Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə88/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   84   85   86   87   88   89   90   91   ...   94

 267
mənzərə yaradır. Hətta normal əxlaqlı qadın belə, açıq-saçıq 
geyindikdə bu geyim sonradan onun əxlaqına mənfi təsir 
göstərə bilər.  
Geyim bəşəriyyətin inkişafının müəyyən mərhələsində 
meydana çıxan, insanı digər canlılardan fərqləndirən bir 
mədəniyyətdir.
 
Bu baxımdan yanaşsaq,  əslində açıq-saçıq 
geyim inkişafı yox, geriyə qayıdışı  əks etdirir. Bu gün 
dünyanın bəzi ölkələrində elmi-texniki və  mədəni tərəqqidən 
xeyli geri qalmış, qəbilə quruluşunun xüsusiyyətlərini saxlamış 
əhalinin geyimi də yarıçılpaq formadadır. Belə olan halda 
geyimin açıq-saçıqlığını necə müasirlik və inkişaf əlaməti kimi 
qəbul etmək olar? 
Avropa xalqlarında qadınların açıq-sacıq geyimi onların öz 
həyat tərzlərinə uyğun olduğundan normal qəbul oluna bilər. 
Belə ki, onlarda bizim anlamımızdakı ailə namusu, qadın 
isməti anlayışları yoxdur. Bizdə isə qadınların geyiminə 
Avropa düşüncəsi ilə yanaşmaq qətiyyən düzgün deyil. Türk 
qadını öz isməti və namusu ilə yüksəlir, cəmiyyətdə üstün və 
hörmətli tutulur, toxunulmaz, pak, müqəddəs sayılır. Məhz bu 
prinsiplər türk qadınının geyimində  də hiss olunmalıdır. Yəni 
geyim qadının mənəviyyatına və həyat tərzinə uyğun olmalıdır. 
Qadın özünə, qadınlığına dəyər verdiyini öz geyimi ilə  də 
göstərməlidir. 
Bütün bunlarla yanaşı, heç bir geyim heç kimə zorla 
qadağan edilə bilməz. Hər bir şəxs yanlış  və ya doğru, 
geyimində  və  həyat tərzində azaddır. Sadəcə olaraq, yanlış 
formalaşmış “müasirlik düşüncəsi”ni dəyişmək lazımdır. Bu 
isə yalnız təbliğat və maarifləndirmə yolu ilə aparıla bilər. 
Burada isə insanların bilməli olduğu əsas məsələlər bunlardır: 
müasirliyin real göstəricisi açıq-saçıq geyim yox, elm və 
bilikdir; geyim forması insanın mənəvi-əxlaqi keyfiyyətlərinə 
və  həyat tərzinə uyğun olmalıdır; açıq-saçıq geyim sonradan 
insanın  əxlaqi keyfiyyətlərinə  və  həyat tərzinə  mənfi təsir 
göstərə bilər; ailə  dəyərlərimizi yaşatmaq qadın ləyaqətinin 
qorunması və ümumi inkişafımız üçün vacibdir.
  


 268
Milli rəqslərimiz müəyyən qədər öyrənilmiş  və 
araşdırılmış sahələrdəndir. Milli rəqslərimizin toplanması, 
öyrənilməsi və  tədrisi, o cümlədən bu rəqslərə quruluşların 
verilməsi sahəsində görkəmli ziyalımız Əlibaba Abdullayevin 
(1915-80) xüsusi xidmətləri olımuşdur. Hazırda milli 
rəqslərimiz üzrə yetişmiş mütəxəssislər və peşəkar rəqqaslar 
var. Milli rəqslərimizin orta və ali səviyyədə  tədrisi həyata 
keçirilir.  
Sevindirici haldır ki, son illər əhalidə milli rəqs kurslarına 
meyl xeyli artıb. Artıq toylarda xüsusi rəqs dərsi almış 
gənclərin öz məharətlərini göstərməsi bir dəbə çevrilmişdir. Bu 
isə milli rəqslərimizin qorunub yaşadılacağına və  gələcəkdə 
daha da inkişaf etdiriləcəyinə ümidləri artırır. 
Xalq yaradıcılığımızda unikal sənət sahələrindən biri də 
meyxana sənətidir.  Son vaxtlar meyxananın folklor olub-
olmaması  məsələsi xeyli mübahisə doğurur. Fikrimizcə, bu 
mübahisələrin yaranmasının  əsas səbəbi folklorun özünə 
baxışın dəqiq müəyyənləşdirilməməsidir. Yəni, meyxananın 
folklor olub-olmamasını müəyyən etməzdən əvvəl, “folklor” – 
“xalq yaradıcılığı” dedikdə  nə başa düşüldüyü, bu anlayışın 
hansı yaradıcılıq nümunələrini  əhatə etdiyini müəyyən-
ləşdirmək lazımdır. Bundan sonra məsələnin həlli o qədər də 
çətin deyil. 
Bildiyimiz kimi xalq yaradıcılığı  fərdi (müəllif) ya-
radıcılığından fərqləndirilir. Lakin, onlar arasında dəqiq bir 
sərhəd müəyyən etmək özü də xeyli çətindir (bax, səh. 152-
154).
 
Meyxanaya gəldikdə, burada sözlərin müəllifi 
məlumdursa və  hətta bir neçə saniyə  ərzində düşünülmüş, 
bəzən qafiyə xatirinə deyilmişdirsə, aydındır ki, bu xalq 
ədəbiyyatı deyil. Yalnız xüsusi halda, hansısa meyxanaçının 
sözü dildən-dilə düşərsə, cilalanarsa, müəllifi bilinmədən 
yaşadılarsa və sevilərsə xalq ədəbiyyatı nümunəsi kimi qəbul 
oluna bilər. Lakin, unutmaq olmaz ki, folklor yuxarıda qeyd 
etdiyimiz kimi yalnız xalq ədəbiyyatından ibarət deyil. Xalqın 
şifahi  şəkildə yaratdığı  və yaşatdığı  ənənələr və musiqi də 


 269
folklordur. Bu baxımdan meyxananın xalq tərəfindən ya-
radılan, yaşadılan və sevilən  ənənələri (bədahətən söz demə, 
deyişmə, əyləndirmə və s.) və musiqisi folklordur. Yəni, mey-
xana  ədəbiyyat kimi yox, ənənə  və musiqi kimi folklordur. 
Məhz bu amilin nəzərə alınmaması, folklorun yalnız xalq 
ədəbiyyatı kimi götürülməsi meyxananın folklora aid edilib-
edilməməsi məsələsində ciddi mübahisə yaradır.  
Meyxananın bir çox ünsürlərində (şeir forması kimi qoşma 
və  gəraylıdan istifadə, bədahətən söz demə, deyişmə  və  vəsf 
etmə, bəzi ritmik aşıq havalarına yaxın musiqiyə malik olması) 
aşıq sənətinə yaxınlıq var. Bəzən, bu yaxınlıqdan danışanlar 
aşıq sənətinə bağlı adamların güclü təpkisi ilə qarşılaşır. Lakin, 
unutmaq olmaz ki, bu yaxınlıq əsasən formal xarakterlidir, bu 
sənətlər məzmununa, zənginliyinə və əhatə dairəsinə görə biri-
birindən kəskin fərqlənirlər. Eyni zamanda bu yaxınlıq hər iki 
sənətin eyni xalqın vahid mədəniyyətindən qaynaqlandığını 
göstərir.  
Təəssüf ki, meyxananın mənşəyi lazımınca araşdırıl-
mamışdır. Meyxananın mənşəyini bəzən dərvişlik, bəzən də 
aşıq sənəti ilə bağlayırlar. Hər iki versiyada həqiqət axtarmaq 
olar. Lakin, o da məlumdur ki, bu gün meyxana sənəti nə 
dərvişlikdir, nə  də  aşıqlıq, müstəqil bir janrdır. Bu müstəqil 
sənətin formalaşması isə  hər halda uzun bir tarixi inkişaf 
prosesinin nəticəsidir və mütləq bir mənşəyi var. Daha bəzi-
lərinin iddia etdiyi kimi, meyxana sənəti XX əsrin  əvvəllə-
rində Abşeronda birdən-birə “göydən düşməyib”. 
Milli mənəvi dəyərlərimizin mühüm ünsürlərindən biri də 
milli kulinariyamızdır. Yeməklər özü maddi nemət olsa da, 
onların nəsildən-nəslə ötürülən  ənənəvi hazırlanma qaydaları 
mənəvi dəyər olaraq xalq yaradıcılığının ayrılmaz tərkib 
hissəsidir. Milli kulinariyamız  müəyyən qədər toplanmış  və 
araşdırılmaqda olan sahələrdəndir. Milli Kulinariya Mərkəzinin 
prezidenti, tədqiqatçı Tahir Əmiraslanovun bu sahədəki 
xidmətlərini xüsusən qeyd etmək lazımdır. Onun rəhbərliyi ilə 
Azərbaycan milli yeməkləri bir çox beynəlxalq müsabiqələrin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə