Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   60   61   62   63   64   65   66   67   ...   94

 192
azadlıqları xeyli məhdudlaşdırılır, onlar siyasi və ideoloji 
görüşlərinə görə qeyri-rəsmi təqib olunur. Əsas hakimiyyət 
səlahiyyətləri dövlət başçısının və  mərkəzi icra strukturlarının 
əlində  cəmləşir, parlamentin və digər dövlət hakimiyyəti 
orqanlarının rolu isə tamamı ilə formal xarakter daşıyır. 
Korrupsiya və rüşvətxorluq adətən mərkəzləşir və yüksək 
səviyyədə olur. 
Totalitar siyasi rejimin xüsusiyyətlərindən danışıldıqda 
adətən keçmiş SSRİ-dəki rejim əsas götürülür. Belə rejimdə 
rəsmi olaraq vahid partiya və vahid ideologiya mövcud olur, 
çoxpartiyalılıq və ideoloji plüralizm rəsmən qadağan edilir. 
Mülkiyyət rəsmən dövlət inhisarında olur. Vətəndaşların nəinki 
siyasi həyatda, hətta  şəxsi həyatda da azadlıqları  məh-
dudlaşdırılır. Konstitusiya və qanunlarda təsbit olmasına bax-
mayaraq dövlət hakimiyyətinin xalq tərəfindən formalaş-
dırılması real olaraq təmin olunmur. 
Siyasi rejimin bu formalarından başqa müvəqqəti xarakter 
daşıyan  keçid rejimi  və  fövqəladə rejim formaları da 
fərqləndirilir. Keçid rejimi radikal müxalifətin hakimiyyətə 
gəlməsi nəticəsində formalaşır. Bu rejim demokratik və ya 
avtoritar xarakterli ola bilər. Fövqəladə siyasi rejimlər isə 
kütləvi iğtişaşın, təbii fəlakətin, ekoloji qəzaların, dövlət 
çevrilişinin və s. qarşısının alınması  və ya baş vermiş belə 
hadisələrin nəticələrinin aradan qaldırılması  zərurəti ilə 
yaradılır. 
 
 
Hüquq və hüquq sistemi anlayışları 
 
Hüquq anlayışı çoxmənalı  və çoxşaxəli anlyışdır. Qeyri-
elmi kateqoriya kimi (leksik mənada) hüquq dedikdə şəxslərin 
“ədalət çərçivəsində” iradə  və  hərəkət azadlığı (haqq, ixtiyar, 
“təbii hüquq”) başa düşülür. Elmi termin kimi isə hüquq 
anlayışı dövlət anlayışı ilə bağlıdır. Belə ki, elmdə  hüquq – 
dövlət tərəfindən müəyyən olunan ümumi-məcburi norma-


 193
lar sistemi kimi qəbul olunur.  Yəni, tarixən dövlətlərin hələ 
formalaşmadığı dövrdə hüquq da mövcud olmamışdır. Düzdür, 
hələ dövlətlər formalaşmamış  qəbilələrdə  və tayfalarda başçı, 
idarəçilik, ailə-məişət adətləri, ümumi-spontan davranış 
qaydaları mövcud olmuşdur. Lakin, bu normalar cəmiyyətdən-
kənar, cəmiyyətüstü qüvvə tərəfindən ümumi-məcburi xarakter 
daşımadığından hüquq normalarına aid edilmir. Dövlətlərin 
yarandığı ilkin dövrlərdə isə, ümumi məcburi normalar məhz 
dövlətəqədərki qəbilə-tayfa adət-ənənələrinə  əsaslanmışdır. 
Belə hüquq normalarına elmdə adət hüququ deyilir. 
Qədim dövrdən hüquq təbii  və  pozitiv olmaqla iki yerə 
bölünmüşdür.  Təbii hüquq dedikdə insanların doğuluşdan 
malik olduqları, təbiətdən, Allahdan gələn dəyişməz hüquqları 
(yaşamaq, işləmək, qidalanmaq, şəxsi  əmlaka sahib olmaq və 
s.) başa düşülür. Dövlətin özünün mövcudluğu da təbii hüquq 
hesab olunur. Pozitiv hüquq dedikdə isə dövlət orqanları 
tərəfindən yaradılan, dəyişdirilə bilən hüquqlar başa düşülür. 
Dövlətin təbii hüququ pozması yolverilməz hesab olunur. 
Dövlətlər inkişaf etdikcə hüquq daha çox hakim təbəqənin 
mənafeyini qoruyan normalarla zənginləşmiş, daha çox sub-
yektiv xarakter daşımış  və adət  əsasları  tədricən zəifləmişdir. 
Lakin adət-ənənələrə əsaslanan spontan davranış qaydaları xalq 
arasında yaşamış  və bu günə  qədər də öz əhəmiyyətini 
itirməmişdir.  
Dövlətlər inkişaf etdikcə hüquq insanların həyatının daha 
çox sahəsini (dövlət idarəçiliyi, iqtisadi münasibətlər, 
cinayətkarlıq və s.) əhatə etmiş, hüququn strukturu genişlənmiş 
və  cəmiyyətdə ayrı-ayrı  hüquq sahələri  formalaşmışdır. 
Hüquq sahələri (dövlət (konstitusiya) hüququ, inzibati hüquq, 
maliyyə hüququ, torpaq hüququ, mülki hüquq, əmək hüququ, 
ailə hüququ, mülki-prosessual hüquq, cinayət hüququ, cinayət 
prosessual hüquq, islah-əmək hüququ və s.) nisbi müstəqilliyə 
malikdir. Hüquq sahələri yarımsahələrə, yarımsahələr isə öz 
növbəsində hüquq institutlarına bölünür. Hüquq institutları isə 
hüquq normalarından formalaşır. Hüququn bu komponentləri 


 194
müstəqil yox, biri-biri ilə qarşılıqlı vəhdətdə, əlaqədə və təsirdə 
fəaliyyət göstərir və onların məcmusu  hüququn sistemi 
adlanır. Lakin hüququn sistemi anlayışı ilə hüquq sistemi (və 
ya hüquqi sistem) anlayışları fərqlidir.  
Hüquq sistemi (HS)  dedikdə  cəmiyyətdə mövcud olan 
hüquqi hadisələrin məcmusu  başa düşülür.  Dövlət məhz bu 
hüquqi hadisələrin vasitəsi ilə ictimai münasibətləri və 
insanların davranışını  tənzimləyir. HS anlayışı  cəmiyyətin 
bütövlükdə hüquqi təşkilini  əks etdirir. Hüquq, hüquq 
düşüncəsi, hüquq mədəniyyəti, hüquqi tərbiyə, hüquq mü-
nasibətləri, qanunçuluq, hüquq qaydası  və s. bu anlayışa da-
xildir (2.15). Yəni,  hüququn sistemi anlayışı sadəcə hüququn 
müxtəlif sahələrinin məcmusunu ifadə etdiyi halda, HS daha 
geniş  məzmunlu anlayış olmaqla hər hansı ictimai-iqtisadi 
formasiyanın hüquqi tərəfini əks etdirir. Tarixən hər bir ictimai 
quruluşun da özünəməxsus HS olmuşdur.
 
Həmçinin,
 
tarixən 
hər bir ölkənin HS-nin də özünəməxsus hüquqi ənənələri 
formalaşmışdır. Bu HS-lərinin hər birində
 
özünəməxsus
 
fərqli 
xüsusiyyətlər olsa da,
 
onlar müəyyən elementlərin
 
(hüququn 
mənbəyi və  təşəkkülü, ictimai münasibətlərin tənzimlənməsi, 
hüquqi anlayış  və kateqoriyalar və s.) oxşarlığına  əsasən 
qruplaşdırılır.
 
Bu baxımdan HS-lərin aşağıdakı tarixi formaları 
(və ya hüquq ailələri (2.2)) fərqləndirilir:
 
 
- Roman-german HS;  
- İngilis-sakson HS;  
- Sosialist HS; 
- Dini HS;  
- Ənənəvi HS. 
Roman-german HS
 
Roma hüququ əsasında formalaş-
mışdır.
 
Bu HS-də hüququn əsas mənbəyini normativ hüquqi 
akt təşkil edir.
 
Kontinental Avropada yayılmışdır.
 
Azərbaycan 
Respublikasının hüquq sistemi də Roman-German hüquq 
sisteminə aiddir.
 
Bu sistemdə  vətəndaşlar arasındakı mü-
nasibətlərin tənzimlənməsi  əsas götürülür, hüquq xüsusi və 
ümumi
 
olmaqla iki yerə ayrılır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə