Microsoft Word esh mitci doc


dəli və nümayəndəsiz (birbaşa), konsensuslu və konsen-



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   62   63   64   65   66   67   68   69   ...   94

 198
dəli və nümayəndəsiz (birbaşa), konsensuslu və konsen-
sussuz və s. demokratiya nəzəriyyələri fərqləndirilir. Lakin bu 
nəzəriyyələr biri-biri ilə xeyli dərəcədə əlaqəli olduğundan çox 
vaxt onlar arasında dəqiq sərhədlər müəyyən etmək çətin olur. 
Bununla belə demokratiyanın demək olar ki, bütün nə-
zəriyyələrində  qəbul olunmuş  ən ümumi müddəalar vardır. 
Həmin müddəalar bunlardır:  xalqın və ya onun müəyyən 
hissəsinin hakimiyyət mənbəyi kimi qəbul edilməsi; seçki yolu 
ilə hakimiyyətə  gəlmiş qüvvələrin fəaliyyətinə  nəzarət; və-
təndaşların siyasi həyatda bərabərhüquqlu iştirakı; insanların 
hüquq və azadlıqları (1.37).     
Bu müddəalara uyğun olaraq müasir dövrdə demokratiya-
nın əsas əlamətləri kimi aşağıdakılar qəbul olunur: 
1.
 
Xalq hakimiyyətinin təmin edilməsi, hakimiyyət or-
qanlarının seçki ilə formalaşdırılması və müntəzəm də-
yişdirilməsi; 
2.
 
Çoxpartiyalı rəqabətli sistem və plüralizm;
 
3.
 
Vətəndaş cəmiyyətinin formalaşması; 
4.
 
Yerli özünüidarəetmənin formalaşması. 
Hüquqi dövlət və demokratiya “müasirlik” prinsipinin 
ayrılmaz tərkib hissəsi kimi milli ideologiyamızda birmənalı 
olaraq qəbul olunmuş ideyalardır. Bu ideyalar milli azadlıq 
ideyaları ilə uzlaşır. Məhz hüquqi dövlət və demokratiya 
şəraitində milli haqlar və azadlıqlar təmin oluna bilər. Tarixi 
təcrübə göstərir ki, müstəmləkəçilik, milli ayrıseçkilik, 
assimilyasiya demokratiya ilə bir araya sığmır, imperiyaların 
demokratikləşməsi onların dağılmasına və xalqların azad 
olmasına gətirib çıxarır. Diktatura isə imperiyanın və müstəm-
ləkəçiliyin saxlanmasının bir vasitəsinə çevrilir. Təsadüfi deyil 
ki, rus-sovet imperiyası totalitar rejim şəraitində yaşamış, onun 
dağılması isə demokratikləşmə ilə paralel baş vermişdir.  
Milli dövlətçilik və demokratiya isə qarşılıqlı olaraq biri-
birinin inkişafını  təmin edir. Başqa sözlə, milli dövlət 
demokratiyanın (çünki müstəqil milli dövlətlərdə imperiya-
larda olduğu kimi antidemokratik rejim yaratmağa bir növ 


 199
ehtiyac qalmır), demokratiya isə milli dövlətin inkişafına şərait 
yaradır. Odur ki, milli-demokratik dövlət quruculuğu milli 
ideologiyamızın əsas hədəflərindən biridir. 
 
 
Azadlıq anlayışı və insan  
azadlığı problemi 
 
Azadlıq anlayışına ideoloji mənsubiyyətindən, dünya 
görüşündən asılı olaraq insanlar tərəfindən müxtəlif baxışlar 
var. Hətta “əsl azadlığ”a nail olmağın müxtəlif prinsipləri də 
müəyyən olunur. Bu prinsiplərin  ən geniş yayılmışları  aşağı-
dakılardır: 
- Dünyanın maddi nemətlərindən imtina etmək.  Əsasən  
dini cərəyanlara (zahidlik, dərvişlik və s.), həmçinin bədii 
yaradıcılıqla (şairlik, rəssamlıq, musiqiçilik və s.) məşğul olan 
bir çox şəxslərə məxsus görüşdür. Bu görüşə görə insan maddi 
nemətlərə həris, aludə olduqca onun quluna çevrilir, həmçinin 
o nemətlərə görə başqa insanların quluna çevrilir. İnsan bu 
nemətlərdən imtina etdikdə, mənəvi dəyərlərə üstünlük verdik-
də, yalnız Allaha tapındıqda isə, heç kimin qarşısında əyilmir, 
azad olur, Allahdan başqa heç kimin quluna çevrilmir.   
- Xüsusi mülkiyyəti ləğv etmək.  Mraksizmin  əsas prin-
siplərindən biridir. Bu ideologiyaya görə insanlar əsl azadlığa 
və xoşbəxtliyə o vaxt nail ola bilər ki, istehsal vasitələri 
üzərində xüsusi mülkiyyət və izafi dəyər olmasın. 
- Dövlət hakimiyyətini ləğv etmək. Anarxizmin əsas 
prinsipidir. Bu prinsipə görə dövlət hakimiyyətinin möv-
cudluğu istənilən halda insanların azadlığını  əlindən alır və 
yalnız dövlət hakimiyyətini ləğv etməklə  əsl azadlığı  təmin 
etmək olar. 
- Milli azadlıqları  təmin etmək. Milli ideologiyaların  əsas 
prinsiplərindən biridir. Bu prinsipə görə millətlər azad olduqda 
insanlar da azad olacaq (“İnsanlara hürriyyət, millətlərə 
istiqlal!”–M.Ə.Rəsulzadə), çünki, tarixən də insanların azad-


 200
lıqlarının məhdudlaşdırılmasının, əsirə, qula çevrilməsinin əsas 
səbəblərindən biri də  məhz işğalçılıq, milli ayrıseçkilik və 
müstəmləkəçilik olmuşdur.  
- Bütün adət-ənənələrdən imtina etmək.  İfrat liberal nə-
zəriyyədə qəbul olunur. Bu prinsipə görə, bütün adət-ənənələr 
istənilən halda insanların fərdi azadlıqlarına qarşı yönəlir, 
onların azadlıqlarını  məhdudlaşdırır. Ona görə  də yalnız adət-
ənənələrdən imtina etməklə insan özünü tam azad və xoşbəxt 
hiss edə bilər. 
- Bütün dinlərdən imtina etmək. Ateizmin əsas prinsipidir. 
Bu prinsipə görə, bütün dinlər uydurmadır, insanları  əsarətdə 
saxlamaq üçün yaradılmışdır.  İlahi qüvvənin varlığına inam 
istənilən halda insanın azadlığını  məhdudlaşdırır, yalnız ateist 
insan əsl azadlığa nail ola bilər. 
Lakin, unutmaq olmaz ki, əslində qeyri-məhdud fərdi 
azadlıqlara malik olmaq heç də xoşbəxtlik və ya ədalət demək 
deyil. Azadlıqların bu və ya digər formada məhdudlaşdırılması 
da bədbəxtlik və ya ədalətsizlik demək deyil, bu, cəmiyyətin 
yaşaması  və inkişafı üçün bir tarixi zərurətdir. Azadlığın 
mütləq bir həddi olmalıdır, bu hədd başqalarının haqlarının 
pozulmasıdır. Yəni hər bir fərd başqalarının haqlarını pozana, 
yəni onlara zərər yetirənə  qədər azad ola bilər. Məhz bu 
prinsipin gözlənilməsi insanların hüquq bərabərliyini və nisbi 
ədaləti təmin edə bilər.  
Ona görə də dövlət hakimiyyətinin, adət-ənənələrin,  din-
lərin insan azadlıqlarını  məhdudlaşdırması heç də onlardan 
imtina etmək ideyasına bəraət qazandırmır. Belə ki, onların hər 
birinin cəmiyyətdə  zəruri, mühüm funksiyaları var. Onlardan 
imtina etməyin fəsadları daha pis ola bilər. Bir sözlə, insanların 
fərdi azadlıqlarının müəyyən qədər məhdudlaşması insan 
cəmiyyətinin normal yaşaması  və inkişafı üçün zəruri və 
qaçılmazdır.  
Milli dövlətin hüquq qanunlarında mütləq xalqın MMD-
ləri, o cümlədən adət-ənənələri nəzərə alınmalıdır. Bu cəmiy-
yətin normal yaşaması  və inkişafı üçün zəruridir. Lakin adət-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə