Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   43   44   45   46   47   48   49   50   ...   94

 141
Son illər Güneyin azadlığı  və Azərbaycanın bütövlüyü 
uğrunda ictimai-siyasi fəaliyyət daha da canlanmışdır. Belə ki, 
bu yöndə yeni təşkilatlar (Bütöv Azərbaycan Gənclər 
Təşkilatı – BAGT (2009), Bütöv Azərbaycan Ocaqları – 
BAO (2011), Uluslararası Güney Azərbaycan Konseyi – 
UGAK (2012, bu təşkilat haqqında bax, səh-57) və s.) yaran-
mış, Güney mövzusunda keçirilən ictimai-siyasi və mədəni təd-
birlərin sayı  və bu mövzuda informasiya mübadiləsi artmağa 
başlamışdır.  
 
 
4. Türk millətçiliyində üçlü sistem 
 
Türk millətçiliyinin formalaşdığı dövrdən bu günə  qədər 
üç  əsas prinsip bir sistem şəklində bu ideologiyanın özülündə 
dayanmışdır: Türklük, Müasirlik, İslam. Mahiyyətcə bu üçlü 
sistemə uyğun ilkin fikirlərə XIX əsr Azərbaycan (H.Zərdabi, 
S.Ə.Şirvani, C.Əfqani və b.) və Osmanlı (Əli Suavi, İ.Şinasi və 
b.) maarifçilərində rast gəlmək olar. Sonradan bu ideoloji 
prinsiplər artıq bir şüar  şəklində  Ə.Hüseynzadə, Z.Göyalp, 
M.Ə.Rəsulzadə və b. ideoloqlar tərəfindən inkişaf etdirilmiş və 
türk millətçiliyinin  ən ümumi prinsipləri kimi təsbit olun-
muşdur. Hətta ilk türk respublikası olan Azərbaycan Xalq 
Cümhuriyyətinin dövlət bayrağında da həmin prinsiplər uyğun 
olaraq mavi, qırmızı və yaşıl rənglərlə öz əksini tapmışdır. Bu 
gün də həmin üçrəngli bayraq respublikamızın dövlət rəmzidir. 
Tarixi təcrübə bu üç prinsipin nə qədər doğru və mükəmməl bir 
sistem təşkil etdiyini sübut etmişdir. 
Birinci prinsip olan türklük – türk  milli varlığını qoru-
maq, yaşatmaq və yüksəltməyi, milli şüura və milli dövlətə sa-
hib olmağı əks etdirir. Belə ki, burada türk dili, türk folkloru və 
türk tarixinin qorunması, yaşadılması və yüksəldilməsi ilə türk 
milli varlığını yüksəltmək, milli şüura sahib güclü, bütöv bir 
millətə çevrilmək nəzərdə tutulur. Bu proses başqa millətlərin 
milli haqlarına toxunmamaq şərti ilə  həyata keçirilməlidir. 


 142
Aydındır ki, milli varlığı qorumaq, yaşatmaq və yüksəltmək 
bütün millətlərin milli ideologiyasinin baş prinsipidir. 
İkinci prinsip olan müasirlik – elmi-texniki tərəqqi, iqtisa-
di inkişaf, hüquqi-demokratik və dünyəvi dövlət quruculuğunu 
əks etdirir. 
Bəzən müasirlik anlayışı yanlış mənalarda qəbul  olunur və 
müasirlik məsələsi daim mübahisələrə səbəb olur. Ərəb mənşə-
li “müasir” sözü hərfi mənada çağdaş, əsrə/dövrə uyğun, indiki, 
bugünkü mənasını verir. Bu mənada bu gün nə mövcuddursa 
ona müasir demək olar: müasir (bugünkü) Afrika, müasir 
(bugünkü) Əfqanıstan, müasir (bugünkü) Avropa və s. İdeoloji 
baxımdan isə, “müasir” sözü fərqli məna daşıyır. Bu mənada 
inkişafdan geri qalmış xalqlar (məsələn, bəzi Afrika qəbilələri), 
dini təmayüllü və  ənənəvi idarəçiliyə malik dövlətlər (İran, 
Əfqanıstan, Vatikan, bəzi Afrika və Asiya ölkələri və s.) 
müasir sayılmır. Göründüyü kimi, ideoloji mənada “müasirlik” 
anlayışı inkişaf anlayışı ilə bağlıdır.  İnkişafın  əsas göstəri-
cilərinə isə elmi-texniki və iqtisadi tərəqqi, hüquqi, demokratik 
dövlət quruculuğu və s. daxildir. Yəni, milli ideologiyamızdakı 
müasirlik prinsipi elmi-texniki və iqtisadi tərəqqidə, hüquqi, 
demokratik dövlət quruculuğunda inkişaf etmiş dünya ilə 
ayaqlaşmağı  əks etdirir. Qeyd olunan göstəricilərə görə dün-
yanın üç böyük inkişaf mərkəzi mövcuddur: Şimali Amerika 
(ABŞ  və Kanada), Qərbi Avropa (Avropa Birliyinin aparıcı 
dövlətləri: Almaniya, Böyük Britaniya, Fransa, İtaliya) və 
Şərqi Asiya (Yaponiya və  Cənubi Koreya). Bu mərkəzlərdən 
bizə  ən yaxını Avropa olduğundan “müasirlik” prinsipini 
“Avropalaşma” kimi də ifadə edirlər. Yəni elmi-texniki və 
iqtisadi inkişafda, hüquq sistemində, demokratik cəmiyyət 
quruculuğunda Avropa dövlətləri bizim üçün nümunədir və biz 
onların təcrübəsindən yararlanmalıyıq. Bu zaman milli mənəvi 
dəyərlərimizi qorumaq zəruri  şərtdir. Belə ki, dövlətimizi 
gücləndirmək və inkişaf etdirmək üçün Avropadan yalnız elmi-
texniki tərəqqini, təhsil, iqtisadiyyat və hüquq sistemini
demokratiyanı götürməliyik, onların milli mənəvi dəyərlərini 


 143
yox. Təəssüflər olsun ki, millətimizə düşmən olan qüvvələr 
tərəfindən belə bir təbliğat aparılır ki, guya bizim milli mənəvi 
dəyərlərimiz (ailə  ənənələrimiz, hətta musiqimiz, dilimiz, 
geyimimiz) inkişafımıza mane olur. Düşünülmüş  şəkildə belə 
bir fikir aşılanır ki, guya Avropa kimi inkişaf etmək üçün məhz 
Avropa xalqlarının milli mənəvi dəyərlərini götürməliyik. 
Hətta bu gülünc fikri “elmi cəhətdən  əsaslandırmağa” da ça-
lışırlar, hətta insanlarımızı inandırıb, onlarda aşağılıq kom-
pleksi yaratmağa da nail olurlar. Guya  milli dəyərlərimiz müa-
sirliyə  və inkişafa ziddir, inkişafa nail olmaq üçün Avropa 
xalqlarının milli dəyərlərini də qəbul etməliyik. Yəni, məsələn, 
qadınlar açıq-saçıq giyinməli, ailə  ənənələrinin “buxov”undan 
azad olmalı, insanlar xarici dildə danışmalı,  əcnəbi musiqiyə 
qulaq asmalıdırlar və s. Bir sözlə, milli varlığımızı itirməliyik. 
Bütün bunların adını “müasirlik”, milliliyın adını isə “gerilik” 
qoymaqla mənəvi-psixoloji üsulla düşüncəmizə  təsir göstərilir 
və insanlarda yanlış müasirlik düşüncəsi yaradılır. Əslində isə 
belə “müasirləşmə” yalnız  əsarətə  və geriliyə  səbəb ola bilər. 
Bu məsələ haqqında kitabın növbəti bölmələrində daha geniş 
danışacağıq. 
Üçüncü prinsip olan islam – türk millətinin əsrlərdən bəri 
qəbul etdiyi və  şüurunda yaşatdığı islam dininin dəyərlərini 
qoruyub-yaşatmaq və yüksəltməyi  əks etdirir. Lakin bu dini 
təmayüllü dövlət qurmağı nəzərdə tutmur. Əksinə, dini dövlət 
qurmağın (dini ehkamların qanunla məcburiləşdirilməsinin) 
dinin əsl mahiyyətinə zidd olduğu qəbul olunur.  
Bəzən islam prinsipinin də mahiyyəti düzgün başa 
düşülmür, belə ki, bu prinsipi türklüyə  və ya müasirliyə bir 
alternativ kimi qəbul etməklə sistemin ziddiyyətli olduğunu 
iddia edirlər. Əslində isə cəmiyyətin milli və dini mənsubiyyəti 
biri-birinə heç vaxt alternativ ola bilməz, əksinə onların paralel 
mövcud olması labüddür. Bu məsələyə növbəti bölmədəki 
“dini məsələlər” məqaləsində geniş toxunacağiq. 
Milli ideologiyamızın görüşlər sistemində ayrı-ayrı  məsə-
lələri araşdırdıqca bu üçlü sistemin mahiyyəti və  əhəmiyyəti 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə