Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   33   34   35   36   37   38   39   40   ...   94

 111
Azərbaycanın güney və quzey hissələri arasındakı  mənfur 
sərhəd qurğularının söküldüyü gün – 31 dekabr Dünya 
Azərbaycan türklərinin həmrəylik günü kimi hər il bayram 
edilməlidir. 
-Pulsuz icbari təhsilin zəruriliyinə, müxtəlif təhsil 
sistemlərinin tətbiqinə, qabaqcıl ölkələrin təhsil sistemi 
təcrübəsinə  və milli ənənələrə cavab verən milli təhsil 
konsepsiyası hazırlanıb həyata keçirilməlidir. 
-Azərbaycanın öncül dünya dövlətləri arasında layiqli yer 
tuta bilməsi üçün çağdaş dünya elm və texnikasının uğurlarına 
və Azərbaycanın elm ənənələrinə  əsaslanan elmin inkişaf 
konsepsiyası hazırlanıb həyata keçirilməlidir. 
-Elmin inkişaf tarixi öyrənilməli, milli iftixarlarımız olan 
elmi uğurlarımız, böyük kəşflərimiz və görkəmli alimlərimiz 
xalqa tanıdılmalı, Azərbaycan elm klassiklərinin  əsərləri 
çağdaş dilimizdə nəşr edilməli, xalqımızın tarixi təcrübə, sınaq 
və müşahidələri  əsasında formalaşmış milli biliklər sistemi 
müasir elmi səviyyədə öyrənilməli və ayrı-ayrı elm sahələrinin 
inkişafında onlardan istifadə edilməlidir 
Məramnamənin “Mənəviyyat və din”  bölməsində deyilir: 
-Milli mənəviyyatımız elmi əsaslarla geniş  şəkildə 
araşdırılmalı  və o, milli dövlət quruculuğumuzun, iqtisadi 
inkişafımızın, hüquq sistemimizin və  mədəni yüksəlişimizin 
təməli kimi götürülməlidir. 
-Milli mənəviyyatımız hər cür yabançılaşmadan, pozucu 
yad təsirlərdən qorunmalı, mənəviyyatsızlığa, milli tarix 
şüuruna, milli əxlaqımıza zidd, bayağı “mədəniyyət”lərin 
yayılmasına qarşı  təbliğat aparılmalı, maddi və  mənəvi 
dəyərlərimizin təbliğinə ciddi diqqət yetirilməlidir.     
-Azərbaycanda  əhalinin böyük əksəriyyətinin tapındığı 
islam dininin gerçək mövqeyinin bərpası üçün din işləri üzrə 
idarə yaradılmalı, orta və ali məktəblərdə dinin tədrisinə yer 
verilməli, islam mədəniyyəti, tarixi və  şəriət dərindən 
öyrənilməli, dini ədəbiyyatın tərcüməsinə  və  nəşrinə xüsusi 
diqqət yetirilməlidir. 


 112
-İslam ölkələri ilə dini və  mədəni  əməkdaşlıq genişlən-
dirilməli, daimi informasiya mübadiləsi təmin edilməli, 
müqəddəs yerləri ziyarət etməkdə dindarlara hər cür şərait 
yaradılmalı, yüksək ixtisaslı  və savadlı din xadimlərinin 
yetişdirilməsi, üçün islam dini mərkəzlərinə  tələbə gön-
dərilməlidir. 
-Mənəviyyatın formalaşmasında  əsas amillərdən olan 
vicdan azadlığının – din və dünyagörüşü azadlıqlarının gerçək-
ləşdirilməsinə imkan yaradan dindarların öz mənəvi borclarını 
yerinə yetirməsi üçün hər cür şərait yaradılmasını  nəzərdə 
tutan, etiqad müxtəlifliyini və din ayrılığına dözümlülüyü qəbul 
edən, başqa dinlərə  mənfi münasibət bəsləməyi insanlığa, 
humanizmə zidd düşüncə düzümü sayan ayrı-ayrı din və 
təriqətlər arasında kəskin qarşıdurmanı barbarlıq hesab edən, 
hər cür fanatizmi, xurafatı  rədd edən, bütün dinlərin azad 
inkişafına təminat verən xüsusi proqram hazırlanıb həyata 
keçirilməlidir. 
AXC milli azadlıq hərəkatının avanqardı olmaqla yanaşı 
Azərbaycanın ictimai-siyasi həyatında da əhəmiyyətli rol 
oynamışdır. Belə ki, 80-ci illərin sonu, 90-cı illərin 
əvvəllərində Azərbaycanda yaranmış ilk siyasi partiyalar 
(AQP, ASDP, AMİP, “Musavat” partiyası  və s.) məhz AXC-
nin fəal funksionerləri tərəfindən yaradılmışdır ki, bu da 
cəmiyyətin partiyalaşmasında və siyasi mədəniyyətin 
formalaşmasında mühüm hadisə olmuşdur. AXC özü də 1995-
ci ildən partiyaya (AXCP) çevrilmiş  və  Ə.Elçibəy vəfatına 
qədər onun sədri olmuşdur.  
AXC təsis olunduqdan sonra milli azadlıq hərəkatı daha da 
gücləndi, 1989-cu ilin avqust-sentyabr ayları  və ilin sonlarına 
doğru kütləvi etiraz aksiyaları  və  tətillər daha mütəşəkkil və 
intensiv xarakter aldı. Hakimiyyətə göstərilən bu təzyiqlər 
nəticəsində sentyabrın 23-də Azərbaycan SSR Ali Soveti 
“Azərbaycan SSR-nin suverenliyi haqqında” Konstitusiya 
qanunu qəbul etdi, oktyabrın 5-də AXC rəsmən qeydə alındı, 
noyabrın 28-də isə Ermənilərin mənafeyinə uyğun fəaliyyət 


 113
göstərən DQMV-nin Xüsusi İcraiyyə Komitəsi (XİK) 
(yanvarın 12-də yaradılmışdı) SSRİ Ali Soveti tərəfindən ləğv 
edildi. Burada idarəçilik Azərbaycan SSR Təşkilat Komitəsinə 
tapşırıldı. Dekabrın 31-də AXC-nin təşəbbüsü ilə Naxçıvanda 
Araz çayı boyunca 137 km.-lik sərhəd qurğuları  əhali 
tərəfindən dağıdıldı. 1990-cı il, yanvarın 7-də Azərbaycan-
Türkiyə  sərhədində, 18-də isə Biləsuvar və  Cəlilabad 
rayonlarında Azərbaycan-İran sərhədində  sərhəd qurğuları 
dağıdıldı. Sərhəd hərəkatı simvolik məna kəsb edirdi və əhalisi 
haqsız olaraq biri-birindən ayrı salınmış xalqın azad olub 
birləşmə arzusunu ifadə edirdi. Sonradan 31 dekabr 
Azərbaycanlıların həmrəylik günü kimi qəbul olundu. 
1990-cı il, yanvarın əvvəllərində Bakıda kütləvi mitinqlər 
və tətillər ara vermirdi. Yanvarın 19-da SSRİ ali soveti rəyasət 
heyəti “Bakı  şəhərində fövqəladə  vəziyyətin tətbiq edilməsi 
haqqında” fərman verdi. Fərmana görə fövqəladə  vəziyyət 
yanvarın 20-si saat 24:00-dan başlamalı idi. Lakin Bakıya hərbi 
müdaxilə daha tez baş verdi. Yanvarın 19-u, saat 19:27-də  
Azərbaycan Televiziyasının enerji bloku partladıldı. Bundan 
sonra Bakı  ətrafında yerləşdirilmiş sovet qoşunları SSRİ 
Müdafiə Naziri R.Yazovun əmri ilə gözlənilmədən şəhərə daxil 
oldu və dinc əhalini amansız qırğına məruz qoydu, yüzlərlə 
etirazçı həbs olundu. Dinc əhaliyə qarşı qırğınlar bölgələrdə də 
törədildi.  
20 yanvar qırğını xalqımızın iradəsini heç də qıra bilmədi, 
əksinə, sovet rejiminə nifrəti daha da artırdı, tam istiqlaliyyətə 
meyl və imperiyaya qarşı mübarizə daha da gücləndi. 20 
yanvar hadisəsindən sonra 40 günlük ümumrespublika tətili 
oldu. Fövqəladə  vəziyyət olmasına baxmayaraq Bakıda və 
bölgələrdə kütləvi etiraz aksiyaları yenə də keçirilirdi.  
1990-cı il, iyunun 28-də demokratik qüvvələrin res-
publuka forumunda 20-dən artıq ictimai təşkilatın qoşulduğu 
demokratik blok (“demblok”) yaradıldı. Sentyabrın 30-da 
saxtakarlıq  şəraitində keçirilən parlament seçkilərində 360 
yerdən cəmi 30-u “demblok”a verildi. 1990-cı il, noyabrın 17-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə