165
tutumlu sənaye sahələrimizi inkişaf etdirmək
üçün onlardan
öyrənməliyik. Bunun üçün isə Qərb ölkələrinin dilini (xüsusən
ingilis dilini) öyrənməyə məcburuq. Amma hansı miqyasda?
Burada nəzəri cəhətdən iki variant mümkündür:
1. Bütün təhsilli insanlar qarşısında xarici dil
öyrənmək tələbi qoyulur və bu tələbin yerinə yetirilməsi
nəticəsində xarici dil problemi həll edilir. Yuxarıda qeyd
etdiyimiz ənənəvi fikir əslində elə bu variantı ifadə edir.
2. Dövlətin dəstəyi ilə müxtəlif sahələrdə tərcüməçi
kadrlar hazırlanır və onlar inkişafımız üçün zəruri olan
ədəbiyyatları, elmi mənbələri, kompüter proqramlarını və
s. tərcümə edirlər və fəaliyyəti birbaşa xarici dillə bağlı
olan insanlar (xarici dil müəllimləri, tərcüməçilər, xaricdə
təhsil alanlar, diplomatlar və s.) istisna olmaqla digər
təbəqənin xarici dil bilməsinə ehtiyacı qalmır. Bir sözlə,
xalqın xarici dil öyrənməyə olan ehtiyacı minimuma
endirilir.
İndi isə ayrı-ayrılıqda bu variantların tətbiqinin hansı
nəticələrə gətirib çıxara biləcəyini nəzərdən keçirək. Birinci
variantın tətbiqi aşağıdakı nəticələrə gətirib çıxara bilər:
1. Kütləvi surətdə xarici dil öyrənməyə meyl xalqın
assimilyasiya olunmasına, milli şüurun zəifləməsinə şərait
yaradır.
2. Xarici dil bilmək zərurəti ölkədə çoxsaylı yüksək
ixtisaslı kadrların yetişməsi imkanını məhdudlaşdırır.
3. Elmi ədəbiyyatların, dərsliklərin və s. xarici dildə
olması dövlət dilinin mövqeyini zəiflədir, onun inkişafının
qarşısını alır və xarici dil ölkədə “qeyri-rəsmi dövlət dili”
statusunu alır.
4. Maddi marağın təsirindən xarici dil bilən yüksək
ixtisaslı kadrların xaricə axını (xaricə “beyin axını”)
qarşısıalınmaz olur və ölkədə elmi-texniki tərəqqinin getməsi
çətinləşir.
166
5. Xarici firmaların ölkədə fəaliyyəti asanlaşır, ucuz yerli
ixtisaslı kadrlardan istifadə imkanları artır və ölkə
iqtisadiyyatının xarici kapitaldan asılılığı güclənir.
6. Bütün bu proseslər nəticəsində ölkə güclü Qərb
dövlətlərinin mədəni və iqtisadi təsiri altına düşür.
İkinci variantın tətbiqi isə aşağıdakılarla nəticələnə bilər:
1. Elmi ədəbiyyatların, dərsliklərin, kompüter proqram-
larının və s.-nin ana dilimizdə olması dövlət dilinin mövqeyini
xeyli gücləndirir və milli şüurumuzun inkişafına şərait
yaradır.
2. Xarici dil bilmək zərurətinin olmaması ölkədə müxtəlif
sahələrdə yüksək ixtisaslı kadrların yetişməsi imkanını
artırır.
3. Yüksək ixtisaslı kadrların ölkədə qalmasına və onların
ölkənin elmi-texniki və iqtisadi inkişafına xidmət etməsinə
şərait yaranır.
4. Xarici firmaların ölkədə fəaliyyəti və xarici kapitalın
ölkəyə axını məhdudlaşır.
5. Bütün bu proseslər nəticəsində sağlam milli iqti-
sadiyyata malik müstəqil, güclü dövlətin formalaşmasına
şərait yaranır.
Qeyd olunan variantlardan ikincinin daha səmərəli olduğu
göz önündədir. Rusiya, Türkiyə və b. dövlətlərdə məhz bu
yolla dövlət dili xeyli inkişaf etdirilmişdir. Bu gün Azərbaycan
türkcəsi ilə müqayisədə rus dilinin elm və təhsil dili kimi xeyli
öndə olduğu hər kəsə məlumdur. Təsadüfi deyil ki, müxtəlif
sahələrdə elmi mənbə kimi məhz rus
dilində olan ədəbiyyatlara
müraciət olunur. Halbuki, bu mənbələr özləri də Qərb
mənbələrindən tərcümə vasitəsiylə formalaşdırılır. Biz də bu
yolla öz ana dilimizi elm və təhsil dili kimi həmin səviyyəyə
yüksəldə bilmərikmi?
Elm və təhsil dili kimi Türkiyə türkcəsi də xeyli inkişaf
etmişdir, yəni bu dildə kifayət qədər müasir elmi ədəbiyyat
vardır və bu Azərbaycan xalqı üçün böyük bir şansdır. Lakin
nədənsə bu şansdan demək olar ki, istifadə olunmur. Öncə
167
qeyd etdiyimiz kimi,
qardaş ölkədən elmi, bədii və s. ədə-
biyyatların gətirilməsi demək olar ki, “sıfır” səviyyəsindədir.
Halbuki, bu ədəbiyyatları oxumaq üçün xarici dil bilməyə
ehtiyac yoxdur.
Dünya təcrübəsi göstərir ki, heç bir xalq ana dilinin
mövqeyini gücləndirmədən müstəqil və güclü dövlət qura
bilməz. Təsadüfi deyil ki, xarici dilin hakim mövqeyə malik
olduğu
dövlətlər, başqa sözlə, xarici dilin rəsmi dil olduğu və
əhalisinin əksəriyyətinin həmin xarici dili bildiyi dövlətlər
(məsələn, bir çox Asiya və Afrika ölkələri) güclü dövlətlərdən
asılı vəziyyətdə olan və inkişafdan qalmış dövlətlərdir. Və
əksinə, bir inkişaf etmiş güclü dövlət göstərmək olmaz ki,
həmin ölkədə xarici dil hakim mövqeyə malik olsun. Bu gün
Almaniya, Fransa, İtaliya, İspaniya, Yaponiya və s. kimi
inkişaf etmiş güclü dövlətlərdə xalqın elmi biliklərə
yiyələnməsi üçün xarici dil bilməyə ehtiyac yoxdur. Əgər biz
də müstəqil, inkişaf etmiş güclü
dövlətə sahib olmaq
istəyiriksə, mütləq ana dilimizin hakim mövqedə olmasını
təmin etməliyik.
Folklor sahəsində milli siyasətə folklor nümunələrinin
toplanması, tədqiqi və təbliği işlərinə xüsusi dövlət dəstəyinin
verilməsi aiddir.
Tarix sahəsində milli siyasətə millətin həqiqi tarixinin
üzə çıxarılması, bu sahədə tədqiqatların aparılması, düşmən
qüvvələr tərəfindən tarixin saxtalaşdırılmasının qarşısının
alınması, tarixin geniş miqyasda tədrisi və təbliği işlərinə
xüsusi dövlət dəstəyinin verilməsi aiddir.
Kitabın
III bölməsində dilimiz, tariximiz və çoxşaxəli
folklorumuzun mövcud durumu, onların tədqiqi, tədrisi və
təbliği məsələləri haqqında daha geniş danışacağıq.
Milli şüurun formalaşması da dil, folklor və tarix
sahəsindəki milli siyasətlə sıx bağlıdır. Belə ki, millətin dili,
folkloru və tarixi dövlətin xüsusi dəstəyi ilə yüksək səviyyədə
tədqiq, tədris və təbliğ olunduqda istər-istəməz cəmiyyətdə
milli şüur formalaşmağa başlayacaq. Lakin, milli şüurun daha