Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   73   74   75   76   77   78   79   80   ...   94

 234
olduğu  ərazilərdir. Parsa isə m.ö. IX-VIII əsrlərdə  şımali 
Hindistan  ərazilərindən gələrək Kəngər körfəzinin  şimal-şərq 
istiqamətində  məskən salmış farsların adı ilə adlandırılan və 
həmin  ərazini  əhatə edən tarixi əyalətdir. Burada ən önəmli 
məsələlərdən biri odur ki, məkan adı kimi “İran” anlayışına 
Farsıstanla bərabər Azərbaycan və Xorasan əraziləri də da-
xildirmi?  Əgər daxildirsə, onda bu ifadə daha çox türk 
ərazilərini  əhatə edir. Bəs nəyə görə  “İran” ifadəsi “farsların 
vətəni” mənasında qəbul olunur? Digər tərəfdən,  ədəbiy-
yatlarda “Azərbaycandan  İrana”, “İrandan Xorasana” kimi 
ifadələr işlədilir. Bu ifadələrdən məntiqi olaraq o nəticə  çıxır 
ki, Azərbaycan və Xorasan “İran” anlayışına daxil deyil. Bəs 
onda “İran” haradır? Yalnız Farsıstanmı? “İran” elə Farsıstan 
deməkdirsə, onda “İran” ifadəsinə  nə ehtiyac var idi? Ziddiy-
yətli məqamlardan biri də odur ki, bəzən Azərbaycanın quzeyi 
“İran” anlayışına daxil edilmədiyi halda, güney hissəsi bu 
anlayışa daxil edilir. Bu isə Azərbaycanın bölünməsi olmaqla 
bir tarixi ədalətsizlikdir. Azərbaycan “İran” anlayışına da-
xildirsə, bütövlükdə daxildir, daxil deyilsə, bütövlükdə daxil 
deyil. Burada bir yanlışlığı da qeyd etmək yerinə düşər ki, son 
vaxtlara qədər Bütöv Azərbaycanın tərtib olunmuş  xəritə-
lərində Xorasan ərazisi Farsıstana aid edilirdi. Əslində isə, 
Xorasan və Farsıstan ayrı-ayrı ərazi vahidləri kimi göstərilməli 
idi. Son xəritələrdə bu xəta düzəldilmişdir. 
“İran” ifadəsinin dövlət adı kimi də nə vaxtdan işlədildiyi 
mübahisəlidir. Bu gün tarix kitablarında ağız dolusu “Yunan-
İran müharibələri” adlandırılan müharibələrin zamanında (m.ö. 
500-449) “İran” ifadəsi ümumiyyətlə mövcud olmamışdır. Çox 
vaxt Avropa dillərində  işlədilən “Persiya” ifadəsi çox yanlış 
olaraq “İran” kimi tərcümə olunmuşdur və bu gün də ol-
unmaqdadır. Məsələn, Makedoniyalı  İsgəndərin həyatından 
bəhs edən “İsgəndər” bədii fılmində ingiliscə “Persia” ifadəsi 
Azərbaycan türkcəsinə  “İran” kimi tərcümə olunmuşdur. 
Halbuki, o dövrdə  də (m.ö. 330-cu illər) “İran” ifadəsi nə 
məkan, nə  də dövlət adı kimi işlədilməmişdir. Bu tərcü-


 235
məçilərimizin kobud xətasıdır. Həmçinin, “Çingizxan” tarixi 
bədii filmində “İran hökmdarı”ndan danışılması çox qəribədir. 
Belə ki, tarixdən məlumdur ki, Çingiz xanın bu ərazilərə 
yürüşləri zamanında (XIII əsrin 10-20-ci illəri) “İran” adlı 
dövlət ümumiyyətlə mövcud olmamışdır. Həmin dövrdə bu 
ərazilərdə iki böyük türk dövləti – Xarəzmşahlar və Atabəylər 
(Eldənizlər) dövlətləri mövcud olmuşdur. Filmdə bu döv-
lətlərin adları bir dəfə  də  çəkilmədiyi halda, olmayan “İran 
dövləti”ndən danışılır.  
“İran” ifadəsinin dövlət adı kimi Firdovsinin “Şahna-
mə”sindən (976-1010) sonra meydana çıxdığı ehtimal edilir. 
Bu əsərdə tarixi faktlara söykənmədən “İran” adlı əfsanəvi fars 
dövlətindən danışılır. Həmin  əsərin yazıldığı dövrdə mövcud 
olmuş Büveyhilər (fars sülaləsi) dövləti (935-1055) də  “İran” 
adlanmamışdır. Və bu dövlətin süqutundan 1925-ci ilə  qədər 
(təqribən 9 əsrlik bir dövrdə) fars dövləti mövcud olmamışdır. 
Əgər Səfəvilər (1501-1736), Avşarlar (1736-1747) və Qacarlar 
(1796-1925) kimi böyük türk dövlətləri “İran  Şahlığı” 
adlandırılmışdırsa (hərçənd, bu fikrin özü də mübahisəlıdir), 
onda “İran” ifadəsi məhz türk dövlətinin adı kimi qəbul 
olunmalı idi. Bu bizim haqqımızdır. Amma əksinə, “İran” 
dedikdə  şüurlarda yalnız “fars dövləti” canlanır.  Real tarixi 
faktlar isə onu  deməyə  əsas verir ki, “İran” adında fars 
dövləti heç vaxt olmamışdır. Bugünkü “İran” dövləti də, 
1925-ci ildə fars şovinistlərinin hakimiyyəti altına keçmiş türk 
dövləti kimi qəbul olunmalıdır. Bu dövlət yarım əsrlik (1747-
1796) qanlı döyüşlər nəticəsində, türk oğullarının canı-qanı 
bahasına qurulmuş  və bu gün də  əhalisinin çoxu türklərdən 
ibarət olan bir dövlətdir. 1935-ci ildə  şovinist fars rejimi 
tərəfindən bu dövlətin “Persiya” (Farsıstan) adlandırılması 
yasaqlanmışdır. Çünki, bu dövlətin sərhədləri Azərbaycan, 
Xorasan, Bəlucustan və b. ərazilərini  əhatə etdiyi halda, 
Persiya bu ərazilərdən kənar bir tarixi əyalətin adı idi və bu cür 
adlanma qeyri-fars bölgələrinin müstəqil olmaq meyllərinə 
səbəb olar və imperiyanın parçalanma təhlükəsi yaranardı. 


 236
Dövlət “İran” adlandığı halda isə, “hamımız iranlıyıq” prinsipi 
ilə qeyri-fars xalqlarında fərqli milli kimlik düşüncəsinin və  
milli azadlıq ideyasının inkişafının qarşısı alınmış  və  şovinist 
rejimin bu ərazilərdəki hakimiyyəti qorunmuşdur. 
Bütün bu ziddiyyətli məqamlar onu göstərir ki, “İran” 
qeyri-müəyyən, qondarma bir anlayışdır və bu ifadənin iş-
lədilməsindən fars şovinizmi kifayət qədər yararlanmışdır. Biz 
isə milli haqlarımızı əldə etməyimiz üçün mütləq “İran” ifadəsi 
problemini həll etməliyik.  
 
 
Türk dövlətçiliyi tarixinin ümumi 
xronologiyası 
 
 Görkəmli türkoloqumuz Aydın Qasımlı (Mədətoğlu) son 
tədqiqatları  nəticısində türk dövlətçiliyi tarixinin ən geniş 
ümumi xronoloji siyahısını tərtib etmişdir (3.65, s.16-21). Bəzi 
əlavələrlə həmin siyahı  aşağıdakı (cədvəl-3) kimidir: 
 
Cədvəl-3 
               Dövlətin adı  
Fəaliyyət dövrü 
İmperatorluqlar: 
1. Böyük Turan İmperatorluğu 
2. II Böyük Turan İmperatorluğu 
3. Saka (Skif) Böyük Turan İmp.-ğu 
4. Midiya İmperatorluğu 
5. Asiya Hun İmperatorluğu 
6. Parfiya İmpertorluğu 
7. Böyük Hun İmperatorluğu 
8. Avropa (Qərbi) Hun İmperatorluğu 
9. Tabqaç İmperatorluğu 
10. Ağ Hun (Eftalit) İmperatorluğu 
11. I Göy Türk İmperatorluğu 
12. Doğu Göy Türk İmperatorluğu 
13. Batı Göy Türk İmperatorluğu 
14. Avar İmperatorluğu  
15. Xəzər İmperatorluğu 
 
“Tufan”dan əvvəl 
“Tufan”dan sonra – m.ö. VII əsr  
m.ö. VIII – V əsrlər  
m.ö. VIII əsr – 550-ci il 
m.ö. IV – m.s. 48-ci il 
m.ö. 250 – m.s. 226 
m.ö. 204 – m.s. 216 
374 – 469  
386 – 557 
420 – 562  
552 – 582 
582 – 630  
582 – 630  
563 – 803  
650 – 985 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə