Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   35   36   37   38   39   40   41   42   ...   94

 117
təhsil haqqında yeni qanun qəbul edildi, Azərbaycan MDB 
üzvlüyündən çıxdı,  Qəbələ RLS və işğal olunmuş ərazilərdəki 
hərbi hissələr istisna olmaqla bütün rus hərbi qüvvələri ölkə 
ərazisindən çıxarıldı. Azərbaycan tarixi və  mədəniyyəti yeni 
milli konsepsiya əsasında tədris və  təbliğ olunmağa, bu 
istiqamətdə yeni tədqiqatlar aparılmağa və kitablar yazılmağa 
başladı, Azərbaycanın və türk dünyasının bütövlüyü ideyası 
təbliğ olundu, xalqa rus və fars şovinizminə qarşı mübarizə 
ruhu aşılandı, siyasi partiyaların fəaliyyəti üçün demokratik 
mühit yaradıldı, yeni-yeni partiyalar yarandı. 1992-ci ilin 
noyabrında mühacir müsavat liderlərinin  (Məhəmməd Azər 
Aran, Məhəmməd Kəngərli və  Əhməd Qaraca) razılığı  və 
xeyir-duası ilə Bakıda Müsavat partiyasının III – bərpa kon-
fransı keçirildi və İ.Qəmbər partiyanın sədri seçildi.  
1992-ci ildə Türk dövlətləri arasından mədəni əməkdaşlıq 
istiqamətində danışıqlar başlandı və bunun nəticəsi kimi 1993-
cü il, iyunun 12-də TÜRKSOY (“Türk Kültür və Sanatları 
Ortaq Yönətimi”) yaradıldı.  
1993-cü ilin əvvəllərindən Rusiyanın ciddi hərbi müda-
xiləsi ilə Azərbaycan ordusu cəbhədə qazandığı mövqeləri 
itirməyə başladı. Fevral-mart aylarıında Ağdərə rayonunun bir 
hissəsi itirildi, aprelin 1-3-də Kəlbəcər işğal edildi. 
Azərbaycanda millətçilərin hakimiyyətdə olmasından 
qətiyyən qane olmayan Rusiya öz təsirlərindən istifadə edərək 
AXC-Müsavat hakimiyyətinin süqutuna nail olmağa çalışırdı. 
1993-cü il, iyunun 4-də Rusiya xüsusi xidmət orqanlarının 
dəstəyi ilə Gəncədə milli qəhrəman Surət Hüseynovun başçılığı 
altında hərbi qiyam baş verdi. Qiyamçıların tələbi prezident və 
hökumətin istefası idi. Hakimiyyət yetkililərinin bir hissəsi 
gizli və açıq  şəkildə qiyamçıların tərəfinə keçdi, hakimiyyət 
böhranı  və  vətəndaş müharibəsi təhlükəsi yarandı. Baş Nazir, 
Parlament sədri və güc nazirliklərinin rəhbərləri istefa verdi. 
Prezidentin dəvəti ilə Bakıya gəlmiş Naxçıvan MR-nın Ali 
məclisinin sədri H.Əliyev iyunun 15-də onun təklifi ilə Milli 
Məclisə  sədr seçildi. Ayın 17-dən 18-ə keçən gecə  Ə.Elçibəy 


 118
Bakını tərk edərək doğulduğu Kələki kəndinə getdi, ayın 23-də 
Milli Məclis prezident səlahiyyətlərini H.Əliyevə verdi. AXC-
Müsavat cütlüyünün hakimiyyəti süqut etdi.  
Qiyamçı qüvvələr tərəfindən qoşunların cəbhə bölgələ-
rindən çıxarılması  nəticəsində iyul-oktyabr aylarında Ağdərə, 
Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı  və  Zəngilan rayonları  işğal 
edildi. 
1993-cü il, sentyabrın 24-də Azərbaycan yenidən MDB-yə 
daxil oldu, həmin il, oktyabrın 3-də keçirilən prezident 
seçkilərində H.Əliyev prezident seçildi. Yeni Azərbaycan 
Partiyasının (YAP) hakimiyyəti rəsmiləşdi. 1994-cü il, mayın 
8-də Bişkekdə atəşkəs haqqında protokol imzalandı. 1980-ci 
illərin axırlarından başlamış  və 1993-94-cü illərdə  ən yüksək 
həddə çatmış iqtisadi böhran, o cümlədən kəskin inflyasiya 
1995-ci ilin yazından sabitləşməyə başladı. 1995-ci il, noyabrın 
12-də ümumxalq səsverməsi ilə Konstitusiya qəbul edildi. 
1998-ci ildə “mədəniyyət” qanunu qəbul edildi, Həmin il 
mətbuatdan senzura götürüldü. 2001-ci il, avqustun 1-dən latın 
qrafikalı əlifba yeganə yazı vasitəsi kimi tətbiq olundu, 2002-ci 
ilin sentyabrında dövlət dili haqqında qanun qəbul edildi, 2008-
ci ilin yanvarından telekanallarda xarici dildə verilişlər qadağan 
edildi, o cümlədən Rusiya telekanallarının birbaşa yayımı 
dayandırıldı.  
1994-cü ildə  əsası qoyulmuş neft layihələrinin həyata 
keçirilməsi nəticəsində 2000-ci illərin  əvvəllərindən Azərbay-
can iqtisadiyyatının həcmi sürətlə artmağa başladı. 
Müstəqillikdən sonra Azərbaycan Respublikasında millətçi 
ideyalara söykənən siyasi təşkilat kimi əsasən AXCP, qismən 
də Müsavat partiyası  və AMİP (Azərbaycan Milli İstiqlal 
Partiyası) fəaliyyət göstərmişdir. AXCP daxilində 1990-cı 
illərin ortalarından birinci müavin Ə.Kərimlinin başçılığı 
altında  əsasən keçmiş “Yurd” təşkilatının üzvlərindən ibarət 
müxalif qrup yarandı.  Şərti olaraq “yurdçular” və ya “isla-
hatçılar” adlandırılan bu qrup  partiyanın Güney Azərbaycanın 
azadlığı  və Azərbaycanın bütövlüyü uğrunda mübarizəsini 


 119
məqbul saymır və yalnız Azərbaycan Respublikasının milli-
demokratik inkişafının hədəf kimi götürülməsinin tərəfdarı 
kimi çıxış edirdilər. Partiya sədri  Ə.Elçibəyin  ətrafında olan 
“klassik” (“mühafizəkar”, “Elçibəyçi”) cəbhəçilər isə millətçi 
ideyalardan uzaqlaşmağın  əleyhinə olamaqla Bütöv Azər-
baycan uğrunda mübarizəni  əsas hədəf kimi qəbul edirdilər. 
Ə.Elçibəyin vəfatından (22.08.2000) sonra partiya parçalandı. 
Ə.Kərimlinin sədrlik etdiyi AXCP yalnız liberal-demokratik 
ideyalara əsaslanan təşkilat kimi fəaliyyət göstərməyə başladı. 
M.Mirəlioğlunun sədrlik etdiyi AXCP (2006-ci ildən Klassik 
Xalq Cəbhəsi Partiyası – KXCP) isə təşkilatın klassik millətçi 
ideyalarına sadiq qalaraq fəaliyyətini davam etdirdi və bu gün 
tam mənada millətçiliyə söykənən demək olar ki, yeganə 
partiyadır. 
Müsavat partiyası da öz fəaliyyəti dövründə  tədricən 
millətçi ideyalardan uzaqlaşmış və hazırda demək olar ki, əsa-
sən liberal-demokratik ideyalara söykənən bir siyasi təşkilat 
kimi fəaliyyət göstərir. Hətta partiyanın nizamnaməsində də bu 
yöndə dəyişikliklər aparılmışdır. 1992-ci ildə yaranmış AMİP-
in fəaliyyəti isə son illər xeyli passivləşmişdir. 
Milli hərəkat tariximizdə mühüm hadisələrdən biri Ə.El-
çibəyin başçılığı altında Azərbaycanın quzeyindən və gü-
neyindən olan ən dəyərli milli düşüncəli ziyalıları, mübariz 
gəncləri özündə birləşdirən ictimai təşkilatın – Bütöv Azər-
baycan Birliyinin (BAB) yaradılması oldu. 1997-ci ildə əsası 
qoyulmuş bu təşkilat 1998-ci ilin noyabrında rəsmən təsis 
edildi və qısa müddətdə ölkədə böyük nüfuz qazandı. BAB-ın 
2000-ci ildə  qəbul olunmuş  Məramnaməsində (1.13) milli 
ideologiyamızın görüşləri geniş şəkildə öz əksini tapmışdır. Bu 
iri həcmli Məramnamə milli hərəkat tariximizdə çox mühüm 
yer tutan bir tarixi sənəddir.  
Məramnamənin giriş hissəsində Azərbaycanın bölünməsi 
və milli hərəkat tariximiz haqqında qısa məlumat verilir, 
mövcud durum qiymətləndirilir və Azərbaycanın bütövləş-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə