Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   45   46   47   48   49   50   51   52   ...   94

 147
hansıları  məhz milli varlığı müəyyən edən amillər kimi qəbul 
etmək olar? Bu məsələdə xüsusi mövqeyi olan mütəfəkkir-
lərdən biri milli ideoloqlarımızdan olan Ziya Göyalpdır. O, 
fərdi iradə ilə yaradılmayan dəyərləri (toplum (xalq) 
yaradıcılığını) fərdi iradə ilə yaradılan dəyərlərdən ayıraraq, 
birinciləri “kültür” (və ya “hars”), ikinciləri “mədəniyyət” 
anlayışına daxil etmiş  və milli varlığı  mədəniyyət yox, məhz 
kültürün müəyyən etdiyini demişdir (1.26). Z.Göyalp bu cür 
fərqləndirmə ilə milli varlıq məsələsinə xeyli aydınlıq 
gətirmişdir. Doğrudan da, millət fərd yox, fərdlərin birliyidirsə, 
onun varlığı  fərdi yox, toplum iradəsi ilə yaradılan dəyərlərlə 
müəyyən edilə bilər. Yəni məsələn, fərdi yaradıcılıq 
nümunələri – alimlərin elmi əsərləri, müəllifi olan bədii əsərlər
istehsal olunan maddi nemətlər və s. beynəlmiləl dəyərlərdir və 
milli varlığı müəyyən edə bilməz. Milli varlığı yalnız toplum
 
yaradıcılığının (xalq yaradıcılığının) məhsulu olan dəyərlər  
müəyyən edə bilər.
 
Lakin, hazırda nə Türkiyədə, nə  də 
Azərbaycanda “mədəniyyət” və “kültür” ifadələri Z.Göyalpın 
verdiyi tərifə uyğun mənada həmişə  işlədilmir. Adətən 
“mədəniyyət” ifadəsi ümümi mənada (yuxarıda qeyd olunan 
ümumi tərifə uyğun) işlədilir. Ziya Göyalpın “kültür” 
anlayışına daxil etdiyi (milli varlığı müəyyən edən) ünsürlər isə 
daha çox “milli mədəniyyət”, “milli mənəvi dəyərlər” və s.  
kimi ifadə olunur. Z.Göyalpın “mədəniyyət” anlayışına daxil 
etdiyi ünsürlər isə adətən “sivilizasiya” termini ilə ifadə olunur. 
Lakin necə ifadə olunmasından asılı olmayaraq milli varlığı 
müəyyən edən amillər kimi məhz ictimai yaradıcılığa (“xalq 
yaradıcılığı” anlayışının  ən geniş  mənası) məxsus dəyərləri 
qəbul etmək ən doğrusudur. Bu dəyərlərə isə ilk növbədə dil və 
folklor  (xalq  ədəbiyyatı, xalq musiqisi, adət-ənənələr, 
mentalitet və s.) aiddir ki, onlar da bir fərd tərəfindən 
yaradılmır və tarixi inkişaf prosesində toplum daxilində bir növ 
öz-özünə formalaşır və  nəsildən nəslə ötürülür. Bu dəyərlərin 
varlığı maddi deyil, daha çox mənəvi xarakter daşıyır (məsələn, 
sözlər, adətlər, qaydalar, musiqi və s.) və  əsasən yaddaş 


 148
vasitəsiylə  nəsildən nəslə ötürülür. Ona görə  də bu dəyərlərin 
məhz milli mənəvi dəyərlər (MMD) adlandırılması tamamı ilə 
yerinə düşür. Lakin bu mənəvi dəyərlərin maddi daşıyıcıları 
(yazılar, əşyalar və s.) da ola bilər 
Millət ortaq mənəvi dəyərlərə malik insanların məhz  ən 
böyük birlik forması kimi qəbul olunur. Aydındır ki, bu birlik 
forması birdən birə yaranmamışdır. Millətlərin meydana 
çıxmasına qədər tarixən ortaq mənəvi dəyərli insanların daha 
kiçik birgə yaşayış formaları – qəbilələr  və  tayfalar mövcud 
olmuşdur.  
Qəbilələr ibtidai icma quruluşunda (İİQ) qohum ailələrin 
birgə yaşayışı  nəticəsində meydana çıxmışdır.  İİQ-da 
qəbilələrin meydana çıxması təxminən orta paleolit dövründən 
(e.ə. 100-30-cu minilliklər) götürülür. Ərazi və  mənəvi 
dəyərlərə (dil və  ənənələr) görə yaxın olan qəbilələrin 
birləşməsi (təsərrüfatla birgə  məşğul olması) nəticəsində isə 
tayfalar meydana çıxmışdır. Yaxın tayfaların birləşməsi 
nəticəsində isə  tayfa birlikləri  və millətlər formalaşmışdır. 
Tayfa və tayfa birliklərinin formalaşması  həmçinin dövlətin 
ilkin ünsürlərinin (xüsusi mülkiyyət, siniflər, təbəqələşmə  və 
s.) meydana çıxması ilə müşahidə olunmuşdur. Millətin 
foralaşmasını  həmçinin, insan birliyinin “topluluq”dan daha 
mükəmməl formaya – “toplum”a (“cəmiyyət”ə) çevrilməsi ki-
mi də qiymətləndirirlər (1.26. və s.).  
Millətə siyasi birlik forması kimi yanaşma Qərbi Avropa 
yanaşması (fransız alimi E.Renan və b.) da adlanır. Bu 
yanaşma kifayət qədər ziddiyyətlidir və zaman-zaman hakim 
millətlərin  şovinizminə, imperializminə  və assimilyasiya 
siyasətinə bəraət qazandırmışdır (1.47). 
Millətə etnik-siyasi birlik forması kimi yanaşıldıqda  milli 
dövlətçilik və milli şüur  (bu anlayışlar haqqında bir az sonra 
geniş  məlumat verəcəyik) milli varlığın zəruri ünsürü kimi 
müəyyən edilir. Belə ki, milli dövlətçiliyi olmayan və milli 
şüuru formalaşmamış etnik birliklərin “millət” adlandırılması 
doğru sayılmır. Bu cür etnik birlikləri “millətləşməmiş”, “mil-


 149
lətə çevrilməmiş” xalqlar (və ya “milliyyət”lər) adlandırırlar. 
Millət haqqında marksist, modernist və başqa bir çox 
nəzəriyyələr  əsasən etnik-siyasi yanaşmaya uyğundur. Həmin 
nəzəriyyələrdə eyni zamanda millətlər (və milli dövlətlər) – 
kapitalizmin (həmçinin ETT-nin), “millətə çevrilməmiş xalq-
lar” (və ya “milliyyət”lər, etnoslar) isə – feodalizmin məhsulu 
hesab olunur.  
Lakin etnik-siyasi yanaşma da kifayət qədər ziddiyyətlidir 
və xeylı mübahisə doğurur və fikrimizcə, məsələni daha da 
mürəkkəbləşdirir. Belə ki, bu gün öz dili və folkloru ilə 
fərqlənən, öz adı ilə tanınan, kifayət qədər saya malik, lakin  
milli dövlətçilik tarixi olmayan etnoslar (qaraçılar və s.) vardır 
ki, onları millət adlandırmamaq düzgün olmaz. Həmçinin, 
kapitalist münasibətlərinin meydana çıxmasına qədər də 
yetərincə inkişaf etmiş etnoslar, onların öz mənəvi dəyərlərinə 
söykənən dövlətləri və fərqli etnik kimlik düşüncələri mövcud 
olmuşdur. Yəni, qədim və orta çağlarda da millətlərin mövcud 
olduğunu danmaq olmaz. Bir sözlə, millətlərin varlığını siyasi 
(dövlətçilik), sinfi, elmi-texniki, ictimai quruluş və s. amillərlə 
deyil, məhz etnik amillərlə (mənəvi dəyərlərlə) müəyyən etmək 
daha düzgündür. 
Hər bir millətin formalaşdığı dövrdən bu yana onun bir 
inkişaf yolu – tarixi mövcud olur ki, bu da dil və folklor kimi 
fərdi iradə ilə yaradılmayan, mənəvi xarakter daşıyan və 
bununla da milli varlığı müəyyən edən amildir. Deməli dil və 
folklor kimi  tarix də MMD-in bir ünsürüdür. Beləliklə, MMD-
in üç böyük ünsürünü müəyyən etmiş oluruq: dil, folklor  
tarix.  Bu baxımdan millətə aşağıdakı kimi tərif verə bilərik: 
Millət – vahid dilə, folklora və tarixə malik ən böyük in-
sanlar toplumudur. 
Millət anlayışına yaxın mənalı “etnos” və “xalq”  termin-
ləri də məlumdur. Bəs bu anlayışlar necə başa düşülməlidir? 
Etnos (yunanca “etnos” – “xalq” deməkdir) anlayışını bö-
yüklüyündən asılı olmayaraq ortaq mənəvi dəyərlərə malik 
insanların istənilən birliyini ifadə edən ümumi anlayış kimi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə