Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   59   60   61   62   63   64   65   66   ...   94

 189
yüksək xalq istehlaklı dövlət tipləri fərqləndirilir. Tarixi 
sivilizasiyalar baxımından isə dövlətlərin Qədim Misir, Türk, 
Çin,  Ərəb, Suriya, Qərb, Provaslav, Meksika və s. tipləri 
fərqləndirilir
Dinin dövlətdəki mövqeyi baxımından dini  dünyəvi 
dövlətlər fərqləndirilir. Dini dövlətlərdə dövlət dini ehkamlarla 
idarə olunur, yəni dini ehkamlar qanunla məcburiləşdirilir. 
Dünyəvi dövlətlərdə isə, din dövlətdən ayrı olur.
 
Dövlətin idarəçilik, miilli-inzibati ərazi quruluşu   
siyasi rejim formaları fərqləndirilir.
 
Dövlət idarəçilik forması dedikdə, ali hakimiyyət or-
qanlarının strukturunu, yaradılması  və  təşkili qaydasını  və 
onlar arasındakı  səlahiyyət bölgüsünü səciyyələndirən dövlət-
hüquqi kateqoriya başa düşülür.
 
Dövlət idarəçiliyinin iki əsas 
forması mövcuddur: monarxiya və respublika. Monarxiyanın 
özünün isə iki növü var: mütləq (qeyri məhdud)  məhdud 
(konstitusiyalı) maonarxiya. 
Mütləq monarxiyada  monarx (hakimiyyəti irsi olaraq 
ötürülən dövlət başçısı) qanunvericilik və icra hakimiyyəti 
funksiyalarını yerinə yetirir.
 
O,  ədalət mühakiməsi həyata 
keçirmək səlahiyyətinə  və bir sıra nəzarət funksiyalarına da 
malik olur.
 
Bu idarəetmə forması quldarlıq və feodalizmdə 
mövcud olmuş, kapitalizmdə isə  tədricən öz əhəmiyyətini 
itirərək ya tamamı ilə ləğv edilmiş (respublika ilə əvəz edilmiş) 
ya da məhdud monarxiya ilə əvəz edilmişdir. Lakin bu gün də 
bir sıra dünya ölkələrində (Səudiyyə  Ərəbistanı, BƏƏ, Qətər, 
Vatikan və s.) mütləq monarxiya mövcuddur.
  
Məhdud (konstirusiyalı) monarxiyada hakimiyyət monarx-
la seçkili-nümayəndəli orqan – parlament arasında bölüşdürü-
lür
 

 
monarxın məhdudlaşdırılmış hakimiyyəti  əslində sim-
volik xarakter daşıyır və dövlət  əsasən parlament və hökumət 
(nazirlər kabineti) tərəfindən idarə edilir.
  
Respublika  i
darəetmə formasına malik ölkələrdə xalqın 
dövlət idarəçiliyində  iştirakı seçkilər vasitəsi ilə  təmin edilir. 
Belə ki, dövlət idarəçiliyi  əhali tərəfindən müəyyən müddətə 


 190
seçilən seçkili orqanlara məxsus olur və bu orqanlar seçicilərlə 
əlaqədə olaraq onlar qarşısında məsuliyyət daşıyır. 
Dövlət 
seçkili parlament və icraedici hakimiyyət tərəfindən idarə 
edilir. Prezidentin səlahiyyətlərinin daha çox olduğu res-
publikalar  Prezident Respublikası, parlamentin səlahiyyət-
lərinin daha çox olduğu respublikalar Parlament Respublikası 
adlanır. Birinci halda hökumət prezident tərəfindən 
formalaşdırılır və  əsasən onun qarşısında məsuliyyət daşıyır. 
İkinci halda isə bu funksiyalar parlament tərəfindən həyata 
keçirilir.  
Dövlətin milli-inzibati ərazi quruluşu (və ya sadəcə 
“dövlət quruluşu”) dedikdə dövlətin milli-ərazi bölgüsünü 
səciyyələndirən,
 
mərkəzi və yerli hakimiyyət orqanları arasında 
qarşılıqlı münasibətləri xarakterizə edən  daxili strukturu başa 
düşülür. Dövlət quruluşunun 3 forması mövcuddur: unitar, 
federativ  konfederativ dövlət quruluşu. 
Unitar dövlətdə 
vahid konstitusiya, parlament, hökumət və 
vətəndaşlıq
 mövcud olur. İnzibati ərazi vahidlərində isə yalnız 
icraedici hakimiyyət fəaliyyət göstərir. 
Bu hakimiyyət or-
qanları isə ya mərkəzin tam hakimiyyətində, ya da ikili 
tabelikdə – mərkəzi və yerli nümayəndəli orqanların tabeliyin-
də olurlar.  Unitar dövlətin parlamentinin palataları federasi-
yalardakından fərqli olaraq ölkənin regionlarından xüsusi 
nümayəndəliyə malik olmurlar. 
Federativ dövlətdə ümumi konstitusiya, parlament və 
hökumət olmaqla yanaşı, ayrı-ayrı inzibati ərazi vahidlərində 
də konstitusiya, parlament və icraedici hakimiyyət fəaliyyət 
göstərir, vətəndaşlıq mövcud olur və  həmin  ərazi vahidləri 
idarəçilikdə müəyyən müstəqilliyə (suverenliyə, muxtariyyətə) 
malik olurlar. Federasiya ilə onun subyektləri arasında 
səlahiyyətlər ümumfederativ konstitusiya ilə  və ya mərkəzlə 
subyektlər arasında bağlanan müqavilə ilə müəyyənləşdirilir. 
Dövlətdə ali hakimiyyət dövlət hakimiyyətinin ali (federativ) 
orqanlarına məxsus olur. Federasiyalara iki və daha çox 
palatalı parlament səciyyəvidir. Palataların birində federasiya 


 191
subyektlərinin mənafeləri təmsil olunur. Federativ dövlətlərdə 
ərazi federasiyası  (yalnız məhdud suverenliyə malik ərazi 
vahidlərinə görə) və  milli federasiya (əhalinin etnik tərkibi 
nəzərə alınmaqla)  fərqləndirilir.  
Konfederativ dövlət
 bir neçə dövlətin ümumi məqsədlərlə 
(ekoloji, siyasi, hərbi və s.) ittifaqa girməsi nəticəsində 
yaradılır. 
Burada ittifaq orqanları yalnız birləşmənin
 
məqsədi 
ilə bağlı
 
məsələlər üzrə
 
dövlətlərin
 
fəaliyyətini  əlaqələndirir.
 
Konfederasiyada ümumi idarəetmə aparatı, vahid pul sistemi 
adətən mövcud olmur, dövlətlər öz müstəqilliklərini 
saxlayırlar.
 
Konfederasiya
 
adətən müəyyən
 
müddət üçün 
yaradılır. Qarşıya qoyulmuş  məqsədlər  həyata keçirildikdən 
sonra isə konfederasiya ləğv oluna
 
və ya federasiyaya çevrilə 
bilər.  
Siyasi rejim dedikdə siyasi hakimiyyətin həyata keçi-
rilməsinin üsul və vasitələrinin məcmusu, onun məzmunu və 
xarakteri başa düşülür. Siyasi rejimin iki növü fərqləndirilir: 
demokratik və antidemokratik siyasi rejimlər. 
Demokratik siyasi rejimdə  dövlət hakimiyyəti azad və 
ədalətli seçkilər vasitəsiylə xalq tərəfindən formalaşdırılır,
  
əhalinin dövlət hakimiyyətinə birbaşa təsir mexanizmi 
(deputatı geri çağırmaq və s.) mövcud olur.
 
Siyasi və ideoloji 
plüralizm bərqərar olur, güc strukturları yalnız daxili və xarici 
təhlükəsizliyə cavabdeh olur və siyasətə müdaxilə etmir. Bütün 
dövlət orqanlarının fəaliyyəti
 
hüquqi xarakter daşıyır.
 
Şəxslərin 
hüquq və azadlıqları elan edilir və  təmin olunur, onların 
qanunsuzluqlardan müdafiəsi həyata keçirilir.  
Antidemokratik siyasi rejim  ictimai həyatın  bütün sahələ-
rində dövlət nəzarətinin mövcudluğu, dövlətin hüquq üzərində 
üstünlüyə malik olması ilə xarakterizə olunur

Antidemokratik 
siyasi rejimin özünün də iki forması  fərqləndirilir:  Avtoritar 
və totalitar siyasi rejimlər. 
Avtoritar siyasi rejimdə hakimiyyət bölgüsü, xalqın 
seçkilər vasitəsi ilə dövlət idarəçiliyində  iştirakı, siyasi plü-
ralizm əsasən formal xarakter daşıyır. Vətəndaşların hüquq və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə