141
Son illər Güneyin azadlığı və Azərbaycanın bütövlüyü
uğrunda ictimai-siyasi fəaliyyət daha da canlanmışdır. Belə ki,
bu yöndə yeni təşkilatlar ( Bütöv Azərbaycan Gənclər
Təşkilatı – BAGT (2009), Bütöv Azərbaycan Ocaqları –
BAO (2011), Uluslararası Güney Azərbaycan Konseyi –
UGAK (2012, bu təşkilat haqqında bax, səh-57) və s.) yaran-
mış, Güney mövzusunda keçirilən ictimai-siyasi və mədəni təd-
birlərin sayı və bu mövzuda informasiya mübadiləsi artmağa
başlamışdır.
4. Türk millətçiliyində üçlü sistem
Türk millətçiliyinin formalaşdığı dövrdən bu günə qədər
üç əsas prinsip bir sistem şəklində bu ideologiyanın özülündə
dayanmışdır : Türklük, Müasirlik, İslam. Mahiyyətcə bu üçlü
sistemə uyğun ilkin fikirlərə XIX əsr Azərbaycan (H.Zərdabi,
S.Ə.Şirvani, C.Əfqani və b.) və Osmanlı (Əli Suavi, İ.Şinasi və
b.) maarifçilərində rast gəlmək olar. Sonradan bu ideoloji
prinsiplər artıq bir şüar şəklində Ə.Hüseynzadə, Z.Göyalp,
M.Ə.Rəsulzadə və b. ideoloqlar tərəfindən inkişaf etdirilmiş və
türk millətçiliyinin ən ümumi prinsipləri kimi təsbit olun-
muşdur. Hətta ilk türk respublikası olan Azərbaycan Xalq
Cümhuriyyətinin dövlət bayrağında da həmin prinsiplər uyğun
olaraq mavi, qırmızı və yaşıl rənglərlə öz əksini tapmışdır. Bu
gün də həmin üçrəngli bayraq respublikamızın dövlət rəmzidir.
Tarixi təcrübə bu üç prinsipin nə qədər doğru və mükəmməl bir
sistem təşkil etdiyini sübut etmişdir.
Birinci prinsip olan türklük – türk milli varlığını qoru-
maq, yaşatmaq və yüksəltməyi, milli şüura və milli dövlətə sa-
hib olmağı əks etdirir. Belə ki, burada türk dili, türk folkloru və
türk tarixinin qorunması, yaşadılması və yüksəldilməsi ilə türk
milli varlığını yüksəltmək, milli şüura sahib güclü, bütöv bir
millətə çevrilmək nəzərdə tutulur. Bu proses başqa millətlərin
milli haqlarına toxunmamaq şərti ilə həyata keçirilməlidir.
142
Aydındır ki, milli varlığı qorumaq, yaşatmaq və yüksəltmək
bütün millətlərin milli ideologiyasinin baş prinsipidir.
İkinci prinsip olan müasirlik – elmi-texniki tərəqqi, iqtisa-
di inkişaf, hüquqi-demokratik və dünyəvi dövlət quruculuğunu
əks etdirir.
Bəzən müasirlik anlayışı yanlış mənalarda qəbul olunur və
müasirlik məsələsi daim mübahisələrə səbəb olur. Ərəb mənşə-
li “müasir” sözü hərfi mənada çağdaş, əsrə/dövrə uyğun, indiki,
bugünkü mənasını verir. Bu mənada bu gün nə mövcuddursa
ona müasir demək olar: müasir (bugünkü) Afrika, müasir
(bugünkü) Əfqanıstan, müasir (bugünkü) Avropa və s. İdeoloji
baxımdan isə, “müasir” sözü fərqli məna daşıyır. Bu mənada
inkişafdan geri qalmış xalqlar (məsələn, bəzi Afrika qəbilələri),
dini təmayüllü və ənənəvi idarəçiliyə malik dövlətlər (İran,
Əfqanıstan, Vatikan, bəzi Afrika və Asiya ölkələri və s.)
müasir sayılmır. Göründüyü kimi, ideoloji mənada “müasirlik”
anlayışı inkişaf anlayışı ilə bağlıdır. İnkişafın əsas göstəri-
cilərinə isə elmi-texniki və iqtisadi tərəqqi, hüquqi, demokratik
dövlət quruculuğu və s. daxildir. Yəni, milli ideologiyamızdakı
müasirlik prinsipi elmi-texniki və iqtisadi tərəqqidə, hüquqi,
demokratik dövlət quruculuğunda inkişaf etmiş dünya ilə
ayaqlaşmağı əks etdirir. Qeyd olunan göstəricilərə görə dün-
yanın üç böyük inkişaf mərkəzi mövcuddur: Şimali Amerika
(ABŞ və Kanada), Qərbi Avropa (Avropa Birliyinin aparıcı
dövlətləri: Almaniya, Böyük Britaniya, Fransa, İtaliya) və
Şərqi Asiya (Yaponiya və Cənubi Koreya). Bu mərkəzlərdən
bizə ən yaxını Avropa olduğundan “müasirlik” prinsipini
“Avropalaşma” kimi də ifadə edirlər. Yəni elmi-texniki və
iqtisadi inkişafda, hüquq sistemində, demokratik cəmiyyət
quruculuğunda Avropa dövlətləri bizim üçün nümunədir və biz
onların təcrübəsindən yararlanmalıyıq. Bu zaman milli mənəvi
dəyərlərimizi qorumaq zəruri şərtdir. Belə ki, dövlətimizi
gücləndirmək və inkişaf etdirmək üçün Avropadan yalnız elmi-
texniki tərəqqini, təhsil, iqtisadiyyat və hüquq sistemini,
demokratiyanı götürməliyik, onların milli mənəvi dəyərlərini
143
yox. Təəssüflər olsun ki, millətimizə düşmən olan qüvvələr
tərəfindən belə bir təbliğat aparılır ki, guya bizim milli mənəvi
dəyərlərimiz (ailə ənənələrimiz, hətta musiqimiz, dilimiz,
geyimimiz) inkişafımıza mane olur. Düşünülmüş şəkildə belə
bir fikir aşılanır ki, guya Avropa kimi inkişaf etmək üçün məhz
Avropa xalqlarının milli mənəvi dəyərlərini götürməliyik.
Hətta bu gülünc fikri “elmi cəhətdən əsaslandırmağa” da ça-
lışırlar, hətta insanlarımızı inandırıb, onlarda aşağılıq kom-
pleksi yaratmağa da nail olurlar. Guya milli dəyərlərimiz müa-
sirliyə və inkişafa ziddir, inkişafa nail olmaq üçün Avropa
xalqlarının milli dəyərlərini də qəbul etməliyik. Yəni, məsələn,
qadınlar açıq-saçıq giyinməli, ailə ənənələrinin “buxov”undan
azad olmalı, insanlar xarici dildə danışmalı, əcnəbi musiqiyə
qulaq asmalıdırlar və s. Bir sözlə, milli varlığımızı itirməliyik.
Bütün bunların adını “müasirlik”, milliliyın adını isə “gerilik”
qoymaqla mənəvi-psixoloji üsulla düşüncəmizə təsir göstərilir
və insanlarda yanlış müasirlik düşüncəsi yaradılır. Əslində isə
belə “müasirləşmə” yalnız əsarətə və geriliyə səbəb ola bilər.
Bu məsələ haqqında kitabın növbəti bölmələrində daha geniş
danışacağıq.
Üçüncü prinsip olan islam – türk millətinin əsrlərdən bəri
qəbul etdiyi və şüurunda yaşatdığı islam dininin dəyərlərini
qoruyub-yaşatmaq və yüksəltməyi əks etdirir. Lakin bu dini
təmayüllü dövlət qurmağı nəzərdə tutmur. Əksinə, dini dövlət
qurmağın (dini ehkamların qanunla məcburiləşdirilməsinin)
dinin əsl mahiyyətinə zidd olduğu qəbul olunur.
Bəzən islam prinsipinin də mahiyyəti düzgün başa
düşülmür, belə ki, bu prinsipi türklüyə və ya müasirliyə bir
alternativ kimi qəbul etməklə sistemin ziddiyyətli olduğunu
iddia edirlər. Əslində isə cəmiyyətin milli və dini mənsubiyyəti
biri-birinə heç vaxt alternativ ola bilməz, əksinə onların paralel
mövcud olması labüddür. Bu məsələyə növbəti bölmədəki
“dini məsələlər” məqaləsində geniş toxunacağiq.
Milli ideologiyamızın görüşlər sistemində ayrı-ayrı məsə-
lələri araşdırdıqca bu üçlü sistemin mahiyyəti və əhəmiyyəti
Dostları ilə paylaş: |