Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   54   55   56   57   58   59   60   61   ...   94

 174
dövlətlərin hakimiyyətlərinə imperialist dövlətlərin təsiri 
nəticəsində onlar biri-biri ilə demək olar ki, düşmən münasi-
bətindədirlər. Həmçinin, Orta Asiyanın türk respublikalarında 
hakimiyyətlərin Rusiya təsiri altında olması  nəticəsində bu 
respublikalar Azərbaycan və Türkiyə ilə yaxın müttəfiqlik 
münasibətləri qura bilmirlər. 
Qeyd olunan qanunauyğunluq əsasən tarixin yeni dövrünə 
aiddir. Belə ki, müasir dövrdə etnik yaxın dövlətlər 
müttəfiqliyə üstünlük verdiyi halda, Qədim və orta çağlarda öz 
ərazilərini genişləndirmək, hegemonluq məqsədiylə eyni millə-
tin dövlətləri də biri-biriləri ilə müharibələr aparmış, düşmən 
münasibətdə  də olmuşlar. Lakin bununla belə, qədim və orta 
əsrlərdə də eyni soydan və dindən olma düşüncəsinin dövlətlər 
arasındakı münasibətlərə müəyyən təsiri olmuşdur. Eyni 
soydan olan tayfaların və ya kiçik dövlət qurumlarının vahid 
dövlətdə birləşməsi hallarını buna misal göstərmək olar. 
-  Əhalisinin milli şüuru zəif olan dövlətlərin imperialist 
qüvvələrin təsiri altına salınmasının asanlığı.  İmperialist 
dövlətlər nisbətən zəif dövlətləri  əsasən həmin dövlətin 
hakimiyyətini ələ almaq vasitəsiylə təsir altına salır. Əhalisinin 
milli şüuru zəif olan dövlətlərdə buna qarşı daxili ictimai-siyasi 
müqavimət yaranmır.  Əhalisinin milli şüuru güclü olan 
dövlətlərdə isə xarici imperializmə qarşı milli hərəkat baş 
qaldırır və imperialist dövlətlər üçün problem yaranır. Ona 
görə  də imperialist dövlətlər təsir altına saldığı  və ya salmaq 
istədiyi dövlətdə milli şüur varsa, onu öldürmək, yoxdursa, 
onun formalaşmasına imkan verməməyə çalışır.   
- Müstəqil dövləti olmayan və ya kiçik dövləti olan azsaylı 
xalqın imperialist dövlətlər tərəfindən rəqabət apardığı digər 
dövlətlərə  təsir vasitəsinə çevrilməsi.  İmperialist dövlətlər 
dövləti olmayan milli azlıqlardan yararlanmaq üçün həmin 
xalqların milli azadlıq hərəkatına dəstək vermək adı ilə bu 
xalqların yaşadığı dövlətə  təsir edir, sıxışdırır, sanksiyalar 
tətbiq edir, zəiflədir, hətta yeri gəldikdə  həmin dövlətin 
ərazisinə qoşun da yeridir. 


 175
Azsaylı xalqların kiçik dövlətləri onsuz da güclü və tam 
mənada müstəqil ola bilmirlər və hansısa güclü dövlətə  sığın-
mağa məcbur olurlar. İmperialist dövlətlər isə belə kiçik dövlə-
ti olan xalqların himayəçisi rolunda çıxış etməklə onların ərazi-
sində qoşun yerləşdirir, öz kapitalını ixrac edir, onun ərazisin-
dən digər rəqib dövlətlərə qarşı istifadə edirlər. Bir sözlə, qeyri 
rəsmi olsa da oranı öz ərazilərinə (müstəmləkəyə) çevirirlər.  
Rus imperiyası zaman-zaman ermənilərdən və digər azsay-
lı  və dövləti olmayan xalqlardan türk dünyasına qarşı istifadə 
etmiş və bu gün də etməkdədir. Hazırda güclü Qərb dövlətləri 
də bu siyasətdən yararlanırlar. 
Bütün bu beynəlxalq qanunauyğunluqları  nəzərə aldıqda 
bir daha görürük ki, hazırda türk xalqlarında milli dövlətlərin 
formalaşması, milli şüurun inkişafı və türk dövlətləri arasında 
inteqrasiyanın və müttəfiqlik münasibətlərinin gücləndirilməsi 
sərbəst və sürətli inkişafımız üçün zəruridir. 
 
 
2. İqtisadi məsələlər 
 
İqtisadiyyat və iqtisadi sistem 
anlayışları 
 
Avropa xalqlarında işlədilən “ekonomi” ifadəsi yunanca 
“oykos”– ev, “nomos”– qayda, qanun sözlərindəndir. Müsəl-
man  şərqində  işlədilən  ərəb mənşəli “iqtisadiyyat” ifadəsi də 
uyğun hərfi mənanı verir.  
İqtisadiyyat anlayışına müxtəlif cür təriflər verilir. Ən 
ümumi mənada iqtisadiyyat – insanların öz həyati tələbatlarını 
ödəmələri üçün onların istehsal fəaliyyətini və bununla bağlı 
olan münasibətləri  əks etdirir. Marksist nəzəriyyəyə görə 
iqtisadi münasibətlər cəmiyyətin bazisidir və ictimai proseslərə 
həlledici təsir göstərir. Hətta ideologiya anlayışı da iqtisadi 
amillərlə  əlaqələndirilir. Yəni, bütün ideologiyaların  əsasında 
məhz iqtisadi məsələnin dayandığı qəbul edilir. 
 


 176
İstehsal, bölgü, mübadilə və istehlak iqtisadiyyatın təməl 
prinsipləri sayılır.  İqtisadiyyatın  əsas məsələsi isə  məhdud 
resurslar  şəraitində insanların sonsuz tələbatlarının təmin 
olunmasıdır. 
İqtisadi sistem (İS) – iqtisadi məhsulun istehsalı, bölüşdü-
rülməsi, mübadiləsi və istehlakı prosesində yaranan əsas 
iqtisadi münasibətlərin formasını  və  məzmununu müəyyən 
edən, tarixən meydana gəlmiş, yaxud müəyyən edilmiş, ölkədə 
işləyən pirnsiplərin, qaydaların, qanunla təhkim edilmiş 
normaların məcmusudur. Yəni, İS hər hansı ictimai quruluşun 
(ictimai-iqtisadi formasiyanın) iqtisadi tərəfini  əks etdirir. 
Tarixən mövcud olmuş hər bir ictimai quruluşun (ibtidai icma, 
quldarlıq, feodalizm, kapitalızm və sosializm) özünəməxsus  
İS-i olmuşdur. Ümumiyyətlə, bazar İS meydana çıxana qədər 
mövcud olmuş bütün İS-lər idarəetmə formasına görə amirlik 
iqtisadiyyatına  (dövlət hakimiyyətinin hökmran mövqeyə 
malik olduğu iqtisadiyyat) aid edilir.   
Müasir dövrdə isə İS-in aşağıdakı formaları mövcuddur:  
-Bazar İS-i; 
-İnzibati amirlik (və ya sosialist) İS-i; 
-Qarışıq İS; 
-Ənənəvi İS.  
Bazar  İS-i. Bazar hələ  qədim dövrdən,  əmtəə  təsərrü-
fatının, yəni mübadilə münasibətlərinin formalaşdığı dövrdən 
meydana çıxmışdır. Lakin, elmi termin kimi bazar İS-i dedikdə 
kapitalizmin inkişafı dövründə formalaşmış İS nəzərdə tutulur. 
Bazar  İS-i özəl mülkiyyətə, azad sahibkarlığa və bazar 
tənzimlənməsinə  əsaslanan iqtisadi sistemdir. Kapitalist mü-
nasibətlərinin formalaşdığı ilkin dövrdə isə, iqtisadiyyatda 
imtiyazlı dövlət hakimiyyəti təbəqələlərinin (hakimiyyət 
sülalələrinin, zadəgan sinfinin) iqtisadiyyat üzərində hökm-
ranlığı mövcud olmuş  və azad sahibkarlıq fəaliyyəti məhdud 
olmuşdur. Rəqabətli bazar sistemi isə məhz burjua-demokratik 
inqilablarından sonrakı dövrdə formalaşmağa başlamışdır. 
Azad sahibkarlıq və azad bazar nəzəriyyəsinin ilk yaradıcıları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə