Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   79   80   81   82   83   84   85   86   ...   94

 252
üçün ailəni itirmək, əksər adət-ənənələri itirmək və inkişafdan 
qalmaq deməkdir.  
Ailə  ənənələri sırf obyektiv xarakterli ənənələrdir, çünki, 
ailə özü bir ictimai inkişaf əlaməti kimi meydana çıxmışdır və 
həmişə məhz inkişafa stimul vermişdir. Ailə təməlləri möhkəm 
olan cəmiyyətin inkişaf (xüsusən iqtisadi inkişaf) potensialının 
daha böyük olduğunu alimlər təsdiq edir. Qərb ideoloqları da 
bunu gözəl bilirlər və öz ölkələrində ailə  təməllərinin zə-
ifləməsindən xeyli narahatdırlar. Bu gün Qərb ölkələri 
ailəsizliyin ağrısını  (əhalinin sayının azalması, iqtisadi səmə-
rəliliyin aşağı düşməsi, cinayətkarlığın çoxalması, cəmiyyətin 
idarə olunmasının çətinləşməsi və s.) az çəkmir. Hər halda 
“ailə kiçik dövlətdir” deyimi təsadüfi yaranmamışdır. Ailə 
şüurlu insan cəmiyyətini digər canlıların birliyindən fərq-
ləndirir, cinsi ehtiraslara hədsiz aludəçiliyin qarşısını alır, 
əxlaqi dəyərlər yaradır, qadın ləyaqətini yüksəldir, ictimai 
münasibətləri tənzimləyir və s.  
Təəssüf ki, son dövrlər ailə quruluşunu dağıtmağa yö-
nəlmiş  qərbmənşəli görüşlərin təbliği ilə çox rastlaşırıq. Bu 
təbliğatda  əsasən  “qadın azadlığı”, “vətəndaş nikahı”, 
“nikah müqaviləsi” və b. ideyalardan istifadə edilir.  
Qərbdən qaynaqlanan belə bir təbliğat mövcuddur ki, guya 
ailə  ənənələri insanların, xüsusən də qadınların hüquq və 
azadlıqlarını  məhdudlaşdırır və inkişafa mane olur. Bu 
təbliğatda qadınların avropasayağı həyat tərzi əsl qadın azadlığı 
kimi qiymətləndirilir. Milli ailə ənənələrimizə isə, sadəcə, orta 
əsrlərdən qalma kişi avtoritarizminin təzahürü kimi baxılır. 
Əslində isə, hər  şey  əksinədir. Ailə  ənənələri sadəcə olaraq 
cəmiyyət qarşısında insanlar üzərinə  vəzifələr və  məsuliyyət 
qoyur, buna azadlıqların məhdudlaşdırılması kimi baxıb 
ədalətsiz hesab etmək düzgün deyil. İnsanların cəmiyyət 
qarşısında vəzifələrinin və  məsuliyyətinin olması isə ictimai 
problemlərin həlli üçün zəruridir.  Əgər  ənənələr cəmiyyət 
tərəfindən məsuliyyət qoyursa, uyğun qanunlar (məsələn, ailə 
məcəlləsi) dövlət tərəfindən məsuliyyət qoyur.  


 253
Hər kəsə  məlumdur ki, Avropa cəmiyyəti bizdəki kimi 
möhkəm ailə  təməllərinə  əsaslanmır, orada ailə bizdəki qədər 
yüksək dəyərə malik deyil, ailə bizdəki kimi müqəddəs 
sayılmır, insanların həyatında və xoşbəxtliyində bizdə olduğu 
qədər önəmli rol oynamır. Ailə təməlləri zəif olan cəmiyyətdə 
isə birbaşa ailə ilə bağlı olan bir çox anlayışlar – ailə tərbiyəsi, 
qadın isməti, kişi qeyrəti və s. öz mahiyyətini dəyişmiş  və ya 
mənasını itirmiş olur. Belə  cəmiyyətdə bir çox iqtisadi 
(israfçılığın artması, qənaətin azalması) və  əxlaqi (cinsi mü-
nasibətlərdə ifrat azadlıq, tüfeyli həyat tərzi və s.) problemlərin 
ortaya çıxması qaçılmaz olur. Bəs belə  əxlaqi problemlərin 
mövcud olduğu cəmiyyətdə daha çox qadınların, yoxsa 
kişilərin haqları pozulur? Əgər cinsi münasibətlərdə ifrat 
azadlıq varsa, belə  cəmiyyətdə ilk növbədə qadın ləyaqəti 
alçalır və daha çox kişilərə “sərf edir” (bəzən üzdəniraq 
“müasirlik düşüncəsi”nin təsirinə düşmüş  bəzi qadınlar bunu 
başa düşmürlər). Ailə isə, kişiyə qadın qarşısında məsuliyyət və 
vəzifələr qoyur və qadın ləyaqətini yüksəldir.  İnsan cə-
miyyətində tarixən ailə quruluşunun meydana çıxması qa-
dınların bəlkə  də  ən böyük qələbəsidir. Ona görə  də, kişilərə 
nisbətən qadınlar həmişə şüuraltı olaraq daha çox ailə istəyir.  
Tarixi ailə ənənələrimizə görə ailənin maddi təminatına ilk 
növbədə kişi cavabdehdir, qadın isə, ilk növbədə ev işləri ilə 
məşğul olmaq və  uşaqlara baxmağa cavabdehdir, lakin başqa 
işlərdə çalışması də yasaq deyil. Bəzən bu ənənə qadını kişidən 
asılı edən, qadının azadlığını  məhdudlaşdıran  ənənə kimi 
qiymətləndirilir.  Əslində isə, bu ənənə, qadına güzəşt və 
hörmətdən irəli gəlir, həmçinin, burada hər iki tərəfə vəzifə və 
məsuliyyət qoyulduğundan buna asılılıq münasibəti kimi baxıb 
ədalətsiz hesab etmək düzgün deyil. Digər tərəfdən, daha 
optimal və  ədalətli bir alternativ də yoxdur. Bunu öz 
müşahidələrimizdən də görə bilərik. Bu gün dövrümüzün 
məlum reallıqları üzündən (kişinin məcburi işsizliyi və ya 
məsuliyyətsizliyi və s.) ailənin maddi tələbatının qadın 
tərəfindən ödənildiyi ailələrdə qadın “kişi məndən asılıdır” 


 254
deyib heç də özünü xoşbəxt saymır,  əksinə, özünü istismar 
olunan və alçaldılmış hiss edir, ənənəvi ailələrdəki qadınları isə 
daha xoşbəxt hesab edir. Ona görə  də ailədə  bəzi ev işlərinin 
qadınlar tərəfindən yerinə yetirilməsi  ənənəsini qadınlar üçün 
böyük bir faciəyə  və  bədbəxtliyə çevirmək lazım deyil, bu 
sadəcə, tarixən obyektiv zərurət kimi meydana çıxmış ictimai 
əmək bölgüsünün ailə modelidir. Yəni, ailə  ənənələri evdə 
“qadın işləri” ilə  bərabər “kişi işləri”ni də müəyyən edir. Bu 
bölgü heç də ədalətsizlik yox, həyatın gözəlliyidir. 
Bəzən qadınlar, ailə  ənənələrimizə o əsasla qarşı  çıxırlar 
ki, niyə “kişi xəyanət”inə pis baxılmır, qadının adekvat əməlinə 
isə pis baxılır.  Əslində isə, ailə  ənənələrimizdə  də “kişi 
xəyanəti”nə çox pis baxılır, sadəcə, qadının adekvat əməli 
yalnız “xəyanət” yox, həm də onun öz ləyaqətini alçaltması, 
“ləkələnməsi” kimi qəbul olunduğundan belə qadınla yaşamaq 
kişi üçün də alçaqlıq sayılır. Bu baxış isə,  əslində  ənə-
nələrimizdə qadınların daha müqəddəs, toxunulmaz qəbul 
olunması ilə əlaqədardır.  
 “Vətəndaş nikahı” dedikdə kişi ilə qadının rəsmi 
nikahdan və mövcud ənənələrdən kənar, sonu öncədən mü-
əyyən edilməyən birgə həyatı başa düşülür. “Vətəndaş nikahı” 
ənənəsini müdafiə edənlər bunu azadlıq, müasirlik və inkişaf 
göstəricisi kimi qəbul edərək bir çox problemlərin (ailə 
münaqişələrinin, boşanmaların və s.) bu yolla həll oluna 
biləcəyini və inkişafın təmin olunacağını qeyd edirlər. Onların 
hansı əsasla bu fikri irəli sürdükləri isə çox maraqlıdır. Əslində 
bu üzdəniraq ideyanın yumşaq desək, heç bir əsası yoxdur. İlk 
növbədə onu qeyd etmək lazımdır ki, “Vətəndaş nikahı” 
adlandırılan münasibət bir ənənə kimi inkişaf edərsə, bu ənənə 
insanları ailə  məsuliyyətindən azad edər, qadınların kişilər 
tərəfindən aldadılıb atılmasına  əlverişli  şərait yaradar, 
qadınların və kişilərin ciddi ailə qurmağa olan istəyini azaldar 
və  nəticədə  cəmiyyətin ailəsizləşməsi baş verər. Bu isə 
cəmiyyətdə ciddi fəsadlarla nəticələnə bilər.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə