Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   34   35   36   37   38   39   40   41   ...   94

 114
də Naxçıvan parlamentinin Heydər  Əliyevin (1923-2003) 
sədrliyi ilə keçirilən sessiyasında muxtar vilayətin adından 
“Sovet Sosialist” sözləri çıxarıldı, üçrəngli bayrağın dövlət 
bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edildi. 
1991-ci il, fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin 
sessiyasında demokratik qüvvələrin tələbi ilə dövlətin adı 
“Azərbaycan Respublikası” adlandırıldı, üçrəngli bayraq isə 
onun rəsmi bayrağı kimi təsdiq edildi. Lakin Ali Sovetdə SSRİ-
nin saxlanılıb-saxlanılmaması ilə bağlı keçiriləcək referen-
dumda Azərbaycanın iştirak etməsi haqqında qərarın qəbul 
olunmasını  əngəlləmək mümkün olmadı. Ermənistan refe-
rendumu baykot etmişdi. 
Martın 17-də SSRİ-nin saxlanılıb-saxlanılmaması ilə bağlı 
keçirilən referendumu demokratik qüvvələr baykot etdi. 
Saxtakarlıq şəraitində keçirilən referendumun nəticələrinə görə 
SSRİ saxlanılırdı. 
Sovet rəhbərliyində gizli fəaliyyətini getdikcə gücləndirən 
mühavizəkar qüvvələr 1991-ci il, avqustun 19-da SSRİ 
prezidenti M.Qorbaçovun Krımda istirahətdə olmasından 
istifadə edərək dovlət çevrilişinə  cəhd göstərdilər. Həmin gün 
SSRİ-nin birinci vitse-prezidenti G.Yanayevin (1937-2010) 
başçılığı ilə güc nazirlikləri rəhbərləri və digər ali 
vəzifəlilərdən ibarət Dövlət Fövqəladə  Vəziyyət Komitəsi 
(“QKÇP”) yaradıldı  və hakimiyyət səlahiyyətlərinin ona 
verildiyi elan edildi. Lakin çevriliş baş tutmadı. Rusiya 
prezidenti B.Yeltsinin (1931-2007) başçılığı altında islahatçı 
qüvvələrin ciddi müqaviməti nəticəsində çevrilişin qarşısı 
alındı. M.Qorbaçov avqustun 22-si Moskvaya qayıdaraq öz 
hakimiyyətini bərpa etdi. Azərbaycan prezidenti A.Mütəllibov 
isə çevriliş zamanı “QKÇP”-ni dəstəkləmişdi. 
Bu hadisələrdən sonra artıq SSRİ-nin saxlanılmasının 
qeyri-mümkünlüyü hamıya aydın oldu. 30 avqust, 1991-ci ildə 
Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar 
sessiyasında dövlət müstəqilliyinin bərpası haqqında bəyanat 
qəbul edildi. Sentyabrın 8-də hakimiyyətin nəzarəti altında 


 115
keçirilən prezident seçkilərində A.Mütəllibov prezident seçildi. 
Sentyabrin 14-də Azərbaycan Kommunist Partiyası 33-cü 
qurultayında özünü buraxdı. Oktyabrın 9-da Azərbaycan 
Respublikası Ali Sovetində “Azərbaycan Respublikası Silahlı 
Qüvvələri haqqında” qanun qəbul edildi. Oktyabrın 18-də 
“Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı” qəbul edildi. 
Oktyabrın 30-da keçid dövrü üçün Ali Sovetin 50 deputatdan 
ibarət Milli Şurası yaradıldı. Buraya həm demokratik həm də 
mühafizəkar qüvvələrin nümayəndələri (hər tərəfdən 25 
deputat) daxil idi. Noyabrın 26-da DQMV ləğv edildi. 
Dekabrın 8-də Müstəqil Dövlətlər Birliyi (MDB) yaradıldı  və 
bununla SSRİ-nin mövcudluğuna son qoyuldu. Dekabrın 25-də 
M.Qorbaçov istefa verdi. Dekabrın 29-da Azərbaycanda 
keçirilən referendumda müstəqillik haqqında konstitusiya aktı 
yekdilliklə qəbul edildi. 
 
 
Müstəqillikdən sonra Azərbaycan Respublikasında 
millətçilik və Bütöv Azərbaycan ideyası 
 
SSRİ-ni saxlamaq mümkün olmadıqda Rusiya siyasi 
müstəqillik  əldə etmiş respublikalarda öz imperialist, işğalçı 
siyasətini həyata keçirməyə başlamışdı. Azərbaycanda hələ 
milli hərbi qüvvələrin tam formalaşmadığı bu dövrdə 
Rusiyanın Azərbaycanda, o cümlədən Qarabağ bölgəsində 
hərbi təsiri böyük idi. 1988-ci ilin əvvəllərindən müstəqillik 
əldə edilənə  qədər artıq Qərbi Azərbaycan  ərazilərindən
Əskəran, Xocavənd, Hadrut, Ağdərə rayonlarından, həmçinin 
Xankəndi  şəhərindən (1989-cu ilin iyununda) Azərbaycan 
türkləri əsasən çıxarılmış və bu ərazilər Azərbaycan dövlətinin 
nəzarətindən çıxmışdı. 1992-ci ilin yanvar-fevral aylarında 
Yuxarı Qarabağın Kərkicahan, Malıbəylı, Quşçular və 
Qaradağlı kəndləri də işğal edildi. Fevralın 25-dən 26-a keçən 
gecə mühasirədə olan Xocalı  şəhəri rus-erməni birləşmələri 


 116
tərəfindən işğal edildi və Azərbaycan türklərinə qarşı soyqırım 
törədildi, əhali görünməmiş vəhşiliklərə məruz qaldı.  
Xocalı faciəsindən sonra hakimiyyətə qarşı etirazlar daha 
da gücləndi. 1992-ci il, martın 6-da A.Mütəllibov bu təzyiqlər 
qarşısında istefa verməyə məcbur oldu. Prezident səlahiyyətləri 
Ali Sovetin sədri Y.Məmmədova keçdi.  
Mayın 8-9-da Şuşa  şəhəri işğal olundu. Mayın 14-də 
A.Mütəllibov hakimiyyətə qayıtmaq cəhdi etdi. Ali Sovetin 
həmin gün keçirilən sessiyasında o, öz vəzifəsinə geri 
qaytarıldı. A.Mütəllibov dərhal ölkədə fövqəladə vəziyyət elan 
etdi. Lakin səhəri günü AXC tərəfdarları  və onun tabeliyində 
olan silahlı qüvvələrin köməyi ilə dövlət idarələrinin binaları 
və dövlət televiziyası  ələ keçirildi. A.Mütəllibov ölkəni tərk 
edərək Rüsiyaya sığındı. AXC faktiki olaraq ölkədə 
hakimiyyəti ələ aldı. Mayın 18-də AXC funksioneri İ.Qəmbər 
Ali Sovetin sədri seçildi. Həmin gün Milli Şuranın adı 
dəyişdirilərək “Milli Məclis” adlandırıldı  və Ali Sovetin 
səlahiyyətləri ona verildi. Həmin ərəfədə Laçın işğal edildi.  
1992-i il, iyunun 7-də keçirilən prezident seçkilərində 
AXC sədri  Ə.Elçibəy prezident seçildi. AXC-nin hakimiyyətə 
gəlməsi rəsmiləşdi. AXC-nin bir illik hakimiyyəti dövründə 
ölkədə mühüm milli-demokratik islahatlar həyata keçirildi. 
Bütün silahlı  dəstələr Müdafiə Nazirliyinin tabeliyinə verildi, 
ordu yenidən qurulmağa başladı. 1992-ci ilin iyun-avqust 
aylarında cəbhədə uğurlu əməliyyatlar keçirildi. Ağdərə rayonu 
demək olar ki, bütövlükdə işğaldan azad edildi, cəbhənin digər 
istiqamətlərində  də irəliləyişlər oldu. Avqustun 15-də milli 
valyuta dövriyyəyə buraxıldı, ali məktəblərə qəbulda test üsulu 
tətbiq edildi, Azərbaycan türklərinin ana dili rəsmi olaraq “türk 
dili” adlandırıldı (dekabr, 1992) və  məktəblərdə  də bu ad 
altında tədris olundu (12 noyabr, 1995-ci ildə Konstitusiya 
qəbul olunana qədər), bütün rus məktəblərində paralel olaraq 
Azərbaycan bölmələri yaradıldı, rus dilinin mövqeyi xeyli 
zəiflədi, 1-ci siniflərdə latın qrafikalı  əlifba rəsmən tədris 
olunmağa başladı, milli soyadları haqqında qanun qəbul edildi, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə