Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   31   32   33   34   35   36   37   38   ...   94

 105
tərənnüm edən yazılarla çıxış etmiş, həmçinin milli-ideoloji 
mövzuda dəyərli əsərlər də yaratmışlar. Mühacirət mətbuatında 
Ankarada nəşr olunan “Azərbaycan” dərgisi (1952) xüsusi yer 
tutmuşdur. 
XX  əsrin 80-ci illərində SSRİ-nin süqutunun başlanması 
ilə müstəmləkə respublikalarda, o cümlədən Azərbaycanda 
milli azadlıq hərəkatı formalaşmağa başladı  və onilliyin 
axırlarında təşkilatlanma mərhələsinə qədəm qoydu. İlk ictimai 
təşkilatlar (“Yurd”, “Çənlibel”, “Varlıq”, Azərbaycan Xalq 
Cəbhəsinin (AXC) təşəbbüs qrupu və s.) 1987-ci ilin sonu
1988-ci ilin əvvəllərində yaranmağa başladı.  İlk etiraz 
aksiyaları da 1988-ci ilin əvvəllərindən keçirilməyə başladı və 
davamlı xarakter aldı. Həmin dövrdən başlayaraq ermənilərin 
Azərbaycana qarşı qaldırdığı  ərazi iddiaları, Ermənistanda və 
Qarabağda erməni silahlılarının sovet ordusunun və sovet 
rəhbərliyinin dəstəyi ilə Azərbaycan türklərinə qarşı apardığı 
silahlı hücumlar, etnik təmizləmə  əməliyyatları Azərbaycanda 
sovet rəhbərliyinə qarşı etirazları daha da coşdururdu.  
1988-ci il, noyabrın 17-də Bakıda indiki “Azadlıq” (o 
vaxtkı “Lenin”) meydanında ilk kütləvi mitinq keçirildi. 
Mitinqdə erməni təcavüzünə  və sovet rəhbərliyinə qarşı  sərt 
şüarlar səsləndi, meydanda ilk dəfə üçrəngli Azərbaycan 
bayrağı dalğalandırıldı.
 
 Etirazçılar dekabrın 4-ə kimi meydanı 
tərk etmədilər. Həmin gün axşam güc strukturlarının köməyi 
ilə mitinq dağıdıldı, mitinqçilərin bir hissəsi həbs edildi. Lakin 
etiraz aksiyaları  və  tətillər növbəti aylarda Bakıda və 
bölgələrdə yenə də davam etdi. 17 noyabr tarixi sonradan milli 
dirçəliş günü kimi qəbul edildi. 
1989-cu il, iyulun 16-da Azərbacan Xalq Cəbhəsi (AXC) 
rəsmən təsis edildi və  Əbülfəz Elçibəy onun sədri seçildi. 
AXC ona qədər yaranmış  təşkilatları  və milli düşüncəli 
ziyalıları özündə birləşdirməklə milli azadlıq hərəkatının 
avanqardına çevrildi. AXC-nin sədri  Ə.Elçibəy milli azadlıq 
hərəkatının lideri olmaqla yanaşı həm də dövrün milli ideoloqu 
idi. Onun milli ideya və görüşləri “Türk dili və rus imperiya 


 106
siyasəti” (1996), “Fars şovinizmi” (1997)  və b. əsərlərində, 
çoxsaylı məqalə və çıxışlarında öz əksini tapmışdır.  
 AXC-nin 
qəbul etdiyi nizamnamənin “Ümumi 
prinsiplər”ində deyilir: “AXC müstəqil, vahid, demokratik 
Azərbaycan uğrunda mübarizə aparan şəxsləri və qurumları 
birləşdirən ictimai-siyasi təşkilatdır. ...AXC müsavatçılıq 
ideyalarına, Azərbaycan Demokratik Respublikasının dövlət 
quruculuğu  ənənələrinə  və M.Ə.Rəsulzadənin qaldırdığı 
Azərbaycan milli bayrağında  əksini tapmış ideoloji sistemə 
istinad edir, Azərbaycanın milli mənafeyini və demokratiyanı – 
insan hüquqları, xalq hakimiyyəti və qanunun aliliyi 
prinsiplərini əsas götürür” (1.10).  
AXC-nin 1992-ci ildə  qəbul olunmş  məramnaməsində 
(1.10) milli ideologiyamızın əsas görüşləri öz əksini tapmışdır. 
Məramnamənin giriş hissəsində deyilir:  
“AXC ...xalqımızın totalitar rejimli müstəmləkə əsarətində 
saxlanıldığını, siyasi hüquqsuzluğa, iqtisadi məhrumiyyətlərə, 
mənəvi aşınmalara düçar olduğunu xatırladaraq, çağdaş 
dünyada ciddi, siyasi, iqtisadi, milli proseslərin getdiyini, 
ictimai  şüurda və  mənəviyyatda  əsaslı  dəyişikliklər baş verdi-
yini, yeni siyasi qurumların yarandığını, bölünmüş xalqların 
birləşməkdə olduğunu, kölə xalqların milli azadlıq mü-
barizəsinin yeni mərhələyə  qədəm qoyduğunu qeyd edərək
...millətlərin öz müqəddəratını  təyin etmə hüququna, ...hər bir 
xalqın azad, müstəqil yaşamaq və öz milli iradəsinə uyğun 
dövlət qurmaq hüququna beynəlxalq normalarla müəyyənləş-
dirilmiş ümumdünya insan hüquqlarına  əsaslanaraq Azər-
baycanın bütün vətəndaşlarının milli, siyasi, iqtisadi, mənəvi, 
dini və s. mənafelərini nəzərə alaraq insanın xoşbəxtliyi 
naminə  millətin,  vətənin  və  dövlətin yüksəlişi uğrunda mü-
barizə aparır. Yolumuz milli azadlıq və demokratiya yoludur.  
Məhz bu yol Azərbaycanın işıqlı sabahı – insan azadlığı, mülki 
cəmiyyət və hüquq dövləti yoludur.” 


 107
Məramnamədə həmçinin ayrılıqda siyasi, hüquqi, iqtisadi, 
mədəni, mənəvi-dini və ekoloji sahələr üzrə sistemli görüşlər 
öz əksini tapmışdır.  
Məramnamənin “siyasi sahə”  bölməsində deyilir:  
...-Azərbaycanda yalnız Azərbaycan xalqının iradəsini 
ifadə edən və Azərbaycan xalqının mənafeyini qoruyan 
müstəqil, milli-demokratik, dünyəvi hüquq dövləti yaradıl-
malıdır.  
...-Azərbaycan dövləti ...Azərbaycan  ərazisindəki azsaylı 
xalqların və etnik qrupların hüquqlarını tanımalı, onların öz 
dillərini, milli mədəniyyətlərini, adət-ənənələrini qoruması  və 
sərbəst inkişaf etdirməsi üçün hər cür şərait yaratmalıdır. 
Əhalinin böyük əksəriyyətini təşkil edən Azərbaycan 
türkləri azsaylı xalqların inkişafına xüsusi qayğı ilə ya-
naşmalıdır. 
-Azərbaycan türkcəsinin dövlət dili kimi ictimai həyatın 
bütün sahələrində geniş istifadəsi və  hərtərəfli inkişafı tam 
təmin olunmalı, onun tarixi mövqeyi bərpa edilməlidir.  
-...Azərbaycan dövləti öz xarici siyasətində  aşağıdakılara 
xüsusi diqqət yetirməlidir: ...demokratiya, azadlıq və milli 
müstəqillik uğrunda imperiya qüvvələri  əleyhinə mübarizə 
aparan Qafqaz xalqları ilə qarşılıqlı surətdə  həmrəy olmaq, 
eləcə  də iqtisadi, mədəni və s. yönlərdə  sıx  əməkdaşlıq etmək 
məqsədiylə ”Qafqaz evi” yaratmaq; asılı xalqların milli 
azadlıq uğrunda apardıqları mübarizə ilə həmrəylik və onların 
haqq işini müdafiə etmək; türk dövlətləri ilə  hərtərəfli sıx 
əlaqələr yaratmaq, milli və  mənəvi dəyərlər sistemini əlaqəli 
araşdırmaq və bu dəyərləri gələcək nəsillər üçün qoruya 
bilmək məqsədiylə ümumtürk mədəni birliyi yaradılmasına nail 
olmaq; dünya müsəlman dövlətləri ilə  hərtərəfli  əməkdaşlıq 
etmək; sülh, əmin-amanlıq və  bəşəriyyətin tərəqqisi naminə 
demokratik rejimli bütün dünya dövlətləri ilə  hərtərəfli 
münasibətlər yaratmaq. 
  Məramnamənin “iqtisadiyyat”  bölməsində deyilir:   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə