Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   55   56   57   58   59   60   61   62   ...   94

 177
kassik iqtisadi nəzəriyyənin baniləri A.Smit (1723-1790) və 
D.Rikardo (1772-1823) olmuş, sonra isə müxtəlif nəzə-
riyyəçilər tərəfindən inkişaf etdirilmiş və bazar İS-nin müxtəlif 
modelləri meydana çıxmışdır.  
Müasir dövrdə bazar İS-nin  liberal,  sosial yönümlü  və 
sosial-demokrat yönümlü modelləri fərqləndirilir 
Bazar  İS-nin  liberal  (amerikan)  modelinin meydana 
çıxması,  əsas xüsusiyyətləri və sonrakı inkişafı haqqında 
kitabın 22-24-cü səhifələrində  məlumat verilmişdir. Orada 
qeyd etdiyimiz kimi, liberal modelin xüsusiyyətləri  əsasən 
neoklassik iqtisadi nəzəriyyəyə (A.Marşal  (1842-1924) və b.) 
əsaslanır. Bu model klassik (xalis) formada XX əsrin 
əvvəllərindən 20-ci illərin sonunadək ABŞ-da mövcud 
olmuşdur. Sonra isə bu modelin dövlət tərəfindən tən-
zimlənən forması (C.Keyns (1883-1946) və b. tərəfindən irəli 
sürülmüş  neoliberal nəzəriyyələr  əsasında) meydana 
çıxmışdır ki, bu gün də liberal model bu və ya digər dərəcədə 
dövlət tənzimlənməsinə bağlıdır.  
 Bazar  İS-nin  sosial yönümlü modeli ikinci dünya mü-
haribəsindən sonra Qərbi Almaniyada meydana çıxmışdır. Ona 
görə də bu modelə “alman modeli” də deyirlər. Sosial yönümlü 
modelin yaranması  neoliberal iqtisadi nəzəriyyəçilərə  aid 
edilən Frayburq (alman) məktəbi nümayəndələrinin (V.Oyken, 
L.Erxard (1897-1977), L.Müller Armaq, A.Rustov, V.Repke və 
b.) nəzəriyyələri ilə sıx bağlıdır.  
 Bazar 
İS-nin 
sosial yönümlü modelinin əsas 
xüsusiyyətləri aşağıdakılardır (2.31, s.189): 
- Çox və ya az dərəcədə dövlət sektorunun mövcud olduğu 
qarışıq iqtisadiyyatın mövcud olması; 
- Nəinki makroqtisadi proseslərin, hətta bazar sub-
yektlərinin fəaliyyətinin ayrı-ayrı sahələrinin dövlət tərəfindən 
tənzimlənməsi; 
- Dövlət tərəfindən  əhaliyə qeyri-istehsal sahələrindəki 
xidmətlərin pulsuz göstərilməsi, ailə  gəlirlərindən asılı ol-
mayaraq cəmiyyətin bütün üzvlərinin bu xidmətlərdən istifadə 


 178
etməsi üçün soisial təminat yaradılması, hər bir vətəndaşa 
pulsuz təhsil, səhiyyə xidmətləri alması haqlarının həyata 
keçirilməsinə təminat verilməsi;  
- Tənzimlənmənin azad rəqabətin saxlanılmasına, kapi-
talların olduqca az əllərdə  cəmlənməsinin qarşısının alınma-
sına, yeni təsərrüfat obyektlərinin yaradılmasına yönəldilməsi; 
-  İşsizlərin sayını minimum həddə çatdırmaqla  əhalinin 
məşğulluğunun tənzimlənməsi; 
- Ümumu Milli Məhsulda (ÜMM) dövlət büdcəsinin bö-
yük hissəyə malik olması; 
- İqtisadiyyatın büdcə-maliyyə siyasəti ilə deyil, kredit-pul 
siyasəti vasitəsi ilə tənzimlənməsi;  
Bazar  İS-nin  sosial-demokrat yönümlü modelinin xü-
susiyyətləri sosial yönümlü modelin xüsusiyyətləri ilə    əsasən 
eynidir. Lakin sosial-demokrat yönümlü modeldə  “solçu” is-
tiqamət daha da güclüdür. Sosial-demokrat modelinin ya-
ranması  və  əsas xüsusiyyətləri haqqında kitabın 17-19-cu 
səhifələrində ətraflı məlumat verilmişdir. 
İnzibati amirlik (və ya sosialist) İS-i. Bu İS marksizm 
ideyalarına  əsaslanan sistemdir. Bu İS-in  əsas xüsusiyyətləri 
aşağıdakılardır: 
-  İstehsal vasitələri üzərində ictimai mülkiyyətin mövcud 
olması;   
- Təsərrüfatın dövlət tərəfindən dövri planlaşdırılması;  
-  İstehsal, ticarət, bazar və qiymətlər üzərində tam dövlət 
nəzarəti. 
Bu prinsiplərin müəyyən edilməsinə baxmayaraq bu 
sistemin mövcud olduğu ölkələrdə gizli (qeyri-leqal) olaraq 
bazar qanunları fəaliyyət göstərmiş və gizli inflyasiya mövcud 
olmuşdur.  İnzibati amirlik sisteminin süqutuna səbəb olan 
xüsusiyyətləri kimi aşağıdakılar qeyd edilir (2.31, s. 78-79): 
-  İctimai mülkiyyət adı altında bütün iqtisadi resursların 
dövlətin nəzarətində və inhisarında olması; 
- Təsərrüfat mexanizmi kimi mərkəzləşdirilmiş iqtisadi 
planlaşdırmanın ön mövqedə durması; 


 179
- Bütün yaradılmış nemətlərin regional xüsusiyyəti nəzərə 
almadan bərabər bölgü adı altında bərabərləşdirici  şəkildə 
bölünməsi; 
-  İqtisadi aktivliyin yüksəldilməsinə  və  şəxsi mənafeyin 
reallaşdırılmasına şəraitin yaradılmaması; 
- Bütövlükdə iqtisadi resursların hərbi sənaye komplek-
sinin tələbatı istiqamətində istifadə olunması; 
Sosialist İS Sovet imperiyasında və dünyanın (əsasən Şərqi 
Avropanın) bir çox ölkələrində mövcud olmuşdur. Hazırda 
Kubada bu İS qalmaqdadır.  
Qarışıq İS dövlət və özəl mülkiyyətin, həmçinin, iqtisadiy-
yatın dövlət və bazar tənzimlənməsinin müəyyən optimal 
nisbətdə paralel fəaliyyət göstərdiyi  İS-ə deyilir. Bu isə bazar 
İS-nin sosial və sosial-demokrat yönümlü modellərini nəzərdə 
tutur. Yəni, bazar İS-nin bu modellərinə iqtisadi nəzəriyyədə 
ayrıca İS – qarışıq İS kimi də baxılır. 
Ənənəvi  İS milli və dini ənənələrə  əsaslanan  İS-lərə 
deyilir. Burada mülkiyyət münasibətləri, gəlirlərin bölgüsü və 
s. iqtisadi məsələlər mövcud milli və dini ənənələrə  və 
qaydalara  əsasən həll edilir. Ənənəvi  İS-lər qəbilə-tayfa 
münasibətlərinin hələ  də qaldığı  bəzi Afrika ölkələrində 
mövcuddur.  
 
 
İqtisadi sistemin optimal növünün 
müəyyən edilməsi 
 
 İS-lərin müxtəlif tarixi və müasir formaları müxtəlif sosial 
qrupların mənafeyini bu və ya digər dərəcədə  əks etdirir. 
Burada əsasən üç sosial qrupun mənafeyi əsas rol oynayır: 
- Dövlət hakimiyyəti; 
- Sahibkarlar (mülkədarlar və ya kapitalistlər); 
- Zəhmətkeşlər (yalnız fiziki və ya zehni əməkləri ilə dola-
nanlar). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə