|
Microsoft Word esh mitci doc
132
yurd) sevgisidir. Xatırladaq ki, diyar sevgisi insan varlığına
xas olan, sosial çevrədən daha çox fərdlərin şüuraltındakı
xatirələrindən irəli gələn tamamı ilə təbii və normal bir
duyğudur. Milli dəyərlər üzərində köklənmiş düzgün təlim-
tərbiyə, milli ideologiya və onun təbliği, bir sözlə, sosial
çevrədən gələn təsir təbii diyar sevgisini şüuraltı sahədən şüur
sahəsinə çıxararaq bütün ölkəni içərən Vətən eşqinə çevirə
bilər. Yəni əslində Vətən eşqi diyar sevgisindən – insanın
doğulub boya-başa çatdığı bölgəyə məhəbbətindən başlayır.
Lakin burada sosial çevrədən gələn təsirin xarakterini
unutmaq olmaz. Həmin təsirin xarakteri güdülən siyasi
hədəflərdən asılıdır...
Yalnız öz şəxsi, yaxud qrup mənafeyini güdən bəzi
siyasətbaz qüvvələr ...yerliçiliyi qabardaraq hədəfə çevirməyə
çalışırlar. Təbii diyar sevgisini istismar edən bu siyasətbazlar
ölkənin bütünlüyünü zədələyər və ölkədəki ayrı-ayrı bölgələri
üz-üzə qoyaraq vahid Vətən siyasi anlayışının tam oturuşma-
sına ciddi zərbə vurar.
Bəzi qüvvələr də müstəmləkəçi imperiya siyasəti yürüdərək
ayrı-ayrı ölkələri eyni bir çatı altında toplamağa və vahid
Vətən kimi göstərməyə can atırlar. Təbii ki, bu müstəmləkəçi
imperiya siyasəti də milli Vətən anlayışına qarşıdır.
Millətləşmə sürəci isə nə ayrı-ayrı diyarları, nə də
imperiya ərazisini yox, məhz milli Vətəni hədəfə çevirər. Milli
Vətən millətin kollektiv şurunda toplanmış sosial hafizənin –
qan yaddaşının dayağıdır...
Coğrafiyadan Vətənə keçid millətin yaranmasının coğrafi
şərtidir. Bu şərtin gerçəkləşməsində iki amili mühüm rol
oynayır: 1. Toplum üzvlərinin mütləq çoxluğunda təkcə öz
böyüyüb boya-başa çatdığı bölgəyə yox, bütün ölkəyə yönəlik
özəl bağlılıq hissinin və vazkeçilməz duyğusallığın – Vətən sev-
gisinin formalaşması; 2. Vətən sevgisinin şüur sahəsinə
çıxarılaraq dərk edilməsi və insanlarda yüksək vətən şüurunun
yaranması.
133
Bu bölmədə daha sonra fars şovinizmi tərəfindən
qondarma “İran” anlayışının Vətən kimi qəbul etdirilməsinin
heç bir əsası olmaması tarixi faktlarla göstərilir və Azərbaycan
türkləri üçün məhz Bütöv Azərbaycanın vahid Vətən anlayışı
kimi formalaşmasının vacibliyi vurğulanır:
Bütöv Azərbaycan Vətəni anlayışının oturuşub sabit-
ləşməsi və əlli milyonluq Azərbaycan türklüyünün şüuruna
hakim kəsilməsi millətləşmə sürəcimizi tamamlayar, xalqımızı
milli şəxsiyyətə çevirər və Müstəqil, Bütöv, Demokratik
Azərbaycan idealımızın gerçəkləşməsində həlledici rol
oynayar. Bu gerçəkliyi unutmamalı və milli kimlik şüurumuzun
biçimlənməsində Vətən Amilinə özəl diqqət yetirməliyik.
Məramnamənin “Milli kimlik şüurumuzun biçimlənmə-
sində ülkü amili” bölməsində deyilir:
...dil, tarix, mədəniyyət, Vətən və s. kimi amillər nə qədər
ciddi önəm daşısalar da, bir toplumun millətə çevrilməsi
ülküsüz – məfkurəsiz mümkün deyil.
Digər amillərin biçimləndirdiyi milli kimlik şüuru dünəni
dəyərləndirib bu günü anlamağa imkan verir, milli kimlik
şüurunu tamamlayan ülkü amili isə sabaha yönəlik həyat
xəritəsi olub, toplumun hara gedəcəyini, niyə gedəcəyini, necə
gedəcəyini, nə ilə gedəcəyini və s. göstərir...
...Milli ülkü toplumun sabahına işıq salan və onun həyat
yolunu aydınlandıran yaradıcı qüvvədir...
...Milli ülkü varılası hədəfləri və bu hədəflərə aparacaq
yolları əks etdirən sistemli düşüncə və fəaliyyətlərin ölçülüb-
biçilmiş planıdır. Toplumun sabaha yönəlik hədəfləri çox ola
bilər. Başlıca məsələ bu hədəflərin ən mühümlərini doğru
təsbit etmək və həmin mühüm hədəflərin toplum tərəfindən
bilinib-dərk edilməsinə və toplum üzvlərinin böyük çoxlu-
ğunu hərəkətə gətirən daxili generatora çevrilməsinə nail
olmaqdır. Çoxsaylı hədəflər içərisindən ən mühümləinin seçilib
toplumda geniş yayılmasına nail olmaq milli ülkünün əsas
şərtlərindən biridir. Ən mühüm hədəflərin seçilməsi toplumun
düşdüyü şəraitdən asılı olaraq dəyişkən xarakter daşıyır.
134
Toplum üçün hər yeni şəraitə uyğun yeni hədəf aktuallıq
qazanıb önə çıxa bilər. Bir hədəf əldə olunduqdan sonra başqa
hədəf ortaya çıxacaq və beləliklə də hədəflər bitməyəcək.
Hədəflərin bitməsi istər insan üçün, istərsə də toplum üçün
yalnız ölüm halında mümkündür. Yaşayan, canında güc və
enerji olan insanın, yaxud toplumunsa hədəfləri bitə bilməz.
İndiki anda Azərbaycan türklərinin əlli milyonluq vahid
bir toplum olaraq ən mühüm hədəfi və milli ülküsünün təməli
istiqlaliyyətdir. Bu mühüm istiqlaliyyət hədəfi XX yüzilliyin
əvvəllərində böyük öndərimiz M.Ə.Rəsulzadənin başçılığı ilə
təsbit olunmuş və həmin hədəf üzərində biçimlənən milli
ülkümüzə müsavatçılıq adı verilmişdir. Azərbaycan türklüyünə
müsavatçılıq milli ülküsünü qazandıran böyük şəxsiyyət-
lərimizin fikrincə:
“Müsavatçılıq böyük türk mədəniyyətinə bağlı, milli,
mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cüm-
huriyyət və istiqlal ideyasına sadiq Azərbaycan vətən-
sevərliyidir”.
Lakin müsavatçılıq dəyişməz, donuq və durğun yox, əksinə,
çevik, yeni şərtlərə uyğun gəlişə bilən, dinamik bir milli ülkdür.
Unudulmasın ki, artıq günümüz üçün cümhuriyyət anlayışı
qazanılmış bir davadır və dövlətimizin cümhuriyyət şəklində
olmasına heç kim etiraz edə bilməyəcəyi üçün müsavatçılığın
tanımlanmasında bu anlayışa yer verilməsinə ehtiyac yoxdur.
Həmçinin günümüzdə demokratiya anlayşı öz məzmu-
nunda hürriyyət, azadlıq, bərabərhüquqluluq, sosial ədalət,
qanunun aliliyi, hüququn üstünlüyü və s. kimi anlayışları da
içərdiyinə görə daha uğurludur və dövrümüzün şərtlərindən
irəli gələrək işlədilməsi daha düzgündür.
Nəhayət nəzərə alaq ki, Ə.Elçibəy tərəfindən siyasi
müstəviyə gətirilən Bütöv Azərbaycan idealı çağımızda
aktuallıq qazanaraq önə çıxmış və milli ülkümüzün ikinci ən
mühüm hədəfinə çevrilmişdir. İstiqlaliyyət və Bütövlük
Azərbaycan türklüyünün biri-birini tamamlayan iki ən mühüm
hədəfidir və qətiyyən vahid milli ülkümüzdən – müsavatçılığı-
Dostları ilə paylaş: |
|
|