Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   36   37   38   39   40   41   42   43   ...   94

 120
məsinin və bunun üçün bütövlük ideyasının irəli sürülməsinin 
vacibliyi qeyd edilir. 
Məramnamənin giriş hissəsinin “Təbii haqlarımız” 
bölməsində deyilir:  
...təbii insan haqlarına uyğun, hər bir xalqın da, sadəcə bir 
xalq kimi yaranışdan var olan yaşama haqqı mövcuddur. 
Xalqın yaşama haqqı onun kompakt halda, birgə yaşamasını və 
məhz özü kimi yaşama istəyini nəzərdə tutur. Birgə yaşamaq 
xalqın parçalanmasının, bölünməsinin yolverilməzliyi demək-
dir. ...Özü kimi yaşama xalqın öz dilini, ədəbiyyatını, tarixini, 
musiqisini, adət-ənənələrini, əxlaqını, davranış biçimlərini, bir 
sözlə özünə  məxsus bütün maddi və  mənəvi mədəniyyətini 
qoruyub yaşatması, gəlişdirməsi və azad surətdə, maneəsiz 
olaraq gələcək nəsillərə ötürə bilməsi deməkdir.  Əsarətdə 
olmaq, yaxud parçalanmaq bunu ortadan qaldırır, xalqın birgə 
və özü kimi yaşama haqqını pozur... 
Hər xalqın bir xalq olaraq yaşaması və öz milli sərvətinə 
özünün sahiblik edə bilməsi üçün azadlıq haqqı vardır. Xalqın 
azadlığı onun müstəqil dövlət qurub öz-özünü idarə etməsi, 
milli iradəsinin üstün tutulması, öz maddi və  mənəvi 
mədəniyyətini sərbəstcə yaşadıb gəlişdirə bilməsi, öz Vətəninin 
milli sərvətlərindən bir xalq olaraq hamılıqla yararlanması və 
s. deməkdir. 
...Xalqın yaranışdan var olan bu təbii haqlarının məhdud-
laşdırılmasında imperiyaçılıq, müstəmləkəçilik, istismar, 
diktatorluq, totalitarlıq, avtoritarlıq və s. kimi zorakılıqlar cid-
di rol oynayır. Bu cür zorakılıqlara qarşı  çıxmaq, müqavimət 
göstərmək, mübarizə aparmaq xalqın təbii haqqıdır və heç bir 
qanun, heç bir şəriət, sinif, qrup, yaxud “külli-ixtiyar” sahibi 
bu təbii haqqı xalqın əlindən ala bilməz. 
...Dünyadakı  əlli milyonluq Azərbaycan türkü ...Müstəqil 
Bütöv Azərbaycan dövlətini qurub öz-özünü idarə etmək və öz 
müqəddəratını özü təyin etmək hüququna malikdir. 
Məramnamədə daha sonra son yüz ildə fars şovinizmi 
tərəfindən Azərbaycan türklərinin təbii haqlarının məhdudlaş-


 121
dırılması  və  həmin haqların mövcud durumu haqqında 
məlumat verilir. 
Məramnamədə “millətləşmə” anlayışına xüsusi yer verilir. 
Millətləşmə dedikdə bir xalqın milli kimlik şüurunun, milli 
ideologiyasının və milli hərəkatlarının formalaşması prosesi 
nəzərdə tutulur. 
Məramnamənin giriş hissəsinin “Bütöv Azərbaycan 
Birliyinin yaranma zərurəti” bölməsində deyilir: 
...Xalqımız siyasi tarix səhnəsinə  əlli milyonluq vahid bir 
millət olaraq çıxmasa, Azərbaycana qurtuluş yoxdur! Azər-
baycanın qurtuluşu Güneydəki istiqlalımızdan və sabah möv-
cud olacaq iki Azərbaycan dövlətinin ümumxalq referendumu 
yolu ilə birləşib bütövləşməsindən asılıdır. O bütövləşməyə 
indidən hazırlaşmaq və onu gerçəkləşdirəcək milli gücü 
vaxtında yetişdirə bilmək üçün bu gün bütövlüyü hədəf alan 
milli təşkilatlanmaya böyük ehtiyacımız var. 
Milli təşkilatlanma ehtiyacımız Azərbaycanın güneyində
Azərbaycanın quzeyində  və xaricdəki soydaşlarımız arasında 
Bütöv Azərbaycan ideyasına bağlı kütləvi xarakter daşıyan 
təşkilatların yaranmasını  və bu təşkilatların qarşılıqlı  əmək-
daşlığını, sıx iş birliyini bir zərurət olaraq irəli sürür. 
Biz Azərbaycanın azadlığı, istiqlaliyyəti, bütövlüyü uğrun-
da mübarizə aparan şəxslər, siyasi və ictimai qurumlar bu 
zərurəti dərindən dərk edərək  əlli milyonluq xalqımızın milli 
təşkilatlanma formalarından biri kimi Bütöv Azərbaycan 
Birliyini (qısaca: BAB) yaradır və Müstəqil, Bütöv, Demokratik 
Azərbaycan hədəfli bütün qurumlarla qarşılıqlı  əməkdaşlığa, 
sıx iş birliyinə ürəkdən hazır olduğumuzu bildiririk. 
Məramnamənin “Bütöv Azərbaycan anlayışımız” adlanan 
birinci bölümündə başlıca hədəflər, mərhələlər, görüşlər, 
prinsiplər və vəzifələr göstərilir.  
Məramnamədə  Müstəqil, Bütöv və Demokratik Azərbay-
can BAB-ın  başlıca hədəfləri kimi qəbul edilir. Bu hədəflərə 
çatmaq üçün isə üç strateji mərhələ – hazırlıq, istiqlaliyyət  və  
bütövləşmə mərhələləri müəyyən edilir.  


 122
Hazırlıq mərhələsində millətləşmə prosesinin dərinləş-
məsi, həmçinin kadrlaşma probleminin həlli, Azərbaycan 
Respublikasında dövlət müstəqilliyinin, milli-demokratik 
dövlət quruculuğunun dərinləşməsi, elmi-texniki və sosial-
iqtisadi yüksəlişə nail olunması nəzərdə tutulur. Bu mərhələdə 
Azərbaycanın güneyinin milli-mədəni, yaxud milli inzibati 
muxtariyyətinin, “İran” adlanan dövlətin federativləşməsi də 
istisna olunmur. Lakin bu dəyişikliklərin istiqlaliyyətə gedən 
yolda yalnız bir mərhələ olacağı qəbul olunur.  
İstiqlaliyyət mərhələsində milli azadlıq hərəkatının yeni 
yüksəliş dalğasının başlanması  və Azərbaycanın güneyində 
müstəqil dövlətin qurulması nəzərdə tutulur.  
Bütövləşmə  mərhələsində isə iki Azərbaycan dövlətinin 
birləşərək vahid dövlətə – Bütöv Azərbaycan Dövlətinə çev-
rilməsi nəzərdə tutulur. 
Məramnamənin “Başlıca görüşlər” bölməsində “Azərbay-
can türk milləti”, “milli dövlət”, “dünyəvi dövlət, “sosial 
dövlət”, “hüquq dövləti” və b. anlayışlar izah edilir, demok-
ratiya və insan haqları müdafiə olunur.  
Həmin bölmədə “Azərbaycan türk milləti” anlayışı əsasən 
Qərbi Avropa  yanaşmasına (bu barədə bax, səh. 146-151) 
uyğun olaraq etnik çərçivədən çıxarılır və ideya-siyasi mənada 
qiymətləndirilir:  
BAB millətin eyni bir milli kimlik şüuruna və istiqlal 
məfkurəsinə malik toplum olmasına söykənir və hesab edir ki, 
Azərbaycan türk milləti irqindən, dinindən-məzhəbindən, etnik 
mənsubiyyətindən, sinfi mənsubiyyətindən və s. asılı olmayaraq 
Azərbaycanın milli və tarixi ərazisini özünə  Vətən sayan, 
Azərbaycan türk mədəniyyət  şüurunu paylaşan, Azərbaycan 
milli tarix şüurunu daşıyan, taleyinin Azərbaycanla bağlılığına 
inanan, Müstəqil, Bütöv, Demokratik Azərbaycan Dövlətini 
qurmağa və onu əbədi yaşadıb yüksəltməyə çalışan insanların 
etno-sosial birliyidir. 
...Aparıcı  və dominant türk etnosu hər kəsin bərabə-
rhüquqlu vətəndaş sayılacağı Azərbaycandakı milli azlıqların, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə