204
varsa (məsələn, müxtəlif qüvvə sahələri, elektromaqnit
qalğaları, şüur və s.) mənbəyi maddədir, maddiliyin məhsu-
ludur. İdealizmin isə obyektiv və subyektiv formaları fərqlən-
dirilir. Obyektiv idealizmdə (Sokrat (e.ə.469-399), Platon
(e.ə.428/7-348/7), Leybnist (1646-1716), Şelleinq (1775-1858),
Hegel (1770-1831), A.Şopenhauer (1788-1860) və b.) ideya
materiyanın (maddiliyin) əsasında dayanan obyekt kimi qəbul
olunur. Subyektiv idealizmdə isə (C.Berkli (1685-1753),
D.Yum (1711-76), İ.Q.Fixte (1762-1814) və b.) birinci olan
ideya fərdiləşdirilir, subyekt kimi qəbul olunur.
Fəlsəfədə idealizmlə materializm arasında “aralıq” möv-
qeli fəlsəfi cərəyanlar da meydana çıxmışdır. Bunların ən geniş
yayılmışlarından dualizmi və panteizmi göstərmək olar. Du-
alizmə görə (Dekart (1596-1650), Kant (1724-1804) və b.)
maddilik və qeyri maddilik biri-birindən asılı olmayan, ayrı-
ayrılıqda müstəqil başlanğıclara malik substansiyalardır.
Panteizmdə isə (C.Bruno (1548-1600), Spinoza (1632-77),
İ.Q.Herder (1744-1803), İ.Göte (1749-1832), İ.S.Eruigena
(810-77), N.Malbranş (1638-1715) və b., Şərqin sufi mü-
təfəkkirləri: M.Həllac (858-920), B.K.Bakuvi (933/4-1074),
E.Həmədani (1099-1131), Ş.Təbrizi (1185-1248), C.Rumi
(1207-1273), M.Şəbüstəri (1287-1320), Y.Qarabaği (?-1645)
və b.) Allahla təbiət (materiya, varlıq) eyniləşdirilir. Burada
Allah anlayışı ilə təbiət (materiya, varlıq) anlayışının ortaq
əlamətləri (yaradılmazlıq, əbədilik, qanunlarının hakimliyi,
dəyişməzliyi, hər yerdə həmişə mövcudluğu, dərkolunmazlıq,
qeyri-maddiliyə bağlılıq və s.) əsas rol oynamışdır.
Panteizm
bəzən materializmə (“Allah təbiətdədir” prinsipi ilə), bəzən də
obyektiv idealizmə (“təbiət Allahdadır” prinsipi ilə) aid fəlsəfi
cərəyan kimi özünü göstərir.
İstər idealist, istər materialist, istərsə də dini dünyagörüşü-
nün ən ümumi cəhəti ondan ibarətdir ki, bu dünyagörüşlərinin
hər birində yaradılmaz başlanğıc (idealizmdə mütləq ideya,
materializmdə materiya, dində Allah) qəbul olunur. Deməli
“yaradılmazlıq problemi” heç bir halda həll olunmur, çünki
205
yoxluq təsəvvür olunan deyil. Bu isə əslində varlığın insan
şüuru tərəfindən dərkolunmaz olduğuna gətirib çıxarır.
Umumilikdə fəlsəfi görüşlərin ideologiyalarda rolu böyük
olsa da, fəlsəfənin əsas məsələsinin necə həll olunmasının, baş-
qa sözlə, idealist və ya materialist olmağın bir çox ideologiya-
ların əsas ideyalarının qəbul olunması və həyata keçirilməsi
baxımından o qədər də əhəmiyyəti yoxdur. Yəni, həmin ideolo-
giyalar bu məsələdə neytral və ya pozitivist
mövqedə dayanır.
Lakin, fəlsəfənin əsas məsələsinin həllində neytral olmayan
ideologiyalar da var. Məsələn, aydındır ki, dini təmayüllü ideo-
logiyalar idealist fəlsəfi görüşlər tələb edir. Çünki, materialist
(ateist) fəlsəfi görüşlər dini dünyagörüşünə tamamı ilə ziddir.
Fəlsəfənin əsas məsələsinin həllində neytral olmayan ide-
ologiyalardan biri də marksizmdir. Burada materialist fəlsəfə
əsas götürülür və hətta bu ideologiyanaın əsas ideyasının
(inqilab yolu ilə ictimai mülkiyyətə əsaslanan sinifsiz cəmiyyət
qurmaq) həyata keçirilməsinin yalnız materialist (ateist) dün-
yagörüşü ilə mümkün ola biləcəyi də nəzəri cəhətdən əsaslan-
dırılmağa çalışılır. Guya idealist dünyagörüşlü insanların in-
qilabçı-sosialist ideyalarını qəbul etməsi mümkün deyil. Çünki,
idealist dünyagörüşü insanlarda təslimçilik yaradır, kapitaliz-
mlə barışmağa, ona bəraət qazandırmağa gətirib çıxarır. Əs-
lində isə bu prinsip marksizmin zəif tərəfi olmaqla kifayət
qədər cəlbedici ideyalar olan inqilabçı-sosialist ideyalarının
daha geniş yayılmasına tarixən süni bir əngəl olmuşdur. Belə
ki, idealistlərin inqilabçı-sosialist ideyalarını qəbul etməsində
nəzəri cəhətdən elə bir ziddiyyət yoxdur. Təsadüfi deyil ki,
tarixən inqilabçı-sosialist ideyalarını qəbul etmiş insanların heç
də hamısı ateist olmamışdır, əksinə, bəlkə də çoxu idealist
düşüncəli insanlar olmuşdur.
Milli ideologiyaları, o cümlədən türk millətçiliyini fəlsə-
fənin əsas məsələsinin həlli baxımında neytral ideologiyalara
aid etmək olar. Belə ki, bu ideologiyaların ideoloqları arasında
həm materialist, həm də idealist dünyagörüşlü mütəfəkkirlər
olmuşdur. Eyni zamanda milli ideologiyanın həm materialist,
206
həm də idealist dünyagörüşlü daşıyıcıları ola bilər. Əsas şərt isə
fikir azadlığını və tolerantlığı gözləmək, məcburiyyətə və
qadağalara yol verməməkdir.
5. Dini məsələlər
Din – fövqəltəbii qüvvələrin (bir və ya bir neçə Allahın)
varlığına inama əsaslanan dünyagörüşü, sitayişlər, ayinlər,
ehkamlar, qaydalar və davranışlar sistemidir. Bnunla da din
həm də bir ictimai şüur formasıdır.
Dinlərin ibtidai icma quruluşunun (İİQ) üst poliolit
dövründən (35-40 min il bundan qabaqdan) meydana çıxdığı
ehtimal edilir. Dinlərin tarixən meydana çıxmasının ilkin
şərtləri təbiət hadisələrinin və təbiət qüvvələrinin insanlar
üzərində hökmranlığı olmuşdur. Bu hökmranlığın təsirindən
insanlarda dünya haqqında müəyyən fantastik təsəvvürlər və
sitayışlər formalaşmağa başlamışdır. Dinlərin hələ forma-
laşmadığı dövrlərdə onun ilkin ünsürləri kimi fetişizm
(əşyalara sitayiş), totemizm (müəyyən canlılara – bitkilərə və
ya heyvanlara sitayiş) və animizm (ruhlara sitayış), həmçinin,
sehr və ovsunçuluq mövcud olmuşdur. Bu ünsürlərin daha da
inkişaf etməsi nəticəsində mifologiyalar formalaşmışdır. Mi-
fologiya (yun. “mifos”– əfsanə, əsatir, “loqos” – söz, təlim) –
dünya və yaranış haqqında fantastik təsəvvürlərə əsaslanan
əfsanələr və rəvayətlər sistemidir. Mifologiyalarda ehkamçı-
lığın və ayinlərin inkişafı öncə çoxallahlı (politeist), sonra isə
təkallahlı (monoteist) ənənəvi dinlərin formalaşmasına gətirib
çıxarmışdır. Təkallahlı dinlərin əsasən tayfa birlikləri və döv-
lətlərin meydana çıxması ilə eyni vaxtda formalaşdığı ehtimal
edilir.
Dinlər yaranma formasına və öz xarakterinə görə iki qrupa
bölünür: Səmavi və qeyri-səmavi (ənənəvi) dinlər.
Səmavi dinlər Allah elçilərinin (peyğəmbərlərin) Al-
lahdan aldıqları vəhy ilə yaratdıqları təkallahlı dinlərdir. Hər
Dostları ilə paylaş: |