Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   72   73   74   75   76   77   78   79   ...   94

 231
lazımdır ki, o dövrdə müasir təsəvvürümüzdəki “rəsmi dil” 
anlayışı olmamışdır. Bu gün məktəblər, elm, təhsil inkişaf 
etdiyindən yazılı nitq cəmiyyətin həyatında mühüm əhəmiyyətə 
malikdir və dövlətin milli mənsubiyyətini məhz onun rəsmi dili 
ilə müəyyən etmək olur. O dövrdə isə  əhalinin böyük əksə-
riyyəti savadsız (yazıb oxumağı bilməyən) olduğundan  şifahi 
nitq hakim mövqeyə malik olmuş  və saray yazışmalarında 
istifadə olunan yazılı nitqin əhalinin həyatında elə bir rolu 
olmamış  və dövlətin milli mənsubiyyəti baxımından da 
əhəmiyyət kəsb etməmişdir. Aydındır ki, dövlət xadimləri əhali 
ilə ünsiyyəti əhalinin öz dilində durmuşdur.  
Səfəvi  şahı II Təhmasibin hakimiyyətinin (1722-1732) 
əvvəllərindən imperiya əfqan, rus və Osmanlı qoşunlarının 
işğallarına məruz qalmış  və dövlət süqut etmək təhlükəsi ilə 
qarşılaşmışdır. Belə bir durumda qoşun başçısı Nadirin döyüş 
bacarığından xəbərdar olan II Təhmasib onu hərbi müşavir 
(komandan) təyin edir (1726) və  Səfəvi qoşunları Nadirin 
başçılığı altında itirilmiş  əraziləri geri qaytarmağa başlayır. 
Hərbi-siyasi nüfuzunu xeyli yüksəltmiş Nadir xan 1732-ci ildə 
II Təhmasibi hakimiyyətdən uzaqlaşdıraraq və özünü onun 
beşikdəki körpəsinin qəyyumu elan edərək, dövlətin faktiki 
idarəçiliyini öz əlinə alır. O, 1736-cı ilə  qədər imperiyanın 
əksər itirilmiş ərazilərini geri qaytarır və həmin ilin fevralında 
Muğanda təşkil etdiyi qurultayda özünü şah seçdirir. Nadir şah 
öz hakimiyyəti illərində  hətta Hindistanın bir hissəsini də 
özündən asılı  vəziyyətə salaraq, bununla dövlətin iqtisadi 
gücünü xeyli artırmış olur. Nadir  şahın hakimiyyəti illəri 
Azərbaycan dövlətçiliyi tarixində ən şərəfli səhifələrdən biri 
olduğu halda, həmin dövr bu günə  qədər “Azərbaycanda 
İran zülmü” adlandırılır.  1747-ci ildə Nadir şah sui-qəsd 
nəticəsində öldürüldükdən sonra imperiya xanlıqlara par-
çalanmış, təxminən yarım  əsrlik bir dövrdə bu xanlıqlar 
arasında vahid hakimiyyət uğrunda mübarizə getmişdir. Yalnız 
əsrin sonunda böyük türk sərkərdəsi Ağa Məhəmməd Xan 
Qacar dağılmış imperiya ərazisində vahid hakimiyyəti bərpa 


 232
edərək 1796-cı ildə özünü şah elan edir. Cəmi bir il sonra isə 
Qarabağda sui-qəsd nəticəsində öldürülür və bundan sonra 
şahlıq özünə varis təyin etdiyi Xanbaba Cahanbaniyə (Fətəli 
Şaha) çatır.  
Farslarla düşmən olan, onlarla mübarizədə  hətta öz 
cinsi sağlamlığını itirən Ağa Məhəmməd Şah Qacar  sovet 
tarixşünaslığında Azərbaycana düşmən kimi təqdim olun-
muş, onun qurduğu Qacarlar dövləti (1796-1925) haqsız 
olaraq fars dövlətçiliyi tarixinə aid edilmiş, Rus-Qacar mü-
haribələri isə (1804-1813 və 1826-1828) “Azərbaycan tor-
paqları  uğrunda Rusiya və  İran arasında müharibələr” 
adlandırılaraq dövlətçilik tariximiz təhqir edilmişdir. Acı-
nacaqlı haldır ki, bu tarixi görüşlər dərsliklərimizdə bu gün 
də qalmaqdadır. 
 Qacarlar dövləti 1921-ci ildə baş vermiş dövlət çevrilişi 
nəticəsində farsların  əlinə keçmiş, 1925-ci ildə Qacarlar 
sülaləsinin hakimiyyətinə son qoyulmuş, Rza Pəhləvi  şah 
elan edilmişdir. Bu dövrdən hakimiyyətin  şovinist siyasəti 
ilə dövlət farslaşdırılmağa başlamışdır. 
Tarix dərslikləri azmış kimi, 9-cu sinfin “Coğrafiya” 
dərsliyində İran dövlətinin yaranma tarixi heç bir əsas olmadan 
“e.ə. 530-cu il” kimi göstərilmişdir. Sanki, həmin dövrdə 
yaradılmış dövlət bu günədək yaşamaqdadır. Bu, tarixdən 
məlumatı olan insanlar üçün çox gülüncdür. Əslində isə, bu 
tarix  İran  İslam Respublikasının yarandığı ildən (1979) 
götürülməli idi. Necə ki, elə həmin kitabda Türkiyə dövlətinin 
yaranma tarixi (Səlcuqlar və ya Osmanlı dövlətinin yarandığı 
ildən yox) məhz Cümhuriyyətin yarandığı ildən (1923) 
götürülmüşdür. 
Bu cur tarixi baxışlar xalqımızın  şüurunda “böyük fars 
dövlətçiliyi tarixi” mifinin yaranmasına, milli tarix şüurumu-
zun yanlış, bizi alçaldan şəkildə formalaşmasına və bizi milli 
haqlarımız uğrunda mübarizədən çəkindirməyə xidmət edir. 
Beləliklə, “İran” adlanan ərazidə tarixən türk dövlətçiliyi 
hakim mövqeyə malik olmuşdur. Həmin ərazidə mövcud olmuş 


 233
Midiya (e.ə.712-550), Parfiya (e.ə.250–b.e.226), Sacoğulları 
(879-941), Səlcuqlar (1038-1157), Atabəylər (1136-1225), 
Elxanlılar (1258-1357), Cəlairlər (1359-1410), Qaraqoyunlu 
(1410-1467), Ağqoyunlu (1467-1501), Səfəvilər (1501-1736), 
Avşarlar (1736-1747), Qacarlar (1796-1925) və s. kimi böyük 
dövlətlər türk millətinin canı-qanı bahasına qurulmuş döv-
lətlərdir. Farslar isə özləri heç vaxt dövlət qura bilməyiblər və 
yalnız 4 dəfə fars sülalələrinin bu ərazilərdə hakimiyyəti 
mövcud olmuşdur, 4-ündə də başqa millətin (3-ündə türklərin, 
birində ərəblərin) qurduğu dövləti hakimiyyət çevrilişi yolu ilə 
ələ keçirmişlər. Belə ki, Əhəmənilər sülaləsi (e.ə.550-331) 
Midiya dövlətində, Sasanilər sülaləsi (226-651) Parfiya döv-
lətində, Büveyhilər sülaləsi (935-1055) Abbasilər xilafətində, 
Pəhləvilər sülaləsi (1925-1979) Qacarlar dövlətində çevriliş 
yolu ilə hakimiyyətə gəlmişlər. 
  
 
Tarixşünaslıqda “İran” ifadəsi  
problemi 
 
“İran” sözü türkcə “ər”, “ərən”, eyni zamanda “arilər” mə-
nasında izah olunur. “Ari” ifadəsinin özü də həm “ər” kökü ilə, 
həm də farsların və onlara etnik cəhətdən yaxın xalqların  əc-
dadlarının adı kimi izah olunur. Bu minvalla fars dilinin daxil 
olduğu dil qrupunu “ari (və ya “İran”) dilləri qrupu” adlandırır-
lar. Amma “İran” ifadəsinin tarix şüurumuza vurduğu ən böyük 
zərbə bu ifadənin “farslarin böyük vətəni” və “böyük fars döv-
ləti” mənasında işlədilməsi və qəbul edilməsi olmuşdur. 
“İran” ifadəsinin məkan adı kimi nə vaxtdan işlədildiyi və 
hansı  ərazilərə aid edildiyi dəqiq məlum deyil. Qədim 
mənbələrdə (Herodot, Strabon, mixi yazılar və s.) bu ifadəyə 
rast gəlinmir. Ancaq o məlumdur ki, bu ifadə əsasən üç əyalətlə 
bağlıdır:  şimal-qərbdən Azərbaycan,  şimal-şərqdən Xorasan, 
cənubdan Farsıstan (qədim adı Parsa, Persiana və s.). 
Azərbaycan və Xorasan ta qədimdən türk tayfalarının məskun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə