Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   39   40   41   42   43   44   45   46   ...   94

 129
Əslində  “İran” adlandırılan dövlət yalnız 1925-ci ildən 
sonra bir fars dövlətinə çevrildi və 1925-ci ilədək onun fars 
dövləti kimi götürülməsi sırf siyasi məqsədlərdən irəli gələn 
şüurlu saxtakarlıqdır. 
- Azərbaycan türklərinin Qacar Dövlətini farslara “bağış-
lamaqla” bir tərəfdən Qacarların mərkəzləşdirmə siyasətləri 
təhrif olunaraq yadelli işğalçıların Azərbaycana basqını kimi 
təqdim edilir, digər tərəfdən isə, mərkəzdənqaçan qüvvələrin – 
Azərbaycan xanlıqlarının öz hakimiyyətlərini qorumağa 
çalışmaları az qala Azərbaycan xalqının istiqlaliyyət uğrunda 
mübarizəsi kimi qələmə verilir...    
    “Milli kimlik şüurumuzun biçimlənməsində mədəniyyət 
amili” bölməsində deyilir: 
İnsanların yaratdığı bütün maddi və  mənəvi dəyərlərin 
cəmi mədəniyyət sayılır. Lakin insan toplumdan qıraqda 
yaşamadığı üçün onun yaratdığı  mədəni dəyərlər öncə öz 
toplumunun milli mədəniyyətinə aid olur, sonra isə bu 
dəyərlərin müəyyən qismi başqa toplumlar tərəfindən də 
mənimsənilərək ümumiləşir və dünya mədəniyyətinə daxil 
edilir... 
...milli mədəniyyət bir toplumun düşüncə sistemi, maddi-
mənəvi dəyərləri və həyat tərzinin ahəngdar bütünüdür. 
...milli mədəniyyəti toplum yaratsa da, toplumun 
formalaşıb millətə çevrilməsində, vahid bir millət olaraq 
yaşamasında və yüksəlməsində milli mədəniyyət çox önəmli rol 
oynayır. 
...Tarixi təcrübə göstərmişdir ki, hərbi, siyasi və iqtisadi 
baxımdan işğala uğrayan toplumlar öz milli mədəniyyətləri 
səbəbinə özlərini qoruya və anı çatanda imperiyanın hərbi, 
siyasi və iqtisadi ağalığından qurtula bilirlər. Lakin milli 
mədəniyyətin ortadan qaldırılması – yabançılaşdırılması kütlə-
vi manqurtlaşma yaradır və bu kültür imperializminin 
ağalığından qurtula bilmək çox çətin məsələdir. ...Kültür 
imperializminə boyun əyib öz milli mədəniyyətini itirmiş 
toplumlar əbədi əsarətə məhkumdur. ...İllər uzunudur ki, milli 


 130
mədəniyyətimizin düşüncə sistemi yox sayılaraq ört-basdır 
edilir, maddi-mənəvi dəyərlərimiz önəmsizləşdirilərək kiçil-
dilir, həyat tərzimiz təhqir olunaraq aşağılanır. Məqsəd 
xalqımızda öz milli mədəniyyətinə qarşı  aşağılıq kompleksi 
formalaşdırmaq, imperiya ağalarının hakim mədəniyyətinə 
heyran kəsilməyimizə  və öz ayranımıza turş deyib bəyən-
məməyimizə, yabançılaşıb manqurtlaşmamıza nail olmaqdır. 
Çünki aşağılıq kompleksinə  uğramış insanlarımız özlərinin 
Azərbaycan türkü olmasından utanacaq, sıxılıb əzab çəkəcək və 
bu  əzabdan qurtulmaq üçün assimilyasiyaya könüllü boyun 
əyəcək, hətta özlərinə haqq qazandırmaq üçün imperiya 
ağalığından daha artıq milli varlığımıza düşmən kəsiləcəklər. 
Sapı özümüzdən olub ruslaşan, yaxud farslaşan manqurt-
larımızın Azərbaycan türk milli varlığına qarşı üzdəniraq 
əməlləri məhz buradan doğmuşdur.  
...aşağılıq kompleksinə  uğradılaraq çaşdırılan ...toplum-
ların assimilyasiyadan qurtulmaqda yeganə doğru çıxış yolu 
böyüklük kompleksinə sarılmaqdır. Böyüklük kompleksi 
toplumun öz milli mədəniyyətini qoruyub daha da gə-
lişdirməsində çox mühüm rol oynayır, toplum fərdlərinin öz 
kimliklərindən qürur duyub iftixar etməsinə  səbəb olur və 
assimilyasiyaya qarşı milli müqavimətin gücünü artıran 
enerjisini yüksəldən bir amilə çevrilir. Böyüklük kompleksinə 
malik toplumların həm özləri öz qədrlərini bilir və öz milli 
varlığına hörmətlə yanaşır, həm də başqaları bu topluma qarşı 
saymazyana davranmaqdan çəkinir və nisbətən hörmətlə 
yanaşmağa, haqlarını tanımağa məcbur olurlar. 
Lakin böyüklük kompleksi ilə bağlı iki həssas məsələyə 
ayrıca diqqət yetirilməlidir: 1. Toplumun böyüklük kompleksi 
başqalarının kiçikliyi, aşağılığı anlamına gəlməz.  Əgər bir 
toplum özünü böyük, başqalarını kiçik, aşağı sayırsa, labüdən 
şovinizmə yuvarlanacaq və gec-tez öz şovinistliyinin altını 
çəkəcəkdir. Böyüklük kompleksi toplumun başqalarından üstün 
olması yox, aşağılıqdan qurtulub milli şəxsiyyətə çevrilməsi və 
qürurlu bir millət kimi yaşaması yoludur. 2. Böyüklük 


 131
kompleksinin formalaşdırılmasında ifrata varmaq və heç bir 
elmə, dəlil-sübuta söykənməyən nağıllar uydurmaq çox 
ziyanlıdır. Çünki, bu cür nağıllar inamsızlıq, etimadsızlıq 
yaratmaqla böyüklük kompleksinə qarşı dalğaqıran rolu 
oynaya bilər. 
Böyüklük kompleksinin başlıca qaynağı bütün yönləri ilə 
milli mədəniyyətdir. Gerçəkliyi  əks etdirən elmi əsaslar üzrə 
milli mədəniyyətin araşdırılıb öyrənilməsi, bilinməsi, sevilməsi 
və tanıtdırılması milli qürur duyğusunun biçimlənməsində  və 
toplumun milli şəxsiyyət qazanıb məğrur bir millətə 
çevrilməsində çox böyük önəm daşıyır. Ümumtürk mədəniy-
yətinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan türk milli 
mədəniyyəti xalqımızda böyüklük kompleksinin yaranması üçün 
tamamı ilə yetərli bir səviyyədədir. Sadəcə bu möhtəşəm milli 
mədəniyyətlə bağlı bilgi, sevgi və tanıtma məsələlərinə özəl 
diqqət yetirilməlidir. 
Daha sonra Məramnamədə dünya mədəniyyətində çox 
önəmli yer tutan türk elat mədəniyyətinin, həmçinin bəşər 
tarixində  məhz türklərin adı ilə bağlı olan bir çox mədəni 
nailiyyətlərin (təkərin və arabanın icadı, atın əhliləşdirilməsi və 
atçılıq, yəhər, yüyən və üzənginin hazırlanması, atlı qoşun 
növü, uzun əyri qılıncın hazırlanması, yonca əkinçiliyi, 
dəmirçilik,  şalvar, ütü, dəri çəkmə  və  dəri qurşağın icadı, cib 
dəsmalından istifadə  və s.) öyrənilməsi və tanıdılmasının 
vacibliyi qeyd olunur. 
Məramnamənin “Milli kimlik şüurumuzun biçimlənmə-
sində Vətən amili” bölməsində deyilir: 
...Coğrafi  ərazi adicə bir torpaq parçası, Vətən isə mü-
qəddəs bir məkandır. ...Ölkə hüdudları daxilindəki ərazi insan 
üçün yalnız coğrafi anlayışdırsa, o zaman insanın bu əraziyə 
münasibətində elə bir özəl bağlılıq hissi və vazkeçilməz 
duyğusallığı olmaz. Həmin insan ən yaxşı halda öz doğulub 
boya-başa çatdığı bölgəni sevər, ona xüsusi məhəbbət bəsləyər. 
Lakin bu məhəbbət bütün ölkəni içərən Vətən eşqi yox, ölkənin 
yalnız müəyyən bölgəsinə aid olan məhdud  diyar (məmləkət, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə