Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   65   66   67   68   69   70   71   72   ...   94

 207
bir səmavi dinin ehkamları onun müqəddəs kitabında  əks 
olunur. Dinşünaslıqda qəbul olunan məlum səmavi dinlər 
bunlardır: İslam (peyğəmbəri – Məhəmməd (s.), müqəddəs ki-
tabı – Quran), Xristianlıq (peyğəmbəri – İsa (s.), müqəddəs ki-
tabı – İncil), İudaizm (peyğəmbəri – Musa (s.), müqəddəs kita-
bı – Tövrat), Davud  peyğəmbərin (s.) dini (müqəddəs kitabı – 
Zəbur), İbrahim peyğəmbərin (s.) dini (müqəddəs kitabı – Sü-
huf). Bəzən Zərdüştlüyü də  səmavi din kimi (peyğənbəri – 
Zərdüşt, müqəddəs kitabı – Avesta) qiymətləndirirlər. İslamda 
yeni din yaratmayan və kitab nazil edilməyən, yalnız Allahın 
əmrlərini və onaqədərki səmavi dinin ehkamlarını insanlara 
çatdıran minlərlə peyğəmbərin olduğu da qəbul olunur. 
Qeyri-səmavi dinlər xalqın mifologiyasından gələn şifahi 
ənənələr  şəklində yaranan dinlərə deyilir. Yəni, qeyri-səmavi 
dinlər xalq yaradıcılığına – folklora əsaslanır. Belə dinlərin 
şifahi ənənələri yazıya da köçürülə, müqəddəs kitab halına da 
salına bilər. Bu dinlərə  Şamançılığı, Sintoizmi, Konfusizmi, 
Buddizmi, bütpərəst və çoxallahlı dinləri və s. misal göstərmək 
olar. Bu dinlərin xadimləri müxtəlif adlarla (“kahin”, “şaman” 
və hətta “peyğəmbər”) adlandırılır. 
Qeyri-səmavi dinlər daha çoxsaylı  və daha qədimdir. 
Tarixən ilk olaraq məhz qeyri-səmavi dinlər yaranmışdır.  
Həmçinin, qeyri-səmavi dinlərdə olan müəyyən  ənənələrin 
(rəvayətlərin, ehkamların, ayinlərin və s.) sonradan yaranmış 
səmavi dinlərdə  də mövcud olduğu məlumdur. Ümumiyyətlə, 
bütün dinlər ortaq kökünü ən qədim mifologiyalarda tapır. 
Yazılı  mənbəyə malik ən qədim mifologiya kimi Şumer 
mifologiyası buna əyani misaldır. Belə ki, dini kitablardakı bir 
çox rəvayətlərin analoji variantının hələ  qədim  şumer 
mifologiyasında mövcud olduğu məlumdur.  
Qeyri-səmavi dinlərın ənənələri daim dəyişilir və çoxşaxəli 
olur. Hətta bir xalqın başqa dini qəbul etməsi nəticəsində bu 
ənənələr dini xarakterdən çıxıb sadəcə digər milli ənənələr kimi 
yaşaya bilər.     


 208
Dinlər insan cəmiyyətində bir tarixi zərurət kimi meydana 
çıxmışdır. Dinsiz cəmiyyət və millət yoxdur. Dinsiz cəmiyyət 
və millət olmadığından, bütün millətlər öz milli ideo-
logiyalarında millətin dini etiqadına xüsusi yer vermişdir. Bu 
bir zərurətdir. Hətta milli ideyaların yayılmasında və  həyata 
keçirilməsində din ocaqlarının, məscidlərin, kilsələrin xüsusi 
rolu olmuşdur və bu gün də var. Təsadüfi deyil ki, xristian 
aləmində kilsələrin məhz millətin adı ilə adlanması (“rus 
kilsəsi”, “erməni kilsəsi”, “fransız kilsəsi” və s.) mövcuddur. 
Bu müəyyən mənada millətçiliklə dinin birləşməsidir. Mil-
lətçiliyin dinlə birləşməsi isə, milli ideologiyanın təsir gücünü 
daha da artırır. 
Uzaqgörən milli ideoloqlarımız da türk xalqlarının  əsrlər 
boyu yaşatdığı  və yüksəltdiyi islam dinini milli ideologi-
yamızda türklük və müasirliklə birgə bir prinsip kimi qəbul 
etmişlər. Lakin, milli ideologiyamızda dinin bir prinsip kimi 
qəbul olunması heç də dini ideologiya demək deyil. Çünki, 
hədəf dini təmayüllü dövlət qurmaq deyil. 
Ümumiyyətlə, islam dininin türk millətçiliyində bir prinsip 
kimi qəbul olunması bu günə  qədər də birmənalı  qəbul 
olunmur. Hətta bunun ziddiyyətli olduğunu iddia edənlər və 
əleyhinə çıxanlar da var. Türkçülükdə islamın bir prinsip kimi 
qəbul olunmasını ziddiyyətli hesab edənlərin əsas arqumentləri 
aşağıdakılardır: 
1. Millətçiliyin dinlə bir araya sığmadığının, başqa sözlə, 
millətçinin dinçi, dinçinin isə millətçi olmasının qeyri mümkün 
oldığının iddia edilməsi. Öncə qeyd etdiyimiz kimi dinsiz 
millət yoxdur və millətin mütləq bir dini etiqadı olmalıdır. 
Hətta bir çox qeyri-səmavi dinlər xaraktercə folkor olmaqla 
onları yaradan xalqların MMD-nə birbaşa daxildir. O ki qaldı 
millətin sonradan qəbul etdiyi səmavi dinlərə (türklərin qəbul 
etdiyi islam), bu dinləri də millət qəbul edib yaşatdıqca öz 
mənəvi dəyərləri ilə, folkloru ilə zaman-zaman çulğalaşdırır, 
hətta bəzi milli ənənələr sonradan qəbul edilmiş dinin ənənəsi 
kimi qəbul olunur. Belə olan halda dinçinin millətçi olmasında 


 209
nə ziddiyyət ola bilər? Burada ziddiyyətin olub-olmaması  yal-
nız dinin necə qəbul olunmasından asılıdır. Əgər milli haqların 
tanınması  və milli dövlətlərin qurulması dinə zidd hesab 
olunmursa, millətçiliyin dinlə heç bir ziddiyyəti ola bilməz. 
Milli ideologiyanı  qəbul etmək, millətçi olmaq dindən 
imtina etmək demək deyil. Başqa sözlə, milli mənsubiyyəti 
yüksəltmək dini mənsubiyyəti inkar etmir, çünki onlar biri-
birinə alternativ deyil. MMD dini əvəz edə bilməz, əksinə onlar 
paralel mövcud olur və öz dini ilə millət daha güclü və 
mütəşəkkildir. Milli ideologiyamızdakı islam prinsipi də islam 
dəyərlərini qoruyub yaşatmağı  əks etdirir ki, bu da türk 
millətinin daha güclü millət olmasına xıdmət edir. 
2.  İslam dininin “türkün milli dini” olmadığından milli 
ideologiyaya daxil edilməsinin yanlış hesab edilməsi. Öncə 
qeyd edək ki, islam dini səmavi din olmaqla heç bir millətin (o 
cümlədən  ərəblərin) folkloru deyil. İslamın ehkamlarının isə 
türk xalqlarının MMD-nə  və islamaqədərki  əsas dini eti-
qadlarına (Göy-Tanrıçılıq, Zərdüştlük) uyğunluğu ilə seçilir 
(1.19, 3.64 və s.). Digər tərəfdən, sonuncu səmavi din olmaqla 
islamın, elmiliyi ən yüksək səviyyədə olan mükəmməl din 
olduğu təsdiq edilir. Türklərin islamaqədərki dini etiqadlarını 
qaytarıb bu səviyyədə bir din formalaşdırmaqdan isə (bu 
versiya ilə  çıxış edənlər də var) söhbət gedə bilməz.  Əslində 
həmin etiqadlardan qalma bir çox ənənələr bu gün islamla 
birləşdirilir (islam dininə aid ənənə kimi tanınır) və ya milli 
ənənə kimi yaşadılır.  
Türk milləti islam dinini 14 əsrdən çoxdur ki, şüurunda və 
ənənələrində yaşadır.  İslam türk folkloru və türk tarixində 
özünə yer etmişdir.  İslam dininə söykənən xeyli sayda türk 
dövlətləri qurulmuşdur. Ona görə  də bu gün islamı türk 
millətinə yad bir din hesab etmək qətiyyən doğru deyil. Əksinə, 
bu din Ərəbistanda yaransa da, onu yaşatmaqda və yüksəlt-
məkdə türklər heç də  ərəblərdən geri qalmayıblar, bəlkə  də 
daha irəli gediblər.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə