Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   58   59   60   61   62   63   64   65   ...   94

 186
dünya dövlətlərini də geridə qoymaq olar. Həmçinin Azər-
baycan iqtisadiyyatında əsaslı dönüş yarana bilər. 
  
 
3. Siyasi-hüquqi məsələlər 
 
Dövlət anlayışı 
 
Dövlət anlayışına baxış  və dövlətə verilən təriflər müx-
təlifdir. Dövlət anlayışına baxış dövlətin mənşəyinə dair nə-
zəriyyələrlə sıx bağlıdır. Bu nəzəriyyələrdən geniş yayılmışları 
marksist, zorakılıq, “ictimai müqavilə”, psixoloji, üzvi, 
patriarxal və teoloji nəzəriyyələridir. 
Marksist nəzəriyyəyə  (K.Marks, F.Engels) görə tarixən 
dövlətlərin meydana çıxması xüsusi mülkiyyətin meydana 
çıxması, cəmiyyətin siniflərə bölünməsi və onlar arasındakı 
mübarizə ilə şərtlənmişdir. Siniflərə ayrılma isə I və II ictimai 
əmək bölgüsü və əmtəə təsərrüfatının meydana çıxması ilə baş 
vermişdir. Dövlətin bu nəzəriyyəyə  əsaslanan tərifində dövlət 
bir sinfin digəri üzərində hökmranlığını mühafizə edən vasitə 
kimi qiymətləndirilir.  
Zorakılıq nəzəriyyəsinə  (L.Qumploviç, K.Kautski, Y.Dü-
rinq və b.) görə dövlət daxilıi (Dürinq) və xarici (Kautski) 
zorakılığın nəticəsi kimi meydana çıxmışdır.
 
Daxili zorakılıq 
dedikdə fiziki üstünlüyə malik olanların digərlərini özünə tabe 
etməsi, xarici zorakılıq dedikdə isə  tayfalararası müharibələrdə 
qalib tayfanın məğlub tayfanı özünə tabe etməsi başa düşülür. 
Bir sözlə, tabeçilik və dövlət fiziki mübarizənin nəticəsidir.
 
Fiziki mübarizədə qalib tərəf maddi
 
nemətləri və istehsal 
vasitələrini mənimsəmiş  və  bərqərar olunmuş qaydanın mü-
hafizəsi üçün də güc tətbiqi – zorakılıq tələb olunmuşdur

Bununla da nemətləri ələ keçirmişləri nemətləri itirilmişlərdən 
müdafiə edən “mühafizəedici aparat”ın – dövlətin yaradılması
 
bir zərurətə çevrilmişdir. 


 187
“İctimai müqavilə” nəzəriyyəsinə
 
(N.Tusi, H.Qrotsi, Did-
ro, Russo və b.)
 
görə insanlar sülh və rifah naminə hüquq və 
azadlıqlarının bir hissəsindən keçməli olduqlarını başa düşmüş 
və  həmin hüquq və azadlıqları “ümümi iradə”yə – dövlət ha-
kimiyyətinə tabe etməyə razılaşmışdır. Dövlət isə insanların 
toxunulmaz (təbii) hüquqlarını, yəni, mülkiyyət, azadlıq, 
təhlükəsizlik hüququnu mühafizə etmək vəzifəsini öz üzərinə 
götürmüşdür.  
Psixoloji nəzəriyyəyə görə dövlət insanların qarşılıqlı 
psixoloji münasibətlərinin qanunauyğunluqlarının nəticəsidir. 
Belə ki, insanlar birgə yaşayışa, qarşılıqlı ünsiyyət və 
fəaliyyətə daimi psixoloji ehtiyac duyduğundan bu ehtiyacları 
təmin edəcək bir qurumun – dövlətin yaranması bir zərurətə 
çevrilmişdir. 
Üzvi nəzəriyyəyə görə insanlardan ibarət olan cəmiyyətdə 
insan orqanizminə analoji bir təşkilatın – dövlətin formalaş-
ması bir qanunauyğunluqdur. Yəni dövlət cəmiyyət qanunla-
rının təbiət qanunlarına uyğunluğunun göstəricisidir
 
Patriarxal nəzəriyyəyə (Aristotel və b.)
 
görə dövlət 
hakimiyyəti ailədə (qəbilədə, tayfada)  ata hakimiyyətinin təbii 
davamıdır. 
Teoloji nəzəriyyəyə (F.Akvinalı və b.)
 
görə dövlət Allahın 
iradəsi ilə yaranan, əbədi və  dəyişməz qurumdur. O, praktiki 
olaraq Allahın hakimiyyətinin yer üzərində təcəssümüdür. Hər 
bir dünyəvi hakimiyyət biri-birinin təkrarı olmaqla ilahi 
hakimiyyətin törəməsidir.  İnsanlar ilahidən gələn qayda-
qanuna sözsüz tabe olmalıdır.
 
Qədim və orta çağlarda dövlət 
haqqında olan nəzəriyyələrin  əksəriyyəti bu və ya digər 
dərəcədə teoloji xarakter daşımışdır. 
Lakin, o da məlumdur ki, dövlətin  əmələ  gəlməsi prosesi 
dünyanın ayrı-ayrı  ərazilərdə  fərqli formalarda getmişdir. Bu 
baxımdan dövlətin  əmələ  gəlməsinin  Afina, qədim Roma, 
qədim german və qədim Şərq  formaları fərqləndirilir. 
Dövlətin mənşəyinə dair bu nəzəriyyələrin hər biri 
özlüyündə müəyyən həqiqəti əks etdirir. Yəni, tarixən dövlətin 


 188
formalaşmasında iqtisadi, zorakı, təbii-hüquqi, psixoloji, dini 
və s. amillərin rolu olmuşdur. Ona görə  də dövlətə  tərif ve-
rərkən bu amillərin hansısa birinə  əsaslanmaq yox, dövlətin 
ümumi  əlamətlərinə  əsaslanıb ümumi tərif vermək daha məq-
sədəuyğundur. Bu həm də ona görə lazımdır ki, son yüzil-
liklərdə dövlət artıq sinfi və zorakı xarakterindən daha çox 
vətəndaşların hüquq və azadlıqlarını, rifahını, təhlükəsizliyini 
və ədaləti təmin edən xarakteri ön plana keçmişdir. 
Dövləti digər təşkilatlardan fərqləndirən özünəməxsus 
əlamətləri aşağıdakılardar: 
-
 
Xüsusi idarəetmə aparatına malik olması; 
-
 
Müəyyən sərhədlər daxilində əraziyə malik olması;  
-
 
Müəyyən sayda əhali üçün vətəndaşlıq müəyyən etməsi 
(Vətəndaşlıq fərdlərlə dövlət arasında hüquqi əlaqənin 
xüsusi forması olub şəxsin müəyyən dövlətə  mənsu-
biyyətini, onun suveren hakimiyyətinin təsiri altında 
olmasını ifadə edir).  
-
 
Suverenliyə, yəni, müəyyən  ərazidə dövlət hakimiy-
yətinin aliliyinə və müstəqilliyinə malik olması; 
-
 
Ümumi-məcburi davranış qaydalarını müəyyən etməsi; 
-
 
Hüquq-mühafizə orqanlarına, silahlı qüvvələrə  və güc 
tətbiq etmək imkanına malik olması;  
-
 
Əhalidən vergi və b. ödənişlər  toplaması. 
Bütün bunları ümumiləşdirərək dövlətə aşağıdakı kimi tə-
rif vermək olar:  
Dövlət – müəyyən  ərazidə insanlar üzərində ümumi ha-
kimiyyəti həyata keçirən, cəmiyyətin bütövlüyünü təmin edən, 
ümumi-məcburi davranış qaydaları müəyyən edən, bu qay-
daları güc strukturları vasitəsiylə təmin etmək imkanına malik 
olan, vətəndaşların hüquq və azadlıqlarını qoruyan siyasi 
təşkilatdır. 
Dövlət müxtəlif yanaşmalarla  tiplərə ayrılır.  İctimai-
iqtisadi formasiyasına görə  quldarlıq, feodal, burjua 
(kapitalist) və sosialist dövlət tipləri, iqtisadi inkişaf səviy-
yəsinə görə  ənənəvi, keçid, inkişafda olan, yetkinləşmiş   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə