Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   47   48   49   50   51   52   53   54   ...   94

 153
xidmət edir. Folklor nümunələrinin çoxvariantlılığı da buradan 
yaranır. Həmin dəyişikliklərdən sonra adətən nümunənin ilkin 
variantı  və ilkin müəllifi bilinmir. Aydındır ki, hər fərdi 
yaradıcılıq nümunəsi folklora çevrilə bilməz. Yalnız o nü-
munələr folklora çevrilə bilər ki, insanların həyatına, ba-
xışlarına, onaqədərki ənənələrə uyğun olsun. Bu baxımdan fo-
lklor insan cəmiyyəti yarandığı gündən bu yana “qırılmaz 
zəncir” şəklində inkişaf edir. 
Fikrimizcə, müəllifin dəqiq bilinməməsi nümunənin folk-
lora aid edilməsinin zəruri şərtlərindən biri kimi götürülə bilər. 
Çünki, bu təsadüfi hadisə deyil. Əgər bir yaradıcılıq nümunəsi 
müəllifi bilinmədən  şifahi  şəkildə xalq tərəfindən yaşadılıbsa, 
deməli xalqın ruhuna uyğun olub, xalq onu sınağından keçirib 
və bəyənib, xalq üçün müəllifinin kimliyindən çox nümunənin 
mahiyyəti önəmli olub. Digər tərəfdən, xalq onu müəyyən 
qədər dəyişdirib, cilalayıb, daha da gözəlləşdirir. Bir sözlə, 
xalq o nümunəyə öz müəllifliyini verib. Yox, əgər bir 
yaradıcılıq nümunəsi şifahi şəkildə olsa da, müəllifinin adı ilə 
yaşadılıbsa, deməli xalq ona öz müəllifliyini verməyib və 
folklora aid edilməməlidir. Bəzən səhvən folklor toplularına 
müəllifi dəqiq məlum olan aşıq  şeirlərini (qoşma, gəraylı, 
bayatı  və s.) da daxil edirlər. Bu nümunələrin yalnız forması, 
janrı, yəni yazılış  qaydaları xalq yaradıcılığının məhsulu ola 
bilər, özü isə yox.  
Onu da qeyd edək ki, müəllifin adı müəyyən səbəblərdən 
hətta yazılı  ədəbiyyatda da itə bilər. Bu hallar istisnadır və 
aydındır ki, həmin nümunələr folklora aid edilə bilməz. Yəni, 
müəllifin dəqiq bilinməməsi xalq yaradıcılığı üçün kafi yox, 
zəruri şərtdir. 
Folklorda professional və kütləvi yaradıcılıq  biri-birindən 
fərqlənir. Yaradılmasında yalnız xüsusi sənət, peşə sahiblərinin 
(xanəndələr, aşıqlar, instrumental musiqiçilər, toxucular və s.) 
iştirak etdiyi folklor nümunələri professional (yəni, hansısa 
peşə ilə bağlı) folklor nümunələri sayılır. Lakin bu fərdi 
yaradıcılıq demək deyil, çünki, bu nümunələr çoxsaylı  sə-


 154
nətkarlar arasında dildən-dilə,  əldən-ələ keçərək dəyişilir, ci-
lalanır və ilkin variantı və müəllifi dəqiq bilinmir. Elə folklor 
nümunələri (məsələn, atalar sözləri, məsəllər, bayatılar, rəva-
yətlər, lətifələr, sadə xalq mahnıları, adət-ənənələr  və s.) də var 
ki, onların yaranmasında xüsusi peşə sahiblərinin iştirakı zəruri 
deyil. Belə folklor nümunələri kütləvi yaradıcılığa aid edilir. 
Bəzən yanlış olaraq xalq yaradıcılığı kimi yalnız kütləvi folklor 
qəbul olunur, yuxarıda professional folklora aid etdiyimiz 
nümunələr isə  fərdi yaradıcılığa (müəllif yaradıcılığına) aid 
edilir. Lakin, nəzərə almaq lazımdır ki, yuxarıda da qeyd 
etdiyimiz kimi, xüsusi sənət sahibləri arasında olsa da, həmin 
professional yaradıcılıq nümunələri də  əldən-ələ, dildən-dilə 
keçərək dəyişilir və ictimailəşir, həm-çinin,  şifahi və  ənənəvi 
xarakter daşıyır.  
 Folklorun  cəmiyyətin inkişafında və ictimai münasi-
bətlərin tənzimlənməsində rolu böyükdür. Folklorumuzun 
çoxşaxəli elementləri və cəmiyyətin həyatındakı rolu haqqında 
kitabın 3-cü bölməsində daha geniş məlumat verəcəyik. 
Tarix  də  fərdi iradə ilə yaradılmır, obyektiv ictimai 
qanunlardan asılı olaraq formalaşır və  hər bir millət özü-
nəməxsus tarixə malik olur. Məhz buna görə də dil və folklor 
kimi tarixi də milli varlığı müəyyən edən amillərə, başqa sözlə 
MMD-ə aid edirik. Tarix həm də özünəməxsus ənənələri (tarixi 
ənənələr) formalaşdırır və özündə yaşadır. Beləliklə, hər bir 
millətin özünəməxsus tarixi ənənəsi olur. 
Hər bir millətin dövlətçilik (siyasi) və  mədəniyyət tarixi 
fərqləndirilir. Siyasi tarix qurulmuş dövlətlərin, onların daxili 
və xarici siyasətlərinin, apardığı müharibələrin tarixidir. 
Mədəniyyət tarixi isə dilin və folklorun, bədii ədəbiyyatın, elmi 
nailiyyətlərin, görkəmli şəxsiyyətlərin və s. tarixini ehtiva edir. 
Kitabın III bölməsində tariximizin mövcud durumu, tədqiqi, 
tədrisi və təbliği problemləri haqqında geniş danışacağıq. 
Milli dəyərlər anlayışına alternativ kimi “bəşəri dəyərlər” 
(və ya “ümumbəşəri dəyərlər”) anlayışı da mövcuddur. Bəs 
bəşəri dəyərlər nədir? O milli dəyərlərdən nə ilə  fərqlənir? 


 155
Təəssüf ki, çox vaxt milli və  bəşəri dəyərlər arasındakı 
sərhədlər düzgün müəyyən edilmir, bu anlayışlar biri-birinə 
qarışdırılır. Halbuki, milli-ideoloji məsələlərdə bu dəyərləri 
biri-birindən fərqləndirmək çox vacibdir. Əgər milli dəyərlər 
hansısa millətə aid olan dəyərlərdirsə, bəşəri dəyərlər milli 
mənsubiyyətindən asılı olmayaraq bütün insanlara – bəşəriyyə-
tə aid olan dəyərlərdir. Bəşəri dəyərlərə ilk növbədə elm və 
onun nailiyyətləri daxildir. “Elmin milləti yoxdur” deyimi 
burada tamamı ilə yerinə düşür. Bununla yanaşı müasir dövrdə 
insan haqları, vicdan azadlığı, hətta hüquqi dövlət, demok-
ratiya, söz azadlığı və s. də bəşəri dəyərlər kimi qəbul olunur. 
Milli dəyərlər  əsasən mənəvi xarakter daşıdığı halda, bəşəri 
dəyərlər həm maddi (istehsal olunan məhsullar), həm də 
mənəvi (elmi əsərlər, texnikadan istifadə qaydaları  və s.) 
xarakterdə ola bilər. Bu baxımdan bəşəri dəyərlər Z.Göyalpın  
“mədəniyyət” anlayışına daxil etdiyi dəyərlərə uyğundur. Belə 
ki, həmin dəyərlər fərdi iradə ilə yaradılan, milli varlığı 
müəyyən etməyən və hansısa millətin adı ilə bağlı olmayan 
dəyərlər olduğundan onlar bəşəri xarakter daşıyır.  
Milli ideologiyamızın  əsas prinsiplərində  həm milli, həm 
də  bəşəri dəyərlər ehtiva olunmuşdur. Belə ki, bu prinsipləri 
əks etdirən üçrəngli bayrağımızda mavi rəng (türklük) milli 
dəyərləri, qırmızı rəng (müasirlik) isə məhz bəşəri dəyərləri əks 
etdirir.   
Bəs MMD-lə  bəşəri dəyərlərin və onun əsas ünsürü olan 
elmi-texniki tərəqqinin (ETT) qarşılıqlı  təsiri necədir? Bunlar 
paralel inkişaf edə bilərmi, yoxsa biri digərini inkar edir? ETT-
nin MMD-lərin bir çox ünsürlərini (xüsusən folkloru) sıxış-
dırdığı danılmazdır. Belə ki, məktəblər, icbari təhsil, yazıdan 
və kitablardan kütləvi istifadə, texnoloji yeniliklər, sənayenin 
inkişafı, sənaye sahələrində çalışmaq, iri sənaye  şəhərlərinə 
kütləvi axın (urbanizasiya) və s. insanların həyat tərzini elə 
dəyişdirir ki, yeni nəsil  əsasən kənd həyatında formalaşmış 
müəyyən adət-ənənələrdən, mərasimlərdən, xalq sənəti 
sahələrindən uzaqlaşır, bir çox xalq ədəbiyyatı və xalq musiqisi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə