Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   63   64   65   66   67   68   69   70   ...   94

 201
ənənələri nəzərə almaq onların qanunla məcburiləşdirilməsi 
demək deyil. Eyni zamanda bəzi zərərli hallar istisna olmaqla 
heç bir adət-ənənə qanunla qadağan da edilə bilməz. Bir sözlə, 
adət-ənənələrin məcburiləşdirilməsi də, qadağan edilməsi də 
mənfi nəticələrə  gətirib çıxara bilər. Hər iki hal insanların 
hüquq və azadlıqlarına ziddir. Milli adət-ənənələr sadəcə olaraq 
qanunlarda nəzərə alınmalıdır. Başqa sözlə, hüquq milli adət-
ənənələrin sərbəst yaşamasını  təmin etməli, bir növ onlara 
neytral qalmalıdır. Bu məsələlərə (hüquq və adət-ənənələr mə-
sələsinə) kitabın III bölməsinin “Xalq adət  ənənələri” başlıqlı 
bölümündə daha geniş toxunacağıq. 
İnsan azadlığı problemindən danışılanda  ən çox üstünə 
gəlinən məsələlərdən biri də  qadın azadlıqları problemidir. 
Tarixin  ən qədim dövrlərində qadınlar müqəddəs varlıq kimi 
qəbul olunmuş, hətta qəbilə başçıları da qadınlar (“Ana-
xaqanlığı”, “Matriarxal cəmiyyət”) olmuşdur. Sonradan üs-
tünlük kişilərə keçmiş, “Ataxaqanlığı” (“Patriarxal cəmiyyət”) 
bərqərar olmuşdur. Ailədə, cəmiyyətdə  və dövlət işlərində 
kişilərin üstünlüyü hökm sürmüş, qadınların hüquqları isə xeyli 
məhdud olmuşdur. Lakin tarixən türk xalqlarında digər xalqlara 
nisbətən qadına hörmət, qadının müqəddəsliyi, qadınların hü-
quq və azadlıqları daha yüksək səviyyədə olmuşdur. Qadınlara 
dilimizdə “xanım”, “bəyim” deyə müraciət olunması özü də 
təsadüfi deyil. Bu məsələyə  də “Xalq adət-ənənələri” başlıqlı 
bölümdə daha geniş toxunacağıq. 
Sonuncu səmavi din olan islam dinində isə qadınların 
yüksək məqama layiq görülməsi, bir çox hallarda qadınlara 
kişilərdən üstün haqlar verilməsi  demək olar ki, bir tarixi 
inqilab olmuşdur. Məhəmməd Peyğəmbərin (s.) məşhur 
“cənnət anaların ayaqları altındadır!” deyimi bu gün də bütün 
bəşəriyyəti həyəcana gətirir. 
Liberal dəyərlərin, o cümlədən insanların hüquq və 
azadlıqları anlayışının Qərb dünyasında inkişaf etməsi və dün-
yaya yayılması nəticəsində bu gün müasir dünya dövlətlərində 
qadınlar yüksək ictimai-siyası azadlıqlara malikdir. Lakin 


 202
təəssüf ki, müasir Qərb dünyagörüşündə bir çox hallarda 
“qadın azadlığı”, “qadin-kişi bərabərliyi” anlayışları elə ifrat 
dərəcədə  şişirdilir ki, bu, cəmiyyətdəki ailə quruluşunu 
dağıtmağa, hətta qadınları mənəvi cəhətdən alçaltmağa yönəlir. 
Yəni “qadın azadlığı” anlayışının düzgün müəyyənləşdiril-
məməsi nəticəsində bu anlayış qadınların özlərinin  əleyhinə 
yönəlir. Bu məsələlər barəsində  də kitabın “Xalq adət 
ənənələri” bölümündə daha geniş danışacağıq.  
Azadlıq anlayışı bir çox hallarda xoşbəxtlik anlayışı ilə 
eyniləşdirilir. Başqa sözlə, insan xoşbəxtliyi məhz “əsl azad-
lıq”da görülür. Yeri gəlmişkən, xoşbəxtlik anlayışına da müx-
təlif baxışlar var. Bu anlayışa dəqiq tərif verməkdə çətinlik çə-
kirlər. Bəzən “xoşbəxtlik yoxdur”, “xoşbəxtlik ani olur” de-
yirlər. Bizcə burada “xoşbəxtlik” anlayışı “sevinc” anlayışı ilə 
qarışdırılır. Sevinc ani ola bilər, xoşbəxtlik isə yox. İnsanın 
həyatında sevincli anlar ola bilər, bu qətiyyən xoşbəxtlik de-
mək deyil. İnsan hansısa bir oyunda udanda, yaxud sevimli fut-
bul komandası qol vuranda da ən yüksək sevincli anlar keçirə 
bilər, lakin bu xoşbəxtlik demək deyil. Xoşbəxtlik insanın bü-
tövlükdə öz həyatına baxışı ilə müəyyən olunmalıdır. Fikrimiz-
cə, xoşbəxtlik – insanın öz həyatından razılıq hissidir. İnsan 
öz həyatından nə qədər razıdırsa, o qədər də xoşbəxtdir.  
İnsanların dünyagörüşləri, həyat idealları, həyatın mənası 
haqqındakı görüşləri müxtəlif olduğundan onların öz 
həyatlarından razılıq meyarları da müxtəlifdir. Həyatın 
mənasını kimi tez-tez yeyib içməkdə, kimi tez-tez kurortlarda 
olmaqda, kimi cinsi tələbatını ödəməkdə, kimi həddən artıq 
varlı olmaqda, kimi yüksək vəzifələrdə  işləməkdə, kimi 
möminlikdə, kimi ümumbəşəri ideyalar uğrunda mübarizədə, 
kimi elmi yaradıcılıqda, kimi sevdiyi bir sənət və ya peşə 
sahəsində yüksəlməkdə  və s.-də görür. Maddi və  mənəvi 
tələbatlar və arzular sonsuz olduğundan insanın öz həyatından 
tam razı olması  çətinləşir. Məhz buna görə  də heç vaxt insan 
özünü tam xoşbəxt hesab edə bilmir. Lakin nisbi xoşbəxtlik 
hissinin olması mümkündür və onu inkar etmək olmaz.   


 203
4. Fəlsəfi məsələlər 
 
Fəlsəfə  (yun. “philo”-“sevirəm”, “sophia”-“müdriklik”)  – 
varlığa  ən umumi baxışlar sistemi, təbiətin, cəmiyyətin və 
təfəkkürün  ən ümümi inkişaf qanunları haqqında elmdir. 
Fəlsəfə  bəşər tarixində mifologiya və dinlərdən sonra daha 
mükəmməl və elmi dünyagörüşü kimi meydana çıxmış, ilk 
yaranan elm, “elmlər elmi”, “elmlərin şahı” kimi qiymətləndi-
rilmişdir. Həqiqətən də qədim dövrdə fəlsəfə çoxsahəli (təbiət, 
cəmiyyət, iqtisadiyyat, hüquq və s.) bilikləri ehtiva edən 
universal elm kimi mövcud olmuşdur. Bəşəriyyətin sonrakı 
inkişafında ayrı-ayrı elm sahələri (fizika, riyaziyyat, coğrafiya, 
tarix, sosiologiya, iqtisadiyyat, hüquq, psixologiya və s.) 
fəlsəfədən ayrılaraq müstəqil elmlər kimi formalaşmışdır. 
Fəlsəfə isə  həmin elmlərin birbaşa öyrənmədiyi  ən ümumi 
varlıq və inkişaf məsələlərini öyrənən elm kimi qalmışdır. 
Hətta XIX əsrin  əvvəllərində digər elm sahələrinin mövcud 
olduğu halda fəlsəfəyə ehtiyacın olmadığı ideyasını irəli sürən 
“pozitivizm” (O.Kont (1798-1857), C.S.Mill (1806-73), 
Spenser (1820-1903), M.Şlik (1882-1936), F.Frank (1884-
1966), R.Karnap (1891-1970),  H.Reyxenbax (1891-1953)
 
və 
b.) cərəyanı da meydana çıxmışdır. Lakin bəşəriyyətin sonrakı 
inkişafı fəlsəfənin cəmiyyətin həyatında və inkişafında yenə də 
böyük rol oynadığını göstərmişdir.  
Şüurun varlığa münasibəti  fəlsəfənin  əsas məsələsi hesab 
olunur. Bu məsələ iki tərəfdən araşdırılır: 1) Materiya 
birincidir, yoxsa ideya? 2) Varlıq  şüur tərəfindən dərk 
olunandırmı? Bu məsələdə  fəlsəfə  materialist  və idealist  
cərəyanlara ayrılır. Materializmə görə materiya (maddilik),  
idealizmə görə ideya (qeyri-maddilik, mənəvilik,  şüur, ilahi 
qüvvə) birincidir. Materializmə (E.Heraklit (e.ə.544-483), 
Demokrit (e.ə.460-370), Epikür (e.ə.341-270), F.Bekon (1561-
1626), Lamerti (1709-51), Didro (1713-84), P.A.Holbax (1723-
89), K.A.Helvetsi (1715-71), L.Feyerbax (1804-72), K.Marks 
(1818-83), F.Engels (1820-95) və b.) görə qeyri-maddi nə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə