Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   68   69   70   71   72   73   74   75   ...   94

 217
mışdır) 1937-ci ilə  qədər “türklər” və “türk dili” ifadələri 
saxlanılmış, 1937-ci ildə Stalinin iradəsi ilə etnik ad kimi yer 
adı götürülmüş, “Azərbaycanlılar” və “Azərbaycan dili” kimi 
saxta anlayışlar yaradılmışdır. Xalq və dil adı kimi “türk” 
ifadəsi yalnız Türkiyədə və Güney Azərbaycanda qalmışdır. Bu 
da SSRİ-də yaşayan türk xalqlarının milli şüuruna böyük zərbə 
olmuşdur. 
 
 
 
Sxem-2 


 218
Türk dilinin bəzi fonetik, qrammatik və  
leksik özəllikləri
 
Türk dilinin əsas fonetik xüsusiyyəti onun ahəng qa-
nunudur. Bu qanuna görə sözlərdə qalın və incə saitlər biri-
birini izləyir. Həmçinin, şəkilçi qəbul etməmiş variantda vurğu 
sözün sonuncu hecasına düşür. Hətta  əksər  şəkilçilər də 
vurğunun sonuncu hecaya düşmə qaydasını dəyişmir.  
Türk dilində digər mühüm fonetik xüsusiyyət sait səslərin 
uzanmamasıdır. Hətta vurğulu açıq hecalarda da sait səslər 
uzadılmır. Sait səslərin uzanması yalnız xüsusi hallarda (sual, 
vergül, nida kimi durğu işarələrindən  əvvəl) sözün sonuncu 
hecasında baş verə bilər (nədənsə elmdə bu xüsusi hal nəzərə 
alınmır).  
Qrammatikaya gəldikdə, türk dili iltisaqi dildir və  şəkil-
çilərlə kifayət qədər zəngindir. Burada əsas özəllik istisna 
halların (sözlərin şəkilçi qəbul etmə qaydalarında və s.) çox az, 
hətta yox dərəcəsində olmasıdır. Yəni, dilimizin qrammati-
kasını öyrənmək üçün ümumi, vahid qaydaları öyrənmək 
demək olar ki, kifayətdir, başqa dillərdə olduğu kimi ümumi 
qaydalara tabe olmayan, yalnız yadda saxlanılmalı çoxsaylı 
xüsusi hallar yoxdur. Bu da dilimizi öyrənməyi xeylı 
asanlaşdırır. Türk dilinin bu xüsusiyyəti bu dili “ulu (kök) dil” 
kimi qəbul etməyə əsas yaradan amillərdəndir.  
Türk dilində  ən mürəkkəb nitq hissəsi feildir. Daha 
doğrusu feilə  əlavə olunan şəkilçilər çox zəngindir. Xüsusən, 
feilin keçmiş zamanla bağlı halları xeylı diferensasiyaya 
uğramışdır. Əcnəbilərin dilimizi öyrənməkdə ən çox zorlandığı 
məsələ  də  məhz keçmiş zamanla bağlı  şəkilçilərin öz yerində 
düzgün işlətməkdir. Bu məsələyə “Azərbaycan türkcəsində 
rusdillilik xəstəliyi” məqaləsində geniş toxunmuşuq. Həmin 
məqalədə  həmçinin dilimizin digər dillərdən fərqli bir neçə 
başqa xüsusiyyəti də qeyd olunmuşdur.  
Dilimizdə feilin mühüm özəlliklərindən biri də onun 
məsdər formasının ismin demək olar ki, bütün xüsusiyyətlərinə 


 219
malik olmasıdır. Məsdər isim kimi hallana, hətta qoşmalarla da 
işlənə bilər. Feilin bu xüsusiyyətinə digər dillərdə rast gəlinmir. 
Məsdərin isim xüsusiyyətinə malik olması fikri ifadə etməyi 
asanlaşdırmaqla bərabər, yazılan və ya deyilən cümlənin daha 
asan başa düşülməsinə şərait yaradır. 
Türk dilində cins kateqoriyası əsasən yoxdur (bəzi heyvan 
adları istisna olmaqla). Bu xüsusiyyət də dilimizin daha asan 
öyrənilməsinə şərait yaradır. 
Dilimizin leksik xüsusiyyətlərinə  gəldikdə onu qeyd edə 
bilərik ki, dilimizdə sözlərin çoxmənalılığı orta səviyyədədir. 
Məsələn, ingilis dilində sözlərin çoxmənalılığı xeylı inkişaf 
etmişdir. Rus dilində isə  əksinə, yaxın mənalı, hətta eyni 
kökdən gələn çoxsaylı düzəltmə sözlər vardır ki, onların hər 
birinin öz işlənmə yeri var və birini digərinin yerində işlətmək 
olmaz. Hər iki xüsusiyyət bu dillərin öyrənilməsini 
çətinləşdirən amillərdir. Türk dilinin isə bu məsələdə orta 
mövqedə dayanması bu dilin leksikasının öyrənilməsini ingilis 
və rus dillərinə nisbətən daha asan edir. 
 
 
Azərbaycan türkcəsində  
“rusdillilik xəstəliyi” 
 
Rus imperiyası dönəmində, xüsusən sovet dövründə orta 
və ali təhsilini rus dilində almış,  ədəbi türkcəmizi yaxşı 
bilməyən (hətta bəzən heç bilməyən) Azərbaycanlı ziyalılar 
nəsli yetişmişdir. Qeyri-rus xalqlarını rus məktəblərində 
oxumağa cəlb etmək və öz dillərini tədricən onlara unutdurmaq 
imperiyanın assimilyasiya siyasətinin tərkib hissəsi olmuşdur. 
Eyni zamanda elmi ədəbiyyatlar rus dilinin inhisarında 
saxlanılmış, elm və  tədris mərkəzləri, elm tutumlu sənaye 
sahələri əsasən mərkəzdə yerləşdirilmiş və qeyri-rus xalqlarının 
ziyalıları daha çox bura cəlb edilərək onların zehni əməkləri 
istismar olunmuşdur.  Şərait elə olmuşdur ki, qeyri-rus 
xalqlarının ziyalıları maddi maraq və karyera naminə mərkəzdə 


 220
ali təhsil və elmi dərəcə almağa, orada işləməyə meylli 
olmuşlar. Nəticədə müstəmləkə respublikalarda, o cümlədən 
Azərbaycanda ETT, elm tutumlu sənaye sahələri, iqtisadi və 
mədəni inkişaf səviyyəsi mərkəzdən xeyli geri qalmışdır. 
Bunun nəticəsində də, xalqımız müstəqillik qazandıqdan sonra 
iqtisadiyyatda və bir çox digər sahələrdə inkişaf üçün demək 
olar ki, “sıfır”dan başlamalı oldu. 
Nə  qədər qəribə olsa da, müstəqillik  əldə etdiyimizdən 
sonra yeni yazılan kitablarda, rəsmi yazılarda, müsahibələrdə 
və s. ciddi dil xətalarına daha çox rast gəlinir. Sovet imperiyası 
dövründə isə, ədəbi dilimizin daha az işlənməsinə baxmayaraq, 
dilimizdə leksik və qrammatik səhvlərə demək olar ki, yol 
verilmirdi. Bunu onunla izah etmək olar ki, sovet dövründə 
yazılı  və  şifahi nitqdə  ədəbi dilimizdən yalnız bu dili təmiz 
bilən insanlar istifadə edirdilər və  səhvə yol vermirdilər. 
Dilimizi yaxşı bilməyənlər isə bir qayda olaraq rus dilində 
yazır və danışırdılar. Çünki, rus dili həmişə  hər yerdə keçərli 
olduğundan türk dilində yazmaq və danışmaq zərurəti yox idi. 
Müstəqilliyimizdən sonra bu zərurət meydana çıxdığından 
rusdilli insanlar türkcəmizdə yazmağa və danışmağa məcbur 
oldular. Lakin təəssüflər olsun ki, bu insanlar türkcəmizdə 
leksik, fonetik və qrammatik səhvlərə çox tez-tez yol verərək 
müqəddəs milli dəyərimizi korlayırlar. Bu isə millətimizi 
alçaldan, milli qürurumuza toxunan bir haldır. Qəribədir ki, 
müstəqilliyimizdən 22 il keçməsinə baxmayaraq, bu insanların 
böyük  əksəriyyəti hələ  də doğma türkcəmizi öyrənmək 
məsuliyyətini hiss etmirlər. Sanki, elə belə də olmalıdır. Bəzən 
elə alimlər, bir neçə xarici dil bilən ziyalılar, dövlət 
məmurlarına rast gəlirik ki, bu qədər titulu qazana bildikləri 
halda öz ana dillərini bilmək qarşısında sanki aciz qalıblar. 
Halbuki onlar istəsələr qısa müddətdə, asanlıqla bu qüsurlarını 
aradan qaldıra bilərlər.  
Ən qorxulusu odur ki, rusdillilərin dilimizə gətirdikləri bu 
“yeni qaydalar”, tədricən kütləvi xarakter alaraq normal hal 
kimi qəbul oluna bilər. Halbuki, bu  “yeni qaydalar” minilliklər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə