Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   49   50   51   52   53   54   55   56   ...   94

 159
çəkilərək insanlar milli ideyalardan uzaqlaşdırılmışdır. Xalqlar-
da belə bir düşüncə yaradılmışdır ki, xoşbəxtlik yalnız rus 
dövlətinin “himayəsində” (əslində əsarətində) mümkündür.  
1980-ci illərin sonlarında Azərbaycanda yaranmış milli 
azadlıq hərəkatı milli şüurumuzun inkişafına xeyli təkan verdi.  
Lakin rus imperiyasının milli şüurumuza qarşı apardığı 
çoxsahəli  siyasətin nəticələri xalqımızın (xüsusən yaşlı nəslin) 
şüurunda müəyyən qədər hələ də qalmaqdadır.  
Milli şüur millətin həyatında o qədər böyük rol oynayır ki, 
hətta bir çox mütəfəkkirlər milli şüuru millətin varlığının zəruri 
şərti kimi götürürlər. Yəni, milli şüuru formalaşmamış xalqları 
“millət” hesab etmirlər və milli şüurun formalaşmasını                   
“xalqdan millətə keçmə prosesi” kimi qiymətləndirirlər. 
Müasir dünyada bir çox azsaylı və böyük dövlətçilik tarixi 
olmayan xalqlar (yəhudilər, ermənilər, kürdlər və s.) vardır ki, 
onlarda milli şüur çox yüksək səviyyədədir. Bunun müxtəlif 
səbəbləri vardır. Bir səbəb azsaylı xalqda özünümüdafiə 
instinktinin yüksək olmasıdır (psixoloji amil). Digər bir səbəb 
imperialist dövlətlərin rəqabət apardıqları digər dövlətlərə qarşı 
müəyyən məqsədlərini həyata keçirmək üçün həmin azsaylı 
xalqlara verdikləri maddi və mənəvi dəstəkdir. 
Milli dövlət dedikdə millətin MMD-inə söykənən, onun 
tarixi  ərazisində qurulmuş  və milli mənafeləri təmsil edən 
dövlət başa düşülür. Milli dövlət MMD-in qorunması, 
yaşadılması və yüksəldilməsinin qarantı kimi çıxış edir. Yəni, 
milli dövlət o dövlətə deyilir ki, orada millətin dilinin mövqeyi 
(rəsmi statusu, işlənmə  səviyyəsi, elm və  tədris dili kimi 
tanınması  və s.) kifayət qədər güclü olur, folklor dövlət 
səviyyəsində qorunur və inkişaf etdirilir, millətin tarixi millətə 
qürur verəcək şəkildə yazılır və təbliğ olunur. Bu gün mövcud 
olan milli dövlətlərin  əksəriyyəti məhz millətin adı ilə 
adlandırılır. Məsələn: Fransa, Almaniya, İspaniya, Yaponiya, 
Türkiyə  və s. İmperialist dovlətlərin mədəni-iqtisadi təsiri 
altında olan dövlətləri (məs., bir çox Asiya və Afrika ölkələri) 
isə tam mənada milli dövlət hesab etmək olmaz. 


 160
Hazırda monolit etnik tərkibə malik milli dövlətlərə rast 
gəlmək çətindir. Bir neçə yerli xalqın yaşadığı tarixi ərazidə 
adətən sayına və  məskunlaşmasına görə  əhəmiyyətli dərəcədə 
üstün olan (dominant) xalq öz milli dövlətini qurur, digər 
xalqlar isə bu dövlətin  ərazisində milli azlıq kimi yaşayırlar. 
Müasir dövrdə milli azlıqların milli haqları beynəlxalq 
normalarla qorunur. Bu haqlar milli azlığın əhalisinin sayından 
və məskunlaşma səviyyəsindən asılı olaraq mədəni və ya ərazi 
muxtariyyəti  şəkində  təmin oluna bilər. Hətta iki və ya daha 
çox böyük (dominant) xalqın yaşadığı tarixi ərazidə bu 
xalqların ortaq milli dövləti də qurula bilər. Belə dövlətlər iki 
və ya daha çox rəsmi dilə  və unitar, federativ və ya 
konfederativ quruluşa malik ola bilərlər. Məsələn: Kanada, 
Belçika, İsveçrə, İrlandiya, Bosniya-Hersoqovina və s. 
Qədim və orta çağın imperiyalar dövrundə bir millətin 
böyük  ərazilərdə digər millətlər üzərində mütləq hakimiyyəti 
mövcud olmuş  və imperiya əsarətində yaşayan millətlər milli 
dövlətdən məhrum olmuşlar. Tarixin yeni dövründə isə imperi-
yalar parçalanmağa və milli dövlətlərin sayı atrmağa başlamış-
dır. Bu proses bu gün də davam etməkdədir. Orta əsr imperiya 
quruluşunun qalıqları bu gün Rusiya federasiyası, İran, Böyük 
Britaniya və b. dövlətlərdə yaşamaqdadır. 
 Milli dövlət nəinki ölkədə, hətta ölkədən xaricdə yaşayan 
millət nümayəndələrinin də milli və digər problemlərinin həlli 
ilə məşğul olmalıdır. Milli dövlət bütün bunlarla həm də milli 
şüurun formalaşmasına şərait yaradır.  
Milli dövlətin formalaşması son nəticədə cəmiyyətin hərtə-
rəfli (iqtisadi, hüquqi, elmi-texniki və s.) inkişafına, həyat sə-
viyyəsinin yüksəlməsinə, əmin-amanlığa böyük zəmin yaradır. 
İlk növbədə milli dövlətdə doğma dil və digər milli dəyərlərin 
yüksək mövqedə olması milli şüuru inkişaf etdirir, ictimai zid-
diyyətləri azaldır, insanların yüksək səviyyədə təhsil, peşə, sə-
nət, karyera qazanmaq imkanını və həvəsini artırır, ETT-nin in-
kişafına və bunun məhz dövlətə xidmət etməsinə şərait yaradır. 
Təsadüfi deyil ki, dünyanın  ən inkişaf etmiş dövlətləri məhz 


 161
milli dövlətlərdir. Burada hökumətin ETT-nin və elm tutumlu 
sənayenin inkişafına xüsusi diqqət yetirməsi də zəruridir.  
Milli dövlətdən fərqli olaraq MMD-ə söykənməyən, yəni 
bu dəyərlərin mədəni səviyyəyə yüksəlmədiyi dövlətlərin digər 
güclü və ya imperialist dövlətlərin mədəni, siyasi və iqtisadi 
təsiri altına düşməsi və ya müstəmləkəyə çevrilməsi qaçıl-
mazdır. Belə ki, məsələn, hansısa ölkədə MMD-in ən mühüm 
ünsürü kimi yerli xalqın dili elm və  təhsil dili kimi forma-
laşmayıbsa, orada elm və  təhsilin, elm tutumlu müstəqil milli 
sənayenin və deməli müstəqil milli iqtisadiyyatın inkişafı 
mümkün deyil. Belə dövlətlərdəki elm tutumlu sənayedə xarici 
kapital hökmranlıq edir. İmperialist qüvvələr belə dövlətlərdən 
ucuz işçi qüvvəsi bazası və yüksək mənfəət əldə etmək məkanı 
kimi istifadə edirlər, yerli elm müəssisələri və elm tutumlu 
yerli sənaye inkişaf etmir, imperialist qüvvələr belə ölkələrdə 
milli şüurun inkişafında maraqlı olmurlar, insanlarda xarici dilə 
və xarici mədəniyyətə meyl yaradırlar ki, bu da həmin 
insanların milli sənayenin inkişafına xidmət etməsnə yox, 
yalnız xarici müəssisələrdə ucuz işçi qüvvəsinə çevrilməsinə 
gətirib çıxarır. Beləliklə, iqtisadi inkişaf və  həyat səviyyəsi 
aşağı olur. 
 
 
Milli siyasət 
 
Milli siyasət dedikdə milli məsələlərin həllinə yönəlmiş si-
yasət başa düşülür. Milli ideologiyaya əsaslanan milli siyasətə 
MMD-i qoruyub-yaşatmağa və yüksəltməyə, milli şüurun inki-
şafına və milli dövlət quruculuğuna yönəlmiş siyasət daxildir. 
MMD-i qorumaq, yaşatmaq və  mədəni səviyyəyə yüksəltmək 
isə, öncə qeyd etdiyimiz kimi həmin dəyərlərin yüksək səviy-
yədə tədqiqi, tədrisi və təbliği ilə gerçəkləşdirilir. 
MMD-in birinci və  ən mühüm elementi dil olduğundan 
milli siyasətin ən mühüm tərkib hissəsi də məhz dil siyasətidir
Müasir dövrdə dövlətin hansı millətə məxsus olmasının birinci 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə