Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   69   70   71   72   73   74   75   76   ...   94

 221
boyu qoruyub-yaşatdığımız gözəl dilimizin ana prinsiplərinə
qrammatik özəlliklərinə zidd, rus dilinə məxsus ünsürlərdir. 
Yazılı  və  şifahi nitqdə  ədəbi dilimizi korlayan bu rus 
ünsürləri özünü həm leksik, həm fonetik, həm də qrammatik 
xətalarda göstərir. 
Leksik xətalar, yəni, rus sözlərindən yersiz istifadə təkcə 
rusdilli  şəxslər yox, bütün əhali arasında geniş yayılmışdır. 
Bunun səbəbi  əsasən Sovet dövründə mövcud olmuş bir çox 
ənənələrin (idarə  və müəssisələrdə  rəsmi sənədlərin, rek-
lamların, küçə elanlarının, bədii filmlərin, televiziya ve-
rilişlərinin, elmi kitabların və s. rus dilində olması) müəyyən 
dərəcədə bu günə kimi saxlanılmasıdır. Bu isə dil sahəsində 
milli islahatların çox ləng getməsi ilə  əlaqədardır. Təkcə onu 
demək kifayətdir ki, telekanallarda xarici dildə olan 
verilişlərin, o cümlədən filmlərin rəsmi yasaqlanması 
müstəqillik əldə olunandan 16 il sonra həyata keçirilmişdir. Bu 
gün reklamlarda, küçə elanlarında, hətta rəsmi sənədlərdə belə 
rus dilindən və rus sözlərindən geninə-boluna istifadə olunur. 
Bəzən dilimizdə işlənən rus sözlərinin türkcə qarşılığının guya 
“yaxşı çıxmadığından” rusca deyilməli olduğunu qeyd edirlər. 
Halbuki, bu tamamı ilə nisbi məsələdir və  hər  şey müəyyən 
amillərin (təhsil, rəsmi sənədlər, reklamlar, küçə elanları, 
televiziya verilişləri, bədii filmlər və s.) insan yaddaşına 
təsirindən yaranan vərdişdən asılıdır. 
Leksik xətalardan fərqli olaraq fonetik və qrammatik 
xətalar yalnız rusdilli şəxslərdə müşahidə olunur. 
Fonetik xətalara əsasən aşağıdakılar aiddir: 
-Açıq hecalarda vurğunun rus vurğusu kimi (uzanan 
şəkildə) tələffüz edilməsi;  məsələn,  bilirəm, aparam, ge-
gedə kimi  sözlərdə  -li, -rı  və  -də hecalarındakı saitlər uzun 
tələffüz olunur. 
-Bir çox alınma (əsasən yunan və latın mənşəli) sözlərdə 
bəzi səslərin rus dilinə  məxsus  şəkildə  tələffüzü.  Məsələn, 
informasiya-informatsiya, texnika-çexnika, teatr-çeatr, televizi-
ya-çeleviziya, ideya-iceya (və ya idzeya) və s. Acınacaqlı haldır 


 222
ki, televiziya və radio aparıcılıarının demək olar ki, hamısı bu 
xəta ilə danışırlar. Bu mənfi  ənənənin  əsası sovet dövründə 
qoyulmuşdur.  Həmin aparıcılar bu səslərlə danışmağı ədəbi dil 
qaydası kimi qəbul edirlər. Onlar bu səslərin dilimizə aidiyyəti 
olmayan rus ünsürü olduğunu və ədəbi dilimizə gətirilməsinin 
yolverilməz olduğunu bilməmək dərəcəsindəmi savadsızdırlar?  
Bu növ xətalara həmçının latın və yunan mənşəli sözlərdə 
“o”  səsinin  “a” kimi tələffüzü də daxildir. Təəssüf ki, rus 
dilinin bu qaydasının həmin sözlərdə yersiz tətbiqi  ədəbi 
dilimizdə vaxtı ilə qəbul edilmişdir. Amma onsuz da danışıqda 
romana  –“raman”, polisə    “palis”, noyabra – “nayabr” de-
yən yalnız rusdillilərdir. 
Rusdillilərin  qrammatik xətalarına  şəkilçi və sintaktik 
xətalar daxildir. Şəkilçi xətaları  əsasən aşağıdakılardan 
ibarətdir: 
-İkinci növ ismi birləşmələrdə  mənsubiyyət  şəkilçisinin 
işlədilməməsi  (rus dilində qeyri-müəyyənlik bildirən yiyəlik 
hal və  mənsubiyyət  şəkilçisinin yoxluğu üzündən). Məsələn, 
Musiqi Akademiyası – “Musiqi Akademiya”, dünya iqtisadiy-
yatı – “dünya iqtisadiyyat” və s. 
-Şərt  şəkilçisinin işlədilməməsi  (rus dilində  şərt  şəkilçisi 
olmadığından). Məsələn, “əgər gedirsə” əvəzinə “əgər gedir”, 
“əgər varsa” əvəzinə  “əgər var”  və s. Təəssüf ki, bu xəta 
təkcə rusdillilər yox, güneyli soydaşlarımızda da fars dilinin 
təsirindən (fars dilində  də rus dilində olduğu kimi ayrıca  şərt 
şəkilçisi yoxdur) yaranmışdır. Sanki onlar da dilimizdə  -sa
2
 
şərt  şəkilçisi olduğunu tamamı ilə unudublar. 
-Keçmış zamana aid şəkilçilərin öz yerində düzgün 
işlədilməməsi. Rus dilindən fərqli olaraq dilimizdə feil şəkil-
çiləri, o cümlədən feilin keçmiş zaman şəkilçiləri və keçmiş 
zamana aid digər hallar daha zəngindir. Bunu Cədvəl–1-dəki 
misallardan daha aydın görmək olar.  
Cədvəldəki misallardan göründüyü kimi dilimizdə keçmiş 
zamana aid bir neçə qrammatik halın rus dilində yalnız bir 
qrammatik formada qarşılığı mövcuddur. Halbuki, dilimizdəki 


 223
bu ifadələrin hər birinin öz işlənmə yeri vardır və birini 
digərinin yerində  işlətmək olmaz. Rusdillilər isə bunu yaxşı 
bilmədiklərindən ciddi xətalara yol verirlər. Burada əsasən bir 
şeyi nəzərdə saxlamaq lazımdır ki, danışan  şəxs baş vermiş 
hadisəni özü görməyibsə və yalnız başqasından xəbər tutubsa, 
o,  şühudi keçmiş zaman şəkilçisindən  (“-dı
4
)  və  “idi” 
hissəciyindən istifadə edə bilməz. Bu zaman nəqli keçmiş 
zaman  şəkilçiləri  (-mış
4
/-ıb
4
)  və ya “imiş” hissəciyindən 
istifadə edilməlidir. Məsələn, danışan  şəxs kiminsə harasa 
getdiyini özü görməyib, başqasından eşidibsə, “o, gedirdi” və 
ya “o, getdi” deyə bilməz. Bu fikir vəziyyətdən asılı olaraq“o, 
gedirmiş” və ya “o, gedib” kimi ifadə oluna bilər. 
 
Cədvəl-1 
Azərbaycan türkcəsində 
Rus dilində ümumi 
qarşılığı 
Bildi (şühudi keçmiş zaman) 
Bilib/bilmişdir (nəqli keçmiş zaman) 
Bilirdi (indiki zaman+“idi”) 
Bilirmiş (indiki zaman+“imiş”) 
Bilibmiş/bilmiş imiş 
Bilmişdi 
≈ Он знал 
Bilərdi 
Bilərmiş 
Biləcəkdi 
Biləcəkmiş 
≈ Он знал бы 
O, otaqda idi 
O, otaqda imiş 
O, otaqda olub (olmuşdur) 
Он был в комнате 
 
Sintaktik xətalar özünü həm sadə, həm də mürəkkəb 
cümlələrdə göstərir. Türk dilindən fərqli olaraq rus dilində 
xəbər tamamlıqdan və  bəzən də  zərflik və mübtədadan öncə 
işlənə bilər. Bu qaydaların dilimizə yersiz tətbiqi anormal 
alınır: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə