Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   78   79   80   81   82   83   84   85   ...   94

 249
ənənələrə ustad-şagird münasibətləri, dastançılıq  ənənələri, 
aşıqların el ağsaqqalı kimi xalq arasında tərbiyələndirici və 
maarifləndirici rolu, haqq-ədalətin tərənnümçüsü olmaları və s. 
aiddir. Təəssüf ki, bu ənənələr sistemi bu günədək demək olar 
ki, ayrıca araşdırılmamış, tədqiqatlarda ona yalnız ötəri 
toxunulmuşdur. Həmin ənənələrdən bu gün yalnız söhbətlər və 
çıxışlar səviyyəsində danışılır (bu barədə  həmçinin bax, səh. 
263). Bu günədək aşıq sənətinin  əsasən  ədəbiyyat, qismən də 
musiqi tərəfi tədqiq olunmuşdur.  
Muğam sənəti oturaq və  əsasən saray sənəti olduğundan 
oturaq mədəniyyətin və siyasi birliklərin (xanlıqların)  mövcud 
olduğu bölgələrdə (Bakı, Şəki, Şirvan, Qarabağ və s.) daha çox 
inkişaf etmişdir. Aşıq sənəti isə  səyyar, birbaşa xalq arasında 
olan sənət olduğundan bütün ərazilərdə yayılmış, bir tarixi 
dövrdə isə  şəhər mədəniyyəti tərəfindən ucqarlara sıxış-
dırılmışdır. Bu prosesin acısını bu gün çəkməkdəyik ki, 
müəyyən bölgələrdə aşıq sənəti sıradan çıxmışdır. 
Xalq musiqimizin tədqiqi və  mədəni səviyyəyə yük-
səldilməsi məsələsinə  gəldikdə, Azərbaycan xalq musiqisi 
əsasən XX əsrin 20-30-cu illərindən toplanmağa və müasir 
elmi yanaşma ilə tədqiq olunmağa başlamışdır. Bu dövrdə xalq 
musiqisi nümunələrimiz toplanmağa, texniki vasitələrə 
yazılmağa, tədqiq olunmağa, orta və ali məktəblərdə  tədris 
olunmağa başlamışdır. Bu prosesdə böyük ziyalımız, Azər-
baycan professional musiqisinin banisi Ü.Hacıbəylinin (1885-
1948) müstəsna xidmətləri olmuşdur. Həmçinin bu işdə Bülbül 
(1897-1961), S.Rüstəmov (1907-83), F.Əmirov (1922-84) və b. 
musiqişünaslarımızın böyük xidmətləri var. Xalq musiqisi 
nümunələrinin toplanmasında isə ustad sənətkarlarımız – 
C.Qaryağdıoğlu (1861-1944), S.Şuşinski (1889-1965), Aşıq 
Şəmşir (1893-1980), Aşıq Hüseyn Saraclı (1916-87), Aşıq 
Əkbər (1933-90) və b. bir körpü rolunu oynamışdır.  
Lakin təəssüf ki, xalq musiqimizin tədqiqi, tədrisi və 
mədəni səviyyəyə yüksəldilməsi bütün ünsürlər üzrə eyni 
sürətlə getməmişdir. Belə ki, muğamın elmi tədqiqi və ali 


 250
səviyyədə tədrisi hələ XX əsrin 20-30-cu illərindən başlasa da, 
aşıq musiqisinin elmi tədqiqatı və ali məktəblərdə tədrisi xeyli 
gecikmişdir. Həmin dövrdən 1980-90-cı illərə  qədər aşıq 
musiqisi sahəsində  əsasən toplama-səsyazma işləri aparıl-
mışdır. Bu sahədə elmi tədqiqat əsərlərinin (3.14,  3.25, 3.81 və 
s.) yalnız 1980-90-cı illərdən meydana çıxdığını görürük. Aşıq 
musiqisi sahəsində ilk əsaslı  tədqiqat  əsərlərinin yazılması 
görkəmli alimimiz Ə.Eldarovanın adı ilə bağlıdır. Sonrakı 
dövrdə T.Məmmədov, İ.İmamverdiyev və b. bu sahədə mühüm 
tədqiqatlar (3.81, 3.47, 3.48 və s.) aparmışlar. T.Məmmədov 
tərəfindən 80 klassik aşıq havası ustad aşıqların ifasından nota 
salınmışdır (4.19). Aşıq havalarının notlaşdırılmasında İ.İmam-
verdiyev və b. tədqiqatçıların da mühüm xidmətləri var. Acı-
nacaqlı haldır ki, aşıq musiqisinin ali məktəblərdə ayrıca tədrisi 
həddən artıq gec –  yalnız son onillikdə baş tutmuşdur. İlk orta 
ixtisas aşıq məktəbi isə son illər Gədəbəydə açılmışdır. Ümid 
edirik ki, aşıq musiqisinin tədqiqi və tədrisi bundan sonra daha 
da genişlənəcək, bu musiqi ifaçılığı tezliklə “bölgə” səviy-
yəsindən çıxacaq və  əvvəlki ümummilli statusunu bərpa 
edəcəkdir. 
 
 
Xalq adət-ənənələri 
 
Hüquq normaları  cəmiyyətdə  hər  şeyi tənzimləmək 
iqtidarında deyil, tarixən formalaşmış adət-ənənələrə,  əxlaq 
normalarına həmişə ehtiyac var və onlar ictimai münasibətləri 
tənzimləmə funksiyasını daşımaqla məhz inkişafı stimul-
laşdırır. 
Xalq adət-nənələrimiz çox zəngindir. Bu günə qədər adət-
ənənələrimizin toplanması  və  tədqiqi işləri müəyyən qədər 
aparılmış  və bu gün də aparılmaqdadır. Lakin adət-ənənə-
lərimizin tədqiqində onların məhz ictimai əhəmiyyəti, yaranma 
zərurəti məsələləri, başqa sözlə, onların fəlsəfəsininin açılması 
məsələsi az araşdırılmışdır. Tədqiqatların böyük bir hissəsi 


 251
məhz sovet dövründə aparıldığından həmin dövrün ide-
ologiyasına uyğun olaraq tədqiqatlar  əsasən adət-ənənələrdə 
sosialist ideyalarının axtarışı üzrə getmiş  və  məhdud xarakter 
daşımışdır. Digər mühüm məqamlar isə arxa planda qalmışdır. 
Bu bölümdə adət-ənənələrimizə məhz bu baxımdan yanaşmağa 
çalışacağıq.  
Bəzən adət-ənənələrin cəmiyyətdəki müsbət rolu qeyd 
olunmur və onlar yalnız insan azadlıqlarını məhdudlaşdıran bir 
neqativ amil kimi nəzərdən keçirilir. Əslində isə demək olar ki, 
bütün adət-ənənələr cəmiyyətin obyektiv, təbii inkişafı 
nəticəsində, ictimai ziddiyyətlərin həlli, ictimai münasibətlərin 
tənzimlənməsi modeli kimi meydana çıxmışdır. Hətta, ənənələr 
kənardan  ədalətsiz görünsə belə, daha ədalətlisi mümkün 
olmadığından onlar yaşamışdır. Düzdür, müəyyən sosial 
qrupların mənafeyini qoruyan subyektiv xarakterli ənənələr də 
var və bu gün də yaranmaqdadır. Lakın, bu kimi ənənələr daha 
dinamik dəyişilir və əvəz olunur. Bunlar istisnadır.  
Adət-ənənələr çoxsaylı  və biri-biri ilə  əlaqəli olduğundan 
onları  təsnif etmək, qruplara ayırmaq da çətinlik gətirir.  
Aparılmış  tədqiqatları  və ümumi-ənənəvi təsnifatı  nəzərə 
alaraq adət-ənənələrimizi ümumi olaraq aşağıdakı qruplara 
ayırmaq olar: ailə-nikah və toy adət-ənənələri,  mistik-dini 
ənənələr və inanclar, yas adət-ənənələri, bayram adət-
ənənələri, el köməyi adətləri, qonaqpərvərlik, döyüş 
ənənələri, köçəri həyat  ənənələri, milli mentalitet və  əxlaq
aşıq sənəti ənənələri və s. Bu adət-ənənələrin həyatımızda və 
milli ideologiyamızda daha çox əhəmiyyət kəsb edən bir neçəsi 
haqqında danışacağıq. 
Türk cəmiyyəti tarixən ailə quruluşuna əsaslanmış və bu 
gün də ailə quruluşu Qərb xalqları ilə müqayisədə türk 
xalqlarında daha çox saxlanılmışdır. Türk cəmiyyəti ailə 
təməlləri üzərində qurulduğundan bir çox adət-ənənələrimiz 
məhz ailə sistemindən qaynaqlanır, ailədən gəlir. Ona görə də 
milli adət-ənənələrimizin qorunmasında ailə institutunun 
qorunub saxlanılması çox mühüm məsələdir. Türk cəmiyyəti 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə