Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   41   42   43   44   45   46   47   48   ...   94

 135
mızdan ayrı  təsəvvür edilə bilməz. O zaman çevik və dinamik 
milli ülkümüz – müsavatçılıq məfkurəmiz indiki çağın şərtlərinə 
uyğun yenidən açıqlanmalı və tanımlanmalıdır. 
BAB belə hesab edir ki: 
“Müsavatçılıq – böyük türk mədəniyyətinə bağlı olan, 
milli, mədəni və insani dəyərləri mənimsəyən, demokratiya, 
istiqlaliyyət və bütövlük ideallarına sadiq Azərbaycan 
vətənsevərliyidir”. 
Başqa sözlə, Azərbaycan türklərinin çağdaş şərtlərə uyğun 
milli ülküsü demokratiya, istiqlaliyyət və bütövlük  hədəfləri 
üzərində qurulmuş yeni müsavatçılıqdır...   
Məramnaməni “Bütöv Azərbaycan siyasətimiz” adlanan 
üçüncü – sonuncu bölümündə Bütöv Azərbaycan yolundakı dış 
və iç əngəllərə qarşı siyasətimiz, həmçinin milli bütünləşmə 
siyasətimizin mədəni-mənəvi, sosial-iqtisadi və siyasi-ideoloji 
yönləri araşdırılır.  
Məramnamədə “dış əngəllər” kimi Azərbaycanın bütövləş-
məsini öz mənafeyinə uyğun görməyən dövlətlərin və qlobal 
güclərin yarada biləcəyi  əngəllər göstərilir. Buna qarşı isə 
hərtərəfli milli gücə sahib olmaq, regional bloklara daxil 
olmaq, qlobal siyasətin ikiqütblülükdən çoxqütblülüyə keçməsi 
istiqamətində fəaliyyət göstərmək  və s. məqbul sayılır. 
Məramnamədə “iç əngəllər” kimi milli kimlik şüuruna 
hələ tam sahib olmamağımız, etnik seperatizm təhlükəsi, 
tayfaçılıq, yerliçilik və bölgəçilik, dini, beynəlmiləlçi-proletar 
və kosmopolit kimliyin milli kimliyə qarşı qoyulması  və s. 
göstərilir.  
Məramnamənin “Milli bütünləşməmizin mədəni-mənəvi 
yönü” bölməsində deyilir: 
BAB belə hesab edir ki, əlli milyonluq Azərbaycan 
türklüyünün milli bütünləşməsində ilkin şərt mədəni-mənəvi bü-
tövlüyümüzün qorunması, gəlişdirilməsi və yüksəldilməsidir. 
...BAB böyük öndərimiz M.Ə.Rəsulzadənin “Mədəniyyətin 
qayəsi siyasəti elmə tabe etməkdir” tezisinə söykənərək milli 
bütünləşmə siyasətimizin elmi əsaslar üzərində qurulmasını 


 136
vacib sayır və buna görə  də  əlli milyonluq Azərbaycan 
türklüyünə  məxsus vahid milli mədəniyyətimizin istiqlaliyyət 
və bütövlük amalları baxımından araşdırılıb öyrənilməsini, 
xalqımıza öyrədilməsini və dünyaya tanıdılmasını  gərəkli 
bilir. 
BAB belə hesab edir ki: 
...Bütün sahələr üzrə milli mədəniyyətimizin fikir və  sənət 
əsərlərinin toplanması, bərpası, qorunması, indiki nəsillərə və 
dünyaya tanıdılması ən vacib məsələlərdən biridir... 
“Bütöv Azərbaycanın milli mədəniyyət konsepsiyası”nda 
milli dil siyasətinə özəl diqqət yetirilməlidir.  
Əlli milyonluq Azərbaycan türk millətinin milli dili Azər-
baycan türkcəsidir. 
Azərbaycan dövləti milli mədəniyyətimizin təməl daşı olan 
Azərbaycan türkcəsinə  rəsmi dövlət dili kimi xüsusi qayğı 
göstərməli,  əlli milyonluq Azərbaycan türklüyünə  məxsus bu 
dilin qorunub gəlişdirilməsinə, yüksəldilməsinə, dünyada layiq 
olduğu  şərəfli bir yer tutmasına yönəlik milli dil siyasəti 
yürütməli və aydınlarımızın köməyi ilə  həmin siyasəti həyata 
keçirməlidir.  
Əlli milyonluq Azərbaycan türklüyü ərəb, kiril əlif-
balarından yaxa qurtarmalı və latın  əsaslı Bütöv Azərbaycan 
əlifbasında birləşməlidir.  
Əlli milyonluq Azərbaycan türklüyü ortaq milli ədəbi dilə 
yiyələnməlidir...   
Əlli milyonluq Azərbaycan türklüyünün milli tarixi şovinist 
fars və rus strategiyalarına xidmət edən uydurma tarix 
görüşündən yaxa qurtarmalı, Azərbaycan tarixi Azərbaycan 
türk milləti gerçəkliyinə söykənərək milli tarix şüurumuzu 
düzgün yöndə biçimləndirəcək  milli tarix görüşü  əsasında 
araşdırılıb öyrənilməli və öyrədilib tanıdılmalıdır.  
...Ədəbi irsimiz həm sənətkarlıq, həm də bütövlük, 
istiqlaliyyət, milli dövlətçilik, Azərbaycan türk milli kimlik 
şüurunun yüksəldilməsinə xidmət baxımından öyrənilib dəyər-


 137
ləndirilməli və istedadlı  qələm sahiblərimizin bu yöndə yazıb-
yaratmalarına xüsusi önəm verilməlidir... 
Harada yaşamasından asılı olmayaraq, əlli milyonluq 
xalqımızın folkloru, mifoloji görüşləri, xalq təbabəti (türkə-
çarə), etnoqrafiyası, həyat tərzi, davranış biçimləri, etnope-
doqogikası, ənənəvi əmək məşğuliyyəti sahələri, məişəti, etik və 
estetik görüşləri, bir sözlə milli varlığımıza aid bütün sahələr 
dərindən araşdırılıb öyrənilməlidir... 
Əlli milyonluq Azərbaycan türklüyü dini mənsubiyyətinə 
görə müsəlmandır  və müqəddəs islam dini milli varlığımızın 
ayrılmaz tərkib hissəsidir. Məzhəb ayrılığı güdülməyən ənənəvi 
islamı  əsas götürməklə müqəddəs dinimiz fanatizmdən, 
xurafatdan, ateizmdən, fars şovinizminin strateji gedişlərindən 
qorunmalı, eyni zamanda çağdaş dünya sivilizasiyasının “din 
dövlətdən ayrıdır” prinsipi unudulmamalıdır. 
...Milli mədəniyyətimizin bütün sahələrinin tarixi tədqiq 
edilməli, özəlliklə  də  dövlətçilik və  hərb mədəniyyətimizin 
tarixi təcrübələri dərindən araşdırılıb öyrənilməli və müstəqil, 
Bütöv Azərbaycan dövlətçiliyi üçün bu təcrübələrdən yara-
rlanılmalıdır... 
 Məramnamənin “Milli bütünləşməmizin sosial-iqtisadi 
yönü” bölməsində deyilir: 
BAB belə hesab edir ki, əlli milyonluq Azərbaycan 
türklüyünün milli bütünləşməsində toplumumuzun sosial-
iqtisadi bütövlüyü ən mühüm şərtlərdən biridir. 
...Toparlasaq, indiki dövrdə Azərbaycanda sosial-iqtisadi 
bütövlük probleminin çözülməsinə yönəlik milli bütünləşmə 
siyasətimizin iki əsas xətti var: 
1. Milli mədəniyyətimizdə, özəlliklə toplum fəlsəfəmizdə 
sosial-iqtisadi bütövlüklə bağlı  dəyərlərin araşdırılıb öyrə-
nilməsi, geniş  təbliğ edilib tanıdılması  və  əlli milyonluq 
xalqımız içərisində bu dəyərlərin yönverici status qazanmasına 
çalışılması; 
2. Milli-siyasi partiyalaşmamızın yüksək səviyyəyə çatması 
üçün  əlli milyonluq Azərbaycan türklüyünün siyasi qüvvələri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə