Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   28   29   30   31   32   33   34   35   ...   94

 96
qəbul olunur. Həmin ilin sentyabrında Qafqaz milli mühacir 
mərkəzləri Millətlər Cəmiyyətinə Sovet Rusiyasının işğalçı 
planları haqqında memorandum göndərir və Qafqazda müstəqil 
konfederativ dövlətin yaradılmasını təklif edirlər. 
Bu dövrdə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Türkiyədə çap 
olunmuş “Yeni Qafqaziya” (1923-27), “Azəri Türk” (1928), 
“Odlu yurd” (1929-31) və b. qəzet və jurnallarda Sovet 
imperializminə qarşı milli azadlıq ideyaları təbliğ olunmuşdur. 
Lakin SSRİ-nin  şantajlı  təzyiqləri nəticəsində bu mətbuat 
orqanları bağlanır və Türkiyədə mühacir hərəkatının fəaliyyəti 
dayandırılır. Bundan sonra bu hərəkat Avropa ölkələrində 
davam etdirilir. Hərəkatçılar tərəfindən Almaniyada “İstiqlal” 
qəzeti (1932-34), “Qurtuluş” məcmuəsi (1934-38), fransızca 
“Azərbaycan” qəzeti, türkcə “Müsavat” bülleteni,  fransızca 
“Promotey” məcmuəsi və b. mətbuat orqanları  fəaliyyət 
göstərmişdir.  
Mühacirət hərəkatında  Ə.Topçubaşovun da xüsusi 
xidmətləri olmuşdur. O, beynəlxalq təşkilatlarda (Millətlər 
Cəmiyyətində (1920), London (1922), Genuya (1922) və 
Lozanna (1923) konfranslarında) bolşeviklərin  şovinist 
siyasətini tənqid edən çıxışlar etmişdir. 1930-cu ilin mayında 
isə  Ə.Topçubaşov Millətlər Cəmiyyətinə Sovet dövlətinin 
kollektivləşdirmə siyasətini ifşa edən nota göndərmişdir. 
Türkiyədə mühacirətdə olan Əli bəy Hüseynzadə, Əhməd 
bəy Ağaoğlu, M.B.Məmmədzadə, C.Hacıbəyli (1891-1962) və 
b. ziyalılar milli azadlıq ideyalarını təbliğ edən əsərlərlə yanaşı 
tariximiz və  mədəniyyətimizlə bağlı  tədqiqat  əsərləri də ya-
ratmışlar.  
Mühacir mərkəzləri Azərbaycandakı gizli fəaliyyət gös-
tərən təşkilatlarla, hətta milli təmayülçü kommunistlərlə  əlaqə 
saxlamışlar. 1932-ci ildə  Xəlil  İbrahimov (1892-1938) 
tərəfindən mühacir hərəkatçılarla  əlaqəli gizli mərkəz də 
yaradılmışdır.  
1936-cı ilin avqustunda Müsavatın Varşavada konfransı 
keçirilir. Bu konfrans partiyanın 17 illik fasilədən sonra 


 97
keçirilən ilk rəsmi yığıncağı olmuşdur. Partiyanın həmin 
konfransda qəbul etdiyi "Yeni Proqram Əsasları"nda 
Azərbaycanı rus istilasından qurtarmaq və onu qeyd-şərtsiz 
müstəqil bir dövlət halında yaşatmaq  əsas hədəf kimi 
götürülmüşdür. 
 Yeni  Proqram  Əsaslarında müsavatçılığa aşağıdakı kimi 
tərif verilmişdir: 
 Müsavatçılıq – böyük Türk kültürünə bağlı, milli, 
mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cum-
huriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənse-
vərliyidir. 
Proqramda  ən mühüm yeniliklərdən biri Milli təsanüd 
prinsipinin qəbulu olmuşdur. Bu ideoloji prinsipin mahiyyətini 
ümumi şəkildə aşağıdakı kimi ifadə etmək olar: 
Milli təsanüd (həmrəylik, solidarizm) – cəmiyyəti siniflərə 
bölməmək, sinfi mübarizəni rədd etmək, fərdiyyətçiliklə 
kollektivçiliyi uzlaşdıran orta mövqeyi qorumaq prinsipidir. 
Əgər bu dövrə  qədər Müsavat partiyasında “solçu” meyl 
(xalqçılıq, ilk növbədə  zəhmətkeş  təbəqənin mənafeyini 
müdafiə etmək, iri sənayenin milliləşdirilməsi trərəfdarı olmaq 
və s.) daha güclü olmuşdusa, Milli təsanüd prinsipi qəbul 
olunduqdan sonra partiya “sağ”a meyllənərək mərkəzçi mövqe 
tutmuşdur.  Bu meyllənməyə  təbii ki, bolşeviklərin iqtisadi 
islahatlarının fəsadlrı da öz təsirini göstərmişdir.
 
1920-ci illərin  əvvəllərindən milli düşüncəli Azərbaycan 
kommunistləri (“Milli təmayülçülər”) də Sovet hakimiyyətinin 
müstəmləkəçilik, milli ayrıseçkilik, ruslaşdırma, antitürk və s. 
mürtəce siyasətinə biganə qalmamış, bu siyasətə qarşı ciddi 
çıxışlar etmişlər. Milli təmayülçülər hakimiyyət tərəfindən 
partiya sıralarından xaric edilir, həbs və sürgünə  məruz 
qoyulur, hətta sui-qəsd (zəhərləmə  və s.) nəticəsində 
öldürülürdü. 1920-ci illərdə minlərlə milli düşüncəli Azər-
baycanlı “təmizləmə” siyasəti nəticəsində partiya orqanlarından 
xaric edilmişdir.
 
N.Nərimanovun da məhz milli düşüncəsinə 
görə sui-qəsd nəticəsində öldürüldüyü ehtimal edilir.  


 98
1925-ci ildə türk xalqlarının birləşib SSRİ-dən ayrılması 
uğrunda mübarizə aparan gizli təşkilat da yaranmışdır. Buraya 
müsavatçılar, millətçi kommunistlər və b. müxalif qüvvələr qo-
şulmuşdur. S.M.Əfəndiyev (1887-1938), D.Bünyadzadə (1888-
1938), R.Axundov (1897-1938), M.Quliyev, B.Çobanzadə 
(1893-1937), Q.Qubaydilin (1887-1937), Z.Zakirov və b. bu 
təşkilatın üzvü olmuşdur.  Ə.Haqverdiyev,  Ə.Cavad (1892-
1937), M.Baharlı (1896-1937), T.Şahbazi (1892-1937) kimi 
yazarlar
 
da bu təşkilatla fəal  əməkdaşlıq etmişlər (3.114, 
s.292).  
1926-cı ildə Bakıda I Türkologiya Qurultayı keçirilir. Bu, 
türkologiya elminin inkişafında mühüm addım idi. Lakin 
təsadüfi deyil ki, qurultayda Azərbaycandan iştirak edən 16 
nümayəndədən 15-i sonradan repressiya qurbanı olmuşdur.  
1934-cü ildə “yeni millətçilər”in lideri R.Axundovun 
başçılığı ilə “Azərbaycan milli təşkilatı” yaradılır.  Təşkilatın 
məqsədi sovet rejiminə qarşı digər qüvvələrlə birgə silahlı 
üsyan edib SSRİ-ni dağıtmaq və  şimallı-cənublu, bütöv, 
burjua-demokratik Azərbaycan respublikası yaratmaq idi. Bu 
təşkilatla “Trotskiçilər” arasında blok (“Qarber-Axundov" 
müqaviləsi) da yaradılır. Bu bloka “milli təmayülçü”lər, 
müsavatçılar, “ittihadçı”lar, “türkçü”lər, yaradıcı ziyalılar və b. 
da qoşulur (3.114, s.293-294). 
ÜK(b)P MK-nin 1937-ci il plenumunda İ.Stalin “sosializm 
inkişaf etdikcə sinfi mübarizənin güclənməsi” tezisini irəli 
sürməklə milli azadlıq uğrunda mübarizə aparan qüvvələrə 
qarşı amansız mübarizədə özünə əsas yaradır. Stalinin başçılığı 
ilə antisovet milli təşkilatları aşkara çıxarılır, üzvləri öldürülür, 
həbs və sürgünlərə  məruz qoyulur. 1937-38-ci illərdə 
ümumilikdə 200 mindən çox azərbaycanlı repressiyalara məruz 
qalmışdır. Onlardan 29 mini məhz ziyalı  təbəqəsinin 
nümayəndələri olmuşdur. Bu ziyalıların siyahısına  Hüseyn 
Cavid  (1882-1941),  Əhməd Cavad (1892-1937), Mikayıl 
Müşfiq  (1908-38),  Y.V.Çəmənzəminli (1887-1943), T.Şah-
bazi (1892-1937), S.Hüseyn (1887-1938), S.Qənizadə (1866-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə