Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   66   67   68   69   70   71   72   73   ...   94

 210
3. “İslam” prinsipinin “müasirlik” prinsipinə zidd hesab 
olunması. Türkçülükdə “islam” prinsipi dini təmayüllü dövlət 
qurmağı, yəni dini ehkamların dövlət qanunları ilə  məcburi-
ləşdirilməsini nəzərdə tutmur. Bu dinin öz mahiyyətinə də zidd 
hesab olunur. Belə ki, insanların dövlət cəzasından qorxduğuna 
görə dini ehkamlara məcburi riayət etməsi həqiqi möminlik 
sayıla bilməz. Dini ehkamlara riayət etməyin  əsasında dövlət 
cəzasından qorxmaq yox, yalnız və yalnız iman dayanmalıdır. 
Ona görə də milli ideologiyamızda islam dininin elmi əsaslarla
xurafatdan və  təriqətçilikdən kənar öyrənilməsi və  təbliği 
nəzərdə tutulur.   
Cəmiyyətin və dövlətin inkişafında  ən mühüm məsə-
lələrdən biri də mürtəce dini təriqətlərdən qorunmaqdır. Dini 
ehkamlar həddən artıq “sürüşkən”dir. Yəni, bu ehkamlar ən 
müxtəlif mənalarda yozula – təfsir oluna bilər. Bu xüsusiyyət 
bəlkə  də dinlərin  ən zəif cəhətidir. Dini ehkamlar “sürüşkən” 
olduğundan və dini ideyaların cəmiyyətdə  təsir gücü yüksək 
olduğundan imperialist qüvvələr tarixən dinlərdən öz imperia-
list siyasətlərində istifadə etmişlər və bu gün də etməkdədirlər. 
Belə ki, imperialist qüvvələr tərəfindən müxtəlif mürtəce dini 
təriqətlər uydurulmuşdur ki, bu təriqətlərin fəaliyyəti dövlət-
lərin inkişafdan qalmasına, təsir altına düşməsinə  və  hətta 
parçalanmasına xidmət edir. Ona görə də dinin öyrənilməsində 
və təbliğində ilk növbədə elmi yanaşma olmalıdır.  
 
 
 
 
 
 
 
 
 
 
 


 211
I I I  BÖLMƏ. Türk milli varlığının  
       ünsürləri 
 
Öncə qeyd etdiyimiz kimi, hər bir millətin varlığını onun 
MMD-i (dili, folkloru və tarixi) müəyyən edir. MMD-i qoru-
yub-yaşatmaq və yüksəltmək isə milli şüuru yüksək səviyyədə 
inkişaf etdirir, güclü millətin formalaşmasına səbəb olur, bun-
lar isə cəmiyyətin inkişafına və rifahın yüksəlməsinə böyük sti-
mul verir. Türk milləti dünyada MMD-i ən zəngin və çoxşaxəli 
olan millətlərdən biridir. Bu qədim kültürü daha çox mühafizə 
etmiş  və bu gün də yaşadan türk xalqlarından biri də  məhz 
Azərbaycan türkləridir. Bu da Azərbaycanın  ən qədim türk 
məskənlərindən biri olması ilə əlaqədardır.  
Türk milli varlığının ünsürlərinin ümumi strukturu Sxem–
1-də göstərilmişdir. Burada olan hər bir element ayrıca tədqiqat 
mövzusudur. Bu sahədə indiyədək müəyyən toplama işləri və 
tədqiqatlar aparılmışdır. Millət üçün bu müqəddəs işi görmüş 
mərhum və bu gün aramızda olan dəyərli ziyalılarımız, böyük 
şəxsiyyətlərimiz qarşısında baş əyirik. Lakin bu hələ çox zən-
gin kültürümüz qarşısında kifayət deyil, bu sahədə görüləsi iş-
lər çoxdur. Bu gün inkişaf etmiş qüdrətli dövlətləri olan millət-
lər (ingilis, fransız, alman, yapon və s.) bu milli problemlərini 
artıq həll ediblər. Onlar öz milli kültürlərini mədəni səviyyəyə 
yüksəldərək həmişəyaşar ediblər, ölməzliyə qovuşdurublar. 
Ana dillərini xeyli inkişaf etdiriblər, xalq yaradıcılığı nümunə-
lərini yazıya köçürüblər, dərindən tədqiq ediblər, xalq musiqi-
lərini notlaşdırıblar, öz tarixlərini özlərinə qürur verəcək şəkil-
də yazıblar. 
Bu bölmədə türk milli varlığının ünsürlərini (Azərbaycan 
türk kültürü əsasında) qoruyub-yaşatmaq və yüksəltmək prob-
lemləri, o cümlədən onların tədqiqi və təbliğinin mövcud duru-
mu, həmçinin MMD-imizin cəmiyyətin həyatında və inkişafın-
dakı rolu haqqında danışacağıq.    


 212
 
 
Sxem-1 


 213
1. Türk dili
 
 
Türk dilinin yaranması və inkişafı  
tarixi haqqında. 
 
Hər hansı bir dilin yaranma tarixi araşdırıldıqda istər-istə-
məz bəşər tarixində nitqin meydana çıxması və inkişafı məsə-
lələri qarşıya çıxır. Bəşər tarixində nitqin “ağıllı insan”ın for-
malaşdığı üst paleolit dövrünün (m.ö. ≈40-12-ci minilliklər) əv-
vəllərində meydana çıxdığı ehtimal edilir. Eyni zamanda bu 
gün dünyada mövcud olan bütün dil ailələri arasında leksik, fo-
netik və qrammatik müqayisələr əsasında onların məhz eyni bir 
“ulu” (kök) dildən təşəkkül tapdığı sübut edilir. Lakin artıq üst 
paleolit dövrünə  qədər insan dəstələrinin biri-birindən kifayət 
qədər uzaq məsafələrdə (qitələrdə) yayıldığı da məlumdur. Be-
lə olan halda vahid “ulu dil” necə formalaşa bilərdi? Burada 
ehtimal edilir ki, uzaq ərazilərə yayılmış insan nəsilləri məhv 
olmuş və yalnız “ulu dil”i formalaşdıran insan nəsilləri öz var-
lığını sürdürmüşdür (3.56).  
İnsanların irqlərə ayrılmasının da üst paleolit dövründə baş 
verdiyi ehtimal edilir. Tarixi məntiqlə yanaşsaq ulu dil mütləq 
irqlərdən öncə yaranmış olmalı idi. Çünki, irqlər insan dəstələ-
rinin xeyli uzaq ərazilərə yayılmalarından sonra fərqli iqlim-
lərin təsirindən yaranmışdır. Bu hadisədən sonra isə xeyli uzaq 
ərazilərdə yaşayan biri-birlərindən xəbərsiz insan dəstələrində  
vahid ulu dil yarana bilməzdi.  
“Ulu dil” nəzəriyyəsi müasir dilçilikdə  əsasən qəbul olu-
nur. Burada əsas dəlil kimi dünyadakı bütün dil ailələrində ən 
ümumi ortaq xüsusiyyətlərin aşkara çıxarılmasıdir. Özü də son 
tədqiqatlarda “Ulu dil”in məhz ilkin türk dili olduğu  əsaslan-
dırılır. Burada isə əsas dəlillərdən biri əşyaların çıxardığı səsin 
və ya formasının həmın əşyanın türkcə adlandırılmasında işlə-
nən səslərə  və yaranan ağız formasına uyğun olmasıdır. Türk 
dilinin bu xüsusiyyəti hələ XX əsrin  əvvəllərində üzə  çıxarıl-
mışdır (1.9, s. 47). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə