Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   61   62   63   64   65   66   67   68   ...   94

 195
İngilis-sakson HS
 
XI əsrdə İngiltərədə formalaşmışdır. Bu 
HS-də  məhkəmə presedenti əsas (hüquq mənbəyi kimi) 
götürülür. Hazırda bu sistem Böyük Britaniya, Kanada, ABŞ, 
Yamayka və Avstraliyada müəyyən qədər
 
saxlanılır.
 
 
Sosialist HS
 
keçmiş
 
SSRİ-də və digər sosialist ölkələrində 
mövcud olmuş, roman-gürman HS-ə və Marksizm ideyalarına 
əsaslanan HS-dır. Bu HS-də istehsal vasitələri üzərində yeganə 
mülkiyyət forması kimi ictimai mülkiyyət müəyyən edilir və 
xüsusi mülkiyyət hüququ tanınmır. İdarəçilikdə zəhmətkeşlərin 
tam hakimiyyəti və “sosialist demokratiyası”  əsas götürülür. 
Antisosialist düşüncə  və  hərəkata qarşı mübarizə qanuniləş-
dirilir.    
 
 
 
Dini HS-nin
 
əsasını dini ehkamlar
 
(dini kitabların və dini 
təlimlərin müəyyən etdiyi normalar)
 
təşkil edir.
 
Orta  əsr 
dövlətlərinin HS-i əsasən dini xarakter daşımışdır. Hazırda dini 
HS dini təmayüllü bir çox dünya dövlətlərində  (Əksər  ərəb 
ölkələri, Vatikan, İran, Pakistan və s.) az və ya çox dərəcədə 
mövcuddur.  İslam hüququnun mənbəyi kimi Quran, sünnə 
(Məhəmməd peyğəmbərin (s) kəlamları  və davranışları), “ic-
ma” (din alimlərinin görüşləri) və “qiyas” (oxşarlığa  əsasən 
mülahizələr) götürülür.  
Ənənəvi HS yerli xalqın milli adət-ənənələrinə  əsaslanan 
HS-lərinə deyilir. Əsasında qəbilə-tayfa münasibətləri dayanır. 
Burada idarəçilik, tabeçilik, davranış qaydaları, cəzalandırma, 
mülkiyyət məsələləri, istehsal münasibətləri və s. milli adət-
ənənələrə əsaslanır. Ənənəvi HS-ləri hüququn tarixi inkişafının 
adət hüququ mərhələsinə uyğundur və qəbilə-tayfa münasibət-
lərinin hələ də qaldığı bəzi dünya ölkələrində mövcuddur.  
 
 
Hüquqi dövlət və demokratiya 
 
Müasir dövrdə insanların hüquq və azadlıqlarının təmin 
olunmasının ən mühüm vasitələri kimi məhz hüquqi dövlət və 
demokratiyanı göstərmək olar.  


 196
Hüquqi dövlət ideyası  bəşəriyyətin  ən böyük nailiy-
yətlərindən biridir. Digər ictimai-siyasi ideyalar kimi bu 
ideyanın da ilkin kökləri qədim, antik dövrə gedib çıxır. Müasir 
hüquqi dövlət nəzəriyyəsinin yaradıcıları kimi isə liberalizmin 
ideoloqları – H.Qrotsi, T.Hobbs, C.Lokk, Monteskyö və b. 
qəbul olunur. “Hüquqi dövlət” termininin isə elmə  İ.Kant 
tərəfindən gətirildiyi məlumdur. 
Hüquqi dövlət dedikdə elə dövlət başa düşülür ki, orada 
dövlət özü də hüquqa tabedir, yəni dövlət hakimiyyətinin 
səlahiyyətləri hüquqla məhdudlaşdırılır, hakimiyyət özbaşına-
lığının qarşısı alınır, insanlar isə hüquqla qadağan olunmayan 
hər  şeyi etməkdə azad olur. Hüquq isə  əvvəllər olduğu kimi 
əsasən hakim təbəqənin mənafeyini yox, hər bir şəxsin mə-
nafeyini qoruyur və  ədalətə söykənir. Hüquqi dövlətin  əsas 
əlamətləri aşağıdakılardaır:  
1.
 
Hakimiyyətlərin bölünməsi; 
2.
 
Qanunun aliliyi; 
3.
 
Dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; 
4.
 
Şəxsiyyət hüquqlarının reallığı, azad inkişafının təmin 
edilməsi; 
Demokratiya (yunanca “demos + ”kratia” – “xalq haki-
miyyəti” mənasını verir) dövlət hakimiyyətinin müəyyən 
xarakterini ifadə edir. Belə ki, demokratiya –
 
vətəndaşların 
dövlət idarəçiliyində  bərabərhüquqlu iştirakının təmin 
edildiyi hakimiyyət formasıdır. Demokratiya məhz hüquqi 
dövlət bazasında formalaşır. Yəni, hüquqi dövlət olmadan 
demokratiya formalaşa bilməz. Demokratiya anlayışı yalnız 
dövlətə yox, hətta ayrı-ayrı idarə və təşkilatların  idarəçiliyinə 
də aid edilir.   
Demokratik ideyaların və demokratiyanın ünsürlərinin 
tarixi də  qədim dövrlərə dayanır. Demokratiyanın bəzi ün-
sürlərinə hətta İbtidai İcma Quruluşunda da rast gəlinir. (1.16.). 
Antik dövrdə Yunanıstan (Afina) və Roma dövlətlərində 
quldarlıq demokratiyası mövcud olmuşdur. Həmçinin, qədim 
Azərbaycan dövlətlərində (Quti, Manna və s.) demokratiyanın 


 197
bəzi ünsürlərinin (seçkilər, ağsaqqallar  şurası  və s.) mövcud 
olduğu müəyyən edilmişdir.   
Demokratiya qədim dövrlərdən bu günümüzə  qədər uzun 
bir inkişaf yolu keçmişdir. Qədim dövrdə demokratiya və 
demokratik ideyalar məhdud xarakter daşımışdır. Belə ki, 
məsələn, seçki hüququ əhalinin aşağı  təbəqələrinə (qullara və 
s.), gəlmələrə  və qadınlara  şamil edilməmiş, yalnız yuxarı 
təbəqələrə aid edilmişdir.  
Orta  əsrlərdə  də bir çox Qərb və  Şərq ölkələrində 
demokratiyanın müəyyən ünsürləri (respublika forması, seç-
kilər,  şura, məclis, parlament və s.) mövcud olmuşdur. Lakin 
bu dövrdə  də demokratiya məhdud xarakterdə olmuş, seçki 
hüququ bütün əhaliyə  şamil edilməmiş, bu hüquq yalnız 
müəyyən yuxarı  təbəqəyə aid edilmişdir. Vergi ödəməyənlər, 
qadınlar və müstəmləkə  əhalisi seçki hüququna malik 
olmamışdır. Parlament xarakterli qurumlar (şuralar, məclislər, 
yığıncaqlar və s.) isə əsasən hakimiyyətin və hakim təbəqənin 
mənafeyini qorumuşdur. 
Müasir demokratiya prinsipləri yalnız XVII-XIX əsrlərdə 
bir çox Qərb ölkələrində liberalizm ideyalarının inkişafı (bax, 
səh. 14-15) və burjua-demokratik inqilabları nəticəsində forma-
laşmağa və tətbiq edilməyə başlamış və Şərqə də yayılmışdır. 
İlk yazılı konstitusiya 1789-cu ildə ABŞ-da qəbul olunmuşdur. 
1860-cı ildə isə ABŞ-da qullara azadlıq verilmişdir. Bütün 
vətəndaşlara seçki hüququnun verilməsi yalnız XX əsrdən  
tətbiq edilməyə başlamışdır. Qadınlara seçki hüququ ilk dəfə 
1893-cü ildə Yeni Zelandiyada verilmişdir. Müsəlman  Şər-
qində isə qadınlara seçki hüququ ilk dəfə Azərbaycan Xalq 
Cümhuriyyətində (1918-20) verilmişdir.  
Cəmiyyətin tarixi inkişafı prosesində demokratiyanın tarixi 
formaları (quldarlıq, feodalizm, burjua və sosialist de-
mokratiyası) meydana çıxdığı kimi müasir dövrdə  də 
demokratiya haqqında müxtəlif nəzəriyyələr mövcuddur. 
Hazırkı dövrdə  fərdiyyətçi və kollektivçi,  elitar və 
ümumxalq, rəqabətli (plüralist) və  rəqabətsiz,    nümayən-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə