Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   76   77   78   79   80   81   82   83   ...   94

 243
Bütün bunları daha aydın görmək üçün irad tutulan atalar 
sözlərindən bir neçə misala baxaq: 
“Allahsız yerdə otur, böyüksüz yerdə oturma” atalar 
sözünə tutulan irad odur ki, Allahsız yer ola bilməz. Əslində isə 
burada “Allahsız yer” deyimi diləyatımlılıq, avazlılıq xatirinə 
qısaltmanın nəticəsidir və bu söz birləşməsi “Allahsız 
insanların olduğu yer” mənasında işlədilmişdir. 
“Xalq üçün ağlayanın gözü kor olar” atalar sözünə 
tutulan irad odur ki, burada xalq üçün ağlamamaq, xalqın 
dərdini çəkməmək məsləhət görülür. Əslində isə burada 
cəmiyyətdə olan haqsızlıq, xalqın sözünü deyənə yer 
verilməməsi göstərilir və bu sözlər təəssüflə, yana-yana deyilir. 
“Düz düzdə qalar” atalar sözü də bu qəbildəndir. 
“Bacarana baş qurban” məsəlinə irad tutulur ki, burada 
bacaran insanlara hansı yolla (oğurluq, quldurluq, rüşvət və s.) 
olursa, olsun, iş görmək, gəlir  əldə etmək məqbul sayılır. 
Əslində isə bu söz yaxşı  mənada bacarıqlı olub yüksəlmiş 
insanlar haqqında deyilir və bacarıqsızların onlara paxıllıq 
etməməsi məsləhət görülür. Sadəcə olaraq pis əməllərlə məşğul 
olan insanlar zaman-zaman öz əməllərinə  bəraət qazandırmaq 
üçün bu məsəldən başqa mənada istifadə ediblər.     
“Palaza bürün, elnən sürün”, “elnən gələn toy-
bayramdır” deyimlərinə  irad tutulur ki, burada cəmiyyətdəki 
haqsızlıqlara qarşı  çıxmamaq məsləhət görülür. Əslində isə 
birinci deyimdə insanların xalq adət-ənənələrindən çıxmaması 
tələb edilir. Əlbəttə ki, burada mənfi  ənənələr nəzərdə tutula 
bilməz. İkinci deyim isə insanlara təsəlli vermək və onlarda ruh 
yüksəkliyi yaratmaq məqsədi ilə deyilmişdir. Ellə gələn bəlanın 
elin gücü ilə də tezliklə həll olunacağı nəzərdə tutulur. Məşhur 
“El gücü – sel gücü” deyimində də elin gücü yüksək qiymət-
ləndirilir. 
“Qızını döyməyən dizini döyər”  atalar sözünə irad 
tutulur ki, burada qadına qarşı zorakılıq təbliğ olunur. Əslində 
isə burada “döymək” ifadəsini “tərbiyə vermək”, “tənbeh 
etmək”, “danlamaq” mənasında qəbul etmək lazımdır. Yəni bu 


 244
söz məcazi mənada işlədilmişdir. Bəs nəyə görə “tərbiyə 
etmək” mənasında məhz “döymək” sözündən istifadə olun-
muşdur? Birincisi, sözsüz ki, qafiyələnmə xatirinə. Digər 
tərəfdən, uşaq tərbiyə etməkdə fiziki təsir, vurmaq keçmişdə və 
elə bu gün də qaçılmaz bir üsuldur. Elə bir valideyn, xüsusən 
ana tapmaq mümkün deyil ki, ömründə bir dəfə  də olsun 
uşağını vurmamış olsun. Yəni  “uşaq tərbiyə etmək” anlayışı 
ilə  “döymək” anlayışının ənənəvi bağlılığı var. Beləliklə məna 
da, qafiyə  də uyğun olduğundan məhz “döymək” ifadəsindən 
istifadə olunmuşdur və bunu zorakılığın təbliği kimi qəbul 
etmək olmaz. O ki qaldı bu atalar sözünün niyə  məhz qız 
övladına aid edilməsinə, yəqin heç kim inkar etməz ki, qız 
övladının düzgün tərbiyə olunması xüsusən vacib məsələdir. 
Bu yerdə  uşaq tərbiyəsinin vacib məsələ olması haqqında 
deyilmiş  “əzizim  əziz, tərbiyəsi ondan da əziz!”  məsəli də 
yada düşür. 
“Erməniyə dayı de, arxı keçənə kimi” deyiminə irad 
tutulur ki, burada insanlara şəxsi mənafeyinə görə başqaları 
qarşısında əyilmək, alçalmaq məsləhət görülür. Əslində isə bu 
atalar sözü istehza ilə, qürurunu, şərəfini itirmiş insanların 
dilindən deyilir və onların üzdəniraq düşüncələri ifşa olunur. 
“... öpməklə ağız murdar olmaz” deyimi də bu qəbildəndir. 
Yeri gəlmişkən, bir çox atalar sözləri və  məsəllərimizdə 
müxtəlif xalqların, o cümlədən ermənilərin adı  çəkilir ki, 
burada da həmin xalqın xüsusiyyətləri çox obyektiv olaraq 
göstərilir. Bu qəbildən bir neçə misala baxaq.  
“Filankəs  ərindiyindən erməniyə dayı deyir”  məsəli 
tənbəl adamlara təsir etmək məqsədi ilə deyilir və burada 
(
həmçinin yuxarıdakı misalda
)
 erməniyə dayı deməyin qəbahət 
olduğu göstərilir.  
“Erməni qan görübdü”  məsəli qorxaq adamlara təsir 
etmək məqsədi daşıyır və burada ermənilərin qorxaq olduğu 
göstərilir.  “Ermənidən bəy olmaz, aşna...” və b. məsəllərdə də 
ermənilərə fərqli baxış özünü göstərir. 


 245
“Filankəs erməni kimi adamdır” deyimi qəddar, qansız, 
insafsız adamlar haqqında və onlara təsir etmək məqsədiylə 
deyilir. Burada da xalqın ermənilər haqqında tarixi yaddaşı 
özünü göstərir. 
“Filankəs urus kimi adamdır”  deyimi qohum-əqrəbaya 
yovuşmayan, ancaq öz işi haqqında düşünən soyuq insanlar 
haqqında və onlara təsir etmək məqsədiylə deyilir. Burada 
rusların həmin xüsusiyyətlərə malik olduğu görünür.  
Biz yalnız atalar sözləri və  məsəllər haqqında misallara 
baxdıq. Belə mübahisələr digər xalq ədəbiyyatı nümunələrinin 
məzmunu üzərində  də yaranır. Ona görə  də xalq ədəbiy-
yatımızın məzmununun daha geniş  və  dərin araşdırılmasına 
böyük ehtiyac var. İndiyə  qədər xalq ədəbiyyatımızın 
məzmunca obyektiv araşdırılmasına mane olmuş  əsas 
amillərdən biri sovet rejiminin ideoloji inhisarı olmuşdur. Belə 
ki, sovet dövründə xalq ədəbiyyatımızın məzmunca araş-
dırılması  əsasən orada sosialist ideyalarının axtarılması üzə-
rində qurulmuşdur.  
Xalq  ədəbiyyatında  şeir formaları yaradıcılığı xüsusi yer 
tutur. Şeir formaları şeirin  vəzni və şəkli ilə şərtlənir. Bir çox 
şeir şəkilləri həm də janr kimi qəbul olunur. Vəzn əsasən şeir 
misralarının bölgülənmə qaydasını, uzunluğunu (misrada olan 
hecaların sayını) və ritmik quruluşunu müəyyən edir. Şeirin 
şəkli isə, misraların qafiyələnmə qaydasını, misraların uzun-
luqlarını və onların bəndlərə ayrılma qaydalarını müəyyən edir. 
Azərbaycan poeziyasında  heca  və  əruz  vəznindən və onlarla 
şeir  şəklindən istifadə olunur. Həmçinin, ayrıca  sərbəst  şeir 
forması da vardır ki, özündə xüsusi vəzni və şəkli ehtiva edir. 
Uzun müddət heca vəzni türk dilinin doğma vəzni,  əruz 
vəzni isə  gəlmə, türk dilinə yad və türk dilinin qaydalarını 
pozan vəzn kimi qiymətləndirilmişdir. Bu yanlış baxış 
məsələyə kökündən yanaşmamağın nəticəsidir. Birincisi, heca 
vəzni türk xalq yaradıcılığı  məhsulu olsa da, təkcə türk dilinə 
xas vəzn deyil. Heca vəzninin xüsusiyyətlərini özündə daşıyan 
şeir vəznləri başqa xalqlarda (ərəb, fars və s.) da xalq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə