Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   64   65   66   67   68   69   70   71   ...   94

 204
varsa (məsələn, müxtəlif qüvvə sahələri, elektromaqnit 
qalğaları,  şüur və s.) mənbəyi maddədir, maddiliyin məhsu-
ludur.  İdealizmin isə  obyektiv  və  subyektiv formaları  fərqlən-
dirilir. Obyektiv idealizmdə (Sokrat (e.ə.469-399), Platon 
(e.ə.428/7-348/7), Leybnist (1646-1716), Şelleinq (1775-1858), 
Hegel (1770-1831), A.Şopenhauer (1788-1860) və b.) ideya 
materiyanın (maddiliyin) əsasında dayanan obyekt kimi qəbul 
olunur. Subyektiv idealizmdə isə (C.Berkli (1685-1753), 
D.Yum (1711-76), İ.Q.Fixte (1762-1814) və b.) birinci olan 
ideya fərdiləşdirilir, subyekt kimi qəbul olunur. 
Fəlsəfədə idealizmlə materializm arasında “aralıq” möv-
qeli fəlsəfi cərəyanlar da meydana çıxmışdır. Bunların ən geniş 
yayılmışlarından  dualizmi  və  panteizmi göstərmək olar. Du-
alizmə görə (Dekart (1596-1650), Kant (1724-1804) və b.) 
maddilik və qeyri maddilik biri-birindən asılı olmayan, ayrı-
ayrılıqda müstəqil başlanğıclara malik substansiyalardır. 
Panteizmdə isə (C.Bruno (1548-1600), Spinoza (1632-77), 
İ.Q.Herder (1744-1803), İ.Göte (1749-1832), İ.S.Eruigena 
(810-77), N.Malbranş (1638-1715) və b., Şərqin sufi mü-
təfəkkirləri: M.Həllac (858-920), B.K.Bakuvi (933/4-1074), 
E.Həmədani (1099-1131), Ş.Təbrizi (1185-1248), C.Rumi 
(1207-1273), M.Şəbüstəri (1287-1320), Y.Qarabaği (?-1645) 
və b.) Allahla təbiət (materiya, varlıq) eyniləşdirilir. Burada 
Allah anlayışı ilə  təbiət (materiya, varlıq) anlayışının ortaq 
əlamətləri (yaradılmazlıq,  əbədilik, qanunlarının hakimliyi, 
dəyişməzliyi, hər yerdə  həmişə mövcudluğu, dərkolunmazlıq, 
qeyri-maddiliyə bağlılıq və s.) əsas rol oynamışdır.
 
Panteizm 
bəzən materializmə (“Allah təbiətdədir” prinsipi ilə), bəzən də 
obyektiv idealizmə (“təbiət Allahdadır” prinsipi ilə) aid fəlsəfi 
cərəyan kimi özünü göstərir.  
İstər idealist, istər materialist, istərsə də dini dünyagörüşü-
nün ən ümumi cəhəti ondan ibarətdir ki, bu dünyagörüşlərinin 
hər birində yaradılmaz başlanğıc (idealizmdə mütləq ideya, 
materializmdə materiya, dində Allah) qəbul olunur. Deməli 
“yaradılmazlıq problemi” heç bir halda həll olunmur, çünki 


 205
yoxluq təsəvvür olunan deyil. Bu isə  əslində varlığın insan 
şüuru tərəfindən dərkolunmaz olduğuna gətirib çıxarır.  
Umumilikdə fəlsəfi görüşlərin ideologiyalarda rolu böyük 
olsa da, fəlsəfənin əsas məsələsinin necə həll olunmasının, baş-
qa sözlə, idealist və ya materialist olmağın bir çox ideologiya-
ların  əsas ideyalarının qəbul olunması  və  həyata keçirilməsi 
baxımından o qədər də əhəmiyyəti yoxdur. Yəni, həmin ideolo-
giyalar bu məsələdə neytral və ya pozitivist
 
mövqedə dayanır. 
Lakin, fəlsəfənin  əsas məsələsinin həllində neytral olmayan 
ideologiyalar da var. Məsələn, aydındır ki, dini təmayüllü ideo-
logiyalar idealist fəlsəfi görüşlər tələb edir. Çünki, materialist 
(ateist) fəlsəfi görüşlər dini dünyagörüşünə tamamı ilə ziddir.  
Fəlsəfənin  əsas məsələsinin həllində neytral olmayan ide-
ologiyalardan biri də marksizmdir. Burada materialist fəlsəfə 
əsas götürülür və  hətta bu ideologiyanaın  əsas ideyasının 
(inqilab yolu ilə ictimai mülkiyyətə əsaslanan sinifsiz cəmiyyət 
qurmaq) həyata keçirilməsinin yalnız materialist (ateist) dün-
yagörüşü ilə mümkün ola biləcəyi də nəzəri cəhətdən əsaslan-
dırılmağa çalışılır. Guya idealist dünyagörüşlü insanların in-
qilabçı-sosialist ideyalarını qəbul etməsi mümkün deyil. Çünki, 
idealist dünyagörüşü insanlarda təslimçilik yaradır, kapitaliz-
mlə barışmağa, ona bəraət qazandırmağa gətirib çıxarır.  Əs-
lində isə bu prinsip marksizmin zəif tərəfi olmaqla kifayət 
qədər cəlbedici ideyalar olan inqilabçı-sosialist ideyalarının 
daha geniş yayılmasına tarixən süni bir əngəl olmuşdur. Belə 
ki, idealistlərin inqilabçı-sosialist ideyalarını  qəbul etməsində 
nəzəri cəhətdən elə bir ziddiyyət yoxdur. Təsadüfi deyil ki
tarixən inqilabçı-sosialist ideyalarını qəbul etmiş insanların heç 
də hamısı ateist olmamışdır,  əksinə, bəlkə  də çoxu idealist 
düşüncəli insanlar olmuşdur.  
Milli ideologiyaları, o cümlədən türk millətçiliyini fəlsə-
fənin  əsas məsələsinin həlli baxımında neytral ideologiyalara 
aid etmək olar. Belə ki, bu ideologiyaların ideoloqları arasında 
həm materialist, həm də idealist dünyagörüşlü mütəfəkkirlər 
olmuşdur. Eyni zamanda milli ideologiyanın həm materialist, 


 206
həm də idealist dünyagörüşlü daşıyıcıları ola bilər. Əsas şərt isə 
fikir azadlığını  və tolerantlığı gözləmək, məcburiyyətə  və 
qadağalara yol verməməkdir. 
 
 
5. Dini məsələlər 
 
Din – fövqəltəbii qüvvələrin (bir və ya bir neçə Allahın) 
varlığına inama əsaslanan dünyagörüşü, sitayişlər, ayinlər, 
ehkamlar, qaydalar və davranışlar sistemidir. Bnunla da din 
həm də bir ictimai şüur formasıdır. 
Dinlərin ibtidai icma quruluşunun (İİQ) üst poliolit 
dövründən (35-40 min il bundan qabaqdan) meydana çıxdığı 
ehtimal edilir. Dinlərin tarixən meydana çıxmasının ilkin 
şərtləri təbiət hadisələrinin və  təbiət qüvvələrinin insanlar 
üzərində hökmranlığı olmuşdur. Bu hökmranlığın təsirindən 
insanlarda dünya haqqında müəyyən fantastik təsəvvürlər və 
sitayışlər formalaşmağa başlamışdır. Dinlərin hələ forma-
laşmadığı dövrlərdə onun ilkin ünsürləri kimi fetişizm 
(əşyalara sitayiş), totemizm (müəyyən canlılara – bitkilərə  və 
ya heyvanlara sitayiş) və animizm (ruhlara sitayış), həmçinin, 
sehr və ovsunçuluq mövcud olmuşdur. Bu ünsürlərin daha da 
inkişaf etməsi nəticəsində  mifologiyalar formalaşmışdır.  Mi-
fologiya (yun. “mifos”– əfsanə, əsatir, “loqos” – söz, təlim) – 
dünya və yaranış haqqında fantastik təsəvvürlərə  əsaslanan 
əfsanələr və  rəvayətlər sistemidir. Mifologiyalarda ehkamçı-
lığın və ayinlərin inkişafı öncə çoxallahlı (politeist), sonra isə 
təkallahlı (monoteist) ənənəvi dinlərin formalaşmasına gətirib 
çıxarmışdır. Təkallahlı dinlərin  əsasən tayfa birlikləri və döv-
lətlərin meydana çıxması ilə eyni vaxtda formalaşdığı ehtimal 
edilir. 
Dinlər  yaranma formasına və öz xarakterinə görə iki qrupa 
bölünür: Səmavi və qeyri-səmavi (ənənəvi) dinlər. 
Səmavi dinlər Allah elçilərinin (peyğəmbərlərin) Al-
lahdan aldıqları  vəhy ilə yaratdıqları  təkallahlı dinlərdir. Hər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə