Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   80   81   82   83   84   85   86   87   ...   94

 255
Mənəvi-əxlaqi baxımdan yanaşsaq, “vətəndaş nikahı” 
adlandırılan qeyri-ənənəvi münasibətlərdə bir çox dəyərlər 
dəyişmiş  və  mənasını itirmiş olur. Burada ilk növbədə qadın 
isməti, ailə namusu və s. anlayışlar öz mənasını itirir və qadın 
ləyaqəti alçalır.  
Bütün bunları  nəzərə aldıqda o nəticəyə  gəlmək olar ki, 
Qərbdən qaynaqlanan və  cəmiyyətimizi ailəsizləşdirməyə 
yönəlmiş üzdəniraq “vətəndaş nikahı” ideyası inkişafımıza 
yox, hər cəhətdən inkişafdan qalmağımıza xidmət edə bilər. 
Türk cəmiyyətinin gücü onun tarixən möhkəm ailə  təməlləri 
üzərində qurulmasındadır və bu gün də Azərbaycan ailəsinin 
timsalında bu yaşamaqdadır.  İnkişafımız üçün bunu dağıtmaq 
yox, qorumaq daha məqsədəuyğundur. 
Son vaxtlar ailə quranlar arasında məcburi  nikah mü-
qaviləsinin bağlanmasının zəruriliyindən çox danışılır. Bunun 
insan haqlarının təmin olunmasına, ailə quruluşunun möh-
kəmlənməsinə, boşanmaların sayının azalmasına səbəb ola 
biləcəyi qeyd edilir. Əslində isə bu o qədər də sadə  məsələ 
deyil və nikah müqaviləsinin cəmiyyətimizdə hansı  fəsadlara 
gətirib çıxara biləcəyini göz önünə almaq çox vacibdir.  
Nikah müqaviləsi nə deməkdir? Nikah müqaviləsi ailə 
quracaq tərəflər arasında müəyyən münasibətləri  əvvəlcədən 
müəyyən edən hüquqi sənəddir. Yəni tərəflər nikahda olduğu 
müddətdə  və boşanma zamanı bir çox iqtisadi və hüquqi 
məsələləri bəri başdan müəyyən edir və  şərtləşirlər. Bu 
müqavilə ailə  məcəlləsindən və adət-ənənələrdən fərqləndiyi 
halda müqavilə  əsas götürülür. Yəni sadəcə iki şəxs adət-
ənənələri və  əsasən ona uyğun yazılmış ailə  məcəlləsini bir 
tərəfə qoyub “ailə münasibətləri”ni özləri müəyyən edirlər. Bu 
isə qeyri-müəyyən bir şərtləşmə olduğundan, bu şərtləşmə 
nəticəsində qurulmuş münasibətlərin cəmiyyətdə ailə 
funksiyalarını yerinə yetirib-yetirməyəcəyi bəlli olmadığından 
onu “ailə münasibəti” adlandırmaq belə doğru deyil. Yəni ailə 
münasibətlərində ümumi prinsiplər mövcud olmalıdır ki, onu 
ailə adlandırmaq mümkün olsun. Ailəni sadəcə iki şəxs 


 256
arasında bağlanan müqavilə  səviyyəsinə endirmək olmaz! 
Onda bəri başdan ailənin möhkəmliyindən və daimiliyindən 
imtina etmiş oluruq. Həmçinin, yalançı nikahlar, maddi 
maraqla nikahdan sui-istifadə (xüsusən qadın tərəfindən) 
halları üçün geniş imkanlar açılmış olur. Bir sözlə, cəmiyyətin 
ailə təməllərini dağıtmaq üçün əlverişli şərait yaratmış oluruq.  
Fikrimizcə, mükəmməl ailə  məcəlləsi olan yerdə nikah 
müqaviləsinə  nəinki ehtiyac yoxdur, hətta bunun çoxlu 
fəsadları ola bilər. Azərbaycan Respublikasının mövcud ailə 
məcəlləsi kifayət qədər geniş  və mükəmməl yazılmışdır. 
Burada milli ailə  ənənələrimiz də  nəzərə alınmışdır, bir çox 
ənənələrə münasibətdə qanunun neytrallığı gözlənilmişdir ki, 
bu da ailə  ənənələrimizin sərbəst fəaliyyətinə  şərait yaradır. 
Yəni bir çox ailə ənənələri məcəllə ilə məcburiləşdirilməsə də, 
qadağan da edilmir. Məsələn, ailənin maddi təminatına ilk 
növbədə kişinin cavabdeh olması  ənənəsi məcəllədə birbaşa 
qeyd edilmir. Həmçinin bu ənənənin insanlar tərəfindən 
yaşadılması da  məcəllə ilə qadağan deyil. Lakin məcəllədə 
boşanma və s. hallarda qadına edilən müəyyən güzəştlər ailə 
ənənələrinin müəyyən qədər nəzərə alındığını göstərir. 
Məcəllədə boşanmadan sonrakı mülki məsələlər də mükəmməl 
şəkildə həll olunur. Belə ki, məcəlləyə görə boşanmadan sonra 
tərəflərin nikahda olduğu dövrdə əldə olunmuş və birgə istifadə 
olunan  əmlak yarı bölünür, nikahdan əvvəlki dövrdə  əldə 
olunmuş  əmlak, həmçinin hər kəsin  şəxsi istifadəsində olan 
əşyalar isə  şəxsin özünə qalır. Bu şərtlər isə nikahdan sui-
istifadə hallarının, o cümlədən maddi maraqla yalançı (qeyri-
səmimi) nikaha girmə hallarının qarşısını alır və ailə 
quruluşunun möhkəmliyinin qorunmasına xidmət edir.  
Qərb cəmiyyəti üçün bəlkə də nikah müqaviləsi mütərəqqi 
sayıla bilər. Çünki, orada onsuz da ailə dəyərləri xeyli dərəcədə 
itirilmişdir. Burada insanlar ciddi, daimi ailə  həyatından çox 
əsasən cinsi ehtiraslara əsaslanan, müvəqqəti, məsuliyyət 
daşımadıqları həyata üstünlük verirlər. Və təbii ki, belə insanlar 
ailə  məcəlləsinin məsuliyyətini daşımamaq üçün rəsmi nikaha 


 257
girmək istəmirlər. Dövlət isə onlara nikah müqaviləsi təklif 
etməklə onları ailə məcəlləsinin məsuliyyətindən azad edir ki, 
təki onların münasibəti rəsmiləşsin. Çünki, istənilən halda 
rəsmiləşmiş münasibətlərin fəsadları daha az olur. Yəni Qərb 
cəmiyyətində nikah müqaviləsi insanları ciddi ailə 
münasibətlərinə yaxınlaşdırmağa yönəldiyi halda, bizim 
cəmiyyətdə bu müqavılə insanları ciddi ailə münasibətlərindən 
uzaqlaşdırmağa xidmət edir.  
Bəzən ailə  ənənələrimizin korrupsiyaya şərait yaratdığını 
iddia edirlər. Misal da gətirirlər ki, kimsə rüşvət alır, korrupsi-
ya ilə məşğul olur və bunu ailə saxladığına görə etdiyini deyir. 
Öncə onu qeyd edək ki, haram gəlirlə ailə saxlamağa, uşaq 
böyütməyə  ənənələrimizdə heç də yaxşı baxılmır və  həmin 
fikir korrupsionerlərin “ailəcanlılıq” pərdəsi altında öz əməllinə 
bəraət qazandirmaq cəhdidir. Digər tərəfdən, korrupsiya, rüşvət 
almaq və vermək ənənəsi milli ənənə sayıla bilməz, çünki milli 
ənənələr tarixin sınağından keçərək, xalqın içindən – “aşağı”-
dan gəlir və obyektiv xarakter daşıyır. Bu gün Azərbaycandakı 
korrupsiya  ənənəsi isə,  əsasən sosialist sistemindən qalma, 
subyektiv xarakterli idarəçilik  ənənəsidir (“yuxarı”dan gəlir). 
Yəni, milli yox, siyasi ənənədir.  
Bəzən ailə münasibətlərində yaranan problemlərin  əsas 
səbəbi kimi savadsızlıq göstərilir. Düzdür, elmin, savadın 
fərdlərin və bütövlükdə  cəmiyyətin həyatında və inkişafında 
rolu böyükdür. Lakin təəssüf ki, təcrübə göstərir ki, ailə 
münasibətlərində savadlılıq, elmlilik heç də özünü doğrultmur. 
Ailə münasibətləri xüsusi mənəvi keyfiyyətlər tələb edir. Bəzən 
elə savadlı, alim qadınlara rast gəlirik ki, ailədə qaynana kimi 
gəlininə münasibəti (və ya gəlin kimi qayınanasına münasibəti) 
yüz illər öncəki qadınların öz gəlininə (və ya qayınanasına) 
qərəzli münasibətindən demək olar ki, heç nə ilə fərqlənmir.     
Ailə  ənənələrimizin aşınmasına təsir göstərən amillərdən 
biri də telekanallarda yayımlanan  Latın Amerikası serialla-
rıdır. Bu seriallar maraqlıdır, bunu inkar etmək olmaz. Hətta 
insanların bu seriallara aludəçiliyi az qala psixi xəstəlik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə