Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   44   45   46   47   48   49   50   51   ...   94

 144
daha da aydınlaşır. Həmin məsələləri isə kitabın ikinci və 
üçüncü bölmələrində araşdıracağıq. 
 
 
 
5. Türk millətçiliyinin səviyyələri 
 
Türk milləti böyük millət olmaqla, tarixən çox geniş 
ərazilərdə yayılmış  və bu ərazilərdə eyni vaxtda bir neçə türk 
dövləti mövcud olmuşdur. Bununla da müstəqil dövlətçilik 
tarixinə malik ayrı-ayrı türk xalqları meydana çıxmışdır. Bu 
gün də 7-si müstəqil olmaqla 20-yə yaxın türk dövlət qurumu 
mövcudur. Aydındır ki, türk millətçiliyi bir milli ideologiya 
kimi bütün türk xalqlarını  əhatə edir. Yəni, bu ideologiyanın 
hədəfi  ən yüksək səviyyədə türk dövlətlərinin müəyyən 
formada birliyidir. Lakin, bu hədəfə  qədər ayrı-ayrı türk 
xalqları  və dövlətləri səviyyəsində milli hədəflərə çatmaq 
zəruridir. Bu hədəflərə uyğun olaraq türk millətçiliyinin  üç 
səviyyəsi müəyyən edilir. 
Türkçülüyün  birinci səviyyəsi  ayrı-ayrı türk xalqlarında 
milli məsələlərin həllini  əks etdirir. Yəni, birinci səviyyədə 
hədəf ayrı-ayrı türk xalqlarının türk milli dəyərlərinə söykənən 
bütöv və müstəqil dövlətə sahib olmasıdır. Milli ideologiya-
mızın bu səviyyəsi uyğun olaraq bir türk xalqının (və ya 
dövlətinin) adı ilə adlandırılır. Məsələn, Azərbaycan türkləri 
üçün “Azərbaycançılıq”, Türkiyə türkləri üçün “Türkiyəçilik”, 
türkmənlər üçün “Türkmənçilik” və s. 
Türkçülüyün  ikinci səviyyəsi  müəyyən xüsusiyyətlərinə 
(ərazi, mənəvi dəyərlər və s.)  görə daha yaxın türk xalqlarını 
əhatə edir və onların müəyyən birliyini hədəf  ğötürür.  Milli 
ideologiyamızın bu səviyyəsi Oğuz xalqları üçün “Oğuzçuluq”, 
Qıpçaq xalqları üçün “Qıpçaqçılıq” və s. adlandırıla bilər. 
Türkçülüyün üçüncü səviyyəsi  bütün türk xalqlarını əhatə 
edir. Türk millətçiliyinin bu səviyyəsi “Turançılıq” və ya  
“Bütün Türkçülük” (“Pantürkizm”) adlandırılır. Bəzən “Türk-
çülük” ifadəsi milli ideologiyamızın məhz üçüncü səviyyəsi 


 145
mənasında işlədilir. Burada hədəf bütün türk xalqlarının siyasi-
mədəni birliyinə nail olmaq və dünyada bir güc mərkəzinə 
cevrilməkdir. Öncə qeyd etdiyimiz kimi üçüncü səviyyədə 
türkçülük ideyalarını əsaslı şəkildə irəli sürən tarixə məlum ilk 
mütəfəkkir  İ.Qaspıralıdır (1851-1914). Bu ideyaların ilkin ün-
sürlərinə isə XIX əsr Azərbaycan maarifçilərində (M.F.Axund-
zadə, H.Zərdabi və b.) də rast gəlinir. Turançılıq ideyaları 
sonradan Ə.Hüseynzadə, Y.Akçura, Z.Göyalp və b. ideoloqlar 
tərəfindən inkişaf etdirilmişdir. Onu da qeyd edək ki,  türk-
çülüyün səviyyələri türkçülük siyasətinin mərhələləri demək 
deyil, yəni bu siyasət hər üç səviyyədə eyni vaxtda, paralel 
olaraq aparılmalıdır. 
Hazirda birinci səviyyədə milli ideologiyamızın hədəfinə 
çatmış türk xalqı kimi yalnız Türkiyə türklərini göstərmək olar. 
Belə ki, bu gün Türkiyə xeyli inkişaf etmiş, müstəqil siyasət 
yeridən, bütöv və güclü milli dövlətidir. Lakin təəssüflər olsun 
ki, bu dövlətdə daha yüksək səviyyələrdə türkçülük (“Oğuz-
çuluq”, “Turançılıq”) nə dövlətin, nə  də siyasi partiyaların si-
yasətində demək olar ki, yoxdur. Təkcə onu demək kifayətdir 
ki, “İran” adlanan dövlətdə milli haqları taptanan qırx milyon-
luq türkün problemi Türkiyədəki heç bir siyasi hərəkat tə-
rəfindən səsləndirilmir, Türkiyə  sərhədlərindən kənardakı 
türkçülük yalnız Şimali Kipr və qismən də İraq türkmanları ilə 
məhdudlaşır. Bir sözlə, Türkiyə dövlətində türkçülük “Türki-
yəçilik” səviyyəsindən yuxarı qalxmır.     
 
 
 
 
 
 
 
 
 
 


 146
I I  BÖLMƏ.  Çağdaş milli  ideologiyamızın 
məsələləri 
 
1. Milli məsələlər 
 
Millət  və Vətən anlayışları 
 
Milli məsələlər araşdırılarkən ilk növbədə “millət” anlayışı 
öyrənilməlidir. “Millət” nədir? Bu sula zaman-zaman müxtəlif 
cavablar verilmişdir və bu gün də bu məsələdə ciddi fikir 
ayrılığı mövcuddur. Aydındır ki, millət insanların birlik forma-
larından biridir. Amma hansı birlik forması? Bu məsələdə 
mövcud görüşlər əsasən üç istiqamətdə inkişaf edir: 
1. Millət  etnik birlik formasıdır.  Burada ortaq dil və 
mədəniyyətə əsaslanan birlik forması nəzərdə tutulur. 
2. Millət  siyasi birlik formasıdır. Burada bir dövlətin 
vətəndaşlarının birlik forması nəzərdə tutulur. 
3. Millət  etnik-siyasi birlik formasıdır. Burada etnik 
birliyin (etnosun, xalqın) milli dövlətə  və milli şüura (ilk 
növbədə milli dövlətçilik  şüuruna) malik olduqdan sonrakı 
forması nəzərdə tutulur. 
Millətə etnik birlik forması kimi yanaşıldıqda ortaq dil  
mədəniyyət amili əsas götürülsə  də, bu anlayışların özünə  də 
müxtəlif baxışlar var. Dil nisbətən sadə, hamı  tərəfindən başa 
düşülən anlayış olsa da, mədəniyyət çox geniş anlayışdır və 
hamı  tərəfindən eyni mənada qəbul olunmur. Elmdə  mə-
dəniyyətə verilən ümumi tərif aşağıdakı kimidir: Mədəniyyət – 
insanların tarixən yaratdıqları maddi və  mənəvi nemətlərin 
məcmusudur. Deməli, məişət adət-ənənələrindən tutmuş elmi-
texniki tərəqqinin nailiyyətlərinə  qədər hər  şey (dil özü də) 
mədəniyyət anlayışına daxildir. Amma mədəniyyətin bu 
çoxsaylı ünsürlərinin hamısını millətləri biri-birindən fərq-
ləndirən, başqa sözlə, milli varlığı müəyyən edən amillər kimi 
qəbul etmək olarmı? Təbii ki, yox. Bəs bu ünsürlərdən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə