Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   77   78   79   80   81   82   83   84   ...   94

 246
yaradıcılığı vəzni kimi formalaşmışdır (bu məsələ haqqında da 
bu kitabın müəllifinin şeir formaları haqqında yaxın vaxtlarda 
işıq üzü görəcək növbəti araşdırma kitabında daha geniş 
danışılacaqdır).     
Əruz vəzninə  gəldikdə bu vəzn  şifahi xalq yaradıcılığı 
məhsulu yox, fərdi yaradıcılıq məhsulu olduğundan onu 
hansısa xalqa aid etmək düzgün deyil. Digər tərəfdən,  əruz 
qəliblərində dövri təkrarlanan ritmlər dilimizdə  və folk-
lorumuzda var və  hətta bu ritmlər xalq musiqimizin əsasında 
dayanır. Bu faktlar isə əruzun bizə yad olmadığını deməyə əsas 
verir (Bu mövzuda daha ətraflı  məlumat üçün bax, 3.27). 
Deməli bu vəzn  şeirimizdə yaşadılmalı, dilimizin qanunlarına 
və musiqimizə uyğun olaraq inkişaf etdirilməlidir.  
     
 
Xalq musiqisi 
 
Xalq musiqimiz xeyli zəngindir. Xalq musiqimizin əsas 
qolları  muğam, aşıq musiqisi, xalq mahnıları   oyun 
havalarıdır.  Onların hər birinin xalqımızın həyatında öz yeri 
və funksiyası vardır.  
Muğam  şifahi  ənənəli professional musiqidir.  Yəni bu 
musiqi şifahi ənənəli olsa da, bütün xalq tərəfindən yox, xüsusi 
peşə sahibləri – xanəndələr və instrumental musiqiçilər tərəfin-
dən yaradılır və yaşadılır. Yəni kütləvi yox, professional 
folklora (bax, səh. 152-154) aiddir. Aşıq musiqisi isə  xalq-
professional musiqisi hesab olunur. Burada “xalq” ifadəsi geniş 
mənada yox, “kütləvilik” mənasında işlədilmişdir. Belə ki, 
geniş  mənada “xalq musiqisi” anlayışına muğam da aiddir. 
Aşıq musiqisi isə, həm kütləvi, həm də professional folklorun 
xüsusiyyətlərini özündə daşıdığından məhz xalq-professional 
musiqisinə aid edilir. Xalq mahnıları və oyun havaları isə sırf 
kütləvi folklora (dar mənasında “xalq musiqisi”nə) aid edilir. 
Xalq musiqimiz nəzəri cəhətdən götürüldükdə iki janra 
ayrılır: bəhrli musiqi və bəhrsiz musiqi. Xalq mahnıları, oyun 


 247
havaları, ritmik aşıq havaları, muğam dəstgahlarındakı ritmik 
parçalar (təsniflər, diringilər və s.) bəhrli musiqiyə, muğam 
dəstgahlarındakı qeyri-ritmik hissələr (muğamlar), həmçinin 
aşıq havalarındakı qeyri-ritmik parçalar bəhrsiz musiqiyə aid 
edilir. Yəni xalq musiqimizin bütün ünsürləri  (muğam, aşıq 
musiqisi, xalq mahnıları və oyun havaları) vahid əsasa və kökə 
malikdir. Sadəcə olaraq bu ünsürlər cəmiyyətdəki funksiyasına, 
“təyinat”ına, peşə-sənət sahəsinə görə  fərqlənirlər. Bəzən 
yanlış olaraq xalq musiqimizin bu ünsürlərini qarşı-qarşıya 
qoymaq cəhdləri olur. Məsələn, aşıq sənətini türk xalqlarına 
doğma, muğam sənətini isə  gəlmə
 
(fars,  ərəb və ya hind  
mənşəli), yad sənət kimi qəbul edirlər. Hətta bir dövr alimlər də 
bu məsələdə  tərəddüd edirdilər. Son tədqiqatlarda (3.49, 3.50 
və s.) bu fikrin yanlışlığı  əsaslandırılsa da, həmin fikirləri bu 
gün də  səsləndirənlər var. Əsas kimi də müxtəlif arqumentlər 
irəli sürürlər. Məsələn, qeyd edirlər ki, muğam türklərə 
məxsusdursa, bəs niyə  məsələn, qırğızlarda yoxdur? Əslində 
isə eyni tipli musiqi “kü” adı ilə qırğızlarda mövcuddur (3.120, 
s.11). Yox, əgər söhbət “muğam” adı altında olan musiqidən 
gedirsə, bu ifadə yenə  də daha çox türk xalqları ilə bağlıdır. 
Belə ki, “muğam” ifadəsi cüzi fonetik dəyişmələrlə əksər türk 
xalqlarında (Türkiyədə – “makam”, türkmənlərdə  və uyğur-
larda – “mukam”, özbəklərdə – “makom”) işləndiyi halda şi-
mal  ərəbləri və taciklərdən başqa heç bir qeyri-türk xalqında 
işlədilmir. Məsələn, eyni tipli musiqiyə farslar – “dəstgah”, 
Afrika ərəbləri – “nuba”, “istixbar”, hindlər – “raqa”, Pakistan-
lılar – “xəyyal” deyirlər. Onu da qeyd edək ki, “aşıq” və “saz” 
ifadələri də Azərbaycan və Anadoluda işləndiyi halda digər 
türk xalqlarında fərqli ifadələr (baxşı, akın, dombıra, dütar və 
s.) işlədilir. Yəni, eyni tipli sənətin müxtəlif türk xalqlarında 
müxtəlif adlarla tanınması xarakterik haldır. 
Muğamın türklüyə  və Azərbaycana yad olmasını mu-
ğamların adlarının  əsasən farsca olması, həmçinin Azərbay-
candan kənar yer adları (“Bayatı-Şiraz”, “Üşşaq” və s.) ilə 
bağlı olması ilə də əsaslandırmağa çalışırlar. Lakin bu da əsas 


 248
ola bilməz. “Dübeyti”, “Təcnis”, “Ruhani”, “Müxəmməs” və b. 
aşıq havaları da vardır ki, adı türkcə deyil. Muğam saray sənəti 
olduğundan, sarayda da hələ sasanilərin dövründən və sonra 
fars dilinin mövqeyi güclü olduğundan muğam adlarının farsca 
olması normaldır və bu muğamın bizə yad olmasını deməyə 
əsas vermir. Bununla belə, muğamda türk tayfalarının adlarına 
(“Ovşarı”, “Bayatı-qacar/türk” və s.) rast gəlinir. Yer adlarına 
gəldikdə, muğamların yayıldığı müxtəlif  ərazilərin adını 
daşıması normaldır. Eyni zamanda muğamda Azərbaycandan 
kənar yer adları ilə  bərabər Azərbaycan yer adları (“Azər-
baycan”, “Əraq”, “Arazbarı”, “Qarabağ/Şirvan şikəstəsi” və s.) 
vardır.     
Muğamın yad musiqi olmasını əruz amili (muğamın  “bizə 
yad  əruz üzərində qurulması”) ilə  də  “əsaslandırmağa” 
çalışırlar. Bu isə hərtərəfli yanlış bir fikirdir. Belə ki: 
birincisi – Əruz vəzni xalq yaradıcılığının yox, fərdi yara-
dıcılığın məhsulu olmaqla heç bir xalqın folkloru deyil və türk 
folkloruna da yad deyil. (daha ətraflı bax, 3.27)  
ikincisi – muğamın yaranma tarixi əruzun yaranma tarixin-
dən çox-çox qədimdir (3.50) və  əruz vəzni muğama sonradan 
daxil olmuşdur. Belə ki, əruz gözəl ahəngə, ritmə malik oldu-
ğundan, həmçinin “elitar vəzn” hesab edildiyindən muğamda 
ondan istifadə  bir ənənəyə çevrilmişdir. 
üçüncüsü – muğam əruz demək deyil, yəni muğam musiqi-
si heç də “əruz üzərində” qurulmayıb (daha ətraflı bax, 3.27)   
Xalq musiqimizin ünsürlərinin peşə-sənət sahələrinə, 
cəmiyyətdəki funksiyalarına görə fərqlənməsinə gəldikdə deyə 
bilərik ki, muğam sənəti daha çox oturaq mədəniyyət olmaqla, 
elitar və saray musiqisi kimi formalaşmışdır. Aşıq sənəti isə 
daha çox səyyar sənət kimi formalaşmışdır və muğamdan fərqli 
olaraq  yalnız musiqi sənəti deyil. Bu sənət həm də zəngin  söz 
yaradıcılığını (aşıq ədəbiyyatı) ehtiva edir. Aşıq sənətinin digər 
bir mühüm funksiyası da xalq arasında tərbiyələndirici və 
maarifləndirici rol oynamasıdır. Aşıq sənətinin çox zəngin 
ənənələr sistemi vardır ki, xüsusi tədqiqata ehtiyacı var. Bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə