Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   71   72   73   74   75   76   77   78   ...   94

 228
imperatorluğundan, Ön Asiyada isə XI əsrdə Orta Asiyadan 
gəlmə türklər tətəfindən yaradılmış  Səlcuq imperatorluğundan 
götürülürdü. Səlcuqlara qədər Ön Asiyada mövcud olmuş 
bütün dövlətlər isə samidilli, farsdilli, qafqazdilli və “ölüdilli” 
xalqlara aid edilmişdir. Sonralar türkdilli xalqların Ön Asiyaya 
daha öncə – ilk orta əsrlərdə və hətta miladdan öncəki əsrlərdə 
köç etdikləri etiraf edildi. Ən son tədqiqatlarda isə Ön Asiyada 
bir neçə minillik öncə  məhz yerli türkdilli tayfaların (Arat-
talılar,  şumerlər/kəngərlər, lullubilər, qutlar, kaslar, elamlar, 
madaylar və s.) yaşadıqları  və özlərinə dövlətlər qurduqları 
sübut edilməkdədir. Eyni zamanda Orta Asiyada da türk 
dövlətçiliyi tarixinin m.ö. III əsrdən daha qədimlərə getdiyi 
sübut edilməkdədir. Nəticədə isə türk dövlətçiliyi tarixi 
haqqındakı köhnə konsepsiya alt-üst olmaqdadır.  
Təəssüflər olsun ki, ayrı-ayrı müəlliflərin tədqiqatlarında 
həqiqi tariximizə işıq salan yeni faktlar üzə çıxarılsa da, bu gün 
həmin yeniliklər dərsliklərdə, xüsusən də orta məktəb dərslik-
lərində lazımınca nəzərə alınmır.  
Azərbaycan Ön Asiyada yerləşdiyindən Türk dövlətçiliyi 
tarixinin köhnə konsepsiyasından  ən çox “zərər çəkmiş” sahə 
məhz Azərbaycan dövlətçiliyi tarixidir. Təəssüf ki, sovet tarix 
konsepsiyasından irəli gələn bir çox yanlış baxışlar Azərbaycan 
tarixi dərsliklərində bu gün də qalmaqdadır.  
Bu dərsliklərdə etnik mənşəyimizlə bağlı  məsələlərdə 
həqiqət  əsasən öz yerini alsa da, dövlətçiliyimizlə bağlı 
məsələlərdə millətimizi aşağılayan yanlış baxışlar saxlanılmış-
dır. Bu gün tarix dərsliklərində Sovet dövründəki kimi Midiya 
(m.ö. 712-550), Parfiya (m.ö. 250 - b.e. 226), Səfəvilər (I Şah 
Abbas hakimiyyətə  gəldikdən sonrakı dövr: 1587-1736), 
Avşarlar (1736-1747), Qacarlar (1796-1925) kimi böyük və 
qüdrətli Azərbaycan türk imperiyaları haqsız olaraq “İran” adı 
altında farslara aid edilir. Azərbaycan türklərinin dövlətçilik 
tarixinə isə  əsasən müxtəlif dövrlərdə yarımasılı  şəraitdə 
yaşamış kiçik dövlətlər (Manna, Albaniya, Atropatena
Girdman, Xürrəmilər,  Şirvanşahlar, XVIII əsrin ikinci ya-


 229
rısında yaranmış xanlıqlar və s.) aid edilir. Üstəlik Azərbaycan 
tarixi  Şimal və  Cənub olmaqla iki yerə bölünür. Halbuki, 
Azərbaycan tarixi bütövdür və Araz çayı heç vaxt nə 
dövlətçilik, nədə etnik-mədəni cəhətdən tarixi sərhəd olma-
mışdır. Azərbaycan türklərinin dövlətçilik tarixi yalnız kiçik, 
yarımasılı dövlətlərdən ibarət deyil, biz tarixdə böyük im-
periyalar qurmuş bir xalqıq. 
Midiya, Parfiya, Səfəvilər, Avşarlar və Qacarlar dövlət-
lərinin Azərbaycan dövlətçiliyi tarixinə aid edilməməsinin nə 
qədər  əsassız olduğunu bu dövlətlər haqqında yeni tarix 
konsepsiyasına uyğun qısa tarixi arayışdan görmək olar. 
Midiya dövləti  mərkəzi Azərbaycan  ərazisinin (təxminən 
indiki Həmədan-Zəncan-Tehran bölgəsi) qədim yerli sakinləri 
olan türkdilli madaylar (madalar, medlər) tərəfindən yaradıl-
mışdır.  İlk hökmdarı Deyox (m.ö. 712-675) olmuşdur. Qaş-
taritin hakimiyyəti illərindən (m.ö. 675-653) Midiya As-
suriyanın təsirindən çıxaraq müstəqil dövlətə çevrilmişdir. 
(m.ö. 672). Böyük fateh Kiağsar öz hakimiyyəti illərində (m.ö. 
625-585) Babil dövləti ilə ittifaqa girərək Assur və Urartu 
dövlətlərinin varlığına son qoymuş, Manna, Parfiya, Hirkaniya, 
Elam, Parsa və b. vilayətləri vahid hakimiyyət altında birləş-
dirmiş,  İşquz çarlığını öz hakimiyyətinə tabe etmiş  və Ön 
Asiyada böyük bir imperiya yaratmışdır. Parsa (fars vilayəti) 
hakimi II Kirin başçılığı ilə  həyata keçirilmiş hakimiyyət 
çevrilişi nəticəsində sonuncu Midiya hökmdarı Astiağ (m.ö. 
585-550) öldürülmüş, hakimiyyət fars Əhəməni sülaləsinin 
əlinə keçmişdir. Midiya tarixə  məlum olan ilk türk imperiya-
larından, Kiağsar isə ilk türk imperatorlarındandır. Midiya 
imperiyası dövründə maq dini (bu dini zərdüştlük/mazdaizm 
və atəşpərəstliklə, həmçinin  şamançılıqla eyniləşdirən və 
fərqləndirən tədqiqatçılar var) dövlət səviyyəsinə yüksəldilmiş 
və özünün yüksək inkişaf mərhələsinə çatmışdır. Bu böyük 
mədəniyyətin izləri xalqımızın (hətta digər dünya 
xalqlarının) həyatında bu günə  qədər yaşamaqdadır. 
Midiya dövləti öz qüdrətinə  və  mədəni inkişaf səviyyəsinə 


 230
görə dünya sivilizasiyası tarixində özünə mühüm yer 
tutmuşdur. 
Parfiya  Xəzər dənizinin cənub və  cənub-şərqində (təx-
minən  Şərqi Azərbaycan və  Qərbi Xorasan əraziləri) türkdilli 
parf (və ya part) tayfalarının yaşadığı vilayət olaraq öncə 
Midiya,  Əhəməni (m.ö. 550-331) və Selevkilər (m.ö. 312-64) 
dövlətlərinin tərkibində olmuşdur. M.ö. 250-ci ildə Selevkilər 
dövlətinin tərkibindən çıxaraq  Ərsaxlılar sülaləsinin hakimiy-
yəti altında müstəqil padşahlığa çevrilmişdir. Parfiya padşah-
lığı Kiçik Midiya (Böyük Midiyanın varisi – Atropatena, Odər-
bayqan, Odərbatan) ilə yaxın münasibətdə olmuşdur (Strabona 
görə bu dövlətlərin hakimiyyət sülalələri arasında nikah 
bağlantıları da olmuşdur). Bu da etnik-mədəni yaxınlıqla izah 
oluna bilər. Albaniya dövlətində də I əsrdən dövlətin süqutuna 
qədər (510-cu il) hakimiyyət sülaləsi  Ərsaxlılardan olmuşdur. 
Parfiya padşahlığı m.ö. II əsrin  əvvəllərindən öz ərazilərini 
genişləndirərək imperiyaya çevrilmişdir. Onun ərazisi Mesopa-
tamiyadan Hindistana qədər uzanırmış. M.ö. 20-ci ildə Kiçik 
Midiya – Atropatena da müstəqilliyini itirərək bu imperiyanın 
tərkibinə qatılmışdır. Parfiyalılar Midiyalılarla eyni dil və mə-
dəniyyətin daşıyıcısı olmaqla Müasir Azərbaycan türklərinin 
etno-genezində birbaşa iştirak etmişlər. Parfiya imperiyası da 
Parsa hakiminin (I Ərdəşir) başçılığı ilə  həyata keçirilən 
hakimiyyət çevrilişi nəticəsində süqut etmişdir (226-cı il). 
Səfəvilər dövlətinin I Şah Abbasın hakimiyyətə  gəlmə-
sindən sonrakı dövrünün (1587-1736) Azərbaycan dövlətçiliyi 
tarixinə aid edilməməsi üçün əsasən iki bəhanə var: mülki 
idarəçilikdə farsların üstünlüyü və fars dilindən “rəsmi dil” 
(daha doğrusu saray yazışmaları dili) kimi daha çox istifadə 
edilməsi. 
Dövləti quran türk sülaləsi, dövlətin başçısı türk, silahlı 
qüvvələrin və  əhalinin  əksəriyyətinin türklərdən ibarət olduğu 
bir halda mülki idarəçilikdə farslara üstünlük verilməsinin 
dövlətin milli mənsubiyyəti baxımından o qədər də əhəmiyyəti 
yoxdur. “Rəsmi dil” məsələsinə  gəldikdə isə onu qeyd etmək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə