Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   57   58   59   60   61   62   63   64   ...   94

 183
miyyətdə  də  təmsil olunurlar. Ümumiyyətlə Türkiyə sosial 
dövlətlərə aiddir. Qardaş dövlətdə son 11 ildə görünməmiş 
yüksək templi iqtisadi artıma nail olunmuşdur. Belə ki, 
nominal Ümumi Daxili Məhsul (ÜDM) təxminəm 5 dəfə (≈150 
mld. dol.-dan ≈780 mld. dol.-a qədər) artmışdır. Özü də bu 
artım hasilat yox, əsasən emal sənayesinin hasabına baş 
vermişdir.  
XX  əsrin axırlarında milli azadlıq hərəkatımızın aparıcı 
təşkilatları olmuş Azərbaycan Xalq Cəbhəsinin (AXC) və 
Bütöv Azərbaycan Birliyinin (BAB) məramnamələrində  də 
sosial yönümlü iqtisadiyyat məqbul sayılmışdır (bax, səh. 108-
109, 123, 124, 138-139).  
Respublikamızın müstəqilliyinin ilk illərində isə sosialist 
sistemindən bazar sisteminə keçmək üçün aparılan ilk iqtisadi 
islahatlar əsasən liberal modelə yönəlmiş, lakin sonradan sosial 
yönumlü model daha məqsədəuyğun hesab edilmişdir. Azər-
baycan üçün sosial yönümlü bazar İS-nin seçilməsi  əsasən 
aşağıdakı amillərlə əsaslandırılmışdır (2.31, s.205-209): 
- Xalqımızın mentalitetində  fərdiyyətçiliklə  bərabər dərin 
iz qoymuş sosialist ənənələrinin də mövcud olması;  
- Sahibkar ola biləcək şəxslərin sayının az olması; 
-  İqtisadi liberallaşmadan ayrı-ayrı  şəxslərin sui-istifadə 
(korrupsiya, inhisarçılıq və s.) imkanlarının geniş olması; 
- Ümumi həyat səviyyəsinin aşağı olması ilə bərabər sosial 
təbəqələşmənin mövcud olması; 
-  İqtisadiyyatın böhran vəziyyətdə  və  əsasən hasilat 
sənayesindən asılı olduğu bir şəraitdə emal və elm tutumlu 
digər sənaye sahələrinin inkişaf etdirilməsi üçün xüsusi dövlət 
siyasətinə ehtiyacın böyük olması;  
-  İqtisadi göstəricilərin çox aşağı olduğu bir vaxtda daha 
“solçu” model olan sosial-demokrat modelinin tətbiqinin şəxsi 
mənfəətin hərəkətverici qüvvəyə çevrilməsini məhdudlaş-
dıracağı və inkişafı ləngidə biləcəyi ehtimalının böyük olması. 
Ümumiyyətlə, dünya təcrübəsi göstərir ki, qarışıq iq-
tisadiyyat modellərinin seçilməsi adətən sürətli iqtisadi 


 184
inkişafla müşahidə olunur. Almaniya, Skandinaviya ölkələri, 
Çin, Yaponiya, Türkiyə  və s. ölkələri buna misal göstərmək 
olar. Ona görə də istənilən halda sosial yönümlü bazar modeli 
Azərbaycan üçün ən optimal model sayıla bilər. 
 
  
İqtisadi inkişaf problemləri. 
 
Son on ildə Azərbaycan iqtisadiyyatının həcmi çox sürətlə 
böyümüş olsa da, bu əsasən neft hasilatının hesabına baş 
vermişdir və bu gün də neftdən asılılıq qalmaqdadır.  Əmtəə 
ixracının 95
%-
dən, sənaye istehsalının isə 80%-dən çoxu neft 
sektorunun payına düşür. Ölkədə istehsal olunan qeyri-neft 
sənayesi və  kənd təsərrüfatı  məhsullarının adambaşına düşən 
miqdarı xeyli aşağıdır.  İstehlak olunan əmtəələr  əsasən idxal 
olunur. Bu isə çox acınacaqlıdır. Ona görə də neft gəlirləri ilk 
növbədə qeyri-neft sektorunun inkişafına yönəldilməlidir. 
Burada xarici kapitaldan asılı olmayan elm tutumlu sənayenin 
inkişafına xüsusi diqqət yetirilməlidir. Bunun üçün isə, elm və 
təhsil sahəsində xüsusi islahatların aparılması (elm və  təhsilə 
ayrılan vəsaitin artırılması, elm və  təhsildə ana dilimizin 
mövqeyinin yetərincə gücləndirilməsi, bu sahədə baş alıb 
gedən rüşvətxorluq və korrupsiyanın aradan qaldırılması, 
rüşvətxorluq və korrupsiyaya şərait yaradan qanun və 
qaydaların dəyişdirilməsi və s.) zəruridir. Həmçinin azad 
biznes və azad rəqabət mühitinin yaradılması, daxili və xarici 
ticarətdə inhisarçılığın aradan qaldirilması, eyni zamanda 
inhisarçılıq, rüşvətxorluq və korrupsiyaya şərait yaradan qanun 
və qaydaların dəyişdirilməsi zəruridir. 
Kənd təsərrüfatının inkişafı üçün isə regionlarda əhalinin 
həyat şəraiti yaxşılaşdırılmalı (kommunal xidmətlərin daimi və 
güzəştli verilişi,  əmək haqlarının  şəhərdəkindən yüksək ve-
rilməsi və s.), fermerlərə edilən güzəştlər və yardımlar daha da 
artırılmalı, kənd təsərrüfatı  məhsulları ticarətinə yüksək gü-


 185
zəştlər tətbiq edilməli və tam azadlıq verilməli, bu məhsulların 
bazarında olan yüksək inhisarçılıq aradan qaldırılmalıdır.   
Məlumdur ki, yeraltı yanacaq ehtiyatları tükənir və 
gələcəkdə alternativ enerji mənbələrindən (Günəş, külək, çay 
axını enerjisi və s.) kütləvi istifadə qaçılmaz olacaq. Bu enerji 
mənbələri həm də  ətraf mühiti çirkləndirmədiyinə görə  əl-
verişlidir. Ona görə  də iqtisadiyyatda alternativ enerji 
mənbələrindən istifadənin xüsusi çəkisinin daim artırılması 
prioritet istiqamətlərdən olmalıdır.  
Yanacağın  ən çox istifadə olunduğu sahələrdən biri də 
daxili yanma mühərrikli avtomobil nəqliyyatıdır ki, yeraltı 
ehtiyatı tükənən, bahalı və ətraf mühiti çirkləndirən yanacaqla 
işləyir. Lakin bu sahədə  də alternativ var. Bu elektrik mü-
hərrikli avtomobillərin – elektromobillərin istismarıdır. Elek-
tromobillər daxili yanma mühərrikli avtomobillərlə müqayi-
sədə quruluşca daha sadə, daha etibarlı, daha az cari təmir və 
istismar xərcləri tələb edən, mənbəyi tükənən enerji ilə 
(yanacaqla) işləməyən, daha asan idarə olunan və daha səssiz 
işləyən, komfortluq əldə edilmə imkanları daha geniş olan, 
ətraf mühitə  zəhərli qazlar buraxmayan nəqliyyat vasitəsidir. 
Bir sözlə, elektromobillər texniki, iqtisadi və ekoloji cəhətdən 
həddən artıq  əlverişlidir. Hələlik yeganə  mənfi cəhəti isə bir 
doldurulmada uzun məsafə qət edə bilməməsi və doldurulmaya 
daha çox vaxtın sərf olunmasıdır. Lakin bu da gələcəkdə 
innovasiya nəticəsində həll oluna biləcək problemdir.  
Bütün bunlara baxmayaraq nədənsə elektromobil 
sənayesində innovasiya və elektromobillərin kütləvi istehsalı 
və istismarında dünya çox gecikir. Halbuki, məsələn, rəqəmli 
texnologiyalar həddən artıq sürətlə inkişaf edir. Hazırda 
elektromobillərin kütləvi istehsalı  və istismarında  ən çox 
nailiyyət əldə etmiş dövlət Çin və qismən də Yaponiyadır. Belə 
bir  şəraitdə Azərbaycanda dövlət səviyyəsində elektromobil 
sənayesində innovasiya və elektromobillərin kütləvi istehsalına 
maddi-texniki dəstək verilsə bu sahədə  hətta inkişaf etmiş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə