Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   42   43   44   45   46   47   48   49   ...   94

 138
arasında milli məfkurəmizin təməl dəyərlərinə  əsaslanan 
uzlaşmanın – konsensusun yaradılması. 
Milli bütünləşmə siyasətimizin sosial-iqtisadi yönü ilə 
bağlı bu iki xəttə dair BAB-ın görüşü aşağıdakılardır: 
Qədim türklərin dünyagörüşündə toplum fəlsəfəsində  xü-
susi ilə ümuminin uyumlu (ahəngdar) vəhdəti həlledici önəm 
daşımışdır. Bu fəlsəfədə  nə mütləq xüsusi mülkiyyət, nə  də 
mütləq ümumi mülkiyyət qəbul edilirdi. Əksinə xüsusi mülkyyət 
məqbul sayılırdı, lakin onun mühüm bir qismi ümuma verilməli 
idi ki, toplumda sosial müvazinət qoruna bilsin. 
...Sonralar  milli təsanüd – solidarizm adlandırılmış bu 
düşüncə sistemi qədim türklərdə “ülüş” anlayışı ilə ifadə 
edilirdi. ...türk törəsinin  ən ciddi normalarından birinə 
çevrilib  əməl edilməsinə ciddi diqqət yetirilən ülüş sistemi 
qədim türklərin həyat tərzindən doğmuşdur.  İlk öncə savaşda 
qazanılan hərbi qənimətin bütün topluma paylanması üzərində 
qurulmuş ülüş anlayışı zaman-zaman üç formada gerçəkləş-
dirilirdi:  1. Yağma forması... 2. Xeyriyyəçilik forması... 3. 
Vergi forması... 
Türk ülüş sisteminin əsas dəyərlərindən biri iməcilik idi... 
BAB-ın fikrincə milli mədəniyyətimizin iməcilik anlayışını 
və ülüş milli təsanüd sisteminin xeyriyyəçilik, özəlliklə  də 
ədalətli vergi anlayışlarını geniş öyrənib-öyrətmək, topluma 
tanıtmaq və bu milli dəyərlərimizin əlli milyonluq Azərbaycan 
türklüyünə – yönverici sosial status qazanmasına nail olmaq 
gərəkdir... 
İkinci xətlə siyasi qüvvələrin milli məfkurəmizin təməl də-
yərləri əsasında uzlaşması ilə BAB belə hesab edir ki, bu uzlaş-
ma məhz milli təsanüd – solidarizm üzərində qurulma-lıdır. 
Milli məfkurəmizin – müsavatçılığın  əsasında milli təsa-
nüd durur. Milli təsanüd Bütöv Azərbaycan dövlətçiliyinin fəl-
səfi  əsasıdır və bu fəlsəfi  əsas  əlli milyonluq Azərbaycan türk 
toplumunun siyasi, iqtisadi, sosial, mədəni sahələri üçün təməl 
təşkil edir. 


 139
...Milli hakimiyyətin yönəldəcəyi Müstəqil, Bütöv, Milli 
Azərbaycan dövləti və bu dövlətin milli təsanüd üzərində quru-
laraq demokratik, dünyəvi (laik), sosial bir hüquq dövlətinə 
çevrilməsi yeganə qurtuluşumuzdur. 
...Məhz  ...milli mədəniyyət dəyərlərimizə  və istiqlaliyyət, 
bütövlük kimi ortaq ideallarımıza söykənməklə siyasi qüvvələ-
rimizin uzlaşması mümkündür... 
Məramnamənin “Milli bütünləşməmizin siyasi-ideoloji 
yönü” bölməsində deyilir: 
BAB belə hesab edir ki, əlli milyonluq Azərbaycan 
türklüyünün milli bütünləşməsində xalqımızın siyasi qüvvələri 
arasında siyasi-ideoloji bütövlük həlledici şərtlərdən biridir. 
...Bəziləri yalnız  fərdin azadlğını  əsas götürür və  liberal 
dəyərlər təməlində uzlaşaraq ayrıca bir qütbə çevrilir. Bu qütb  
...cəmiyyətin liberallaşması uğrunda mübarizə aparır. 
Bəziləri üçün əsas məsələ əzilən fəhlə sinfinin azadlığıdır. 
Yalnız sosial dəyərlər təməlində uzlaşaraq bir qütbə çevrilən 
bu insanlar ...cəmiyyətdə proletariatın hakimiyyətini qurmaq 
istəyirlər.  
Bəziləri  ümməti qabardır və  dini dəyərlər təməlində 
uzlaşaraq ayrıca bir qütbə çevrilir, cəmiyyətdə dini hakimiyyət 
yaratmağı üstün tuturlar. 
Bəziləri  millətin azadlığını  əsas götürür və  milli mənafe 
təməlində uzlaşaraq ayrıca bir qütbə çevrilir, millətin imperiya 
əsarətindən qurtulub öz müstəqil dövlətini qurması və öz milli 
hakimiyyətini yaratması uğrunda mübarizə aparır. 
Bəziləri də  nəliyindən asılı olmayaraq, yalnız  mövcud 
olanı qorumağa, mühafizə etməyə can atırlar və s.  
...bir xalq üçün yalnız öz müstəqil milli dövləti daxilində 
sinfi bütünləşmənin xeyri ola bilər; imperiya daxilində isə sinfi 
bütünləşmə ən uzağı imperiyanın cildini, rəngini dəyişər, lakin 
mahiyyət eyniylə qorunar və sinfi bütünləşmə  də bu imperiya 
mahiyyətinin qorunmasına xidmət edən ideoloji bağa çevrilər. 
 Azərbaycanın güneyində ümməti qabardaraq dini dəyərlər 
təməlində uzlaşıb bütünləşdik, ancaq nəinki problemlərimiz 


 140
çözülmədi,  əksinə bir az da artdı  və gördük ki, şah dövrünün 
“vahid  İran xalqı”nda olduğu kimi molla dövrünün “vahid 
müsəlman ümməti”ndə  də panfarsizm hakimdir, türk milli 
varlığı isə məhvə məhkumdur.  
Xalqımızın siyasi qüvvələri içərisində panfarsizmin hakim-
liyini hansı formada olursa-olsun qorumağa çalışan mühafizə-
karlar da, fərdlərin azadlığını əsas alıb müəyyən yumşalma və 
milli-mədəni haqlar istəyən liberallar da var. Lakin əlli mil-
yonluq Azərbaycan türklüyünün düşdüyü bu dözülməz acına-
caqlı durumda gerçəkdən xalqımızı düşünən, onun halına ya-
nan və  çıxış yolu arayan həqiqi siyasi qüvvələr üçün yeganə 
doğru yol millət təməlindən çıxış etməkdir... 
...Ona görə  də xalqımızın gerçək siyasi qüvvələrinin baş-
lıca hərəkət nöqtəsi  əlli milyonluq Azərbaycan türk milləti 
olmalı və məhz millətin azadlığı əsas götürülərək milli mənafe 
təməlində uzlaşılmalıdır. 
Milli mənafe təməli milli hədəfləri də ortaya qoyur: çağdaş 
Azərbaycan üçün bu milli hədəflər  Müstəqil, Bütöv, De-
mokratik Azərbaycan hədəfləridir. 
...Çeşidli toqquşmaların məngənəsində  əzilib məhv 
olmamaq, bir xalq kimi öz milli varlığımızı qoruyub gəlişdirə 
bilmək üçün xalqımızın siyasi qüvvələri milli mənafe və milli 
hədəflər təməlində uzlaşıb siyasi-ideoloji bütövlüyə qovuşmalı 
və  əlli milyonluq Azərbaycan türklüyünün milli bütünləşmə 
sürəcini həyata keçirməlidir... 
1997-ci ildə  əsasən xaricdə yaşayan Azərbaycanlıları 
özündə birləşdirən daha bir təşkilat – Dünya Azərbaycanlıları 
Konqresi (DAK) yaradıldı. Bu təşkilat da öz fəaliyyətində 
Güney Azərbaycanın azadlığı  və  vətənimizin bütövlüyünü 
uğrunda mübarizəni  əsas götürüb. BAB və DAK-da həm Qu-
zeydən, həm də Güneydən olan hərəkatçıların birgə  fəaliyyət 
göstərməsi fars şovinizminə qarşı milli azadlıq mübarizəsində 
Quzey və Güney cəbhələrinin birləşməsi istiqamətində mühüm 
addım olmuşdur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə