Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   46   47   48   49   50   51   52   53   ...   94

 150
qəbul etmək olar. Yəni, qəbilə, tayfa və millət ayrı-ayrılıqda 
insanların etnik birlik formalarıdır.  
Xalq isə daha geniş və çoxmənalı ifadədir. Bu ifadə termin 
kimi əsasən aşağıdakı 3 mənada işlədilir: 
1. Millət sözünün sinonimi kimi; 
2. Etnik mənsubiyyətindən asılı olmayaraq müəyyən tarixi 
ərazidə  və ya bir dövlətin  ərazisində yaşayan insanların birlik 
forması kimi; 
3. Tayfa formasından millət formasına keçid mərhələsi 
olan, insanların tarixi etnik birlik forması kimi.  Belə ki, burada 
“xalq” (bəzən də “milliyyət”) dedikdə hələ müstəqil milli döv-
lətə  və milli dövlətçilik  şüuruna sahib olmamış, tayfa birlik-
lərindən üstün etnik birlik forması başa düşülür. Göründüyü 
kimi xalq anlayışına verilən bu tərif millətə etnik-siyasi 
yanaşmada müəyyən edilir. Bu mənada “xalq” (“milliyyət”) 
anlayışı etnik yanaşmada “millət” kimi qəbul olunur. 
Millət anlayışı ilə sıx bağlı olan  Vətən  anlayışı da  xüsusi 
əhəmiyyətə malikdir. Bəs Vətən nədir? Hansı  əraziləri bir 
millətin vətəni hesab etmək olar? Aydındır ki, millətin 
formalaşması və yaşaması müəyyən coğrafiyada baş verir, yəni 
müəyyən  ərazidə millətin MMD-i yaranır və inkişaf edir. Bu 
halda MMD həmin  əraziylə müəyyən formada bağlanır. 
Məsələn, həmin ərazidə millətin dilində olan yer adları yaranır, 
millətin həyat tərzi yaşadığı  ərazinin iqliminə uyğun 
formalaşır, bu ərazilər haqqında müəyyən məlumatlar folklora 
keçir və s. Həmçının həmin  ərazidə yaşayan millət özünə 
dövlətlər də qurur. Bununla da həmin  ərazi millətin doğma 
məkanına – vətəninə çevrilir. Bu baxımdan vətənə  aşağıdakı 
kimi tərif verə bilərik: 
Vətən – millətin tarixən üzərində yaşadığı, maddi və mə-
nəvi dəyərlər yaratdığı və dövlət qurduğu  ərazidir. 
Onu da qeyd edək ki, işğal olunmuş  ərazilərdə aparılan 
etnik təmizləmə, kütləvi soyqırım və ya assimilyasiya siyasəti 
nəticəsində yerli xalq yox edildikdə  və  gəlmə xalq bu əra-
zilərdə dövlət qurub uzun müddət yaşayıb-yaratdıqda, artıq 


 151
həmin  ərazi gəlmə xalqın vətəninə çevrilmiş olur. Dünya 
tarixində bu cür hadisələr (məsələn, Amerika qitəsinın in-
gilislərin və latın xalqlarının vətəninə çevrilməsi s.) az baş 
verməmişdir. Belə ki, imperialist dövlətlər öz ərazilərini 
genişləndirmək, vətənlərini böyütmək üçün ədalətsiz olsa da bu 
üsuldan həmişə istifadə etmiş  və bu gün də etməkdədirlər.  
Ona görə  də bir ərazidə milli varlığı (MMD-i) qoruyub 
saxlamaq (müstəmləkə olduqda belə) vətənin özgəninkiləş-
məsininin qarşısını alır.   
             
 
Milli mənəvi dəyərlər və 
elmi-texniki tərəqqi
 
 
Yuxarıda qeyd etdiyimiz kimi MMD ictimai (toplumsal) 
yaradıcılığın məhsulu olmaqla milli varlığı müəyyən edir. 
MMD-in birinci və  ən mühüm elementi DİLdir. Dil MMD-
lərin bir elementi olmaqla yanaşı onun digər elementlərini 
(folkloru və tarixi) də müəyyən qədər özündə daşımaq xüsu-
siyyətinə malikdir. Ona görə  də folklor və tarix unudulduqda 
belə, dil yaşayırsa, millət varlığını qoruyub saxlamış olur. Hər 
bir dildə minlərlə söz, on minlərlə lüğət vahidi olur ki, bunlar 
da məhz fərdi iradə ilə yaradılmayan ictimai yaradıcılıq 
məhsuludur. Bütün dünya dilləri  ən ümumi xüsusiyyətlərinə 
görə dil ailələrində qruplaşdırılır. Dil ailələri isə qruplara və 
yarımqruplara bölünür. Bir dilin isə ləhcələri və şivələri olur.  
Dilin  danışıq (xalq)  və  ədəbi formaları  fərqləndirilir. 
Millətin bəzi təriflərində (məsələn, sovet ideologiyasında 
verilən tərifdə) yanlış olaraq məhz  ədəbi dil milli  varlığın 
zəruri  şərti kimi qəbul olunur. Yəni, ortaq ədəbi dili for-
malaşmamış toplum millət hesab olunmur. Aydındır ki, öncə 
danışıq dili yaranır, sonra isə onun əsasında ədəbi dil yaradılır. 
Belə ki, ədəbi dil yerli ləhcələrin ən ümumi cəhətlərini özündə 
birləşdirən, müəyyən qədər onlardan fərqlənən və  əsasən yazı 
üçün müəyyənləşdirilmiş, normalaşdırılmış dildir. Eyni 


 152
zamanda  şifahi nitq üçün də  ədəbi normalar (şifahi  ədəbi dil) 
müəyyən olunur. Hazırda bir çox dünya xalqlarının (qaraçılar, 
bəzi Afrika, Cənubi Amerika və Okeaniya xalqları və s.) hələ 
də ədəbi dilləri formalaşmamışdır. Lakin həmin xalqları millət 
hesab etməmək düzgün deyil. Bir millətin  ədəbi dilinin 
formalaşmasını onun varlığının zəruri  şərti kimi götürmək 
yanlışdır. Çünki, ədəbi  dil sonradan fərdi iradə ilə yaradılır. 
Milli varlıq isə  fərdi iradə ilə yaradılan amildən asılı ola 
bilməz.  Əslində  ədəbi dili formalaşmamış xalqlar dünya 
ictimaiyyəti tərəfindən millət kimi qəbul olunur. 
Milli varlığın dildən sonra ikinci zəruri ünsürü olan folklor 
(yunanca “folk”–xalq, “lore”–bilik, hikmət) çoxşaxəli anlayış-
dır. Bu terminin sinonimi kimi “xalq yaradıcılığı” termini də iş-
lədilir. Ümumiyyətlə, folklor termini dar və geniş mənalarda iş-
lədilir. Dar mənada folklor yalnız xalq ədəbiyyatı kimi qəbul 
olunur. Geniş  mənada isə bu termin həm də xalq musiqisi, 
adət-ənənələr, mifologiya, mentalitet, xalq geyimləri, xalq 
rəqsləri, xalq mətbəxi, xalq təbabəti və s. anlayışları özündə 
ehtiva edir.  
Bəs folklor necə yaranır? Folklorla fərdi yaradıcılıq 
arasında dəqiq bir sərhəd müəyyən etmək mümkündürmü? 
Folklor  əsasən mənəvi (qeyri-maddi) xarakter daşıyan 
(deyimlər, ənənələr, qaydalar, formalar, musiqi və s.) dəyərdir 
və  əsasən yaddaş vasitəsiylə,  şifahi  şəkildə  nəsildən nəslə 
ötürülür. Maddi əşyalar (bəzək  əşyaları, musiqi alətləri, 
geyimlər, heykəltəraşlıq nümunələri, kitablar, lent/dısk yazıları 
və s) isə bu mənəvi dəyərlərin yalnız daşıyıcısı ola bilər. Bəs 
bu dəyərlər toplum – yüzlər, minlər tərəfindən necə yaradılır? 
Aydındır ki, bir dəyəri yüzlərlə, minlərlə insan birdən-birə 
“oturub müştərək  şəkildə” yarada bilməz. Hər hansı folklor 
nümunəsinin ilkin yaranışı mütləq fərdi iradə ilə bağlıdır. Bu 
nümunə isə müəyyən dövr ərzində insanlar arasında yayılaraq 
və müəyyən dəyişikliklərə  məruz qalaraq toplumun ortaq 
yaradıcılığına çevrilir. Həmin dəyişikliklər nümunənin 
dəyərinin daha da artmasına, onun daha da ictimailəşməsinə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə