Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   81   82   83   84   85   86   87   88   ...   94

 258
dərəcəsindədir. Bəs bu seriallar cəmiyyətə  nəyi təbliğ edir və 
gənclərin tərbiyəsinə necə təsir göstərir?  
 
Kimdir bu serialların müsbət qəhrəmanları? Milli 
dəyərlərimizə görə “ismətsiz” və ya “qeyrətsiz” adlandırıla bi-
ləcək qadınlar və ya kişilər. Bu seriallarda bəzən öz ailə namu-
sunu qorumaq üçün mübarizə aparan kişilər “mənfi obraz” 
kimi təqdim olunur, ailədən kənar doğulmuş  uşaqların ata-
anaları isə “müsbət obraz” kimi təqdim olunur. Açıq-saçıq 
geyimlər və səhnələr də öz yerində. Bu seriallarda “sevgi” adı 
altında cinsi ehtiraslar əsas yer tutur, ailə isə ikincidərəcəli 
olmaqla  əsl dəyərinə malik deyil. Başqa sözlə, bu serialların 
ideyasına görə xoşbəxt olmaq üçün daimi ailə vacib deyil, neçə 
dəfə istəsən evlənib-boşanmaq olar, əsas odur ki, “sevgi” 
(əslində isə cinsi ehtiraslar) olsun, o da ailədən kənar olsa da 
olar. Yəqin ki, bu Latın Amerikası xalqlarının öz mənəvi 
dəyərləridir. Bizim dəyərlərimizə görə isə, ailəsiz nə əsl sevgi 
var, nə  də xoşbəxtlik. Buradan o nəticə  çıxır ki, Latın 
Amerikası serialları bizim üçün ailəsizliyi təbliğ edir. Belə 
təbliğat isə milli varlığımıza və inkişafımıza qarşı yönəlmiş bir 
təbliğatdır.  
Türkiyə serialları Latın Amerikası seriallarına nisbətən 
milli dəyərlərimizə daha yaxın olsa da, yenə də daha çox Latın 
Amerıkası seriallarını  təqlıd edir. Hətta bəzi Azərbaycan 
seriallarında da əsasən Latın Amerikası seriallarının təqlid 
olunduğunu görürük. Yaxşı olardı ki, öz filmlərimizdə öz milli 
mənəvi dəyərlərimiz təbliğ edılsin, Azərbaycan ailəsinin və 
Azərbaycan qadınının  əsl dəyəri verilsin, Vətən və Millət 
sevgisi tərənnüm olunsun. Həyat, ictımai münasibətlər yalnız 
cinsi ehtiraslardan ibarət ola bilməz.  İnsan digər canlılardan 
fərqli olaraq şüura, “ailə”, “vətən”, “millət” hissinə, elmi təfək-
kürə, yaradıcılıq instinktinə və s. malikdir. Bu xüsusiyyətlərin 
bəziləri müəyyən qədər hətta bəzi heyvanlarda da var. Belə 
olan təqdirdə filmlərin məzmunu elə olmalıdır ki, o məhz insan 
cəmiyyətinin inkişafına xidmət etsin, onun dağılmasına yox. 


 259
Əgər Latın Amerikası serialları maraqlıdırsa və insanların 
müəyyən mənəvi tələbatlarını ödəyirsə, insanlar ona baxa 
bilərlər, ancaq unutmaq olmaz ki, bu bizim həyatımız deyil, bu 
bizə yad və daha aşağı səviyyəli bir həyatdır.  
Serial yayımında ən mühüm hadisələrdən biri 2012-ci ilin 
may ayından xarici serialların milli telekanallarda yayımının 
rəsmən qadağan edilməsi və yerli serialların çəkilməsinə dövlət 
tərəfindən maliyyə dəstəyinin verilməsi oldu. Sevindirici haldir 
ki, yeni çəkilən və yayımlanmaqda olan yerli seriallarımızda  
artıq təbiiliyi, realizmi, öz milli dəyərlərimizə uyğun həyat 
tərzini görə bilirik. 
Ailə  dəyərlərimizin aşınmasına səbəb olan amillərdən biri 
də müasir şou-biznesdə hökm sürən müəyyən tendensiyalardır. 
Şou-biznes xadimləri, xüsusən də estrada müğənniləri ailə 
dəyərlərimizə zidd həyat tərzi ilə xalqın qarşısına çıxanda və 
təbliğ olunanda bu, yeniyetmə  və  gənclərin tərbiyəsinə, 
dünyagörüşünə  təsirsiz qalmır. Belə ki, incəsənət xadimləri, 
özəlliklə də müğənnilər həmişə cəmiyyətin diqqət mərkəzində 
olur. Onlara pərəstiş edilir, gənclər müğənniləri özlərinə ideal 
seçirlər, onlara bənzəmək istəyirlər. Xüsusən də telekanallarda, 
qəzet və jurnallarda müğənnilərin dönə-dönə  təbliğ olunduğu 
bir vaxtda. Lakin öz bədənini nümayiş etdirməklə karyera 
qazanan, “ailəmi sənətimə qurban vermişəm” deyən (əslində 
əxlaqını pula və  şöhrətə qurban verən) üzdəniraq müğənnilər 
heç vaxt Azərbaycan qadınına nümunə ola bilməzlər! Bəzən 
müğənnilər cinsi əxlaqdan, ailə  tərbiyəsindən kənar bu davra-
nışları müğənnilik sənətinin ayrilmaz tərkib hissəsi olduğunu 
deməklə özlərinə  bəraət qazandırmaq istəyirlər. Bu fikir 
Avropa xalqları üçün doğru qəbul oluna bilər, çünki, onlarda 
adət ənənələr, mentalitet, ailə və tərbiyə anlayışları bizdəkindən 
fərqlidir. Bizdə isə gənclərimizin milli əxlaqını, ailə tərbiyəsini 
pozan heç nəyi doğru qəbul etmək olmaz və heç kim deyə 
bilməz ki, müğənnilərin abır-həyadan,  əxlaqdan kənar dav-
ranışları  və  hərəkətləri olmadan onların oxuduğu mahnılar 
sevilə bilməz.  


 260
Düzdür, istənilən halda insanlar həyatda hansısa yolu 
özlərinə  rəva bilməkdə azaddırlar. Sadəcə olaraq şou-
biznesdəki ailə  dəyərlərimizə zidd olan tendensiyanın gənclər 
üçün bir nümunəyə çevrilməsinin, şou-biznes dairəsindən çıxıb 
kütləviləşməsinin qarşısını almaq lazımdır. Bu məsələdə dövlət 
siyasətinin həlledici rolu var. Belə ki, dövlət tərəfindən iste-
dadlı  sənətçilərə  dəstək verilməli,  şou-biznesdə  gənclərimizin 
tərbiyəsini və  əxlaqını pozan həyat tərzinin  təbliğinin qarşısı 
təbliğati və ya lazım gələrsə inzibati yolla alınmalıdır.  
Ailə MMD-imiz içərisində çox mühüm yer tutduğundan 
uyğun olaraq xalqımızın toy adət-ənənələri  də çox zəngindir. 
Bu adət ənənələrin xeyli hissəsi bu gün də yaşadılır. Bir hissəsi 
isə yalnız söhbətlərdə  və kitablarda xatırlanır. Xalqımız toyu 
çox sevir və toy-nişan mərasimlərinə çox həvəslidir. Bu da 
təbiidir. Belə ki, ailə qurmaq, normal ailə  həyatı sürmək 
mentalitetimizdə xoşbəxtliyin  əsas amillərindən biri, bəlkə  də 
birincisidir.  
Nikah-toy adət-ənənələrimiz xeyli dərəcədə toplanmış  və 
araşdırılmış sahələrdəndir.  Əksər insanlarımız bu adət-ənənə-
lərlə xeyli dərəcədə tanışdır. Biz isə bu adət-ənənələrdə müba-
hisə doğuran bəzi məqamlara toxunmağı lazım bilirik.  
Əksər xalqlarda olduğu kimi bizdə  də ailə qurmaqda 
“götürüb qaçma”, “qoşulub qaçma” və sonradan “barışıq” 
ənənələri vardır. Müasir dövrdə bu ənənəni insan oğurluğu və 
zorakılıq kimi qiymətləndirməklə onun əleyhinə  çıxanlar var. 
Əlbəttə ki, zorla qız qaçırma  ənənəsi bu gün qətiyyən qəbul 
oluna bilməz. Lakin könüllü  (“qoşulub qaçma”) ənənəsinin 
müstəsna hallarda öz müsbət əhəmiyyəti olmuşdur. Belə ki, bu 
ənənə valideynlər narazı olduqda ailə qurmaq istəyən gənclərin 
öz məqsədlərini reallaşdırmağa şərait yaratmışdır. Başqa sözlə, 
bu  ənənə  gənclərin həyat yoldaşı seçməkdə azadlığını  təmin 
etmişdir. Bu gün də rəsmi nikaha girmək üçün oğlan və qızdan 
başqa heç kimin razılığı  tələb olunmur. Əlbəttə ki, könüllü 
“götürüb qaçma” ənənəsi ən son variantdır və yalnız müstəsna 
hallarda məqbul sayıla bilər. Valideynlərin, böyüklərin razılığı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə