Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   38   39   40   41   42   43   44   45   ...   94

 126
Məramnamənin “Bütöv Azərbaycan yolumuz” adlanan  
ikinci bölümü əsasən milli kimlik şüurumuzun biçimlənməsi 
probleminə  həsr olunmuşdur. Milli kimlik şüuru isə milli 
gücün mühüm ünsürü kimi qiymətləndirilir. Həmin bölümdə 
deyilir: 
...Milli kimlik şüuru – xalqı öz ətrafında toplayaraq bir-
ləşdirib bütünləşdirən və eyni hədəflərə yönəldən təməl dayaq 
sayılır. Xalqımızı başqalarından ayıran və bizi biri-birimizə 
bağlayıb “Biz!” edən məhz bu kimlik şüurudur. Bu gün torpağı 
parçalanmış  və övladları dünyaya səpələnmiş  əlli milyonluq 
xalqımızın bir qisminin “Azərbaycanlı”, digər böyük bir 
qisminin “İranlı”, başqa bir qisminin də “Gürcüstanlı”, 
“Ermənistanlı” və s. yox, vahid bir anlayışda bütövləşəcəyi və 
qürurla “Biz!” adlandıra biləcəyimiz vahid milli kimlik 
şüuruna yiyələnməsi həlledici  şərtdir. Bu həlledici  şərt  əlli 
milyonluq xalqımızın vahid bir Azərbaycan türk kimliyi 
şüuruna yiyələnməsini, özünü yalnız bu anlayışla tanımasını və 
məhz bu anlayışın idrakını daşımasını tələb edir. 
...Bütöv Azərbaycan yolu əlli milyonluq xalqımızın eyni bir 
Azərbaycan türk milli kimlik şüurunu dərk etməsindən keçir.  
Məramnamənin ikinci bölümündə milli kimlik şüuru-
muzun biçimlənməsində dil, tarix, mədəniyyət, Vətən və ülkü 
amillərinin oynadığı mühüm roldan ayrı-ayrılıqda bəhs edilir 
və bu sahədə olan problemlər göstərilir. 
“Milli kimlik şüurumuzun biçimlənməsində dil amili” 
bölməsində deyilir: 
Milli kimliyin ən önəmli amillərindən biri dil şüurudur. 
Əslində dil şüuru milli kimlik şüurunun ilk pilləsidir və dil 
şüuruna yiyələnmənin başlanması öz ardınca milli kimliyin 
digər amillərini də hərəkətə gətirir. 
İnsan nə  qədər çox dil öyrənir-öyrənsin, öz doğma ana 
dilinin incəliklərini yaxşı bilməli, onu dərindən sevməli, və 
yüksəltməyə çalışmalıdır. Dil şüuru ana dilinə özəl sevgi 
bəslənməsi, onunla qürur duyulması və onun zənginləşməsinə, 


 127
yüksəlməsinə, bütün sahələr üzrə ümumişlək ünsiyyət vasitəsi 
olmasına çalışılması üzərində qurulur. 
Məramnamədə Milli kimlik şüurumuzun biçimlənməsində 
dil amili ilə bağlı
 
özəl adlarımızın milliləşdirilməsi,  ədəbi 
dilimizin cilalanması, zənginləşdirilməsi və  işlənmə 
dairəsinin genişləndirilməsi, o cümlədən lüğət tərkibimizin 
gərəksiz alınma sözlərdən təmizlənməsi, digər türk 
ləhcələrində  işlənən və unudulmuş türk sözlərinin  ədəbi 
dilimizə  gətirilməsi, Bütöv Azərbaycanın latın qrafikalı 
ortaq əlifbaya keçməsi və b. vacib məsələlər qeyd edilmişdir. 
Məramnamənin “Milli kimlik şüurumuzun biçimlən-
məsində tarix amili” bölməsində deyilir: 
...Tarix ilk sırada toplumun bu günədək olub-bitənlərdən 
ibarət keçmişidir. Olub-bitən bu keçmişlə bağlı insanlar bəlli 
bir görüşə yiyələnər və həmin görüş tarix şüuru adlanar. Tarix 
şüuru insanların keçmişlə bağlı bilgisi və duyğusu üzərində 
qurulur... 
Keçmişi  əks etdirən ortaq tarix şüuru indini yönlən-
dirməkdə  və  gələcəyi biçimləndirməkdə çox böyük önəm 
daşıyır. ...çağdaş siyasi mədəniyyətin və onunla bağlı kimlik 
şüurunun, həmçinin gələcəyin təməl yönlərinin hazırlanıb 
formalaşmasında  ən mühüm amillərdən biri ortaq tarix şüuru 
hesab edilir. 
...Milli tarix şüurunun biçimlənməsində iki amil – 1. soy-
kök (əcdad) amili və 2. tarixi dövlətlər amili həlledici önəmə 
malikdir. 
Bu bölmədə soykök və dövlətçilik tariximizin rus və fars 
şovinizmi tərəfindən saxtalaşdırıldığı və bununla da milli tarix 
şüurumuza böyük zərbə vurulduğu haqqında ətraflı danışılır və 
yeni milli tarix görüşünün ana xətləri göstərilir: 
- qədim kəngər (şumer/sumer) yazıları sayəsində konkret 
etnos ünvanlı bəşər tarixinin ortaya çıxdığı m.ö. IV minillikdən 
indiyədək, yəni ən azı bilinən son altı min ildir ki, Azərbaycan 
bir türk yurdu olaraq tanınmışdır; 


 128
- ən azı altı min illik yazılı yaşı olan bu əzəli və əbədi türk 
yurduna – Azərbaycana m.ö. III minilliyin sonlarında sami et-
nosları  (ərəblər, yəhudilər, assurlar...) m.ö. VIII-VII əsrlərdə 
fars və ona qohum tayfalar, m.ö. VI-V əsrlərdə erməni (hay) 
tayfaları  gəlib yerləşmiş  və  zəiflədiyimiz dövrlərdə fürsətdən 
yararlanıb torpaqlarımızı qəsb etmişlər
- ən azı altı min illik yazılı tarix sübut edir ki, soykökümüz 
– ulu əcdadımız türkdür və Azərbaycan  ərazisində tarix boyu 
təməl, aparıcı, dominant etnos məhz türklər olmuşdur; 
- Dağıstandan Kəngər körfəzinə, Xəzər dənizindən doğu 
Anadoluya və  Kərkükədək öz damğasını vurmuş Azərbaycan 
türk etnomədəni arealı daxilində türklərin hər hansı bir 
farsdilli, yaxud qafqazdilli tayfanı assimilyasiya etməsi faktını 
hələ indiyədək heç kim heç bir dəlillə ortaya qoya bilməmişdir. 
Çünki o Qafqazdilli və farsdilli gəlmə etnoslar Azərbaycanda 
indi də yaşayırlar və qətiyyən assimilyasiya edilməmişlər; 
- “Tarix şumerdın başlanır” (Samuel Kramer) düşün-
cəsinə uyğun olaraq, konkret etnos ünvanlı ilk bəşər 
mədəniyyəti də  məhz kəngər türklərinə  məxsusdur və çağdaş 
dünya sivilizasiyası tarixən qazandığı bir sira mədəni dəyərlər 
üçün məhz türklüyə borcludur; 
- dövlət və dövlətçilik üzrə  bəşəriyyətə müəllimlik etmiş 
türklər yabançıların işğal dövrlərini çıxmaqla Azərbaycan 
ərazisində daim dövlət sahibi olmuş  və Azərbaycanın tarixi 
dövlətlərini də onlar yaratmışlar. Başqa sözlə, Kəngər, Makan, 
Elam, Aratta, Kuti, Lullubey, Kas, Su, Subar, Turuk, Elümay, 
Manna, Midiya, Atarpaten, Ağvan və s. kimi qədim dövlətlər 
məhz türklər tərəfindən qurulmuşdur və tarixi türk döv-
lətləridir; 
- Caclı, Salarlı, Azərbaycan Atabəyləri, Elxanlı, Qaraqo-
yunlu, Ağqoyunlu, Səfəvi,  Əfşar, Qacar kimi dövlətlərin 
sonradan “İran” adı altında pərdələnmiş Farsıstan farslarına 
heç bir aidiyyəti yoxdur və türklərin aparıcı, dominant etnos 
olduğu bu dövlətlər birbaşa orta çağ Azərbaycan türk 
dövlətləridir... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə