Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   67   68   69   70   71   72   73   74   ...   94

 214
Lakin təbiətin və insan təfəkkürünün ümumi qanunauy-
ğunluqlarının təsirindən biri-birindən xəbərsiz yaranmış dil-
lərin də ortaq xüsusiyyətlərə malik ola bilmələri bir ehtimal 
kimi irəli sürülə bilər (“ulu dil” nəzəriyyənə qarşı dayanan bu 
amilə  nədənsə elmdə diqqət yetirilmir).
 
Yəni məsələn, insan-
lardakı anadangəlmə (şərtsiz) reflekslər, instinktlər, o cümlədən 
müəyyən emosiyaları müəyyən səslərlə ifadə etmək,  ağlamaq, 
gülmək dilindən asılı olmayaraq bütün insanlarda eynidir. Bu-
rada yeni dil açan uşaqlar üzərində müşahidələr də çox önəm-
lidir. Nədənsə dilçilikdə bu məsələyə  də diqqət yetirilmir. 
Halbuki uşağın dil açması prosesi bəşəriyyətin nitqə yiyə-
lənməsi prosesinin güzgüsü ola bilər. Təzə dil açan uşağın han-
sı səsləri daha tez ifadə edə bilməsi, hansı səsləri ifadə etməyi 
daha gec öyrənməsi,  əşyaları ilkin mərhələdə necə adlandır-
ması bu baxımdan çox önəmlidir. Məsələn, təzə dil açan 
uşaqlar  əşyaları  çıxardıqları  səsə uyğun (saata “çık-çık”, itə 
“ham-ham”, maşına “qığın/dığın”, fısqıran şeylərə “pıs-pıs” və 
s.) adlandırmağa meyllidirlər, “d”, “t”, “s” “b”, “y”, “ə”, “a” 
kimi səsləri daha tez, “g”, “k” (“kişi” sözündəki birinci səs), 
“c”, “r”, “ş”, “o”, “f” kimi səsləri daha gec öyrənirlər. Yalnız 
bu faktlar hətta biri-birindən xəbərsiz yaranmış dillərin də biri-
birinə yaxın ola bilməsi ehtimalını istisna etmir.  
Bəşər tarixində üzə çıxarılmış ilk səsli yazılı abidələr m.ö. 
III minilliyin birinci yarısına aid olan şumer mixi yazılarıdır. 
Daha sonra akkad, babil, qədim fars mixi yazıları  gəlir. Son 
vaxtlara qədər  şumer dili yanlış olaraq “ölü dil” kimi qəbul 
olunmuş,  şumer mətnləri isə bu mətnlərin ondan sonra gələn 
ölməmiş dillərə (əsasən sami mənşəli akkad dilinə) tərcümələri 
vasitəsi ilə  mənalandırılmışdır. Son tədqiqatlar isə  şumer di-
linin  əslində ölü dil olmadığı,  əksinə müasir türk dillərinin 
sələfi olduğu sübut edilməkdədir (3.29, 3.56 və s.). Buna qədər 
isə ilk türkdilli yazılı abidələr kimi bir müddət VIII əsrə aid 
olan Orxon-Yenisey abidələri qəbul olunmuş, daha sonra Al-
ma-Ata yaxınlığında Esik kurqanında m.ö. V əsrə aid olan 
türkcə  qısa mətn aşkar olunmuşdur.  Ən son tədqiqatlarda 


 215
(3.110, 3.111 və s.) isə bundan daha qədim, özü də  məhz Ön 
Asiyada (İşquz, Manna, Midiya, alban və s. mədəniyyətlərə 
aid)  türkcə yzılı abidələr üzə çıxarılmaqdadır. Nəticədə Şumer 
yazılarından Orxon-Yenisey yazılarına qədər olan böyük 
boşluq zaman və məkan baxımından doldurulmaqdadır.  Bu isə 
türk xalqlarının etnik və dövlətçilik tarixi haqqında indiyə 
qədərki yanlış görüşləri alt-üst etməkdədir. Belə ki, əvvəllər 
türklərin qədimdə yalnız  Orta Asiyada məskun olduqları, Ön 
Asiyaya, o cümlədən Azərbaycan və Anadoluya isə əsasən son 
orta əsrlərdə köç etdikləri qəbul olunur, türk dövlətçiliyi tarixi 
isə Orta Asiyada m.ö. III əsrin sonlarında yaranmış Hun 
imperatorluğundan, Ön Asiyada isə XI əsrdə yaranmış Səlcuq 
impertorluğundan götürülürdü (türk dövlətçiliyi tarixi və bu-
rada təhrif olunmuş  məqamlar haqqında növbəti bölümlərdə 
daha geniş məlumat verəcəyik). 
Uzun müddət türk dilinin və türk xalqlarının  ən qədim 
vətəninin Orta Asiya (əsasən Altaylar) olduğu qəbul olunsa da, 
yuxarıda qeyd etdiyimiz yeni tapıntılar və tədqiqatlardan sonra 
bu məsələdə ikili baxış yaranıb.  Ən qədim türkcə yazıların 
məhz Ön Asiyadakı Şumer yazıları olduğu bu gün demək olar 
ki, əksəriyyət tərəfindən qəbul olunsa da, Şumerləri həm yerli, 
həm də Orta Asiyadan gəlmə etnos hesab edən tədqiqatçılar 
var.  Lakin bəşər tarixində Şimal-Şərqi Afrika və Ön Asiyanın 
daha qədim olduğunu nəzərə alsaq, istənilən halda insanların 
Orta Asiyaya həmin ərazilərdən köçmüş olduğunu deyə bilərik. 
Eyni zamanda “Ulu dil” nəzəriyyəsini qəbul etsək, bu dil 
yuxarıda qeyd etdiyimiz kimi insanların uzaq məsafələrə 
köçündən öncə yaranmalı idi. Deməli, “Ulu dil” də Ön Asiyada 
yaranıb. “Ulu dil”ın məhz  ən qədim türk dili olduğunu qəbul 
etsək, türk dilinin məhz Ön Asiya ərazilərində yarandığını deyə 
bilərik. Başqa sözlə, türk dilinin Orta Asiyada yarandığını 
qəbul etmək üçün ya “Ulu dil” nəzəriyyəsi, ya da “Ulu Dil”in 
ən qədim türk dili olması nəzəriyyəsi inkar olunmalıdır. 
Türk dili dünyanın  ən qədim və  qədimliyini daha çox 
mühafizə etmiş dillərindən biridir. Bu gün türk xalqları  fərqli 


 216
ədəbi dillərə malikdirlər. Bu ədəbi dillərdən biri-birinə xeyli 
yaxın olanları və xeyli fərqlənənləri var. Bu ədəbi dillərin son, 
yüksək səviyyədə formalaşma mərhələsi XX əsrdə baş ver-
mişdir. Kifayət qədər lüğətlər, qrammatika kitabları, bu sahədə 
tədqiqat əsərləri yazılmış və yazılmaqdadır.  
Türk dilləri  ən geniş  təsnifatda Ural-Altay dilləri ailəsinə 
bir qrup kimi daxil edilir (bax, Sxem-2). Türk dillərinin ayrıca 
bir dil ailəsi təşkil etdiyini qəbul edənlər, həmçinin, türk xalq-
larının dillərini əslində vahid dilin ləhcələri olduğunu deyənlər 
də var. İstənilən halda türk xalqlarının etnik-mədəni və 
dövlətçilik tarixi vahiddir və vahid əsasda da öyrənilmə-
lidir.  
Türk ləhcələrinin təsnifatına gəldikdə, burada da müxtəlif 
variantlar var. Məsələn, Kazan, Başqırd və Şimali Qafqaz türk-
cələri daha öncəki variantlarda (3.118, 3.44 və s.) ayrıca “bul-
qar qrupu”nda birləşdirilmiş, daha son variantlarda isə  qıpçaq 
qrupuna aid edilmişdir. Həmçinin bəzi türk ləhcələrinin (Altay, 
salar və s.) müxtəlif qruplara aid edildiyini görürük. Qeyd olu-
nan sxemdə türk dillərinin təsnifatının müxtəlif variantlarının 
ən ümumi  cəhətlərini nəzərə almış  və daha yeni variantlara 
üstünlük vermişik. Sxemdə  sıradan çıxmış (koman, cığatay, 
qaraxanlı, bulqar və s.) və bəzi az insanın danışdığı (karayım, 
yuqur, dolqan, şor və s.) türk ləhcələrini istisna etmişik.  
Ləhcələrdəki fərqliliyə baxmayaraq XX əsrin  əvvəllərinə 
kimi bütün türk xalqları digər xalqlar tərəfindən eyni ad altında 
– “türk-tatarlar” deyə adlandırılmışdır. Hətta orta Asiya bölgəsi 
“Türküstan” adı ilə tanınmışdır. Sonradan türk xalqlarının bö-
yük  əksəriyyəti sovet imperiyası  tərkibinə keçdiyindən vahid 
adlandırma sovet rəhbərliyi tərəfindən qəsdən sıradan çıxarıl-
mış, türk xalqları fərqli adlarla tanıdılmağa başlamışdır. Azər-
baycan türklərindən başqa SSRİ-dəki bütün türk xalqları uyğun 
etnik adla (özbək, qazax, qırğız, türkmən, tatar, başqırd, yakut 
və s.) adlandırılmış, Azərbaycan türkləri üçün belə bir etnik ad 
tapmaq mümkün olmadığından (bu dövrə  qədər Azərbaycan 
türkləri “Qafqaz tatarları” və ya sadəcə “türklər” adlandırıl-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə