Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   56   57   58   59   60   61   62   63   ...   94

 180
Sinifli cəmiyyətin (başqa sözlə dövlətlərin) meydana çıx-
dığı  qədim dövrdə mövcud olmuş iqtisadi sistem (quldarlıq 
sistemi)  əsasən dövlət hakimiyyətinin (hakim sülalələrin) iq-
tisadi mənafeyini qorumuşdur. Daha sonra meydana çıxmış 
feodalizm quruluşunda ayrıca mülkədarlar təbəqəsi formalaşsa 
da, torpaq sahibliyində yenə də dövlət hakimiyyəti öndə getmiş 
və ya mülkədarlarla dövlət hakimiyyətinin iqtisadi mənafeləri 
əsasən birləşmişdir. Lakin kapitalist münasibətlərinin meydana 
çıxması ilə kapitalistlərin mənafeyi dövlət hakimiyyətinin 
mənafeyinə qarşı dayanmışdır. Bu ziddiyyət azad sahibkarlıq 
ideyalarına  əsaslanan (kapitalist sinfinin mənafeyini  əks et-
dirən) liberal iqtisadi görüşlərin və burjua inqilablarının 
(Niderlandda – 1566-1609, İngiltərədə – 1640-60 və 1688-89, 
Fransada – 1789-94 və s.) meydana çıxmasına səbəb olmuşdur. 
Bununla paralel olaraq həmçinin, dövlət hakimiyyətinin 
mənafeyini müdafiə edən mühafizəkarlıq və  zəhmətkeşlərin 
mənafeyini müdafiə edən sosialist ideyaları da meydana 
çıxmışdır (zəhmətkeşlər sinfi qədim dövrdən mövcud ol-
duğundan və hakim sinfə qarşı dayandığından sosialist ide-
yalarının tarixi daha qədimdir). 
Liberal iqtisadi görüşlərə  əsaslanan burjua inqilablarının 
məqsədi elə iqtisadi sistem formalaşdırmaq idi ki, orada dövlət 
iqtisadiyyata müdaxilə etməsin və sahibkarlara iqtisadi azadlıq 
verilsin. Bu dövrdə mühafizəkar iqtisadi görüşlər (burada 
“mühafizəkar” ifadəsi müasir dövrümüzdəki mənasından ta-
mamı ilə  fərqlənir, belə ki, müasir mühafizəkarlar  əsasən 
liberal iqtisadi görüşləri müdafiə edirlər. Bax, səh. 34-35) məhz 
dövlət hakimiyyətinin səlahiyyətlərinin (iqtisadi imtiyaz-
larının) saxlanılmasını doğru sayırdılar. Sosialist hərəkatları isə 
zəhmətkeş təbəqənin mənafeyini müdafiə edərək hər iki görüşə 
(liberal və mühafizəkar) qarşı dayanırdı. XIX əsrdə sosialist 
hərəkatı özü də iki qanada ayrılmışdır: inqilabçı-marksist və 
islahatçı.  İnqilabçı-marksistlər burjua sinfinin tamamı ilə  ləğv 
olunmasının və mülkiyyətin ictimailəşdirilməsinin tərəfdarı 
idilər. Bu bir növ yuxarıda qeyd etdiyimiz üç sosial qrupdan 


 181
(iqtisadi imtiyazlı dövlət hakimiyyəti, sahibkarlar və  zəh-
mətkeşlər) yalnız birinin – zəhmətkeşlər sinfinin saxlanılması 
demək idi. İslahatçı-sosialist qanadı isə burjua sinfini sax-
lamaqla zəhmətkeş sinfin də iqtisadi mənafeyinin qanunla 
təmin olunmasının tərəfdarı idilər. Hətta xırda burjuaziyanı 
saxlamaqla dövlət hakimiyətini tamamı ilə  ləğv etmək 
ideyasını irəli sürən anarxistlər də meydana çıxmışdır.    
Tarixin gedişində  tənzimlənən bazar İS-nin, o cümlədən
sosial (neoliberal) və sosial-demokrat modelli bazar İS-nin for-
malaşması ilə liberal və islahatçı-sosialist iqtisadi görüşlərin 
müəyyən qədər uzlaşması baş verdi. İnqilabçı marksistlər isə 
bununla barışmadılar, onlar yalnız burjua sinfinin tamamı ilə 
ləğvi və mülkiyyətin tam ictimailəşdirilməsi ilə  ədalətli  İS-ə 
nail olmağı mümkün saydılar. Sosialist İS-i bərqərar olduqdan 
(Rus imperiyasında (1917-1991) və dünyanın bir çox ölkə-
lərində) sonra isə bu ideya (ədalətli  İS qurmaq) heç də özünü 
tam doğrultmadı. Belə ki, mülkiyyət ictimailəşdirildikdən sonra 
bu mülkiyyəti idarə edən müəssisə  rəhbərləri faktiki olaraq 
kapitalistə, hakimiyyət orqanlarının (dövlət idarəetmə orqanla-
rının) vəzifəliləri isə onlarla birləşmiş iqtisadi imtiyazlı sosial 
qrupa çevrildilər. Başqa sözlə, üç sosial qrupdan ikisinin (döv-
lət hakimiyyəti və sahibkarlar) zəhmətkeşlərə qarşı qeyri-leqal 
birləşməsi baş verdi. Bu sistem mahiyyətcə dövlət-inhisarçı 
kapitalizminə uyğun idi. Yəni, faktiki olaraq siniflər (istismarçı 
və  zəhmətkeş) heç də  ləğv olunmadı, müəssisə  rəhbərləri və 
dövlət idarəetmə orqanları  vəzifəliləri heç də yalnız  əmək 
haqqı ilə yaşamadılar, dövlət idarəetmə orqanlarında və 
müəssisələrdəki korrupsiya və sosial təbəqələşmə kapitalist 
ölkələrindəkindən heç də geri qalmadı, hətta onları da geridə 
qoydu.  Zəhmətkeşlər sinfinin ən böyük (və  bəlkə  də yeganə) 
uduşu isə  əmək haqqının xeyli aşağı olmasına baxmayaraq 
işsizlik probleminin demək olar ki, 100%-li həll olunması idi. 
Sosialist iqtisadi sisteminin tənəzzülü dövründə (XX əsrin 70-
80-ci illəri) isə sosialist iqtisadiyyatında qıtlıq və gizli 
inflyasiya özünün ən yüksək həddinə çatmışdır.  


 182
Bütün bunlara rəğmən sosialist iqtisadi sisteminin tərəfdarı 
olan, həqiqi sinifsiz cəmiyyətin qurulmasını mümkün hesab 
edən ideoloqlar və siyasi hərəkatlar bu gün də mövcuddur. 
Bəs milli ideologiyamızda hansı iqtisadi sistemə üstünlük 
verilir? Öncə qeyd etdiyimiz kimi milli ideologiyalarda əsas 
məsələ milli haqların təmin olunması  və milli dövlətin qu-
rulmasıdır və iqtisadi sistem isə milli xüsusiyyətlər, tarixi 
ənənə, coğrafi  şərait və s. nəzərə alınmaqla müəyyən olun-
malıdır.  
Qədim tarixi ənənələrimizə  gəldikdə, tədqiqtçılara görə 
qədimdən türk düşüncə sistemində “milli təsanüd” (bax, səh. 
97, 124, 138-139) prinsipi mövcud olmuşdur ki, bu da cə-
miyyətdə  fərdiyyəətçiliklə kollektivçiliyn səmərəli uzlaş-
dırılmasını  nəzərdə tutur. Yəni nə ifrat solçuluq, nə  də ifrat 
sağçılıq qəbul edilmişdir. “Milli təsanüd” prinsipi hətta 
Müsavat partiyasının 1936-cı ildə  qəbul olunmuş yeni 
proqramına da daxil edilmişdir. Bu prinsip müasir dövrümüzdə 
iqtisadi mənada məhz qarışıq (sosial və sosial-demokrat 
yönümlü) bazar iqtisadiyyatı modellərinə uyğundur. 
XIX  əsrin sonu, XX əsrin  əvvəllərində Azərbaycanda 
yaranmış milli azadlıq hərəkatı (“Difai”, Müsavat və s.) və 
milli ideoloqlarımız (Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə və b.) iqtisadi 
məsələdə  əsasən “sol” (sosial-demokrat) təmayüllü olmuş, 
yəni, xırda burjuaziyanı saxlamaqla dövlət tərəfindən iqti-
sadiyyatın tənzimlənməsi və sosial siyasətə üstünlük vermişlər. 
Lakin eyni zamanda liberal iqtisadi görüşə meylli milli ideo-
loqlarımız da (Ə.Topçubaşov, Y.Akçura və b.) olmuşlar. 
Türkiyə Cümhuriyyətinin ilk illərində milli ideoloq və 
böyük mübariz M.K.Atatürk etatist iqtisadi siyasəti ilə 
seçilmişdir (bax, s. 68). Bu iqtisadi siyasət də  əsasən sosial-
demokrat yönümlü bazar iqtisadi sistemi formalaşdırmağa 
yönəlmişdir.  
Bu gün də Türkiyə Cümhuriyyətində sol təmayüllü kifayət 
qədər nüfuzlu siyasi partiyalar (Cümhuriyyət Xalq Partiyası, 
Demokratik Sol Partiya və s.) fəaliyyət göstərir və haki-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə