikinci rəsmi dil statusuna malikdir. 
Azərbaycan türklərinə  gəldikdə, müasir Azərbaycan Res-
publikası tarixi Azərbaycan torpaqlarının yalnız kiçik bir 
hissəsində qurulmuşdur. Üstəlik, Azərbaycan Respublikasının 
ərazisinin 20 faizini Rusiya Ermənistanın adından işğal 
etmişdir. Eyni zamanda müasir Azərbaycan Respublikasında 
da dövlət dili kimi Azərbaycan türkcəsinin mövqeyi (xüsusən 
rus dili qarşısında), MMD-in mədəni səviyyəyə yüksəldilməsi 
və milli şüurun inkişafı kifayət dərəcədə deyil. Ona görə  də
Azərbaycan türkləri üçün türkçülüyün birinci səviyyəsində 
hədəfi bütöv və milli Azərbaycan dövlətini qurmaqdır. 
Bütöv Azərbaycan məsələsinə  gəldikdə, bu məsələyə 
müxtəlif baxışlar var. Tarixi Azərbaycan  əraziləri  şimaldan 
Dərbənd şəhəri, Cənubdan Kəngər körfəzi, Şərqdən Xəzər də-
nizi və Xorasan, Qərbdən Anadolu, Suriya və İraqla əhatələnir. 
Müasir Azərbaycan türklərinin əcdadları olan türkdilli tayfalar 
bu  ərazilərin  ən qədim yerli sakinləri olmuşdur və  qədim 


 170
dövrdən bu ərazilərdə Azərbaycan türk imperiyaları  (İşquz, 
Midiya, Parfiya, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi-
lər, Avşarlar, Qacarlar və s.) və nisbətən kiçik Azərbaycan türk 
dövlətləri (Manna, Atropatena, Albaniya, Şirvanşahlar,  Saco-
ğulları, Salarilər və s.) mövcud olmuşdur. Bu dövlətlərin çoxu 
məhz bütöv Azərbaycan  ərazilərini  əhatə etmişdir və  “Araz” 
çayı heç vaxt nə döv-lətçilik, nə də etnik-mədəni baxımdan 
tarixi sərhəd ol-mamışdır. Müasir “İran” dövləti də 1921-25-
ci illərdə baş vermiş hakimiyyət çevrilişi nəticəsində fars şovi-
nistlərinin  əlinə keçmiş türk (Qacar) imperiyasıdır. Azərbay-
canın Araz çayından şimalda qalan hissəsi, o cümlədən, müasir 
Azərbaycan Respublikası isə, 1804-13 və 1826-28-ci illərdə 
baş vermiş Rus-Qacar müharibələrində Qacarlar dövlətinin 
itirdiyi ərazilərdir. Ona görə də, bəzi insanlar milli dövlət prob-
leminin həllini “İran” adlanan dövlətin parçalanmasında yox 
(bu dövləti canı-qanı bahasına quran məhz türklər olduğundan), 
sadəcə onun yenidən türk dövlətinə çevrilməsində görürlər.  
Ümumilikdə Azərbaycan türklərinin bütöv milli dövlət 
probleminin həllinin müxtəlif variantları səslənir. Onlar əsasən 
aşağıdakılardan ibarətdir: 
1. Türk-İran imperiyasının bərpası. Bu variantın tərəf-
darları hesab edirlər ki, tarix boyu İranı türklər idarə etmiş və 
hakimiyyət yenə  də türklərin olmalıdır. Azərbaycan milli 
azadlıq hərəkatının lideri, milli ideoloq Əbülfəz Elçibəy Türk-
İran imperiyasını  bərpa etmək ideyasının qəti  əleyhinə 
olmuşdur. O, bu barədə fikrini belə ifadə etmişdir: “Biz onların 
üzərində  ağamı olmaq istəyirik? Yox! Biz şovinizmin nə 
olduğunu görmüşük.  Şovinizm həmin xalqın özünü faciəyə 
aparır. Bizə öz azadlığımız, öz müstəqilliyimiz yetər. Biz fars 
şovinizminin əleyhinəyik, farsların yox” (1.19, s.19). 
2. “İran” adlanan dövlətdə türk dilinə  rəsmi dövlət dili 
statusunun verilməsi. Burada nəzərdə tutulur ki, “İran” adlanan 
dövlətdə fars dili ilə  bərabər türk dilinə  də bütün ölkə 
ərazisində  rəsmi dövlət dili statusu verilir və bu dövlət iki 
millətin (türklərin və farsların) ortaq dövlətinə çevrilir. Analoji 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə